Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Fəsil 3. Kənd təsərrüfatı  bitgilərinin məhsuldarlığına təsir edən amillər. 

 



3.1. Kənd təsərrüfatı  bitgilərinin qidalanması və məhsuldarlığı. 

 

1840-cı  ildə  U.Libixin  «Bitgilərin  mineral  qidalanması  haqqında»  təliminin 



(Libix,  1940)  nəşri  bitgilərin  qidalanması  və  gübrələrin  tətbiqi sahəsində  təcrübi- 

tədqiqat  işlərinin  genişlənməsinə  təkan  verdi.  Hələ  19-cu  əsrin  ortalarında 

bitgilərin  böyüməsi  və  inkişafında  10  kimyəvi  elementin  (N,  C,  H,  O,  P,  K,  Ca, 

Mg, Fe, Cl) rolu məlum idi. Hesab edilirdi ki, bitgilərin normal həyat və fəaliyyəti 

üçün  bbu  elementlər  kifayətdir  və  onları  «Zəruri»  adlandırırdılar.  Sonralar  belə 

zəruri  elementlərin  miqdarı  kifayət  qədər  çoxalır  və  buraya  mikroelementlər  də 

aiddir. 

Bitgilərin əsas mineral qida mənbəyi torpaq hesab edilir. Torpaq mühitində ayrı-

ayrı  elementlərin  çatışmaması  bitgilərin  böyüməsi  və  inkişafını  zəiflədir,  onların 

xəstəliyə  dözümlülüyünü  və  məhsuldarlığı  azaldır.  Buna  görə  də  çatışmayan 

elementlərin gübrə şəklində torpağa verilməsi zəruridir. 

Qida  elementlərinin  mənimsənilməsi  də  müxtəlif  faktorlardan  asılıdır:  mühit, 

temperatura, nəmlik, torpağın hava buraxması, gübrənin tərkibi və bitginin kökünə 

nisbətən  onların  torpaqda  yerləşmə  xarekteri.  Yüksək  məhsuldarlığın  təmin 

edilməsi üçün bu faktorların optimal hüdudlarda olması vacibdir.  

Bitgilərin  qida  elementlərini  udmasında  fotosintezin,  tənəffüsün,  elementin 

yerdəyişməsinin, assimilyasiya borularının və başqa fizioloji bioximik proseslərin 

rolu böyükdür. Bu proseslər nə qədər intensiv baş verirsə, bir o qədər çox mineral 

maddə  mənimsənir.  Bitgilərin  qida  elementlərinə  tələbi,  böyümə  və  inkişaf 

prosesinin aktiv olduğu dövrlərdə daha çox olur. 

Müxtəlif elm xadimlərinin çox illik tədqiqatları nəticəsində sübut edilmişdir ki, 

məhsuldarlığın  yüksəldilməsi  üçün  bitgilərin  vaxtında  mineral  gübrələrlə  (azot, 

fosfor və kalium) və habelə mikroelementlərlə (bor, marqanis, mis, sink, molibden, 

kobalt və s.)təmin edilməsi vacibdir. Bu elementlər asılı deyil və onların hər hansı 

birinin çıxarılması bitginin böyüməsini dayandırır. 



Azot  bitginin  qidalanmasının  əsas  elementidir.  O,azotsuz  əmələ  gəlməsi 

mümkün  olmayan  zülalların,  turşuların  və  bir  çox  orqanik  maddələrin  tərkibinə 

daxildir.  Torpaq  məhlulundan  əsasən  azot  nitratı(NO

anionu)  şəklində  sorulur. 



Azot  gübrələrində,  əsasən,  ammonyak  və  nitrat  formaları  mövcud  olur.  Bundan 

ə

lavə  tərkibində  80%-dən  çox  azot  olan  maye  ammonyakvəya  ammonyak  suyu, 



sidik cövhəri gübrə kimi istifadə edilir. 

Azot  qidalanmasının  şəraiti  bitginin  böyüməsi  və  inkişafına  kəskin  təsir  edir. 

Yarpaqlar intensiv yaşıl rəng alır- xlorofill və zülalların əmələ gəlməsi sürətlənir, 

yarpagın ömrü uzanır. Bitginin geniş yarpaqları, yoğun və hündür gövdəsi olur. 

Azot çatışmamazlığında (azlığında) yarpaqlar sarı yaşıl olur, bitginin böyüməsi 

gecikir.  Düzgün  istifadə  edilmiş  azot  gübrələri  bitginin  məhsuldarlığını  artırır, 

məhsulun keyfiyyətini yüksəldir. 

Azotun  fizioloji  qiyməti  zülalların,  fermentlərin  xlorofillərin  və  başqa  orqanik 

birləşmələrin sintezində onun istifadəsidir. 

Səpin  zamanı  gübrələrin  yüksək  dozası  müxtəlif  tədqiqatçılar  (Q.N.Ustenko, 

V.L.Brovtsıp 1963; U.I.Tikalov, L.Çermenko, 1959) tərəfindən tətbiq edilmişdir. 

Bir  sıra  müəlliflərin  (Brilliant,  1949;  Doroxov,  1957;  Mamedov,  1970) 

ə

sərlərində  göstərilmişdir  ki,  azot,  kalium,  və  fosfor  çatışmamazlığı  fotosintezin 



intensivliyini azaldır. L.M.Doroxovun əsərlərində (1957) göstərilir ki, azot, fosfor 

və  kaliumun  kökdənkənar  təsiri  altında  Şəkər  çuğunduru  yarpaqlarının 

fotosintezinin intensivliyi 30-40% artır. 

Q.Rəhimov,  T.M.Buşevoyun  noxud  və  yem  bitgiləri  ilə  apardığı  təcrübələr 

(1964)  göstərir  ki,  azot  çatışmamazlığı  zamanı  fotosintezin  intensivliyi  15-18% 

azalır. 


Bitgilər  tərəfindən  fosfor,  torpaq  məhlulundan  hidrofosfor  ionları  şəklində 

sorulur.  Fosforla  normal  qidalanma  zamanı  bitgilərin  cüccərməsi  və  inkişafı 

sürətlənir, məhsuldarlıq kifayət qədər yüksəlir, məhsulun keyfiyyəti yaxşılaşır. 



Orqanik  fosforun  torpaqda  əsas  mənbəyi  humus  hesab  edilir.  Fosfor 

çatışmamazlığı  zamanı  bitginin  inkişafının  ilk  dövrlərində  onun  böyüməsi  kəskin 

zəifləyir. Belə bitgilərin sonradan fosforla təchiz edilməsi ilkin inkişaf dövrundəki 

çatışmazlığın mənfi təsirini tam aradan qaldıra bilmir. 

Fosfor  bitgilərdə  fotosintez  proseslərini  uqlevodların  yığılmasını  və  hərəkətini, 

zülal  birləşmələrinin  yaranmasını  sürətləndirir.  O,  Azot  və  kükürdlə  birlikdə 

zülalların tərkibinə daxil olur. 

Kalium,  protoplazmanın  hidrofilliyini  su  saxlama  qabiliyyətini  artırır,  onun 

normal  vəziyyətinin  saxlanması  üçün  əlverişli  şərait  yaradır.  Cavan  yarpaqlarda, 

qabığın canlı toxumlarında, tumurcuqlarda kalium xüsusən çox olur. O, bitgilərin 

köhnə orqanlarında çox az olur. Kalium zülalların, kraxmalın, xlorofilin, yağların 

sintezinə müsbət təsir edir, fotosintez prosesini gücləndirir. 

 

3.2.  Mikroelementlər. 

 

Çoxsaylı elm xadimlərinin tədqiqatlarında mikroelementlərin bitgilərin həyatına 



təsiri  və  kənd  təsərrüfatında  tətbiqi  öyrənilmişdir.  Bundan  başqa  müəyyən 

edilmişdir  ki,  mikroelementlərin  bitgilərin  böyüməsi,  inkişafı  və  məhsuluna 

təsirinin effekti təkcə «katalitik» və «stimullaşdırıcı» rolu ilə məhdudlaşmır. Onlar 

kalium,  azot,  fosfor  və  başqaları  kimi,  bitgilərin  zəruri  qida  elementləridir.  Qeyd 

etmək  lazımdır  ki,  PK-nın  torpaqda  kifayət  qədər  olmasına  baxmayaraq,  onun 

torpağa  əlavə  verilməsi  bitginin  məhsuldarlıgını  artırır.  Eyni  vaxtda 

mikroelementlərlə qidalanma da bitgilərin məhsuldarlığını artırır. 

Bitgilərin  normal  böyüməsi  və  inkişafı  üçün  azot,  fosfor  və  kaliumdan  başqa 

maqnezium,dəmir  və  mikroelementlər  də  (marqanis,  bor,  sink,  yod,  mis, 

alüminium, molibden, kobalt) vacibdir. Bitgidə onların miqdarı çox olmayıb, quru 

maddənin 0,02%-dən artıq deyil. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə