81
Dünyanın müasir inkişaf mərhələsində kapital axını milli və regional iqtisadi
həyatda əsas rol oynayır. nkişaf etmiş dünyanın beynəlxalq maliyyə və kapital bazarı ilə
bağlı manevr etməsi üçün üzən valyuta məzənnələrindən yaxa qurtarmasına baxmayaraq,
valyuta məzənnə siyasəti bu bazarla əlaqəni saxlayır. Belə vəziyyət, çağdaş dövrümüzdə
dünyanın iqtisadi inkişafında baş verən mənfi məqamların ilk növbədə maliyyə
sektorundan rəvaclanmasını şərtləndirən amillərdəndir . Dövlət həyata keçirilən valyuta
siyasətinin başlıca subyektidir. O, perspektiv üçün valyuta münasibətlərinin inkişafının
ə
sas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi
məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir. Valyuta siyasəti iqtisadi
siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə
yetirilməsinə,yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflyasiyanın
artımının dayandırılmasına, tədiyyə balansı tarazlığının dəstəklənməsinə yönəldilir.
Valyuta siyasətinin əsasən bu formalarda həyata keçirilir: diskont, deviz siyasəti və onun
növləri olan, valyuta intervensiyası, valyuta ehtiyatlarının diversifikasiyası, valyuta
məhdudlaşdırmaları, valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi, valyuta məzənnəsi
rejimi, devalvasiya, revalvasiya.
Bu gün Azərbaycana daxil olan xarici kapitalın da həcmində neft sektoru böyük
paya
malikdir. Ümumiyyətlə Azərbaycanda sənayenin strukturunda xarici
investisiyaların bölgü ölçüləri əlverişsizdir. Xarici investisiyaların sahəvi diversifikasiya
ə
msalı illər üzrə 1.4-1.7 ətrafında dəyişir ki, bu da ideal hesab olunan 3-dən çox aşağıdır.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yürüdülən dolların manata qarşı
ucuzlaşdırılması siyasəti nəticəsində isə ölkənin ixracı, o cümlədən onun əsas hissəsini
təşkil edən neft ixracını ucuzlaşdırır.
Dissertasiya çərçivəsində apalımış tədqiqatların yekunu olaraq aşağıdakları qeyd
etməyi məqsəd müvafiq hesab edirik. Eyni zamanda valyuta strategiyasının nəzəri
aspektlərini kifayət qədər və dərindən təhlil edildiyi üçün yalnız Azərbaycana aid
təkliflərlə kifayətlənəcəyik:
1.Valyuta
sistemi
iqtisadi
nöqteyi-nəzərdən
təsərrüfat
ə
laqələrinin
beynəlmiləlləşməsi əsasında meydana gəlmiş valyutanın fəaliyyəti ilə əlaqədar iqtisadi
82
münasibətlərin məcmusu kimi yaranan, milli qanunvericilik və dövlətlərarası sazişlər
ə
sasında mövcud valyuta məzənnəsi və ödəmə münasibətlərini tənzimləyən prinsip və
razılaşmalar toplusudur. Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və
onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə, yəni dayanıqlı iqtisadi inkişafın
təmin edilməsinə, işsizlik və inflyasiyanın artımının dayandırılmasına, ödəniş balansı
müvazinətinin dəstəklənməsinə yönəldilir.
Valyuta siyasətinin əsasını rəsmən qəbul edilmiş nəzəri doktrinalar təşkil
edir.Valyuta siyasəti hüquqi cəhətdən valyuta qanunvericiliyinə, yəni ölkədə və onun
sərhədləri xaricində valyuta dəyərləri ilə əməliyyatlar aparılması qaydalarını tənzimləyən
hüquqi normalar toplusu, habelə valyuta normaları üzrə dövlətlər arasında ikitərəfli və
çoxtərəfli müqavilələrlə rəsmiləşdirilir.
Milli valyuta sistemi – milli qanunvericiliklə müəyyən edilən ayrı – ayrı ölkələrin
valyuta münasibətlərinin təşkili formasını ifadə edir. Milli valyuta sistemlərinin əsasını
dövlətin qanunla müəyyən etdiyi milli valyuta təşkil edir. Milli pul beynəlxalq iqtisadi
münasibətlərdə istifadə edildikdə valyuta olur.
2. Dövlətlərin milli valyuta strategiyaları dedikdə onların daxili valyuta siyasətləri
başa düşülür. Dövlətin valyuta siyasəti onun iqtisadi siyasətinin əsas məqsədlərinə nail
olmasına yönəldilən siyasətidir. Bu siyasətə iqtisadi artımın davamlılığının təmin
edilməsi, işsizliyin və inflyasiyanın artımının qarşısının alınması, tədiyə balansının
tarazlığının təmin edilməsi daxildir.
3. Azərbaycan Respublikasında valyuta siyasəti sahəsində sərbəst fəaliyyət 1991-ci
ildə dövlət müstəqilliyi əldə edildikdən sonra başlanmışdır. Bu məsələ ilə bağlı ilk
qərarların qəbulu 1992-ci ilə təsadüf edir. 1993-cü ilin avqust ayında imzalanmış
prezident fərmanı ilə manat 1994-cü il yanvarın 1-dən Azərbaycan Respublikası
ə
razisində yeganə ödəniş vasitəsi rolunu yerinə yetirməyə başlamışdır.
Azərbaycan Respublikası “Valyuta Tənzimi Haqqında” qanuna əsasən
respublikamızın milli valyutasına aşağıdakılar aid edilir :
- tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına
dəyişdirilə bilən Azərbaycan Respublikası Mərkəzi bankının banknotları şəklində olan
manatları və sikkələri;
83
- Azərbaycan Resbublikasında banklarda və digər kredit təşkilatlarnda hesablarında
olan manat vəsaiti;
Azərbaycan Respublikasından kənarda yerləşən baklarda və digər kredit
təşkilatlarında hesablarda olan manat vəsaiti.
4. Azərbaycanın beynəlxalq valyuta sisteminə inteqrasiyasına təsir göstərən əsas
amillərdən biri neft amilidir. Bu amil bizi bütün dünyada tanıdan amillər sırasındadır.
Azərbaycanın beynəlxalq valyuta sisteminə inteqrasiyasına səbəb olan,
zəruriləşdirən amillərdən biri də Azərbaycanın tranzitiv ölkə olmasıdır. Bu xüsusiyyətə
malik olmaqla ölkəmiz bir çox ölkələr arasındakı əlaqəni genişləndirir, sürətləndirir və
ölkələr arasındakı dostluq münasibətlərinin formalaşması və inkişafında mühüm rol
oynayır. Xarici ölkələrin və beynəlxalq təşkilatların marağına səbəb olan bu amil
nəticəsində Azərbaycan xeyli gəlir əldə edir.
5. Azərbaycan Respublikasının tədiyə balansının əsas göstəricilərinin cari
vəziyyətini təhlil edərkən onun xarici amillərin təsiri ilə xüsusi bağlılığını və milli
iqtisadiyyatın beynəlxalq rəqabətə davamlı iqtisadiyyat kimi formalaşdığını
səciyyələndirən aşağıdakı məqamları qeyd etmək olar:
Azərbaycanın əmtəə ixracında ketdikcə çoxsahəli meylin artmasına baxmayaraq
hələ də obyektiv olaraq ixracat xammal yönümlüdür. Azərbaycan ixracatının əsas
maddələri olan xam neft, neft emalı məhsulları və təbii qaz ümumi ixracatın dəyər
həcminin 95 faizini təşkil edir ki, bu da ixracat nomenklaturalı malların dünya
qiymətlərindəki dəyişikliklərdən Azərbaycan ixracatının asılılığını müəyyən edir. Xəzər
ş
elfi yataqlarından istifadə edilməsi və nəql üzrə ixrac boru kəmərlərinin istifadəyə
verilməsi ilə əlaqədar neft-qaz ixracatının nəzərdə tutulan intensivləşməsi nəticəsində
obyektiv olaraq gələcəkdə də ixracatın ümumi həcmində neft və qaz məhsullarının
paynın yüksək səviyyədə qalacağını şərləndirir. Eyni zamanda karbohdrogenlərin dünya
qiymətlərinin azalması ilə bağlı asılılıqdan yaxa qurtarmaq üçün müvafiq dövlət
proqramı çərçivəsində ixracata çoxsahəli xarakter verilmişdir. Belə ki, 2003-cü ilin
yekunlarına nisbətən 2012-ci ildə qeyri neft-qaz sektorunun ümumi ixracı 1,5 dəfə
artaraq 2 mlrd. doll. çatmışdır və bu tendensiyanın gələcəkdə də davam etdirilməsi
nəzərdə tutulur.
84
6. nvestisiyaların cəlb edilməsinə dair dövlət siyasəti strateji sahələr üzrə
Azərbaycanın əlverişli imkanlarını, partnyor ölkələrin Azərbaycanın ixracat
nomenklaturasına ehtiyaclarını və mümkün satış bazarlarını nəzərə almaqla respublikada
yeni ixracyönümlü istehsalın təşkilinin və mövcud sahələrin genişləndirilməsinin
məqsədəuyğunluğu nəzərə alınmaqla həyata keçirilmişdir. Ölkəyə cəlb olunmuş birbaşa
investisiyaların və digər valyuta axınlarının geri qaytarılması ilə bağlı öhtəliklərin yerinə
yetirilməsi müvafiq qanunvericiliklə tənzimlənmişdir. Belə əməliyyatlar xam neft ixracı
hesabına kapitalın geri qaytarılması, yəni neft-qaz sektoruna cəlb olunmuş
investisiyaların geri qaytarılması (repotriasiyası) və digər xarici öhdəliklərin ödənilməsi
şə
klində həyata keçirilmişdir. Bu isə öz növbəsində Azərbaycanın etibarlı tərəfdaş
olduğunun əyani sübutudur.
7. Xarici ticarətin sərbəstləşdirilməsi və xarici kapitalın hərəkəti üzərində
məhdudiyyətlərin olmaması respublikaya investisiyaların cəlb edilməsinin əsas
şə
rtlərindən biri olmuşdur. Bu da həm milli iqrisadiyyatın beynəlxalq rəqabətliliyinin
artmasına şərait yaratmış, həm də ölkənin tədiyə balansının sabitliyinin təmin
olunmasını şərtləndirmişdir. Bunun da nəticəsində ölkənin strateji valyuta ehtiyatları
yüksək templə çoxalaraq 50 mlrd. doll. çatmışdır. Azərbaycanın 20 illik kredit tarixinin
1-ci dekadası xarici kapitalın cəlb edilməsi sayəsində respublikanın üstünlüklərini
dəqiq müəyyənləşdirməyə imkan vermişdir. Bunlar birbaşa investisiyalar, əsasən
güzəştli xarakter daşıyan uzunmüddətli kreditlər və qeyri - dövlət sektoru
tərəfindən xarici vəsaitin cəlb edilməsi üçün şərait yaradılmasıdır. Bu tarixin 2-ci
dekadasını səciyələndirən əsas amil isə ondan ibarətdir ki, ölkədən xaricə maliyyə
axınları artmağa başlamışdır. Bu axınlar 2 katiqopiyadan ibarət olmuşdur :
- cəlb olunmuş investisiyaların ( borcların ) repotriasiyası, yəni qeri qaytarılması;
- xarici investorların qazandıqları gəlirlərin ödənilməsi. Cəlb olunan xarici
kapitalın strukturu ölkənin sabit tədiyə qabiliyyəti baxımından kifayət qədər
ə
lverişli olmuşdur: xaric kapitalın üçdə iki hissəsindən çoxu birbaşa investisiyalar
şə
klində cəlb olunmuş və beynəlxalq maliyyə təsisatları tərəfindən verilən
uzunmüddətli dövlət borclarınin payı cəmi 10 faizə qədər idi. Qeyri-dövlət sektoru
tərəfindən cəlb edilən kapitalla bağlı da orta müddətli borcların həcminin artması
85
meyli sabit olmuşdur. Bununla belə xarici öhdəliklərin yığılması nəhayətsiz davam
edə bilməzdi və milli iqtisadiyyatın rəqabətliliyini yüksəldmək məqsədi ilə
respublikanın tədiyə qabiliyyətini qoruyub saxlamaq üçün cari əməliyyatlar üzrə
göstəricilərin profisitinə nail olunmuşdur. Bu məqsdə çatmaq üçün əsas strategiya
ondan ibarət olmuşdur ki, cəlb olunan xarici kapitaldan səmərəli istifadə edilmiş və
onlar məhsuldar investisiyaların maliyyələşdirilməsi istiqamətlərinə yönəldilmisdir.
Bütün bunlar daxili vəsait qıtlığının kompensasiya edilməsinə və ixracyönümlü
iqtisadiyyatın inkişafına kömək göstərilmişdir. Nəticədə hökumətin apardığı uğurlu
islahatlar gedişində iqtisadiyyatın makrosabitliyi əldə edilmiş, xaricdən kifayət
qədər cəlb olunmuş investisiyalar daxili investisiyaların inkişaf etdirilməsinə
zəmin yaratmış və Azərbaycan kapitalının xarici ölkələrdə yerləşdirilməsi prosesi
başlanmışdır.
8. Başlıca olaraq neft-qaz sektorunda, habelə iqtisadiyyatın tikinti və
kommunikasiya sahələrində uğurla davam etdirilən inkişaf proqramlarının həyata
keçirilməsi üçün xarici maliyyələşdirmə axını bir daha təsdiq edir ki, Azərbaycanın
xarici ölkələrdən investisiya cəlb etməsini şərtləndirən əsas xüsusiyyətlər:- ölkə
ə
razisində investisiyaların gəlirli olması; nadir xammal ehtiyatlarının olmas;
islahatların gedişinə beynəlxalq təşkilatlarının etimad dərəcəsinin artması və nəhayət
milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artması ilə bağlıdır. Tədiyə balansının
cari vəziyyətinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, milli iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinin gücləndirilməsi:- ixracyönümlü istehsalın artırılması; beynəlxalq
xidmətlərin inkişafı; investisiyaların stimullaşdırılması və milli valyutanın
məzənnəsinin sabit saxlanılması amillərindən xeyli asılı olcaqdır.
Qeyd olunan amillərin icrasına yönəldilən dövlət siyasəti tədbirləri bu və ya
digər dərəcədə başqa məsələlərlə ziddiyyət yaratmasn deyə xarici ticarət, pul - kredit
və vergi - büdcə siyasəti yeridən dövlət orqanları görüləcək tədbirlərini bir - biri
ilə razılaşdırmaları və birgə fəaliyyət göstərmələri məqsədəuyğundur
stifadə olunmuş ədəbiyyat siyahısı.
86
1. Ш.Г.Гаджиев. Азербайджан на пути к мировомусообществу: стратегия
внешнеэкономического
развития, Киев, 2000, 504 c.
2. R.T. Həsənov. qtisadi siyasət: metodologiya və praktika, dərs vəsaiti, qtisad
Universiteti nəşriyyatı, Bakı 2009, 282 səh.
3. R.T.Həsənov. Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının bazar
modelinin konseptual əsasları, Bakı, 343 səh.
4. Ə.Həsənov. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
Dərslik, Bakı, 2005.
5 Ə.Həsənov. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti,
Bakı 2011, 437 səh.
6. . Kərimli. Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri, Bakı, 2006.
7. A.Ş.Şəkərəliyev. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın
təntənəsi, monoqrafiya, qtisad Universiteti nəşriyyatı, Bakı 2011, 542 səh.
8. A.Abdullayev. qtisadiyyat və iqtisadi siyasət, Bakı 2003, 227 səh.
9. E.M.Hacızadə. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi, Bakı, Elm
nəşriyyatı, 2011, 128 səh.
10. J.Stiqlis Qloballaşma və onun doğurduğu narazılıqlar, Bakı 2004.
11. П. Велъфенс. Основыэкономической политики. 2002. – 495 с.
12.Azəbaycan Respublikasının Mərkəzi Bankı, 1994-2014-cü illər üzrə Azərbaycan
Respublikasının Tədiyə Balansları, www.nba.az
13.Azərbaycanın statistik göstəriciləri, 2002-2014 cü illər, Bakı: “Səda”
14 Руководство по платежному балансу. Пяатое издание. МВФ, 1995
15 Справочник по составлению плтежного баланса. МВФ, 1995
16.
www.azstat.org
– Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsi
17.
www.cbar.gov.az
– Azərbaycan Mərkəzi Bankın internet səhifəsi
18.
www.oilfund.az
– Azərbaycan Neft Fondunun internet səhifəsi
Dostları ilə paylaş: |