cümlədən binaların xarici görünüşünün yüksək səviyyədə olmasının
zəruriliyini
söyləyir…
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
QƏBƏLƏYƏ 2008-ci il SENTYABR SƏFƏRİ
əhayət gözlənilən və həlli vacib olan sahələr diqqətdə olduğundan dövlət
başçısının apardığı siyasətin, iqtisadi islahatların məntiqi nəticəsi olaraq rayonun
görkəmi nəinki dəyişdi, bir-birinin ardınca açılan müəssisələr, sosial əhəmiyyətli hadisələr
gerçəkləşərək əhalinin iqtisadi vəziyyətinin yüksəlişinə səbəb oldu. Ölkə başçısı ilk
prezidentlik dövrünün sonuncu ilində yenidən yolunu buradan saldı və yenə də zəruri olan
müəssisələrin açılışını etdi. Bölgənin inkişafı üçün tövsiyyələri bəhrəsini verdiyindən
cənab İlham Əliyev sürətlə gedən inkişafdan məmnun qaldı və gələcəkdə daha da ucqar
kəndlərin problemlərinin həlli istiqamətində dövlətin yeni inkişaf xəttindən söz açdı... Bu
səfər də tarixi əhəmiyyət kəsb edən hadisələrdən sayılır...
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayona gəlişi ümummilli
lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayır.
Səhiyyəmizin uğurlu hadisələrindən biri müasir Müalicə-Diaqnostika Mərkəzi açılır.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsir.
Yüksək standartlara uyğun tikilən 6 mərtəbəli mərkəzdə ən müasir avadanlıq
quraşdırılıb.
Burada poliklinika şöbəsi, təcili yardım stansiyası, 20 çarpayılıq cərrahiyyə,
10 çarpayılıq dializ, 5 çarpayılıq reanimasiya şöbələri, aptek, qəbul otağı, lor, stomatoloji,
exokardioloji, rentgen kabinetləri vardır. Tikintiyə 40 milyon manat, inventar və
avadanlığın alınmasına 6 milyon vəsait sərf olunub. Tibb ocağında 200 nəfər işləyəcəkdir.
Mərkəzin qarşısında 3 hektar ərazidə park da salınıb. Burada musiqili fəvvarə quraşdırılıb,
müasir işıqlandırma sistemi yaradılıb.
Mərkəzlə tanış olan Prezident İlham Əliyev
reanimasiya, qəbul şöbələrinə, lor, göz,
stomatoloji, rentgen kabinetlərinə baxır...
Mərasimdə geniş nitq söyləyən İlham Əliyev bütövlükdə beş il ərzində görülən
işlərdən, daxili və xarici siyasətin uğurlarından, bölgələrin inkişafından ətraflı bəhs edir.
Azərbaycanın regionda ən güclü dövlətə çevrildiyini, dünyanın enerji siyasətində önəmli
payı olduğunu, bütün diqqətin məhz ölkəmizə yönəldiyini bildirir. Həm turizm sahəsinə
marağın artdığını, həm də təbii sərvəti ilə dünyanı özünə cəlb edən yurdumuzun maddi
imkanının genişləndiyini vurğulayır. Sanki bu çıxış prezidentin beş il müddətində xalqına
hesabatı idi. Nələri görəcəyini vəd edən insan yenidən bir neçə ildən sonra bunları
eləmişik deməsi ilə öz fəaliyyətini açıqlayırdı. Bu baxımdan ilk prezidentlik dövrünün son
ilində Azərbaycan dövlətinin başçısı bütün
bölgələrdə əhali ilə görüşdü, ölkəmizin
qazandığı nailiyyətlərə görə xalqı təbrik etdi...
Qəbələdə istifadəyə verilən süd zavodunu da prezident işə salır. Müəssisə ilə yaxından
tanış olarkən ona bildirilir ki, 2007-ci ilin martında tikintisinə başlanılmış müəssisəyə
N
avadanlıqla birlikdə 3,5 milyon manat xərclənib. Sutkada 10 ton süd emal etmək gücündə
olan müəssisədə pendir, kəsmik, yağ, ayran və s. süd məhsulları istehsal edilir. “Gilan
Holdinq” şirkətlər qrupuna daxil olan zavodda Türkiyə və Almaniyadan gətirilmiş
avadanlıqlar quraşdırılıb, 35 nəfər işlə təmin olunub. Alınmış 14 süddaşıyan maşından 3-ü
bu
müəssisəyə, qalanları isə digər rayonlarda fəaliyyət göstərən süd emalı müəssisələrinə
veriləcək. Prezident İlham Əliyev ayrı-ayrı sexləri gəzir, məhsulların qablaşdırılması
prosesini izləyir. Dövlətimizin başçısı ölkəmizin kənd təsərrüfatı sektorunda nailiyyətlərin
əldə olunduğunu bildirir, yeni zavodun məhsullarının xarici bazara da çıxarılmasını
tövsiyə edir...
Sentyabrın 20-də Prezident İlham Əliyev Qəbələ rayonundakı müəssisələrin istehsal
etdiyi yeni məhsulların sərgisinə baxır. Dövlətimizin başçısı əvvəlcə “Gilan Holdinq”
şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış olur.
Bildirilir ki, müxtəlif yükgötürmə və sərnişinqaldırma qabiliyyətli liftlər müasir dizayna
malikdir. Zavodda hazırlanan liftlərə ölkəmizdə ehtiyac olduğundan onun perspektivli
müəssisə olduğu diqqətə çatdırılır. Prezident İlham Əliyev şirə və şərab məhsullarına da
baxır.
Prezidentə məlumat verilir ki, Qəbələ rayonunda istehsal olunan bu məhsullara
xarici bazarda da tələbat var.
Sərgidə ölkəmizdə ərzaq proqramı ilə əlaqədar kənd təsərrüfatı sahəsində görülən işlər
ekranda nümayiş etdirilir...
Həmin gün Prezident İlham Əliyev Qəbələ Olimpiya-İdman Kompleksində tikinti
işlərinin gedişi ilə tanış olur. Ona kompleksin baş planı göstərilir. Obyektin əsas iqtisadi
göstəriciləri barədə məlumat verilərək bildirilir ki, 4,3 hektar sahədə yerləşəcək
kompleksdə böyük
idman salonu, üzgüçülük hovuzu, futbol, basketbol, voleybol
meydançaları, tennis kortu, habelə mehmanxana, avtomobil dayanacağı inşa olunacaqdır.
Ərazidə istirahət meydançasının, fəvvarələrin, qonaqlar və yarış iştirakçıları üçün
kotteclərin inşası da nəzərdə tutulur.
2009-cu ilin sonunadək hazır olacaq kompleksdə respublika əhəmiyyətli
və beynəlxalq
yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Prezident İlham Əliyev
Qəbələnin idman və turizm obyektlərinin perspektiv layihələri ilə də tanış olur. Bildirilir
ki, rayonda turizmin inkişafı üçün nəzərdə tutulan bu layihələr icra olunduqdan sonra
buraya gələn xarici turistlərin sayının artması gözlənilir.
Dövlətimizin başçısı turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu
xatırladaraq, layihələrin uğurla icrası, ümumən turizm sektorunun inkişafı ilə bağlı
fikirlərini söyləyir, müvafiq tapşırıqlarını verir...
Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva
Qəbələ rayonunun Yengicə kəndində “İstisu” sağlamlıq və istirahət kompleksində olurlar.
Dövlətimizin başçısına məlumat verilir ki, tikintisinə 2006-cı ildə başlanmış 50
yerlik
kompleksdə 21 vanna, müayinə otaqları, yeməkxana, istirahət otaqları vardır.
Avadanlıqla birlikdə dəyəri 2 milyon 200 min manat olan kompleksin ərazisində 80
yerlik beşmərtəbəli yeni korpus da tikilib. Kompleksdə 50 nəfər çalışır.
Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964-1968-ci, 1973-77-ci illərdə
Leninqrad, (indiki Sankt-Peterburq) şəhərində yoxlanılmış və suyun minerallarla zəngin