Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

 
207 
 
 
QURANIN MÜRACİƏTİNDƏN  
FƏRDƏ DÜŞƏN PAY 
 
 
əsənə
: Şübhə yoxdur ki, Quran, ümumiyyətlə insanla-
ra, xüsusən də müsəlmanlara xitab edir. Bu müraciət 
həm də insanlara müxtəlif öhdəliklər yükləyir. Əvvəl-
əvvəl öhdəlik insanların bacarığı daxilində olur. Belə deyə bilərik-
mi: Quranın müraciətindən fərdin alacağı pay onun imkan və ba-
carığına görədir. Bu məqamda aşağıdakı ayələri dəlil göstərə bilə-
rik: 
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Al-
lahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sa-
hibi, hikmət sahibidir!” (əl-Maidə, 38); 
 “Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun...” (ən-
Nur, 2). 
Bir müsəlman Quranın çağırışına hay verməklə hakim və 
ya hökmdar qismində oğrunun əlini kəsib zinakarları daşqalaq 
edə bilərmi? Yoxsa Quranın çağırışı hökmdara, sultanamı aiddir? 
Yəni, bu məsələlərin adi müsəlmana aidiyyəti yoxdurmu?   
Yaxud müsəlman fərd Quranın çağırışına cavab vermək 
baxımından,  hökmləri  icra  edən  müsəlman liderin seçilməsinə, 
təyininə köməkmi etməlidir? Bununla o, Quranın müraciətindən 
öz nəsibini götürmüş sayılırmı?  
Çoxları bu məsələdə səmimi olsalar da, bəzən məsələyə ai-
diyyəti olmayan ayələri dəlil göstərirlər. Bu məsələni və əlaqədar 
dini mətnləri necə başa düşməyimizə aydınlıq gətirmək faydalı 



 
208 
olardı. Hətta bəziləri iddia edirlər ki, Allahın hökmlərini insanlara 
çatdıran qurumlar (dövlət, nazirlik, təşkilat, idarə...) mövcud ol-
madıqda fərdlər həmin hökmləri icra hüququna sahibdirlər!  
Qəzali
: İslam fiqhindən, bizə gəlib çatmış hədislərdən mə-
lum olur ki, cəzalandırma (hədd) və qisas dövlətin görəcəyi işlər-
dir. Adi fərdin cəza kəsib qisas almağı yolverilməzdir. Bu, dövlə-
tin işidir, adi fərdlərin deyil! Hətta ümmətin boynuna düşən şərin 
(münkərin) ləğvi məsələsində hər kəsə bu işi görmə səlahiyyəti 
verilmir. Çünki şər dedikdə nəyin başa düşülməsi problemi fəqih-
lərin arasında böyük mübahisələrə səbəb olub... Bəzilərinə görə, 
bir şəxsin şəklini kağız üzərində çəkmək asilik və böyük günah, 
qadınların üzlərini örtməməyi də bir cinayətdir. 
Hansı çərçivədə dini vəzifəsini icra etməli olduğunu bilsin 
deyə hər bir şəxs üçün ayrıca “dairə” cızılmalıdır.  
İndiyədək mövcud olmuş dövlətləri və islam hüququnu 
dərindən araşdırsaq bir nəfərin də belə dediyini görmərik: “Qisas 
almaq, cəza kəsmək xalqın işidir”. Əksinə, hədislərdə bildirilir ki: 
“Kim zina edərsə və günahı üzə çıxmazsa, tövbə etməli, əməlini 
açıb-ağartmamalıdır; Allah tərəfindən əməlinin gizlənilməsinə 
ehtiram bəsləyib tövbə yolunu tutmalıdır. Heç kəsin onun bu 
əməlini araşdırmaq, üstü-üstünə getmək haqqı yoxdur”. Bu haq-
da Übadə ibn Samitə
1
 istinadən ayrıca hədis rəvayət edilib: “Kim 
bu qəbil günah işləyərsə, işi Allahlıqdır: istərsə əzab edər, is-tərsə 
                                                 
1
  Əbu əl-Vəlid Übadə ibn Samit ibn Qeys əl-Ənsari əl-Xəzrəci (586-
654)
: Böyük səhabələrdəndir. Yüksək iman sahib olduğu bildirilir. “Əqəbə” 
sadiqlik andının, Bədr döyüşünün, Misiri fəthin iştirakçısıdır. Fələstin tor-
paqlarının ilk müsəlman şəriət hakimi olmuşdur. Qüdsdə vəfat edib. 181 hə-
dis rəvayət etmişdir. İmam Buxari və İmam Müslim ona istinadən 6 hədis rə-
vayət etmişlər.   


 
209 
bağışlayar”
1
.  
Tövbə haqda İbn Teymiyyənin söylədikləri tam yerinə 
düşür: “Tövbənin qəbul edilməsi... Tövbə insanla rəbbi arasında 
olan şeydir. Bu məsələdə mərəkə qoparmaq yersizdir”. 
Cihad ümmətin vəzifəsidir... Ayrı-ayrı fərdlərin boynuna 
düşən şey əmr almaqdır. Cihad prosesinə gəlincə, maliyyələşdiril-
məsi ümmətin, havada, su və quruda gerçəkləşdirilməsi mexa-
nizmlərinin hazırlanması isə dövlətin işidir. Cihadla bağlı bütün 
işlər ayrıca zümrənin deyil, islam dövlətinin səlahiyyəti daxilində 
qalan işlərdir.  
Həsənə
: Bunu belə də şərh etmək olar: elə hökmlər var ki, 
dövlətə aiddir, elələri də var ki, ayrı-ayrı şəxslərə. Bəzi hökmlərin 
icrası dövlət və ya mərkəzi hakimiyyət olmadan qeyri-mümkün-
dür. Ancaq dövlət mövcud olmazsa, həmin hökmlər qüvvədən 
düşər. Heç bir halda ayrı-ayrı şəxslərin dövlətin funksiyasını öz 
üzərilərinə götürüb onun adından hökm kəsmək hüququ yoxdur. 
Qəzali
: İslam dövləti yıxılıb mərkəzi hakimiyyət aradan 
qalxdığı zaman insanlar dövləti müvəqqəti əvəz edən komissiya 
və ya qurum yaratmaq barədə məsləhətləşə bilərlər. Bununla da 
hökmlərin icrası ayrı-ayrı şəxslərə həvalə edilməz.    
Bir haşiyəyə çıxmaq istərdim. Görəsən, dövlət başçısına 
aid dini göstərişlərdən adi şəxslərə də “pay” düşürmü? Düşünü-
rəm ki, düşür. Ancaq icra və tətbiq baxımından deyil! Allah təala-
nın aşağıdakı ayəsinə nəzər salaq: 
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Al-
                                                 
1
 Hədisi Übadə ibn Samitə (Allah ondan razı qalsın!) istinadən İmam Buxari 
(“Came əs-Səhih” kitabı, “İman” fəsli, “Ənsarı sevmək imanın göstəricisidir” 
bölümü) və İmam Müslim (“Səhihi-Müslim” kitabı, “Cəzalar” fəsli, “Cəza 
günahkarın kəffarəsidir” bölümü) rəvayət etmişlər.  


 
210 
lahdan cəza olaraq (sağ) əllərini kəsin...” (əl-Maidə, 38).  
Bir fərd olaraq mənə də bu ayə müraciət edir. Ancaq bu 
müraciət mənə hansı vəzifələri yükləyir? – bax, buna aydınlıq gə-
tirmək lazımdır. Bu müraciətdə Quran dövlət başçısına əmrləri 
icra vəzifəsi yükləyir. Çünki onun  bu  işdə  səlahiyyəti  var.  Mənə 
gəlincə, hərgah mənim əmrləri icra səlahiyyətim yoxdur, amma 
bu işdə payım olmalıdır: hakimiyyəti bərpa etmədə əlimdən gələ-
ni əsirgəməməli, islam hakimiyyətinə hökmləri icrada köməklik 
göstərməliyəm.  
Həsənə
: Məlumdur ki, islama görə, məhkəmə hakimi (qa-
zı) müəyyən keyfiyyətlərə sahib olmalı, bəzi şərtləri gözləməlidir. 
Öyrənilən problemə, şahidlərə, situasiyalara, ifadələrə dair ayrıca 
qaydalar da mövcuddur. Bir sözlə, bu, uzun məsələdir və az adam 
ondan yəqinliklə baş çıxarır. Necə ola bilər ki, bu cür mürəkkəb 
məsələni işin əhli olmayan şəxslərə tapşırırıq? Belə olan halda is-
lam həyat tərzi “dovğa qazanı”na çevrilər, xaos və ziddiyyət baş 
verər... 
 “Quranın müraciətindən insanlara düşən pay” – dedikdə 
onu nəzərdə tutmuşam ki, hər bir şəxsin Qurandan götürəcəyi 
nəsibi var. Dövlət başçısı və adi vətəndaşın ayrıca “pay”ları vardır. 
Qəzali
: Xalq hökmlərin icrasında hökumətə kömək göstə-
rir. Dövlətin icra etdiyi işlər ayrı-ayrı şəxslərə həvalə edilməmə-
lidir. Onlardan bu işlərin icrasını tələb belə etmək olmaz. Misal 
üçün cihadı götürək. Ayrı-ayrı şəxslər təkbaşına onu necə tənzim-
ləməyə bilərlər axı?! Cihadı dövlətin nəzarət etdiyi qurumlar hə-
yata keçirməlidir. İlahi əmrdə deyilir: “Allah yolunda cihad edin!” 
Necə edəcəyik? Şəxs özbaşına cihada çıxıb vuruşa bilməz. Odur 
ki, bu işdə islam dövlətinin əmrlərinə riayət etməlidir. Məhkəmə 
də bu cürdür: cinayətlər araşdırılmalı, sübuta yetirilməli, cəzaya 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə