Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə459/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   455   456   457   458   459   460   461   462   ...   490

 

527


Pauşal ödəniş əvəzinə ilkin ödənişdən də istifadə edilə bilər.  lkin ödəniş hissələrlə həyata keçirilir. Məsələn, 

müqavilə bağlananda 30%, öyrətmə başa çatdıqda 30%, birinci obyekt açılanda 30% və s. haqq verilir. Royalti 



ödəniş isə vaxtaşırı (hər şeydən əvvəl illik) ödənişdir. Bu ödəniş dövriyyə (mal və xidmətlərin fasiləsiz olaraq 

mübadilə edilməsi prosesi) məbləğindən müəyyən faiz hesabı ilə ayırmalarda ifadə edilir. Royalti çox vaxt fran-

çayz verən üçün əsas gəlir mənbəyi olur. 

Satış pulundan ayırmalar formasında həyata keçirilən üsul ən ədalətli ödəniş formalarından biridir. Bu 

forma  françayz  verənə  ödənilən  haqqın  miqdarının  françayz  alanın  həyata  keçirdiyi  sahibkarlıq  fəaliyyətinin 

uğurlu nəticəsindən asılı olmasını nəzərdə tutur. Nə qədər yüksək nəticə əldə olunmuşdursa, ona da uyğun ola-

raq françayz verənə haqq verilir. Bu cür qayda isə françayz verəndə françayz alanın gördüyü işin nəticəsinə ma-

raq yaradır. Ödənişin digər formaları, məsələn, pauşal ödəniş bu cür xüsusiyyətdən məhrumdur. Göstərilən ödə-

niş forması faizlərlə hesablanır. Məsələn, satış pulunun 5%-i, 10%-i, 15%-i və s. 

Françayzinq  müqaviləsinin  qiyməti  tərəflərin  razılığı  əsasında  müqavilə  yolu  ilə  müəyyən  edilir  (MM-in 

727-ci maddəsi). 



Müqavilənin  forması  üçün  onun  notariat  qaydasında  təsdiqlənməsi,  müqavilədən  irəli  gələn  hüquqların 

dövlət qeydiyyatına alınması tələb edilmir. Françayzinq müqaviləsi yazılı formada bağlanılır (MM-in 727-ci 

maddəsi). Tərəflərin qarşılıqlı razılığı ilə notarial formadan da istifadə oluna bilər. 

§ 3. Müqavilənin məzmunu 

1. Françayz verənin vəzifələri 

Françayz verənin əsas vəzifəsi spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlə-



rin göstərilməsinə kömək etməkdən ibarətdir (MM-in 723-cü maddəsi). O, bundan savayı digər vəzifələr də 

daşıyır ki, bu, MM-in 724-cü və 726-cı maddələrində nəzərdə tutulmuşdur: 

 standart formalı qeyri-maddi əmlak hüquqlarını vermək



 əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını vermək; 

 məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını vermək



 satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə vermək

 birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumaq



 birgə fəaliyyət sistemini həmişə təkmilləşdirmək

 françayz alanı işgüzar vərdişlərlə tanış etmək



 françayz alanın ixtisasını artırmaq

 françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə qarşı tərəfi açıq-aşkar və tam tanış etmək



 etibar edilmiş informasiyanı açıqlamamaq

Françayz verənin əsas vəzifələrindən biri françayz alanın işçilərini öyrətməkdən ibarətdir. Bu, aşağıdakı 

öyrətmə növlərini əhatə edir: marketinqi öyrətməni, yəni françayz verən mallara və xidmətlərə olan tələbləri 

qabaqcadan görməyi, idarə etməyi və təmin etməyi, habelə malın satış və reklam texnologiyasını öyrədir; malın 

istehsalı və ya xidmət göstərilməsinin texnologiyasını öyrətməni (məsələn, françayz verən məhsulu hazırla-

maq, emal etmək və müştəriyə satma üsulunu öyrədir); malın təmir olunmasını öyrətməni (françayz verən ça-

lışmalıdır ki, françayz alan həmişə təmir üçün ehtiyat hissələrinə, diaqnostika və xidmət üçün avadanlığa malik 

olsun, geniş servis xidməti şəbəkəsi yaratsın); sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin ümumi qay-



dalarını öyrətməni (mühasibat uçotunun, vergi uçotunun, kadr uçotunun, kreditlə satışın, inventarlaşmanın və 

s. hansı qaydada yerinə yetirilməsini öyrətmək). 

Öyrətmə vəzifəsi müəyyən proqram əsasında həyata keçirilir. Bu proqrama görə françayz alanın işçiləri fran-

çayz verənin müəssisələrində təlim keçir, françayz alanın firmasına təlimatçılar göndərilir və s. Françayz verən 

həm də françayz alanı qabaqcıl texnologiya ilə təmin etməli, ona biznes və marketinqin müasir metodlarını öy-

rətməlidir. Bununla o, yerli milli sahibkarlığın formalaşmasına kömək edir. 



2. Françayz alanın vəzifələri 

Françayz alanın daşıdığı vəzifələr MM-in 725-ci maddəsində göstərilmişdir. Onun müqavilə üzrə icra etməli 

olduğu vəzifələrə aiddir: 

 müqavilə bağlanarkən ilkin haqq (daxilolma haqqı) ödəmək



 françayz verənə haqq (ödəniş) vermək

 vicdanlı sahibkar kimi fəaliyyət göstərmək; 



 françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etmək və mallar əldə etmək

 françayz verənə vicdanlı surətdə informasiya vermək



 françayzinq ilə bağlı hallarla, xüsusən françayzinq sistemi ilə qarşı tərəfi açıq-aşkar və tam tanış etmək

Françayz alanın daşıdığı əsas vəzifələrdən biri françayz verənin kommersiya sirrlərini (ticarət sirrini və 

ya istehsal sirri olan nou-hau), habelə informasiyanı (kommersiya təjrübəsini) açıqlamamaqdan ibarətdir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə