Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə463/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   459   460   461   462   463   464   465   466   ...   490

 

532


4. Podrat müqaviləsinin əvəzli xidmət göstərilməsi 

müqavilələrindən fərqləndirilməsi 

Xidmət göstərilməsi nəticəsində də öhdəliklər yaranır. Xidmət göstərilməsi üzrə öhdəlik müqavilə öhdəli-

yinin müstəqil bir tipini təşkil edir. Bu öhdəlik tipi müqavilə öhdəliyinin podrat müqaviləsi ilə əhatə olunan o 

birisi tipindən – iş görülməsi üzrə öhdəlik tipindən fərqlənir. 

Xidmət göstərilməsi üzrə öhdəliklər müxtəlif cür mülki-hüquqi müqavilələr nəticəsində əmələ gəlir. Söhbət 

tapşırıq, komissiya, turist xidmətlərinin göstərilməsi, ticarət agenti haqqında müqavilə, broker müqaviləsi və s. 

ə

vəzli xarakterə malik olan müqavilələrdən gedir. Podrat müqaviləsini bu müqavilələrə yaxınlaşdıran cəhət on-



dan ibarətdir ki, göstərilən müqavilə növləri üzrə bir tərəf digər tərəfin tapşırığı əsasında onun üçün müəyyən 

hərəkətləri yerinə yetirir. Podrat müqaviləsinin nəzərdə tutduğu görülən iş, əvəzli xidmət müqavilələrinin pred-

meti olan göstərilən xidmət mülki hüquq münasibətlərinin obyektlərindən biri olan hərəkətin ayrı-ayrı növləri 

(halları) hesab edilir. Bu, onların ümumi cəhətə malik olduğunu göstərir. Belə ki, həm görülən iş, həm də göstə-

rilən xidmət hərəkət hesab edilir. 

Bununla belə, podrat müqaviləsini əvəzli xidmət müqavilələrindən fərqləndirmək lazımdır. Bu müqavilələrin 

fərqləndirilməsi öz başlanğıcını və mənbəyini Roma hüququndan götürmüşdür. Klassik Roma hüququna görə 

kirayənin (locatio-conductio) hələ üç müstəqil növü ayrılır və fərqləndirilirdi: 

 locatio-conductio rerum (əşyaların kirayəsi)



 locatio – conductio operis (işin kirayəsi və ya podrat)

 locatio - conductio operarum (xidmətin kirayəsi)



kinci  növ  müqavilə  (yəni  podrat  müqaviləsi)  üçün  əsas  xarakterik  xüsusiyyət  bu  müqavilənin  iqtisadi 

nəticə (opus) əldə etmək məqsədi ilə bağlanmasından ibarət idi. Xidmət müqaviləsi bu xüsusiyyətdən məh-

rum idi. 

Göstərilən bölgü indi də bir çox sivil mülki hüquq sistemlərində saxlanılır. Məsələn, Almaniya Mülki Qa-

nunnaməsinin ikinci kitabının 7-ci fəsli «Podrat və ona oxşar olan müqavilələr» adlanır. Bu fəsil iki yarımhissə-

yə bölünür. Birinci hissə podrat, ikinci hissə xidmət müqaviləsinin bir növü olan turist xidmətlərinin göstəril-

məsi müqaviləsinə həsr edilmişdir. 

Fransa Mülki Məcəlləsində bu bölgüyə rast gəlmək olar. Müasir dövrün ən yeni mülki məcəllələrindən biri 

sayılan Hollandiya MM-in «Qulluq tabeçiliyi olmayan xidmət göstərilməsi» adlı kitabında xüsusi fəsil ayrılmış-

dır. Buraya tapşırıq, vasitəçilik və kommersiya agentliyi adlı fəsillər daxildir. Bundan başqa, 7a xüsusi bölməsi 

«Kommersiya  agentliyi  haqqında  müqavilə»  adlanır.  Xidmət  göstərilməsi  üzrə  bu  cür  müqavilələrlə  bərabər, 

Hollandiya MM-i (7-ci kitab) podrat müqaviləsini də tənzimləyir. 

nqilabaqədərki rus sivilistləri arasında G.F.Şerşeneviç podrat və xidmət anlayışlarını bir-birindən fərqlən-

dirməyin  ən  fəal  tərəfdarı  hesab  olunurdu.  Onun  fikrincə,  podrat  dedikdə  iş  qüvvəsinin  tətbiq  edilməsinin 

məhsulu kimi görülən iş başa düşülürdü

Müasir müəlliflərdən görkəmli sovet sivilist alimi O.S.  offe işi xidmətdən ayırmağa xüsusi diqqət yetirirdi. 

O, «Öhdəlik hüququ» adlı əsərində podrat müqaviləsi ilə bərabər, həm də ayrıca olaraq xidmət göstərilməsi üz-

rə öhdəlikləri nəzərdən keçirmişdir. 

Beləliklə, podrat müqaviləsi əvəzli xidmət müqavilələrindən fərqli xüsusiyyətlərə malikdir. Əsas fərq əla-

məti bu müqavilələrin predmeti ilə şərtlənir. Belə ki, əvəzli xidmət müqavilələrinin predmetini xidmət təşkil 

edir. Göstərilən xidmətin (müəyyən hərəkət və ya müəyyən fəaliyyətin) nəticəsi qeyri-maddi xarakter daşıyır və 

maddiləşmiş əşya formasında deyil. Xidmət əmtəə xarakterində olsa da, onun nəticəsi maddi formada olmur. 

Bu  sözləri  podrat  müqaviləsinin  predmeti  haqqında  demək  olmaz.  Podrat  müqaviləsi  əsasında  görülən  işin 



nəticəsi maddi formaya malikdir.  kincisi, podrat müqaviləsi əsasında görülən işin nəticəsini bu işi icra edə-

nin özündən ayırmaq mümkündür. Xidmətin nəticəsi isə bu xidməti göstərənin özündən ayrılmazdır. 

Podrat  müqaviləsi  predmetinə  görə  müəllif  müqaviləsindən  fərqlənir.  Müəllif  müqaviləsinin  predmetini 

müəllifdən istifadəçiyə verilən əmlak hüquqları təşkil edir. 

Ə

sərin özü müqavilənin predmeti ola bilməz. Müəllif müqaviləsinin predmetini yaradıcı fəaliyyətin nəticə-



sindən istifadə hüquqları təşkil edir. Lakin bu nəticə əqli mülkiyyətin obyektidir və buna görə də xüsusi hüquqi 

recimlə qaydaya salınır. Belə təsəvvür yaranır ki, podrat müqaviləsinin predmetini podratçının adi, texniki 



fəaliyyətinin nəticəsi, müəllif müqaviləsinin predmetini isə əqli fəaliyyətin və əqli əməyin nəticəsinə olan isti-

fadə hüquqlarının verilməsi təşkil edir. 

Bəzi müəlliflər əsərlərin nüsxələrinin hazırlanması müqaviləsini (o cümlədən, müəllif nüsxələrinin) podrat 

müqaviləsi hesab edirlər. Bu barədə başqa fikir də var. 

Müəlliflərdən V.A.Dozortsev işin yaradıcı xarakterə malik olmasını nəzərə alaraq göstərir ki, sifariş müqavi-

ləsini (əsərin yaradılması barədə müəllif müqaviləsini) müəllif müqaviləsi yox, podrat tipli müqavilə hesab et-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   459   460   461   462   463   464   465   466   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə