Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə466/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   462   463   464   465   466   467   468   469   ...   490

 

535


ratçının hazırladığı məmulat adətən istifadə məqsədləri üçün yararlı olur. Qarantiya müddəti ərzində məmulatda 

aşkar edilmiş qüsura görə podratçı məsuliyyət daşıyır. 

Qanun podrat müqavilə

si üzrə iddia müddəti barədə xüsusi qaydalar müəyyən edir (MM-in 776.1-ci mad-

dəsi). Bu elə müddətdir ki, göstərilən həmin müddət ərzində sifarişçi podratçının gördüyü işin icrasının qüsuru 

barəsində tələb irəli sürmək ixtiyarına malik olur. Qanun podrat müqaviləsi üzrə iki cür iddia müddəti müəyyən 

edir: 


 bir illik iddia müddəti; 

 beş illik iddia müddəti. 



Podratçının həyata keçirdiyi hər hansı işin nəticəsində (icrasında) aşkar edilmiş qüsur barəsində bir illik id-

dia müddəti müəyyən edilir. Binaya aid podrat işinin icrasının qüsuru barəsində beş illik iddia müddəti tətbiq 

olunur. Həm bir illik, həm də beş illik iddia müddətinin axımı sifarişçi tərəfindən işin qəbul edildiyi gündə

hesablanır. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı 

işin tam qəbul olunduğu gündən başlanır (MM-in 776-cı maddəsinin 2-ci bəndi). 

Müddətdən fərqli olaraq podrat müqaviləsinin qiyməti, nejə deyərlər, müfəssəl şəkildə tənzimlənir. MM-in 

753-cü maddəsi podrat müqaviləsi üzrə qiymətin mülki-hüquqi tənzimlənməsinə həsr edilmişdir. Müddət kimi 

də müqavilənin qiyməti onun mühüm şərti hesab olunmur

Müqavilənin  qiyməti  podratçı  tərəfindən  icra  edilən  işə  görə  sifarişçinin  ona  ödədiyi  podrat  haqqını  ifadə 

edir. Odur ki, müqavilənin qiyməti podrat haqqı adlanır. Haqq sifarişçinin podratçıya onun gördüyü işin mü-

qabilində verdiyi ödənişdir, podratçının icra etdiyi işin qiymətidir. Haqqın ödənilməsi podratçının müqavilə üz-

rə nəzərdə tutulan və görməli olduğu işin həcminə daxil olan bütün işlərin qiymətinin ödənilməsini nümayiş et-

dirir (MM-in 753.1-ci maddəsi). Qiymət çox vaxt müəyyən pul məbləği ilə ifadə edilir. Bununla bərabər, ye-

rinə  yetirilən  podrat  işinin  qiyməti  kimi  digər  qarşılıqlı  əvəz  formaları  da  çıxış  edə  bilər  (MM-in  397.1-ci 

maddəsi). Məsələn, podratçının gördüyü işin müqabilində sifarişçi ona hər hansı bir xidmət göstərə (sanatoriya-

ya putyovka almaq, yol bileti ilə təmin etmək) və ya hər hansı bir predmet (soyuducu, xalça, televizor və s.) ve-

rə bilər (natura formasında podrat haqqı). 

Podrat müqaviləsi bütün hallarda əvəzli xarakterə malik olur. Bu müqavilənin əvəzsiz olması tamamilə is-

tisna edilir. Elə təsəvvür edək ki, podratçı podrat müqaviləsi üzrə sifarişçinin materialları əsasında onun tapşırı-

ğ

ı  ilə  yeni  məmulat  hazırlamağı  öhdəsinə  götürür.  O,  gördüyü  işə  görə  haqq  almır.  Bu,  əmlak  vəzifəsində



azad edilmək halına uyğundur. Göstərilən münasibətlər bağışlama müqaviləsinin tənzimetmə sferasına daxil 

olur. Belə ki, bu münasibətlərə bağışlama müqaviləsi haqqında normalar tətbiq edilir (MM-in 666.2-ci maddə-

si).  Belə  halda  həmin  münasibətlər  bağışlama  müqaviləsi  ilə  rəsmiləşdirilir.  Bu  müqavilədə  podratçı  hədiyyə 

verən, sifarişçi hədiyyə alan, əmlak vəzifəsindən azad edilmək (podrat haqqını verməkdən azad olmaq) isə mü-

qavilənin predmeti rolunda çıxış edir. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, podrat müqaviləsində haqqın miqdarı göstərilməyə də bilər. Bu hal 

müqavilənin əvəzsiz olmasını nümayiş etdirmir. Axı, biz göstərdik ki, podrat müqaviləsi bütün hallarda əvəzli 

müqavilə hesab edilir. Əgər müqavilədə haqqın miqdarı müəyyənləşdirilməyibsə, adi haqqın şərtləşdiyi hesab 



olunur  (MM-in  753.1-ci  maddəsi).  Başqa  sözlə  desək,  MM-in  398.3-cü  maddəsinə  uyğun  olaraq,  belə  halda 

podratçının  yerinə  yetirdiyi  işə  görə  haqq  müqayisəyə  gələ  bilən  hallarda  oxşar  işlər  üçün  adətən  alınan 



qiymət üzrə ödənilir

Podrat müqaviləsi üzrə qiymət bir qayda olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Qiymət susmaq yolu 



ilə (dinməz razılıq əsasında) də müəyyənləşdirilə bilər. Bu o vaxt mümkün olur ki, həmin şəraitdə podratın 

yalnız haqq müqabilində yerinə yetirilməsi ehtimal edilsin (MM-in 753.1-ci maddəsi). Bəzi hallarda podratçının 

yerinə yetirdiyi işin qiyməti preyskurantlarla və ya tariflərlə də müəyyən edilə bilər. Belə halda podratçı yal-

nız preyskurant və ya tarifdə nəzərdə tutulan qiymət əsasında işi icra edir. Sifarişçi bu cür qiymətlərlə ya razı-

laşmalı, ya da müqavilə bağlamaqdan imtina etməlidir. Xüsusən dövlət təşkilatları, kooperativlər və digər hüqu-

qi şəxslər preyskurant və ya tarif qiymətləri əsasında podrat işləri görür. 

Haqq podrat müqaviləsində nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün müəyyən edilir. Buna görə 

də işin həcminin dəyişməsinə uyğun olaraq haqqın miqdarı da dəyişə bilər.  şin həcminin dəyişməsi dedikdə 

onun  ya  azalması,  ya  da  artması  başa  düşülür.  Müqavilə  bağlandıqdan  sonra  işin  həcmi  sifarişçinin  verdiyi 

müxtəlif cür sərənjamlar əsasında dəyişə bilər. Məsələn, sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin 

görülməsini tələb edə bilər. Belə halda işin həcmi edilən əlavəyə uyğun olaraq artır. Bu isə sifarişçinin əlavə iş-

lərin görülməsinə görə podratçıya ayrıca haqq vermək vəzifəsini şərtləndirir. Əgər sifarişçi müqavilədə nə-

zərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca 

haqq almaq hüququ vardır (MM-in 753.3-cü maddəsi). 

Elə də hallar olur ki, müqavilədə nəzərdə tutulan işin həcmi podratçı tərəfindən sifarişçinin tələbi olma-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə