Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, 
dini  dözümlülük  ənənələrinin  qorunub  saxalanılması  və  radikallıq  meyllərinin 
qarşısının  alınması  istiqamətində  ardıcıl  tədbirlər  həyata  keçirir.  Hazırda  Dini 
durumla bağlı narahatlıq doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin 
bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dindən siyasi məqsədlər və insanlar 
arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə çalışması və dindarlar arasında 
radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr dindar insanları siyasi proseslərə 
və  münaqişələrə  cəlb  edərək  onlardan  hakimiyyətə  qarşı  istifadə  etməyə,  dini 
məsələləri  siyasiləşdirməyə  çalışırlar  (7,  s.  13).  Siyasi  mübarizədə  din  amilindən 
bəhrələnmək  məqsədilə  ictimai  təşkilatlar,  birliklər  yaradır  və  əhalinin  dindar 
təbəqəsini  siyasi  proseslərdə  fəal  iştiraka  çağırırlar.  Siyasi  fikirlərini 
ə
saslandırmaq,  məqsədlərinə  çatmaq  üçün  isə  Quran  ayələrinə  və  peyğəmbər 
hədislərinə istinad edirlər.  
Bu məqsədi həyata keçirmək üçün yerli və xarici mətbuatın imkanlarından da 
geniş  istifadə  olunur.  Hər  hansı  din  və  ya  məzhəb  haqqında  həqiqətə  uyğun 
olmayan, şişirdilmiş, qarşıdurma yarada biləcək məlumatlar yayılır. Eyni zamanda 
bir  sıra  hallarda  həmin  mətbu  orqanlarda  Azərbaycanda  dindarlara  qarşı 
zorakılığın  göstərilməsi,  hüquq  və  azadlıqlarının  pozulması  ilə  bağlı  qərəzli 
məlumatlar  dərc  olunur  (10,  s.  34).  Bir  çox  hallarda  bu  yazılar  qeyri-peşəkar 
müəlliflər tərəfindən sifariş əsasında hazırlanır və daha çox dini sahədə yaranmış 
qarşılıqlı anlaşmanın, sabitliyin və dözümlülüyün pozulmasına xidmət edir. 
Son  illər  bir  sıra  müsəlman  dövlətlərində  baş  verən  hadisələr  dindən  siyasi 
məqsədlər  və  qarşıdurma  yaratmaq  məqsədilə  istifadənin  ölkədə  sabitliyin 
pozulması,  vətəndaş  müharibəsinin  baş  verməsi  ilə  nəticələndiyini  göstərir. 
Hazırda  xüsusilə  islamdan  siyasi  məqsədlərlə  istifadəyə  cəhd  edildiyi  ölkələrdə 
vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr 
islamın siyasi proseslərə cəlb olunmasının, dindan qarşıdurma yaratmaq məqsədilə 
istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq nümunədir. 
Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub 
saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün 
düzgün  dini  maarifləndirmənin  aparılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir 
dövrdə  bir  çox  müsəlman  ölkələrində  baş  verən  münaqişələrin  əsas  yaranma 
səbəblərindən  biri  dini  maarifləndirmənin  zəif  aparılması,  dini  şüur  səviyyəsinin 
aşağı olmasıdır. Bu məsələ bizi də ciddi surətdə düşündürməlidir.  
Bu  baxımdan  dini  durumun  sabitliyinin  qorunması  məqsədilə  dini  vəziyyət 
daim  nəzarətdə  saxlanılmalı,  qarşıdurma  meyllərinin  qarşısı  alınmalı  və  sağlam 
dini maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. 


Dövlət  dini  maarifləndirmə  prosesindən  kənarda  qalmamalı,  bu  prosesin  aktiv 
iştirakçısı olmalı  və dini  maarifləndirmənin  Azərbaycan  dövlətçiliyi  konsepsiyası 
çərçivəsində aparılmasına nail olmalıdır. Dini  maarifləndirmənin xarici dairələrin 
vasitəsilə,  təəssübkeşlik,  dini  dözümsüzlük  ideyalarının  təsiri  altında  aparılması 
ölkədə din sahəsində  yaranmış  sabitliyin, dini  dözümlülüyün  pozulmasına  gətirib 
çıxara  bilər.  Eyni  zamanda  bu  məsələdə  bütün  sağlam  qüvvələr  vahid  mövqedən 
çıxış etməlidirlər. 
 
 
 
Nəticə  
 
Yuxarıda qeyd olunan bölmələrdə müstəqilliyin ilk illərindən başlayaraq dini 
təriqətlərin  öz  ideyalarını  yaymaq  və  tərəfdarlar  toplamaq  məqsədilə 
Azərbaycanda 
dini 
təhsil 
şə
bəkəsi 
yaratmaq, 
inkişaf 
etdirmək 
və 
möhkəmləndirmək  işinə  xüsusi  önəm  verməsindən,  bu  məqsədlə  respublikanın 
müxtəlif bölgələrində dini kurslar və mədrəsələr təşkil etməsindən bəhs etdik.  
Eyni  zamanda  hazırda  Azərbaycan  xalqının  öz  dini  dəyərlərinə  qayıdış 
dövrünü yaşadığını, cəmiyyətdə dini dəyərlərə, dinin müasir cəmiyyətin həyatında 
oynadığı  rola  münasibətin  formalaşması  prosesinin  getdiyini  qeyd  etdik.  Müasir 
dövrdə  Azərbaycanda  dövlət-din  münasibətlərinin  tənzimlənməsi,  dini  etiqad 
azadlığının təmin olunması istiqamətində ciddi addımların atılması, dinin cəmiyyət 
həyatında  oynadığı  rol,  ölkənin  inkişafına  təsiri  ilə  bağlı  geniş  müzakirələrin 
aparılması məsələsinə toxunduq.  
Qeyd  olunanlara  istinad  edərək  hazırda  dövlətin  ölkədə  milli-mənəvi  
dəyərlərin qorunub  saxlanılmasına xüsusi  önəm  verdiyi,  dini  etiqad  azadlığı, dini 
qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün şərait yaratdığı 
və onlara qayğı göstərdiyi nəticəsinə gəldik.  
Müasir  dövrdə  dövlətin  qarşısında  duran  əsas  vəzifələrdən  biri  Qərbə 
inteqrasiya ilə bərabər mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc 
nəslə aşılanmasıdır.   
 
Qaynaqlar: 


 
1.
 Heydər  Əliyev.  Dinimiz  xalqımızın  milli-mənəvi  sərvətidir,  Bakı,  Əbilov, 
Zeynalov və oğulları, 1999.  
2.
 Quluzadə,  Musa.  Azərbaycanda  dövlət-din  münasibətləri  ( slam  dininin 
timsalında 1920-2000-ci illər), Bakı, Açıq dünya, 2002. 
3.
 Orucov,  Hidayət.  Azərbaycanda din:  ən qədim  dövrdən bu  günədək,  Bakı, 
CBS Polygraphic production, 2012. 
4.
 Qurbanov, Əsədulla. Beynəlxalq münasibətlərdə din-islam amili, Bakı, Bakı 
Dövlət Universitetinin nəşriyyatı, 2000. 
5.
 Dövlət və din jurnalı. Noyabr, 2006.  
6.
 http://www.azerbaijan.az/portal/General/Religion/traditionReligion_a.html. 
7.
 Azərbaycan  Respublikası  Dini  Qurumlarla  ş  üzrə  Dövlət  Komitəsinin 
bülleteni. № 10, 2004. 
8.
 Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər, 
Bakı, Əbilov, Zeynalov və oğulları, 2007.  
9.
 http://scwra.gov.az/pages/181/. 
10.
  Hüseynov, Sakit. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və 
müasirlik, Bakı, Təknur, 2012. 
6-cı mövzu. 
Multikulturalizm  siyasəti   və  ölkənin  sosial-iqtisadi  inkişafı. 
 
Multikulturalizm  siyasi  ideologiyanın  vacib  bir  hissəsi  olaraq,  etnik 
qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə  yönəlmişdir. 
Azərbaycanında  vamlı  sosial-iqtisadi  inkişafını  müəyyən  edən  əsas 
amillərdən 
biri 
ölkədə 
ardıcıl 
yeridilən 
multikulturalizm 
siyasəti  
olmuşdur.Respublikada  yayılmış    mədəni  və  dini  müxtəlifliyin  qorunması 
istiqamətində  həyata  keçirilən  siyasət  nəticəsində  regionlarda  sosial  yönümlü 
layihələr  realizə  etmək  mümkün   olmuşdur. 
Azərbaycanda  etnik  zəminində  tolerantlığın  və  multikulturalizmin  kök 
salması azərbaycanlıların tarix boyu özünü biruzə vermiş milli xüsusiyyətlərindən 
irəli gəlir.  Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-
qərb və cənub-şimal istiqamətlərindən iki ticarət yolları keçmişdir. Eyni zamanda 
keçmişdə  respublika  ərazisində  qonşu  respublikalardan  yönəlmiş  hərbi  yürüşlər, 
həmçinin burada etnik mozaikanın formalaşmasında öz təsirini göstərmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə