Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə464/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   460   461   462   463   464   465   466   467   ...   490

 

533


mək lazımdır. Onun fikrincə, bu onunla izah edilir ki, müqavilə bağlanan zaman nə obyektin özü, nə də bütöv-

lükdə müəlliflik hüququ vardır. Bəzi hallarda müqavilənin subyekt tərkibi müəllif və podrat müqavilələrini bir-

birindən fərqləndirmək üçün əsas meyar kimi götürülür. Məsələn, heykəltəraşlıq əsərinin yaradılması müqavilə-

si üzrə iş müəllifin özü tərəfindən icra edilərsə, bu, müəllif müqaviləsi hesab olunajaqdır. Yox, əgər sifarişin ye-

rinə yetirilməsi işini başqa şəxs həyata keçirərsə, belə halda yalnız podrat müqaviləsindən söhbət gedə bilər. 

§ 2. Podrat müqaviləsinin elementləri 

1. Tərəflə

Podrat müqaviləsi üzrə münasibətlərdə iki tərəf iştirak edir: 

 podratçı; 



 sifarişçi. 



Podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsinin bağlan-

masında podratçı kimi həm hüquqi şəxslər, həm də vətəndaşlar çıxış edə bilərlər. 

Podratçı rolunda hüquqi şə

xsin çıxış etməsi onun mülki hüquq qabiliyyəti ilə şərtlənir. Belə ki, hüquq şəxs 

müqavilə üzrə podratçı funksiyasını onun ümumi və ya xüsusi hüquq qabiliyyətinə malik olmasından asılı 



olaraq icra edir. Kommersiya hüquqi şəxsləri ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdir. Ona görə 

də onlar, qanunla qadağan edilməyən istənilən növ fəaliyyətlə, o cümlədən podrat işləri ilə məşğul ola bilərlər 

(MM-in 44.2-ci maddəsi). Siyahısı qanunla müəyyən edilən ayrı-ayrı podrat işləri ilə hüquqi şəxslər yalnız li-

senziya (xüsusi icazə) əsasında məşğul ola bilərlər. Belə ki, podrat işlərinin ayrı-ayrı növləri xüsusi razılıq 



(lisenziya) tələb olunan fəaliyyət sahəsinə aiddir. Bu cür podrat işlərinin dairəsi «Xüsusi razılıq (lisenziya) 

tələb olunan fəaliyyət növləri və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı» ilə müəyyən edilir

Məsələn, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı; dağ-mədən işləri, dağ və buruq 

qazmalarının aparılması; liftlərin quraşdırılması və təmiri; energetika obyektlərinin, avadanlıqların və qurğula-

rın quraşdırılması, sazlanması və təmiri; bina və qurğuların layihələşdirilməsi, tikinti-quraşdırma işləri və digər 

podrat işləri xüsusi razılıq tələb olunan fəaliyyət növünə aiddir. Həmin işlərin görülməsinə xüsusi icazəni mü-

vafiq normativ akt əsasında əlaqədar mərkəzi icra hakimiyyət orqanı (AR-in Fövqəladə Hallar Nazirliyi) verir. 



Xüsusi  (məhdud)  mülki  hüquq  qabiliyyətli  hüquqi  şəxslərə  gəldikdə  isə  onu  demək  olar  ki,  bu  şəxslər 

yalnız təsis sənədində (nizamnamə və ya əsasnaməsində) nəzərdə tutulan podrat işini yerinə yetirirlər. Təsis sə-

nədində nəzərdə tutulmayan qalan digər podrat işlərini onların həyata keçirməsinə ixtiyarı çatmır. Söhbət hər 

ş

eydən əvvəl, qeyri-kommersiya hüquqi şəxslərindən gedir. Lakin bu, o demək deyildir ki, qeyri-kommersiya 



hüquqi şəxsləri podrat işləri ilə məşğul ola bilməzlər. Podrat işlərinin görülməsi həmin təşkilatların qarşısına 

qoyduğu məqsədə nail olmağa xidmət edərsə və bu məqsədə zidd olmazsa, onlar sahibkarlıq fəaliyyətinin bir 

növü kimi podrat işlərini görə bilərlər (MM-in 43.6-cı maddəsi). 

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər podratçı funksiyasını yerinə 

yetirə  bilərlər.  Belə  ki,  mühəndis-axtarış  işləri,  inşaat  konstruksiyalarının  istehsalı,  inşaat  fəaliyyəti  və  digər 

podrat işləri sahibkarlıq fəaliyyətinə aid edilmişdir. Ona görə də həmin şəxslərin bu cür podrat işlərini həyata 

keçirmələri üçün vergi orqanlarında uçota durmaları tələb olunur («Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanu-

nunun 10-cu maddəsinin 2-ci bəndi). 

Podrat müqavilə münasibətlərində iştirak edən ikinci tərəf sifarişçidir. Sifarişçi dedikdə müvafiq qarşı tərəfə 

işin görülməsini tapşıran şəxs başa düşülür. Mülki hüququn istənilən subyekti, yəni hüquqi şəxslər, vətən-

daşlar, bələdiyyələr və dövlət bu müqavilədə sifarişçi funksiyasını yerinə yetirmək ixtiyarına malikdirlər. Qa-

nun podrat müqaviləsi üzrə sifarişçi rolunda çıxış edən şəxslər barəsində hər hansı xüsusi tələb irəli sürmür. Öz 

xüsusi ehtiyac və tələblərini ödəmək istəyən hər hansı bir şəxs bu müqavilənin bağlanmasında sifarişçi qismin-

də iştirak edə bilər. 



Dövlət bu müqavilədə sifarişçi rolunda çıxış edə bilər. Dövlət ehtiyaclarını təmin etmək məqsədi ilə o, pod-

rat münasibətlərinə daxil olur. Belə ki, bu və ya digər müəssisə Azərbaycan Respublikasının qanunvericilik akt-

ları ilə müəyyən edilmiş qaydada müqavilə əsasında dövlət ehtiyacları üçün işlər görə bilər. 

2. Müqavilənin predmeti 

Podrat müqaviləsinin predmeti onun yeganə mühüm şərti hesab olunur. Bu, əvəzli xarakterə malik olan bir 

çox mülki-hüquqi müqavilələr üçün xarakterik haldır. 

Hüquq ədəbiyyatında podrat müqaviləsinin predmeti barədə müxtəlif, lakin bir-birindən o qədər də fərqli ol-

mayan  fikirlər  söylənilir.  Müəlliflərdən  bəziləri  görülmüş  işin  nəticəsini  müqavilənin  predmeti  hesab  edirlər. 

Bəzi müəlliflərin mövqeyinjə, podratçının gördüyü işin (fəaliyyətin) özü podrat müqavilənin predmetini təşkil 

edir.  şi və onun nəticəsini müqavilənin predmeti sayan müəlliflərə də rast gəlmək olur. Müqavilənin predmeti-

ni həm işin özünün, həm də onun maddiləşmiş nəticəsinin olması barədə fikir söyləyənlər də vardır. 

Bizim fikrimizjə, podrat müqaviləsinin predmetinin podratçının gördüyü işin nəticəsindən ibarət olması 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə