Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

mərhələdə  məscidlər  tikilmir,  qədim  məbədlər  və  islamlaşma  nəticəsində 
istifadəsiz  qalmış  kilsələr  məscidlərə  çevrilir,  qəbilə-tayfa  şüurunun  dini  şüurdan 
üstünlüyü qorunub saxlanılırdı. 
kinci  mərhələ  VIII  əsrin  əvvəllərindən  Qərbi  randa  və  raqda  Büveyhilərin 
hakimiyyətə   gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil 
Ş
irvanşah  Məzyədilər  və  Səcdilər  dövlətləri  yaranır.  Bütpərəstlik,  zərdüştilik 
ə
həmiyyətini  itirir,  yəhudilik  mövcudluğunu  qoruyub  saxlayır,  Alban  kilsəsi 
müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinlər erməni dilində 
aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma 
etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk 
dövrlərindən  başlanan  şüubilik  hərəkatında  izləmək  mümkündür.  Babək  hərəkatı 
(816-838)  buna  ən  parlaq  misaldır.  Sərhəd  məntəqələrində  islam  təsəvvüfü 
təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır. 
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu 
dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib 
çıxır.  Sünni  hənəfi  və  şiə imami  məzhəbləri  aparıcı  məzhəblər  olurlar.  Sufilik  də 
özünə xeyli ardıcıl tapır.  
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə 
bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii 
məzhəbi  aparıcı  məzhəbə  çevrilir,  sufi  təriqətləri  geniş  yayılır.  Azərbaycan 
Atabəyləri və Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər. 
Beşinci  mərhələ  monqol  istilaları  dövrünü  (XIII  əsrin  I  yarısı  -  XV  əsrin  II 
yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Onun banisi 
Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 
1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi 
xəlvətiyyə  təriqətinin  ikinci  piri  Seyyid  Yəhya  Şirvani  Bakuvi  Xəlvəti  (vəfatı  - 
1464)  çox  məşhur  olmuşdur.  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  qardaşlarından 
biri  xəlvətiyyə  şeyxi  Dədə  Ömər  Rövşəninin  (vəfatı  -  1487)  ardıcıllarından  idi. 
brahim  bin  Məhəmməd  Gülşəni  (vəfatı  -  1534)  XV  əsrin  ikinci  yarısında 
xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox 
sufi  təriqətləri,  o  cümlədən  nəqşbəndiyyə  Azərbaycana  və  Azərbaycan  vasitəsilə 
Ş
imali Qafqaza nüfuz etmişdir. 
Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların 
(1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 
12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də 
onlar  "qızılbaşlar"  adlanırdılar.  Çaldıranda  Səfəvilərə  qalib  gələn  Osmanlılar 
Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar. 
Tarixi  faktlar  təsdiqləyir  ki,  slamın  Azərbaycanda  yayıldığı  dövrdə  xalqın 
narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox, 
siyasi  hakimiyyətə  qarşı  yönəlib.  Digər  tərəfdən,  əgər  slam  qılınc  gücünə 
yayılsaydı,  onun  Azərbaycanda  ömrü  bu  qədər  uzun  olmaz  və  ümumxalq  dininə 
çevrilməzdi.  Dini  birlik  şüuru  etnik  və  ya  milli  birlik  şüurundan  daha  güclü  və 
ə
hatəli olduğundan  slam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk 
xalqları  bu  dini  qəbul  etməklə  nəinki  daha  əhatəli  və  zəngin  bir  sivilizasiyaya 


qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində 
mühüm rol oynadılar. 
Çünki on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar  slam 
mədəniyyətinin  çiçəklənməsi  üçün  əllərindən  gələni  əsirgəməmiş  və  bu 
mədəniyyətin  layiqli  və  görkəmli  nümayəndələrinə  çevrilmişlər. 
slam 
mədəniyyətini  azərbaycanlılarsız  təsəvvür  etmək  mümkün  olmadığı  kimi, 
Azərbaycan  mədəniyyətini  də  slamsız  təsəvvür  etmək  qeyri-mümkündür.  Əgər 
mədəniyyətimizdən bir anlığa  slamı və onun izlərini silsək, bu zaman Azərbaycan 
tarixini  və  mədəniyyətini  inkar  etmiş  olarıq.  Azərbaycanda  slamla  bağlı  önəmli 
məqamlardan  biri  də  odur  ki,  bu  din  Qafqazda  ölkəmiz  vasitəsilə  yayılmışdır. 
Bunun  məntiqi  nəticəsidir  ki,  hazırda  Azərbaycan  Qafqaz  regionunda  yaşayan 
bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə 
də dini dairələr tərəfindən qəbul edilir. 
 
 
Mövzu 4. 
 
Etnik-milli müxtəliflik və multikulturalizm  
 
Azərbaycanın  polietnik  təkamülünə baxış və onun   tolerantlıq ənənələri. Rusiya  
imperiyasının  müstəmləkə  siyasəti:  köçürmə,  ruslaşdırma,    xristian-laşdırma.  Ölkədə 
demoqrafik dəyişikliklər.  Azərbaycan xeyriyyəçiləri
 
XX əsrin əvvəllərində Bakı memarlığı –multikulturalizmin nümunəsidir. 
 XX  əsrin  əvvəllərində  Azərbaycan  milli-azadlıq  hərəkatı.  Rusiya 
müsəlmanlarının I qurultayı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan 
xalqının  etnik  tolerantlıq  ənənələrinin  inkişaf  etdirilməsi.  Sovet  ttifaqının 
millətlərarası  münasibətlər  siyasətinin  xüsusiyyətləri.  Qondarma  “Dağlıq 
Qarabağ”  probleminin  növbəti  mərhələsi  və  onun  tarixi  kökləri.  Azərbaycanın 
dövlət  müstəqilliyinin  bərpa  edilməsi.  Ermənistan  silahlı  qüvvələri  tərəfində
Azərbaycan torpaqlarının işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi.  
Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  hakimiyyətə  qayıdışı.  Ümummilli 
lider HeydəƏliyevin hakimiyyəti dövründə millətlərarası münasibətlər siyasətinin 
ə
sas xüsusiyyətləri. 
 Müasir  dövrdə  Azərbaycan  Respublikasının  millətlərarası  münasibətlə
siyasətinin  məqsəd  və  vəzifələri,  prinsipləri  və  əsas  istiqamətləri,  hüquqi  bazası. 
Azərbaycanda  millətlərarası  münasibətlərin  demokratik  prinsiplər  əsasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə