Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə61/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   57   58   59   60   61   62   63   64   ...   119

 

196


Odunçu fikirrəşir ki, bunu öldürüb nağarajam, bəlkə də gerçək deyir 

bu. Bu,  ilanı buraxır. Bir şələ  odunu  gənə hazırrıyır,  gətirir  bazarda 

satır. Evə çörəyi verir, şəhərə çıxır ki, görsün padşahın sarayı tərəfdə 

nə  xəbər  var,  ilanın  dediyi  doğrudumu.  Baxır  ki,  böyük  gediş-gəliş 

var,  axın  var,  baxıcılar,  mollalar,  axuntdar  biri  girir,  biri  çıxır.  Bir 

nəfərə yaxınnaşır ki, nədi bu gediş-gəliş? Deyir, padşah yuxu görüf-

dü, camaatı  yığıfdı buraya ki,  tez olun, mənim  yuxumu tapın,  yoz-

masın da. Xəbər göndərir ki, gedin padşaha deyin  mənim  mükafa-

tımı verərsə, mən onun yuxusunu da deyərəm, yozmasın da. Münəc-

cimin  biri  çölə  çıxmışdı,  ona  deyir.  Münəccim  deyir  ki,  bilirsənmi 

axırı ölümdü? Deyir: 

– Bilirəm.  

Münəccim  sevincək  padşahın  yanına  qaçır  ki,  qibleyi-aləm 

sağ olsun, çöldə bir nəfər var. Deyir ki, mən onun yuxusun da bili-

rəm, yozmasın da bilirəm. Mənim mükafatımı versin, gəlim deyim. 

Deyir: 


– Gətirin bəri.  

Gətirillər, odunçu çox ədəbnən baş əyir, təəzim eliyir. Deyir: 

–  Qibleyi-aləm  sağ  olsun,  sən  gecə  yuxuda  gördün  ki,  yerdə 

nə varsa, hamısı göyə çəkilir. Düzdümü?  

Deyir: 

– Düzdü.  



– Sərsəm oyandın, möhkəm aj idın. Qul-qaravaşı çağırıb oyat-

dın, əlinə hazır nə keşdisə, hətta quru çörəyləri  də  yedin, aj gəldin 

yatdın. Düzdü?  

Deyir: 


– Hə, düzdü. Bə mənası?  

Deyir ki,  yerin bərəkəti göyə çəkiləjəhdi. Allah yerin bərəkə-

tin  göyə  çəkəjəh.  Yer  üzündə  o  qədər  ajdıx  olajaxdı  ki,  insan  bir-

birini  yeyəjəhdi. Vaxt ikən tədbir gör. Əlinə arpa, buğda, darı – nə 

keşdisə, yığ, möhkəm bahalığ, möhkəm ajdıx olajaxdı.  

Şah buna çoxlu qızıl verir, bunu  yola salır. Axı ilan buna de-

mişdi  ki,  mənim  də  hesabımı  gətirərsən.  Bu  gəlirdi,  ilan  da  yolun 

başını  kəsmişdi.  Bu  ajgözdüknən  ilanın  yanınnan  ötdü,  keşdi,  heç 




 

197


elə  bil  ilanı  görmüyüf,  bu  sözdər  buna  deyilmiyif.  Ajgözdüknən 

apardı qızılı tökdü evə. Başdadı gözəl dolanmağa.  

Aradan  bir  xeylağ  vaxt  keşdi.  Padşah  bir  də  yuxu  gördü.  Bu 

dəfə  münəccim,  baxıcı  axtarmadı,  dedi  ki,  filankəsi  tapın,  gətirin. 

Gəlib  odunçunu  tapdılar.  Bu  fikirrəşdi  ki,  ay  aman  Allah,  keçən 

dəfə ilan demişdi, mən də getdim dedim. Bu dəfə nətəhər eliyəjəm. 

İndi  ilanın  yanında  da  mənim  üzüm  qaradı.  Ataların  bir  sözü  var. 

Deyir  ki,  şahın  qılıncına  rast  gəlincən,  elə  ilanın  zəhərləməsi  daha 

yaxşıdı. İlana üzümü tutajam.  

Gəlir  meşədə  fırrananda  ilan  çıxır  bunun  qarşısına.  Deyir  ki, 

get,  beyjə  yuxuda  padşah  vəhşi  heyvannar  görüf:  tülkü,  canavar, 

çakqal.  Okqədər  insannar  bijdəşəjəh  ki,  qardaş  qardaşa,  ata-balaya 

fırıldağ gələjəhdi, yalan danışajaxdı, amma çalış ki, bu dəfə mənim 

hesabımı gətirəsən. Deyir: 

– Yaxşı.  

Gəlir şahın yanına. Deyir: 

– Qibleyi-aləm, gecə sən yuxuda çoxlu vəhşi heyvannar görüf-

sən – qurd, canavar, çakqal. Mənası ondan ibarətdi ki, insannar ara-

sında  o  qədər  etibarsızlıq  yaranajax  ki,  ata  balaya,  qardaş-qardaşa 

yalan  danışajax,  bijdih  gələjəh,  fırıldağ  eliyəjəh.  Bax,  ehtiyatdı  ol, 

siyasətini yaxşı qur.  

Padşah buna genə çoxlu ənam, qızıl verir. Axı ilan deyifdi ki, 

mənim hesabımı gətir. Bu fikirrəşir ki, mən niyə bu yolnan gedirəm 

ki,  ilan  da  mənimlə  qarşılaşır.  Elə  o  birsi  küçeynən  gedərəm  da. 

Yolu dəyişir, başqa bir yolnan aparıb qızılı gənə evə tökür. Odunçu 

odunçuluxdan çıxıf, qəşəh özünə ev tikdirif, eşik tikdirif.  

Bir gün şah gənə yuxu görür, gənə bunu çağırır. Bu gənə kor-

peşman fikirrəşir ki, indi nə adnan gedim ilanın  yanına? Bəlkə heç 

ilanı  tapa  bilmədim.  Çox  fikirrəşir,  üzünə  üz  bağlıyır,  gənə  gəlir 

meşəyə  girir.  İlan  çıxır.  Deyir  ki,  get,  padşah  beyjə  yuxuda  çoxlu 

silah-sursat  görüfdü.  Elə  bir  döyüş  başdıyajax  ki,  bu  padşahın 

üstünə hücum çəkəjəhlər, elə bir qannı döyüş gedəjəh ki. Vaxt ikən 

padşah  tədbirini  görsün,  silahını,  sursatını,  qılıncını,  əmudunu  ha-

zırrasın. Bu gəlir deyir ki, qibleyi-aləm sağ olsun, sən gecə yuxuda 




 

198


silah-sursat  görüfsən,  çox  güjdü  döyüş  başdıyajax,  üstünə  bir  neçə 

ordu hücum eliyəjəh. Vaxtikən silahını, sursatını, qılıncını, əmudu-

nu, nizəni, oxunu hazırra. Padşah buna genə çoxlu qızıl, ənam verir, 

bu  götürür  gəlir.  İlan  çıxır  bunun  qabağına.  İlan  bunun  qabağına 

çıxanda  bu  meşədən  bir  yekə  ağac  budağı  götürür,  düşür  ilanın 

dalına.  İlan  qaçır,  bu  qovur,  ilan  qaçır,  bu  qovur,  hardasa  ilan  bir 

deşik tapıb girmək istiyəndə ilanın quyruğunu arxadan vurur. İlanın 

quyruğunu  vurur,  ilan  girir  yuvaya,  bu  gedir.  Bu  da  aparır  qızılı 

tökür evə, başdıyır tacirrik eləməyə.  

Günnər  keçir,  bir  gün  padşah  gənə  bunu  çağırır.  Çağırır  ki, 

yuxu  görmüşəm,  gəl  yuxuyu  yoz.  Nə  desin?  Əlacı  kəsilir,  çarəsiz 

qalır, bir də üzünü meşəyə tutur. İlan çıxır deyir ki, bu dəfə billəm 

gətirəjən.  Gecə  yuxuda  padşah  görüf  ki,  göydən  yerə  nur  yağır.  O 

qədər bolluğ olajax, Allah bərəkətini göydən yerə endirəjəh. O qədər 

insannar bir-birinə saleh olajaxlar, mehriban olajaxlar. Get padşaha 

muştuluğ  ver,  müjdə  ver.  Bu  dəfəki  ənamın  o  birsinnən  iki  dəfə 

artığ olajaxdı.  

Gəlir deyir: 

– Qibleyi-aləm, müjdə sana olsun ki, gejə yuxuda görüfsən ki, 

göydən yerə nur yağır. Allah bərəkətini göydən yerə endirəjəhdi. O 

qədər  bolluğ  olajağ,  insannar  bir-birinə  o  qədər  saleh  olajax,  o 

qədər mehriban olajaxdı ki, gözün aydın olsun.  

Padşah  buna  çoxlu  ənam  verir,  özü  verdiyinnən  başqa  vəzir-

vəkil hamısı buna qızıl  verir. Baxır ki, bir qatır yükü ənam  yığılıb. 

Bu birdən qəflətdən oyanır ki, ay mənim kül başıma. Ayə, mən kim 

idim? Mən bir odunçuydum, gündə bir şələ odun qırıf gətirif bazarda 

satıf  çörək  pulumu  çıxardırdım.  Bunnarın  hamısını  mana  bu  ilan 

verif, bə mən niyə belə hərəkətdər elədim? Gəlir evdə də nə qədər 

pul varıdı, hamısını qatıra yühlüyür, qatırı çəkə-çəkə gətirir meşəyə. 

Meşəyə  çəkir,  ilan  gəlif  çıxır.  Bu  ilana  deyir  ki,  gəl,  malına  sahib 

dur. İlan deyir ki, nə mal? Deyir ki, mən kimiydim? Özün görmür-

dün ki, mən bir odunçuydum, bir belə malı sən verifsən. Deyir: 

– Ə, mən versəm, birinci dəfədə gətirərdin. Birinci dəfə ki hamı 

ajgözdüy  eliyirdi,  sən  də  ajgözdüy  elədin,  yanımnan  ajgözdüynən, 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə