Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

56 

 

Sinqapur  dinamik  inkişaf  edən  iqtisadiyyatı,  adambaşına  düşən  gəlirin  kifayət 



qədər  yüksək  səviyyəsi  ilə  seçilən  dövlətdir.  Sinqapurun  dəniz  limanı  yük 

dövriyyəsinin həcminə görə dünyada ən iri limanlardan biridir. Ölkəni xarici ticarətin 

nəhəng  həcmi,  qızıl-valyuta  ehtiyatlarının  yüksək  səviyyəsi,  xarici  investisiyaların 

böyük həcmi fərqləndirir. Sinqapur qabaqcıl regional maliyyə mərkəzlərindən biridir. 

Ölkədə  100  xarici  bank qeydiyyatdan keçmiş,  bu  zaman  bank investisiya  sahəsində 

dövriyyə 1997-ci ilə qədər sabit artıma meylli olmuşdur. 

Sinqapurda  şirkətin  qeydiyyatdan  keçməsi  üçün  müəyyən  prosedurlara  riayət 

edilməsi, həmçinin qeydiyyat yığımlarının ödənilməsi zəruridir. 

Fiziki  şəxslərin  -  qeyri-rezidentlərin  Sinqapurun  ərazisində  yerləşən 

mənbələrdən əldə etdikləri gəlir vahid 31% dərəcə ilə gəlirə görə vergiyə cəlb olunur. 

Bu  dərəcə  eyni  zamanda  fiziki  şəxslərin  -  ölkə  rezidentlərinin  gəlirlərinə  verginin 

maksimal  dərəcəsidir.  Bu  dərəcə  həmçinin  Sinqapurda  təsis  edilən  trastların 

gəlirlərinə  də  tətbiq  olunur.  Bundan  əlavə,  ölkədə  əmlak  hüquqlarına,  dividendlərə, 

faizlərə və müəllif hüquqlarının ötürülməsinə də vergilər qüvvədədir. 

Lakin  vergi  qanunvericiliyi  müəyyən  növ  gəlirlər  üçün  istisnalar  da  nəzərdə 

tutur. Vergiqoymanın ərazi prinsipinə müvafiq olaraq rezident- şirkət 30% dərəcə ilə 

yerləşdiyi ölkənin ərazisindəki mənbələrdən əldə etdiyi gəlirlərə, eləcə də Sinqapura 

xarici ölkələrdə yerləşən mənbələrdən köçürülən gəlirlərə korporasiya vergisi ödəyir. 

Bu cür gəlirin Sinqapura köçürülmədiyi halda isə ona korporasiya vergisi qoyulmur. 

Sinqapura köçürülən dividendlər xarici ölkədə ödənilmiş vergilərin (xarici vergi 

krediti  -  Foreign  tax  credit)  nəzərə  alınması  (uçotu)  ilə  vergiyə  cəlb  olunmalıdır. 

Sinqapur  şirkətlərinə  ödənilən  dividendlər  birbaşa  mənbədən  vergiqoymaya  cəlb 

olunmur.  Rezident-şirkətlər  tərəfindən  dividendlər  bir  ölkədən  başqa  ölkəyə 

köçürülərkən  Sinqapurda  ikiqat  vergiqoymanı  istisna  edən  sistem  tətbiq  olunur. 

Dividendlər  Sinqapurun  rezident-şirkətlərinə  köçürüldüyü  zaman  ödənilmiş 

korporasiya vergisi səhmdara vergi krediti kimi hesablanır. 

Qeyd etmək lazımdır ki, Sinqapur bayrağından istifadə hüququ yalnız bu ölkədə 

qeydiyyatdan keçən şirkətlərə verilir. 




57 

 

Sinqapur hökuməti iri gəmiçilik şirkətlərini cəlb etmək üçün 1991-ci ildə əlavə 



tədbirlər  həyata  keçirmişdir.  Bu  tədbirlərdən  biri  xarici  şirkətin  beynəlxalq 

səlahiyyətli  gəmiçilik  müəssisəsi  statusunun  alması  imkanıdır.  Bu  cür  statusu  olan 

ş

irkət  hətta  xarici  «qız»  gəmiçilik  şirkətinin  Sinqapurda  yerləşən  ana  şirkətə 



dividendlər  köçürdüyü  halda  belə  tamamilə  vergidən  azad  edilir.  Beynəlxalq 

səlahiyyətli  gəmiçilik  müəssisəsi  statusunu  almaq  üçün  şirkət  aşağıdakı  şərtlərə 

uyğun olmalıdır: 

-

 



birbaşa və ya dolayısı ilə minimum dörd gəmiyə sahib olmalıdır: 

-

 



ona məxsus donanmanın 10%-dən az olmayan hissəsi Sinqapur bayrağı altında 

hərəkət etməlidir; 

-

 

Sinqapurda  şirkətin  ümumi  illik  xərcləri  2,25  mln.  АBŞ  dollarından  az 



olmamalıdır. 

Kipr çoxprofilli və sürətlə inkişaf edən dünya ofşor mərkəzidir. Ofşor şirkətlər 

və  onların  xarici  əməkdaşları  üçün  əsas  vergi  üstünlüklər  1977-ci  ildə  gəlirə  görə 

vergi  haqqında  qanuna  düzəlişlərdə  müəyyən  olunmuşdur.  Bu  tədbir  nəticəsində 

vergiqoyma  sistemi  orta  Avropa  səviyyəsinə  yaxın  olan  ölkədə  xüsusi  subyekt  - 

«ofşor müəssisə» olduqca əlverişli vergi statusu almışdır. 

Kipr  hökuməti  klassik  ofşor  xidmətlərinin  tam  spektrini  təqdim  edərək, 

gəmiçilik  və  gəmilərdən  istifadə  şirkətləri  üçün  əlavə  güzəştlər  yaratmaqla,  onları 

cəlb  etməyə  xüsusi  diqqət  yetirir.  Belə  ki,  əgər  ofşor  şirkətlər  4,25%  stavka  ilə 

vergiyə  cəlb  olunursa  (ofşor  o  şirkət  hesab  edilir  ki,  Kiprdə  qeydiyyatdan  keçsin, 

səhmlərinin 100%-i birbaşa və ya dolayı qeyri- rezidentlərə məxsus olsun, fəaliyyəti 

isə  Kiprin  hüdudlarından  kənarda  həyata  keçirilsin),  gəmiçilik  şirkətləri  müəyyən 

qaydalara riayət etməklə tamamilə gəlir vergisindən azad olunurlar. 

Ş

irkətin  qeydiyyatının  ümumi  şərtləri  nə  ifrat  güzəştli,  nə  də  ağır  (yorucu) 



deyildir.  Qeydiyyata  olan  xərclər  750  Kipr  funtu  (250  -  hökumət  yığımları,  500  - 

başqa  yığım  və  xərclər)  təşkil  edir.  Şirkətin  fəaliyyətinə  olan  illik  xərclər  fəaliyyət 

növlərindən  asılı  olaraq  fərqlənir.  Səhmdarların  zəruri  olan  minimal  sayı  ikidir,  bu 

zaman onlardan biri mülkiyyətin real sahibi, digəri isə səhmlərin nominal saxlayıcısı 

ola  bilər.  Nominalı  göstərilməyən  səhmlərin  buraxılışı,  eləcə  də  təqdim  edənə 



58 

 

səhmlərin buraxılışı qadağandır. Səhmdarların açıq reyestrinin aparılması vacib deyil. 



Səhmdarların  illik  yığıncağının  məcburiliyi  müəyyən  edilmişdir,  bu  yığıncaqlar 

istənilən  yerdə  keçirilə  bilər.  Lisenziyalı  auditor  tərəfindən  təsdiq  edilmiş  illik 

hesabatın  təqdim  edilməsi  vacibdir.  Qanunvericilik  şirkətin  yerdəyişməsinin 

mümkünlüyünü nəzərdə tutmur.  Yerli hüquqi  ünvanın olması vacibdir.  Mülkiyyətin 

sahibi  haqqında  məlumatlar  yalnız  Kiprin  Mərkəzi  bankına  verilməlidir,  Qeydiyyat 

Palatasına  bu  məlumatlar  verilməyə  də  bilər.  Şirkətin  bir  direktoru  ola  bilər,  bu 

zaman o, Kiprin rezidenti olmaya da bilər. 

1963-cü  il  dəniz  ticarəti  haqqında  qanunun  müddəalarına  müvafiq  olaraq, 

Kiprdə  qeydiyyatdan  keçən  gəmiçilik  şirkətləri  öz  gəmilərini  Kipr  bayrağı  altında 

qeydiyyatdan keçirmək hüququna malikdirlər. 

Kiprin Mərkəzi bankı qeyri-rezidentlərə Kiprdə şirkətlər təsis etməyə, həmçinin 

heç  bir  məhdudiyyət  qoyulmadan  gəmiçilik  şirkətlərinin  səhmlərini  almağa  imkan 

verir.  Bu  halda  şirkətlər  vergi  nəzarəti  normalarının  tətbiqi  məqsədilə  qeyri- 

rezidentlər kimi nəzərdən keçirilir və: 

-

 

hər hansı məhdudiyyət olmadan qeyri-rezidentlərə istənilən gəmini girov verə; 



-

 

vəsaitlərini  depozitlərə  qoya,  həmçinin  Kiprin  hüdudlarından  kənarda  borc 



vəsait götürə; 

-

 



rezidentlərdən gəmi ala, həmçinin qeyri-rezidentlərə gəmilər sata; 

-

 



qeyri-rezidentlərin xeyrinə təminatlar verə bilər. 

Dəniz  ticarəti  haqqında  qanunun  normalarına  müvafiq  olaraq  Kipr 

müəssisələrinin  bu  əməliyyatlardan  aldığı  mənfəət  və  ya  Kipr  gəmiçilik  şirkətindən 

aldığı hər hansı dividendləri vergiyə cəlb olunmur. 

Gəmiçilik  şirkətlərinə  əlavə  güzəştlər  vergidən  xüsusi  azad  edilmə  formasında 

verilir. Bu forma 1963-cü ildə 10 il müddətinə müəyyən edilmiş və sonrakı onilliklər 

üçün  uzadılmışdır.  Kipr  «ofşor  qanunvericiliyi»  normalarının  tətbiqi  sahəsində 

qabaqcıl  ekspertlərdən  biri  olan  Maykl  H.  Zampelas  qeyd  edir  ki,  Kiprin  gəmiçilik 

ofşor şirkətlərinə başqa güzəştlər də, xüsusilə ofşor gəmi şirkətlərinin səhmlərinə olan 

vərəsəliyin  vergidən  azad  edilməsi  təqdim  edilir;  gəmiçilik  şirkətinin  gəmi  və  ya 

səhmlərinin  satışı  zamanı  kapitalın  artımına  vergi  yoxdur;  gəmilərin  komanda 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə