Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə467/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   463   464   465   466   467   468   469   470   ...   490

 

536


dan artırılır. Bu cür əlavə işlərin görülməsi podrat müqaviləsində müəyyənləşdirilmir. Müqavilədə nəzərdə tu-

tulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən bu cür işlərin haqqı ödənilmir (MM-in 

753.4-cü maddəsi). Podratçı müqavilədə nəzərdə tutulmayan yerinə yetirdiyi həmin əlavə işin nəticələrini, əgər 

sifarişçi bunu tələb edərsə, aradan qaldırmağa borcludur. O, əlavə işin nəticələrini ağlabatan müddət ərzində 

aradan qaldırmalıdır. Əgər podratçı göstərilən müddət ərzində həmin nəticələri aradan qaldırmazsa, sifarişçinin 

ixtiyarı var ki, əlavə işin nəticələrini özü podratçının hesabına ləğv etsin. 

Podrat müqaviləsi üzrə görülən işin həcmi böyük və geniş olduqda, eləjə də işin özü kompleks və mürəkkəb 

xarakter  daşıdıqda  müqavilənin  qiyməti  smeta  tərtib  etmək  yolu  ilə  müəyyən  edilir.  Müqavilənin  qiyməti 

podratçı ilə sifarişçinin razılığının nəticəsi olduğuna görə bir tərəfin tərtib etdiyi smeta hüquqi əhəmiyyətə ma-

lik olmayajaqdır. Podratla bağlı tərtib olunan smeta yalnız o halda ödənilir ki, bu smeta hər iki tərəfin iradəsini 

və razılığını ifadə etsin. Podratla bağlı tərtib edilmiş smeta, əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyən-

ləşdirilməyibsə, ödənilmir (MM-in 752.3-cü maddəsi). 

Smeta  həm  podratçı  tərəfindən,  həm  də  sifarişçi  tərəfindən  tərtib  edilə  bilər.  Bir  qayda  olaraq,  peşəkarlıq 

mülahizələrinə görə smeta podratçı tərəfindən tutulur. Sonra isə smetanı sifarişçi təsdiq edir. Bu, qiymət barədə 

tərəflərin razılığını ifadə edir. Yalnız hər iki tərəfin iradəsini ifadə edən smeta hüquqi əhəmiyyətə malik olur. 

Podrat müqaviləsi ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün iki cür smeta tərtib edilir: 

 sabit smeta; 



 təqribi smeta. 



Sabit smeta odur ki, bu, podratçının çəkdiyi bütün zəruri xərcləri dəqiq olaraq ifadə edir. Sabit smeta bir 

qayda olaraq, dəyişilməzdir. Barəsində sabit smeta tərtib edilmiş podrat işinin artırılmasına və ya azaldılmasına 

yol verilmir. 

Təqribi smeta odur ki, işin gedişi və icrası prosesində bu cür smetanın dəyişməsi, ondan kənara çıxmaya 

yol  verilməsi  istisna  edilmir.  Təqribi  smeta  podratçının  yerinə  yetirməli  olduğu  işlərin  dairəsini  və  növünü 

qabaqcadan müəyyən etmək mümkün olmadığı hallarda tərtib edilir. Podrat müqaviləsi bağlanarkən nəzərdə tu-

tulması mümkün olmayan elə podrat işləri vardır ki, bu cür işlərin görülməsi zərurəti təqribi smetadan kənara 

çıxmaya səbəb olur. Podratçı bu cür kənara çıxma barəsində dərhal ləngimədən sifarişçiyə məlumat verməlidir. 

Ə

gər kənara çıxma mühüm xarakter daşıyarsa, sifarişçinin razılığı ilə bu cür əlavə işin haqqı ödənilir. Belə ki, 



sifarişçi bu halda podratçının çəkdiyi xərclərin əvəzini verir. Bununla belə, sifarişçi təqribi smetadan artıq xərc-

lərin ödənilməsindən imtina edib, podrat müqaviləsinə xitam vermək hüququna malikdir. Göstərilən halda 

sifarişçi icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur (MM-in 754.2-ci maddəsi). 

§ 3. Podrat müqaviləsinin məzmunu 

1. Podratçının hüquq və vəzifələri 

Podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi icra etmək və yerinə ye-



tirməkdən ibarətdir (MM-in 752.1-ci maddəsi). Podratçının işi icra etməkdən ibarət olan əsas vəzifəsinin hə-

yata keçirilməsi bir neçə tələbi (şərti) əhatə edir ki, bu tələblər həmin vəzifəni konkretləşdirir. 

Ə

n birinci tələb ondan ibarətdir ki, podratçı işi sifarişçinin verdiyi tapşırığa uyğun olaraq icra etməlidir. 

ş

in sifarişçinin verdiyi tapşırığa uyğun gəlməyən qaydada icrası qüsurlu icra sayılır. Bu, sifarişçiyə əlavə icra 



tələb etmək ixtiyarı verir (MM-in 763.1-ci maddəsi). 

kinci tələb (şərt) ondan ibarətdir ki, podratçı müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, müqavilə üzrə 

şə

rtləşdirilmiş işi öz materialı və vəsaitləri ilə icra edir. Öz materialı ilə işi yerinə yetirən podratçı materialla-



rın keyfiyyəti üçün məsuliyyət daşıyır. Bununla belə, podratçı işi sifarişçinin materiallarından da yerinə yetirə 

bilər. Podratçı sifarişçinin verdiyi materiallardan düzgün istifadə etməyə borcludur. Materiallardan düzgün isti-

fadə etməyə görə o, sifarişçi qarşısında məsuliyyət daşıyır. Podratçı icra prosesində materiallardan nə cür istifa-

də etməsi barədə sifarişçiyə məlumat (hesabat) verir.  şi görüb qurtardıqdan sonra o, materialların qalan hissəsi-

ni sifarişçinin özünə qaytarır. 

Üçüncü tələb podratçının sifarişçini vaxtında xəbərdar etməyə borclu olmasından ibarətdir (MM-in 768-

ci maddəsi). Hüquq ədəbiyyatında bu, «podratçının informasiya vermək vəzifəsi» adlanır. Podratçının sifariş-

çini vaxtında xəbərdar etmək vəzifəsi üç halla şərtlənir: 

 birincisi, sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 



 ikincisi, sifarişçinin göstərişlərinə əməl edilməsi məmulatın davamsız və ya yararsız olajağı üçün təh-



lükəli olarsa

 üçüncüsü, podratçıdan asılı olmayan,  məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hə



hansı başqa hallar olduqda

Göstərilən üç halda nəzərdə tutulan çatışmazlıqları sifarişçi aradan qaldırmağa borcludur. Podratçının vax-

tında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçinin həmin çatışmazlıqları aradan qaldırmaması podratçıya müqa-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə