Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə471/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   467   468   469   470   471   472   473   474   ...   490

 

540


qının ödənilməsini tələb edə bilər; zərərin əvəzinin alınmasını isə o, tələb edə bilməz. 

kinci hal isə podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində 



baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilməsindən ibarətdir. Məsələn, dəfələrlə 

xəbərdarlıq edilməsinə baxmayaraq sifarişçi podratçıya keyfiyyətsiz və yararsız materiallar verir və s. Bu kimi 

səbəblərə görə podrat müqaviləsinə xitam verilərkən podratçı tələb edə bilər (MM-in 760.2-ci maddəsi): 

• həm yerinə yetirilmiş işin haqqının ödənilməsini; 

• həm də müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini. 

Beləliklə, podrat müqaviləsi əşya formasına malik olan işin haqq əsasında görülməsi və  yerinə  yetirilməsi 

prosesində əmələ gələn münasibətləri əhatə edən konstruksiyadır. Müasir milli mülki hüquq sistemlərində və 

beynəlxalq ticarət dövriyyəsində podrat bu cür təbiətə malik olan müqavilə növü kimi qəbul edilmişdir. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Braqinskiy  M. .  Podrəd,  vıpolnenie  nauçno-issledovatelğskix,  opıtno-konstruktorskix  i  texniçeskix  rabot, 

vozmezdnoe okazanie usluq // Xozəystvo i pravo. 1996, №4,5. 



Braqinskiy M. . Podrəd i podrədopodobnıe doqovorı // VVAS RF. 1996. №7. 

Vituşko V. Doqovor podrəda // Xozəystvo i pravo. 1992. №11,12. 

Kuzneüova N.S. Podrədnıe doqovorı v investiüionnoy deətelğnosti v stroitelğstve. Kiev, 1993. 

Sirotina  .A. Podrəd. M., 1997. 

offe O.S. Sovetskoe qracdanskoe pravo. Kurs leküiy. L., çastğ 2, 1961. 

offe O.S. Obəzatelğstvennoe pravo. M., 1975. 

Braqinskiy M. ., Vitrənskiy V.V. Doqovornoe pravo. Kniqa 3. M., 2002. 

Qracdanskoe i torqovoe pravo zarubecnıx stran. Uçebnoe posobie / Otv. red. V.V. Bezbax, V.K. Puçinskiy

M., 2004. 

 

TAPŞIRIQ MÜQAV LƏS  

§ 1. Tapşırıq müqaviləsinin anlayışı,  

xüsusiyyətləri, əsas cəhətləri və elementləri 

1. Tapşırıq müqaviləsi və xidmət göstərilməsi 

üzrə öhdəliklə

Öhdəliyin  ən  geniş  yayılmış  növü  müqavilə  öhdəliyidir.  Müqavilə  öhdəliyi  özü  müxtəlif  tiplərə  bölünür: 

ə

mlakın mülkiyyətə verilməsi üzrə öhdəlik (alqı-satqı, dəyişmə, bağışlama və renta öhdəlikləri); əmlakın istifa-



dəyə verilməsi üzrə öhdəlik (əmlak kirayəsi, icarə, lizinq və əvəzsiz istifadə öhdəlikləri); iş görülməsi üzrə öh-

dəlik (podrat öhdəliyi) və s. 

Müqavilə öhdəliyinin tiplərindən biri xidmət göstərilməsi üzrə öhdəlik hesab olunur. Bu cür öhdəliklərə 

aiddir: daşıma; saxlama (saxlanj); sığorta; komissiya; bank əmanəti; bank hesabı və s. öhdəliklər. Xidmət göstə-

rilməsi üzrə öhdəliyin bir növü tapşırıq öhdəliyidir

Mülki  hüquqda  xidmət  göstərilməsi  üzrə  müqavilə  öhdəlikləri  xidmət  göstərənin  həyata  keçirdiyi 



fəaliyyətin xarakterindən asılı olaraq müəyyən növlərə ayrılır: 

 faktiki xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (daşıma öhdəliyi, broker öhdəliyi; saxlama öhdəliyi); 



 hüquqi xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (komissiya öhdəliyi); 

  həm  faktiki,  həm  də  hüquqi  xarakterli  öhdəlik  (tapşırıq,  nəqliyyat-ekspedisiya,  konsessiya  və  tijarət 



agenti öhdəlikləri); 

 pul-kredit xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (bank hesabı, bank əmanəti və sığorta öhdəliklə-



ri). 

Yeni MM xidmət göstərilməsi üzrə müqavilə öhdəliklərini xüsusi qrup halında birləşdirməyərək sistemləş-

dirmir. Bu halı onun qüsurlu cəhətlərindən biri hesab etmək olar. Bununla belə, artıq çoxdan bəridir ki, mülki 

hüquq elmində öhdəliklərin təsnifi aparılır. Bu təsnifə əsasən müqavilə öhdəliklərindən xidmət göstərilməsi üz-

rə öhdəliklər xüsusi qrup halında ayrılır. Xidmət öhdəlikləri içərisində bəzi öhdəliklər özlərinin hüquqi təbiətinə 

görə fərqləndirilir. Bunlar vasitəçilik xidməti göstərilməsi üzrə öhdəliklər adlanır. Bu cür öhdəliklərə aiddir: 

 tapşırıq öhdəliyi; 



 broker öhdəliyi; 

 ticarət agenti (nümayəndəsi) öhdəliyi; 



 konsessiya öhdəliyi; 

 komissiya öhdəliyi; 



 nəqliyyat-ekspedisiya öhdəliyi. 

Vasitəçilik xidməti üzrə öhdəliklər içərisindən ticarət vasitəçiliyi adlı xüsusi öhdəliklər qrupu ayrılır: tica-



 

541


rət agenti öhdəliyi; konsessiya öhdəliyi; komissiya öhdəliyi; broker öhdəliyi. Ticarət vasitəçiliyi öhdəliklərin-

dən yalnız ikisi ticarət nümayəndəliyi yaradır: ticarət agenti öhdəliyi; komissiya öhdəliyi. 



2. Tapşırıq müqaviləsinin anlayışı və hüquqi təbiəti 

Tapşırıq müqaviləsinin «yaşı» çox qədim dövrlərə gedib çıxır. Bu müqavilə «mandatum» (tapşırıq) adı ilə 

hələ neçə-neçə yüz il bundan əvvəl Roma hüququna məlum idi. Roma hüququ tapşırıq müqaviləsinə bir şəxsin 

(etibar edənin) hər hansı hərəkətin pulsuz yerinə yetirilməsini digər şəxsə (etibar edilənə) tapşırması, etibar edi-

lənin isə bunu öz üzərinə götürməsi kimi anlayış verirdi. 

Tapşırıq  müqaviləsi  bir  çox  sivil  və  qabaqcıl  dövlətlərin  (məsələn,  taliyanın,  Almaniyanın,  Avstriyanın, 

Fransanın və s.) qanunvericiliyində nəzərdə tutulmuşdur. Məsələn, Almaniya Mülki Qanunnaməsi tapşırıq mü-

qaviləsinə etibar edilənin etibar edən tərəfindən ona tapşırılmış işi əvəzsiz ijra etməyi öhdəsinə götürməsi kimi 

anlayış verir (§ 662). Qeyd etmək lazımdır ki, tapşırıq müqaviləsi yalnız kontinental Avropa ölkələrinin hüqu-

quna məlumdur. 

Azərbaycan Respublikası MM-in 777.1-ji maddəsi tapşırıq müqaviləsinin leqal anlayışını formulə edir. Tap-

ş

ırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürəşəxs (vəkalət alan) başqa şəxsin (və-



kalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat 

vermədən icra etməyi öhdəsinə götürür

Tapşırıq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri müqavilənin mühüm şərtləri barədə onlar arasında ra-

zılıq əldə edildiyi andan əmələ gəlir. Bu onu göstərir ki, tapşırıq müqaviləsi konsensual müqavilədir. Həm də 

ona görə ki, tərəflər öz aralarında razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Amma müqavilə vəkalət 

alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (MM-in 777.2-ji maddəsi). Ona görə ki, əqdin təsnifi ba-

xımından tapşırıq müqaviləsi ikitərəfli əqddir; ikitərəfli əqdin isə bağlanması üçün hər iki tərəfin iradə ifadəsi 

tələb olunur. Vəkalət alanın tapşırığı qəbul etməsi məhz onun tapşırıq müqaviləsinin bağlanmasına razılıq ver-

məsini və iradəsini ifadə edir. 

Tapşırıq müqaviləsi həəvəzli, həm də əvəzsiz ola bilər. Bunu MM-in 783.2-ci maddəsində ifadə edilən 

göstərişdən müəyyən etmək mümkündür. Bu göstərişə görə vəkalət verən vəkalət alana  yalnız o halda haqq 



ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun. Bu onu ifadə edir ki, haqq ödənilməsi barədə tərəflər razılığa gəldik-

də müqavilə əvəzli, haqq barədə şərt nəzərdə tutulmadıqda isə əvəzsiz xarakterə malik olur. Başqa sözlə desək, 

tapşırıq müqaviləsi yalnız müqavilədə haqq barədə şərt nəzərdə tutulduğu halda əvəzli olur. Bununla bərabər, 

vəkalət alan tərəf (vəkil, patent müvəkkili) müstəqil peşə fəaliyyəti formasında əqdlər bağlayarsa və ya xid-

mətlər göstərərsə, tapşırıq müqaviləsi əvəzli müqavilə olajaqdır. Söhbət kommersiya nümayəndəliyindən get-

mir (MM-in 361-ci maddəsi). Göstərilən hallarda söhbət ancaq vəkillər, patent müvəkkilləri və s. tərəfindən hə-

yata keçirilən peşəkarlıq nümayəndəliyindəgedir ki, belə nümayəndəlik həmişə əvəzli olur; bu hamılıqla be-

lə qəbul edilmişdir. Bəzən tapşırıq müqaviləsində haqq vermək barədə şərt göstərilsə də, haqqın miqdarı müəy-

yənləşdirilmir. Lakin bu hal heç də müqavilənin əvəzsiz olmasını şərtləndirmir; tapşırıq müqaviləsi buna bax-

mayaraq bu kimi məqamlarda əvəzli müqavilə sayılır. 

Ə

vəzsiz tapşırıq müqaviləsi yalnız gizli nümayəndəlik münasibətləri yaradır. Bu cür müqavilədən xidmə



göstərilməsi üzrə öhdəlik əmələ gəlmir. Əvəzli tapşırıq müqaviləsinə gəldikdə isə onu göstərə bilərik ki, bu 

müqavilə həm nümayəndəlik münasibətləri, həm də xidmət göstərilməsi üzrə öhdəlik yaradır. 

Tapşırıq müqaviləsi həm də ikitərəfli (qarşılıqlı) müqavilədir. Ona görə ki, tərəflərdən hər biri bir-birinə 

münasibətdə vəzifələr daşıyırlar: vəkalət verən haqq ödəmək, tapşırığın ijrası zamanı çəkilən xərclərin əvəzini 

vermək və digər vəzifələr daşıyır; vəkalət alanın isə üstünə tapşırığı ijra etmək, hesabat vermək və digər vəzifə-

lər düşür. Bu müqavilədə tərəflərdən birinin hüququ digər tərəfin vəzifəsinə uyğun gəlir. Tapşırıq müqaviləsi 

ə

vəzli və ya əvəzsiz olmasından asılı olmayaraq bütün hallarda qarşılıqlı xarakterə malikdir. 



3. Tapşırıq müqaviləsinin tətbiq sahəsi 

və əhəmiyyəti 

Bəzən həyatda elə vəziyyət yaranır ki, mülki dövriyyə subyektləri bu və ya digər səbəbə görə mülki hüquqla-

rını və vəzifələrini şəxsən özləri həyata keçirə bilmirlər. Belə ki, adətən mülki hüququn hər bir subyekti malik 

olduğu mülki hüquq qabiliyyətini özü gerçəkləşdirir, əmlak əldə edir, əmək haqqını alır, mülkiyyətdə olan pred-

metləri və avadanlıqları satır, müxtəlif cür əqdlər bağlayır və digər hüquqi hərəkətlər edir. Həyat halları bəzi 

məqamlarda subyektin müstəqil və sərbəst şəkildə öz hüquqlarını həyata keçirməsinə, eləjə də subyektiv hüquq 

və vəzifələr əldə etməsinə mane olur. Mane olan hallar həm hüquqi xarakterli (fəaliyyət qabiliyyətinin olmama-

sı), həm də faktiki xarakterli (xəstəlik, hüquqi savadsızlıq, vaxt məhdudluğu və s.) ola bilər. Belə hallarda nü-

mayəndəlik institutunun köməyindən istifadə etməklə subyektin özünün malik olduğu hüquq qabiliyyətinin bir 

hissəsini həyata keçirməsi onun üçün həddindən artıq rahat və əlverişli olur, bəzi hallarda isə sadəjə olaraq zə-

rurətə çevrilir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə