etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə
kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən inkişaf etdirilməsini, onun
maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir.
Çandran Kukatas multikulturalizmin qeyd olunan formalarının hər birinin
liberalizm nəzəriyyəsinə əsaslandığını göstərir. Lakin zəif multikulturalizm klassik
liberalizmə, güclü multikulturalizmin isə müasir liberalizmə əsaslanır.
3.
ctimai inkişafda mədəniyyətin aparıcı rolu dair fikirlər və
multikulturalizm. Etnik - mədəni müxtəlifliklər multikulturalizmin
yaranmasının səbəbi kimi. Etnik-mədəni müxtəlifliklərin müəyyən
edilməsində, multikulturalizmin tədqiq olunmasında mədəni- sivilizasion
yanaşmanın rolu.
Müasir ictimai inkişafın, xüsusilə də onun səbəblərinin və istiqamətinin
tədqiq olunmasının mühüm metodoloji əsaslarından biri ictimai inkişafda
mədəniyyətin aparıcı roluna dair elmi müddəadır. Bu müddəa mədəni- sivilizasion
yanaşma adlanır. Mədəni- sivilizasion yanaşmaya əsasən, dünya kommunist
sisteminin dağılması soyuq müharibə dövrünə son qoyaraq iki bir-birinə zidd olan
siyasi sistemin hərbi, siyasi, iqtisadi və ideoloji qarşıdurmasına da son qoydu.
Nəticədə xalqlar öz mədəni dəyərlərinə müraciət etməyə imkan əldə etdilər. Bu
barədə Samuil Hantunqton “Sivilizasiyaların toqquşması və dünya düzəminin
yenidən qurulması” adlı kitabında qeyd edir: “Yeni dünyada xalqlar arasında əsas
fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”. Öz tarixinə, dininə,
dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər”.
nqlehart Ronald: “Dövlət başçıları və qanunlar dəyişə bilər, lakin mədəniyyətin
ə
sas aspektlərii dəyişmək üçün çoxlu illər tələb olunacaqdır”. Ralf Darendorf:
“ nstitusional mühitin, yəni qanunların dəyişməsi üçün ay kifayətdir, iqtisadi
şə
raitin dəyişməsinə bir iki il tələb olunur, amma şüurun dəyişməsinə onilliklər
tələb olunur.” Pain: “Mədəniyyət siyasətdən daha vacibdir, çünkiMədəniyyət
stereotipləri siyasi doktrinalardan əvvəl gəlir və onların əsasını təşkiil edir.”
Beləliklə, multikulturalizm ilk növbədə mədəniyyətin ictimai inkişafda aparıcı rol
oynadığını, etnik- mədəni qrupların maraqlarının tanınmasını və həyata keçirilməsi
ideyasına əsaslanır
. Bu qrupların tələblərinin əsasında dil və din məsələsidir.
ctimai inkişafda mədəniyyətin aparıcı roluna dair qeyd olunan elmi müddəa
müasir dövrdə xalqların həyatında mədəniyyətin mühüm rol oynadığını
göstərməklə cəmiyyətdə etnik-mədəni müxtəlifliklərin qalxmasının səbəbini izah
edir. Belə olan bir şəraitdə etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən
optimal vasitəsi kimi multikulturalizm özünü büruzə verir. Buna görə də
multikulturalizmin tədqiq olunmasında mədəni- sivilizasion yanaşmanın böyük
metodoloji əhəmiyyəti vardır.
4. “Azərbaycan multikulturalizmi” – inteqrativ bir fənn kimi. Fənnin
ə
həmiyyəti.
“Azərbaycan multikulturalizmi” – inteqrativ bir fəndir. O,
fəlsəfə, politologiya,
tarix, sosiologiya, kulturologiya və bu kimi bir sıra ictimai elmlərin
müddəalarından istifadə edir. “Azərbaycan multikulturalizmi” fənninin qarşısında
ə
sas məqsədə - tələbələrə Azərbaycan Respublikasınınin multikulturalizm
siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata
keçirilməsinin səbəblərini izah etmək- nail olmaq üçün sadalanan ictimai elmlərə
müraciət etmək vacibdir.
“Azərbaycan multikulturalizmi” fənninin böyük idraki, praktiki, siyasi,
ideoloji, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.
MÖVZU 2
CTIMAI-FƏLSƏFI FIKIR TARIXINDƏ TOLERANTLIQ VƏ
MULTIKULTURALIZM IDEYALARI
1.
Qədim azərbaycanlıların mifik təsəvvürlərində toleranlıq.
2.
Azərbaycanda yayılmış sosial ədalətlə səciyyələnən dini-etik təlimlərdə
tolerantlıq və multikulturalizm ideyaları.
3.
Azərbaycanda slamın yayılması və slamda tolerantlıq.
4.
N. Tusinin görüşlərində tolerantlıq ideyaları
5.
Orta əsrlərdə Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında
Azərbaycan poetik məktəbinin rolu
6.
Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları.
7.
XIX əsr XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin
dünyagörüşündə tolerantlıq və multikultiralizm ideyaları.
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin və
tolerantlığın olmasına, həm də yeni dini cərəyanların zaman-zaman yaranmasına
və inkişafına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə
malikdir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət
sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik,
türk, iran, qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi
müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın
inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır.
1. Qədim azərbaycanlıların mifik təsəvvürlərində toleranlıq.
Arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır.
Hər bir xalqın tarixinin, ilkin ictimai fikrinin öyrənilməsin də miflər mühüm
ə
həmiyyət kəsb edir. Xalqların ictimai fikir tarixi əvvəlcə mifologiya şəklində
olmuş, sonra əsgi dinlər, inanclar sistemi gəlmişdir. Mifoloji şüur ictimai şüurun
formalarından biridir. Mifoloji şüur qədim insanın hələ təbiətdən ayırılmadığı,
fövqəltəbii qüvvələrin təsiri nəticəsində yaranan ilkin emosional şüur formasıdır.
Mifoloji şüur fərdə, mifoloji düşüncə isə kollektivə məxsusdur. L. Brül mifoloji
düşüncəni məntiqəqədərki təfəkkür, şüur tipi kimi qiymətləndirir. Bəşəriyyətin lap
qədim çağlarında, insanın özünü təbiətdən ayırmadığı dövrdə mifoloji şüurun da
söykəndiyi xaotik təfəkkür tərzi olmuşdur ki, buna da ədəbiyyatda Mifoloji
təfəkkür deyilir. Mifoloji təfəkkürdə yaranan ideyalardır, mifoloji şüurun yaratdığı
isə konkret məhsuldur. Yəni mifoloji təfəkkürdə qədim insanların öz dünyaları ilə
bağlayan ilk ibtidai “dini” təsəvvürlərin formalaşması əsas yer tutur, mifoloji şüura
isə dini-mifoloji strukturların sabitləşməsi və onların ibtidai cəmiyyəti idarə edən
qüvvəyə çevrilməsi xasdır. Mifoloji təfəkkürdə ibtidai insanların təbiət qüvvələri
qarşısında keçirdiyi qorxu hissi başlıca rol oynayır. Mifoloji şüurda isə qorxu
müəyyən inam və sitayişlərə, dini mərasim və rituallarla əvəz olunmmuşdur.
btidai təfəkkürdən sonra mifoloji şüurun formalaşması, əsasən, qədim
dünyanın mənzərəsinin xaotik quruluşundan harmonik quruluşa - nizamlılıq,
sistemlilik, tarazlılıq düzümünə başlaması ərəfəsinə təsadüf edir/
Mif dünyanın işarələrlə, sakral obrazlarla dərkidir. Mifologiyaya verilən
təriflərdən biri belədir: “Mifologiya dünyanı özünəməxsus qanun və vasitələrlə
biçimləyən və izah edən dinamik işarələr sistemidir”. Yəni mifologiya əsgi
gerçəkliyi simvollarla izah edən bir sistemdir. Mirzə Kazımbəy bu barədə yazırdı:
“Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur, köçəri xalqlarda əfsanə şifahi hekayələr
şə
klində nəsildən-nəsilə keçir, yarım-mədəni xalqların inanclarının özülünü,
yazılarının başlıca məzmununu, ədəbiyyat və tarixlərini təşkil edir, maariflənmiş
xalqlarda müqəddəs irs kimi xalqın təxəyyülünə qida verir”.
Miflər sinifli cəmiyyətə qədər xalqların tarixinə işıq salır, onun öyrənlməsində
ə
həmiyyətli bir mənbəyə çevrilir. Qədim Azərbaycanlıların yaratdığı
Dostları ilə paylaş: |