Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə470/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   466   467   468   469   470   471   472   473   ...   490

 

539


Podratçının ikinci əsas vəzifəsi yerinə yetirdiyi işin nəticəsini sifarişçiyə verməkdən ibarətdir. Bu vəzifə 

podratçının  birinci  əsas  vəzifəsi  ilə  çox  sıx  surətdə  bağlıdır.  şin  nəticəsinin  sifarişçiyə  verilməsi  ilə  həmin 

nəticə  üzərində  mülkiyyət  hüququ  sifarişçiyə  keçir.  Söhbət  podratçının  hazırladığı  məmulatdan  gedir.  Podrat 

müqaviləsində hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi material-

lardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyət hüququnu sifarişçiyə verir (MM-in 752.2-ci maddəsi). 

Podratçı yalnız sifarişçinin tapşırığına və müqavilə şərtlərinə uyğun gələn işin nəticəsini sifarişçiyə təq-



dim etməyə borcludur. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etmə-

si  qüsurlara  bərabər  tutulur,  bu  şərtlə  ki,  onu  icra  əvəzinə  qəbul  etmək  açıq-aşkar  mümkün  olmasın  (MM-in 

762.3-cü maddəsi). Bu halda sifarişçinin ixtiyarı var ki, aşkar edilən qüsurun əmələ gətirdiyi hüquqlardan istifa-

də etsin (MM-in 763, 764, 765, 766-cı maddələri). 

Vəzifə daşımaqla bərabər, podratçı həm də hüquqlara malikdir. Onun hazırladığı daşınar əşyaya girov hüqu-

qu (MM-in 757-ci maddəsi), tikinti aparılan torpaq sahəsinə ipoteka hüququ (MM-in 758-ci maddəsi) və digər 

hüquqları vardır. 



2. Sifarişçinin əsas hüquq və vəzifələri 

Podrat müqaviləsi üzrə sifarişçinin birinci əsas vəzifəsi podratçının gördüyü işin nəticəsini qəbul etmək-



dən ibarətdir. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən, iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetiril-

miş işi qəbul etməyə borcludur (MM-in 770-ci maddəsi). 

Sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etməlidir. Sifarişçi işin nəticəsini nəzərdə tutu-

lan müddətdə qəbul etməyə də bilər. Bu halda münasibətlər nejə qaydaya salınır? Qanun həmin hüquqi məsələnin 

tənzimlənməsi yolunu da göstərir. Belə ki, sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş 

qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi). 

Sifarişçi işin nəticəsini qəbul etməkdən ibarət olan əsas vəzifəsini yerinə yetirməməyə görə məsuliyyət da-

ş

ıyır. Onun yerinə yetirilmiş işi qəbul etməməsi podratçıya ixtiyar verir ki, o, zərərin əvəzinin ödənilməsini 



tələb  etsin  (MM-in  756.1-ci  maddəsi).  Analoji  hüquqdan  podratçı  sifarişçi  tərəfindən  işin  yerinə  yetirilməsi 

üçün zəruri olan hərəkətlərin edilməməsi hallarında (məsələn, təmir üçün podratçıya verdiyi predmetdən istifa-

də qaydalarını ona vermir, verməsini öhdəsinə götürdüyü zəruri materialları podratçıya təqdim etmir və s.) da 

istifadə edir. Podratçıya ödənilən zərərin əvəzi hesablanarkən gecikdirmə müddəti, haqqın miqdarı, podratçının 

öz iş qüvvəsindən başqa formada istifadə etməsi nəticəsində əldə edə biləjəyi fayda kimi amillər nəzərə alınır. 

Sifarişçinin ikinci əsas vəzifəsi onun podratçıya gördüyü işin müqabilində müəyyən edilmiş haqq ödə-



məkdən ibarətdir. Sifarişçi podratçıya şərtləndirilmiş haqq ödəməyə borcludur (MM-in 753.1-ci maddəsi). Si-

farişçinin bu vəzifəsi onun işin nəticəsini qəbul etmək vəzifəsi ilə yaxın əlaqədədir. 

Bir qayda olaraq, sifarişçi yerinə yetirilmiş iş üçün podratçının haqqını iş icra olunub qurtardıqdan sonra 

ödəyir. Bu onunla izah olunur ki, sifarişçi yerinə yetirilən işin həcminin, dəyərinin və keyfiyyətinin müqaviləyə, 

tapşırığa və smetaya müvafiq olmasını yoxlamaq imkanı qazansın. 

Bununla belə, podrat müqaviləsində haqqın hissə-hissə də ödənilməsi nəzərdə tutula bilər. Podrat işlərinin 

ə

vəzinin bir hissəsinin qabaqcadan avans kimi ödənilməsi istisna edilmir. 



Sifarişçi podrat işləri qurtarana kimi istənilən vaxt müqavilənin icrasından birtərəfli qaydada imtina et-

mək ixtiyarına malikdir. Belə halda sifarişçi icra edilən işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin 

ə

vəzini ödəməyə borcludur (MM-in 759.1-ci maddəsi). Bununla belə, bəzən sifarişçi anjaq yerinə yetirilmiş 

işin haqqını ödəyir; o, müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini isə ödəməli deyildir. Belə ki, əgər sifarişçi 

tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hə-

rəkətlərlə bağlı olan səbəbə görə xitam verilə bilər. Bu zaman podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb 

etmək hüququna malikdir, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (MM-in 759.2-ci maddə-

si). O ki qaldı podratçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna, qeyd etməliyik ki, o, bu hüquq-

dan istifadə edə bilməz. Ona görə ki, sifarişçinin müqaviləni ləğv etməsi podratçının təqsirli əməlləri ilə bağlı-

dır. 


Podrat müqaviləsi işlər qurtaranadək podratçının təşəbbüsü ilə xitam verilə bilər. Bunun üçün iki şərtin ol-

ması tələb olunur. Mülki qanunvericilik podrat müqaviləsinə podratçının təşəbbüsü ilə xitam verilməsinin iki 

halını  fərqləndirir;  həmin  hallara  görə  müqavilənin  xitam  edilməsi  eyni  yox,  müxtəlif  hüquqi  nəticəyə  səbəb 

olur. Birinci hal podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyə



və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilməsindən ibarətdir. Bu hala misal olaraq pod-

ratçının xroniki xəstəliyə düçar olması, ailə və ya iş vəziyyətinə görə başqa şəhərə köçməsi, podratçı təşkilatın 

fəaliyyətinə xitam verilməsi (məsələn, müflisləşməsinə görə və s.) və digərlərini göstərmək olar. Həmin hallara 

görə podratçı işlər qurtaranadək müqaviləyə xitam verə bilər, bu şərtlə ki, sifarişçi üçün işlərin başqa şəkildə 

bərabər və ya daha əlverişli şərtlərlə görülməsi mümkün olsun. Bu zaman podratçı yerinə yetirilmiş işin haq-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə