Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə472/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   468   469   470   471   472   473   474   475   ...   490

 

542


Beləliklə, nümayəndəlik institutundan istifadə etmək məqsədi ilə hüquq subyektləri ayrı-ayrı şəxslərin xid-

mətlərindən faydalanırlar. Həmin şəxslər əqdlər bağlayır və digər hüquqi hərəkətlər edirlər ki, bunun əsasında 

mülki hüquq münasibətləri əmələ gəlir və ya xitam olunur. Mülki hüquqda bu cür münasibətlər nümayəndəlik 

adlanır. 

Nümayəndəlik münasibətləri müxtəlif əsaslara görə yarana bilər. Bu əsaslardan biri tapşırıq müqaviləsidir. 

Tapşırıq müqaviləsi mülki (əmlak) dövriyyədə çox geniş surətdə tətbiq olunur. Bu müqavilədən həm vətən-

daşların məişətində, həm ümumi mülki münasibətlərdə, həm də kommersiya fəaliyyətində (sahibkarlıq sahəsin-

də) istifadə edilir. 

Tapşırıq müqaviləsini vasitəçilik üzrə fəaliyyətin hüquqi əsaslarından biri hesab etmək olar. Bu müqavi-

lənin köməyi ilə vəkalət alan müxtəlif cür hüquqi xarakterli əqdlər bağlayır. Vəkalət alan həm də faktiki hərə-

kətlər yerinə yetirir. Faktiki hərəkətlər tapşıran (vəkalət verən) üçün hüquqi nəticə yaratmır, hüquq və vəzifələr 

doğurmur, nümayəndəlik əmələ gətirmir. 

Tapşırıq müqaviləsi qiymətli kağızlar bazarında da tətbiq edilir. Belə ki, brokerlər qiymətli kağızlar bazarın-

da müəyyən hallarda tapşırıq müqaviləsi əsasında hərəkət edirlər («Qiymətli kağızlar haqqında» qanun). 

Tapşırıq müqaviləsinin əhəmiyyəti böyükdür. Bu hüquqi konstruksiya öz işini şəxsən aparmaq imkanına ma-

lik olmayan istənilən şəxsə imkan verir ki, o, vəkalət alanın (nümayəndənin) vasitəsi ilə mülki dövriyyədə çıxış 

etsin. 

Tapşırıq müqaviləsinin tətbiq sahəsi günü-gündən daha da genişlənir. Demək olar ki, hər gün hüquqi yardım, 



tərəfdaşların axtarılması, marketinq və digər sahələrdə xidmət göstərilməsi üzrə yeni-yeni firmalar əmələ gəlir. 

Kommersiya təşkilatlarının bir növü olan təsərrüfat cəmiyyətlərinin səhmdarları nümayəndə vasitəsi ilə səhm-

dar cəmiyyətinin ijlasında iştirak etmək, qiymətli kağızlarla əməliyyatlar aparmaq ixtiyarına malikdirlər. Koo-

perativin üzvü olan hüquqi şəxsi kooperativdə onun tərəfindən vəkil edilmiş şəxs (nümayəndə) təmsil edir. Bu 

kimi hallarda münasibətlər tapşırıq müqaviləsi ilə rəsmiləşdirilir.  

4. Tapşırıq müqaviləsinin xüsusiyyətləri 

Tapşırıq müqaviləsinin ən birinji xüsusiyyəti ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu müqavilə 

ə

sasında gizli mülki nümayəndəlik münasibətləri əmələ gəlir. Bu müqaviləni nümayəndəliyin klassik forması 



saymaq olmaz. Belə ki, tapşırıq müqaviləsində tərəf kimi iştirak edən vəkalət alan (nümayəndə) həmişə vəkalə

verənin (təmsil olunanın) adından yox, ancaq öz adından, lakin onun hesabına, onun mənafeyi üçün çıxış 

edir. Bununla vəkalət verən üçün mülki hüquq və vəzifələr yaranır, dəyişir və ya xitam olunur. Belə ki, vəkalət 

alan üçüncü şəxslərlə əqdləri vəkalət verənin adından yox, öz adından bağlayır. Belə halda vəkalət alan bağlan-

mış əqd üzrə qarşı tərəfə (kontragentə) çevrilir. O, üçüncü şəxslər qarşısında kreditor (və ya borclu) kimi çıxış 

edir. Bağlanmış əqdlər əsasında əldə edilmiş hüquq və vəzifələr şəxsən vəkalət alana məxsus olur, yəni əqdin 

bağlanmasından yaranan hüquqi nəticə ona məxsus olur. Tapşırıq müqaviləsi icra olunduqdan sonra o, əqd üzrə 

ə

ldə etdikləri hüquqların hamısını vəkalət verənə verir. Beləliklə, vəkalət alan vəkalət verənin gizli (dolayı) 



nümayəndəsi kimi çıxış edir. Gizli nümayəndəlikdə vəkalət verənlə üçüncü şəxslər arasında bilavasitə hüquq 

münasibətləri yaranmır. 

Gizli nümayəndəlik institutu qədim Romada əmələ gəlmişdir. Roma hüququnda nümayəndəlik tapşırıq mü-

qaviləsi  formasında  həyata  keçirilirdi.  Roma  hüquqşünasları  tapşırıq  müqaviləsini  gizli  nümayəndəlik  hesab 

edirdilər. Bu baxımdan Roma hüququ kontinental Avropa ölkələrinin qanunvericiliyinə jiddi təsir göstərmişdir. 

Almaniya mülki qanunverijiliyinə görə tapşırıq müqaviləsindən gizli (dolayı) nümayəndəlik əmələ gəlir. Həmin 

müqaviləyə anlayış verən normada (AMQ-nin 662 §-ı) Roma hüququnda olduğu kimi vəkalət alanın vəkalət ve-

rənin hesabına və mənafeyinə hərəkətlər etmək hüququ nəzərdə tutulmur. Bizim qanunvericilikdə də belədir. 

Azərbaycan Respublikası MM-in tapşırıq müqaviləsinə anlayış verən normasında (777.1-ci maddəsində) gizli 

nümayəndəliyin  «tapşıranın  (prinsipalın)  hesabına,  lakin  vəkalət  alanın  adından  hərəkət  etmə  kimi 

ə

sas prinsip və formulası ifadə olunmur. Bu isə Roma hüququ və bəzi Avropa ölkələrinin qanunvericilik ənənə-



sinə uyğundur. Lakin tapşırıq müqaviləsi barədə normaları məntiqi üsulla təfsir etdikdə gizli nümayəndəliyin 

ə

sas formulasını müəyyənləşdirmək olar. Bundan əlavə, MM-in 782-ci maddəsində bu formula birbaşa nəzərdə 



tutulmuşdur. 

Bundan fərqli olaraq, bəzi xariji ölkələrinin qanunvericiliyində (məsələn, RF-in, Çexiyanın, Fransanın və s.) 

tapşırıq müqaviləsindən klassik (açıq) nümayəndəlik forması yaranır. Sovet mülki qanunverijiliyində də bu mü-

qavilədən klassik formalı nümayəndəlik yaranırdı. 

Beləliklə, tapşırıq müqaviləsi nümayəndəlik haqqında müqavilədir. Özü də bu müqavilə əsasında könüllü 

(müqavilə) nümayəndəlik münasibətləri əmələ gəlir. Ona görə tapşırıq müqaviləsinə aid olan qaydalar nüma-

yəndəlik institutuna şamil edilən normalarla birlikdə tətbiq edilə bilər (MM-in 26-cı fəsli). Başqa sözlə, tapşırıq 

müqaviləsinə nümayəndəlik haqqında ümumi qaydaların şamil olunması mümkündür.  



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə