Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   37   38   39   40   41   42   43   44   45

80 

 

2003-cu ildən başlayaraq, Baş Qafqaz silsiləsinin Azərbaycan hissəsində aparılmış 



ekoloji-geokimyəvi tədqiqatlardan  aydın olmuşdur ki, rayonun filizliliyi təbii 

landşaftların geokimyəvi xususiyyətlərində də ozunu gostərir. Muəyyən edilmişdir 

ki, bu filiz rayonunda coxlu yataqları və təzahurləri olan xalkofil və siderofil 

metalların və bir cox başqa mikroelementlərin ətraf muhit komponentlərindəki fon 

tutumları klarkdan xeyli aşağı səviyyədədir. Bununla belə, muxtəlif landşaft 

yarımzonalarında, rayonlarında və sahələrində muxtəlif mikroelementin və ya 

mikroelementlər qrupunun koklu və boş suxurlarda, torpaqlarda, yeraltı və yerustu 

sularda və bitkilərdəki orta tutumları xeyli yuksələrək fondan secilir və bəzi 

hallarda isə klarkdan dəfələrlə artıq olur. Nadir hallarda ayrı-ayrı noqtələr və kicik 

sahələr uzrə bu gostərici hətta yol verilən qatılıq həddi (YVQH) səviyyəsində və 

ondan da cox olur. Bu isə ətraf təbii muhitin həmin mikroelementlə və ya 

mikroelementlər qrup ilə - filizdən torəyən cirkləndirici inqrediyentlərlə (FTC ) 

cirklənməsi nəticəsində əmələ gəlmişdir. Belə cirklənmələr həm təbii, həm də 

antropogen yolla baş vermişdir. Bu cirklənmələr həm filiz yataqları və təzahurləri 

sahələrində, həm də onlardan uzaqlarda əmələ gəlmişdir. Aydındır ki, filiz 

sahələrində baş verən cirklənmələr daha intensiv olmuşdur. Bəzi tədqiqatcılara 

gorə , filiz yataqları ərazilərində əlvan, nadir və nəcib metallarla ətraf muhitin 

aşkar edilən cirklənmə gostəriciləri gizli filiz yatımlarının axtarışlarında 

geokimyəvi indikator kimi istifadə oluna bilər.  

Məlumdur ki, ərazinin elə sahəsi geokimyəvi anomaliya hesab edilir ki, onu təşkil 

edən təbii cisimlərin hec olmazsa birində kimyəvi elementlərin paylanmasının 

statistik parametrləri geokimyəvi fondan etibarlı dərəcədə fərqlənsin. Mənbələrinə 

və əmələgəlmə mexanizminə, geoloji faktorlarla əlaqəsinə, tərkibinə və s. gorə 

təbii və texnogen anomaliyalar arasında kəskin fərqlər vardır. Belə ki, təbii 

anomaliyalar ucun kimyəvi elementlərin mənbəyi geoloji muhitdir. Bu 

anomaliyalar elementlər arasında əhəmiyyətli korrelyasiya əlaqəli təbii 

assosiasiyalara cavab - verən geokimyəvi oreollara malikdir. Texnogen 

anomaliyalar ucun kimyəvi elementlərin və istehsalat fəaliyyəti məhsullarının 

qaydasız yığımı səciyyəvidir. Kimyəvi elementlər arasında təbii paragenezislərə 

uyğun gələn davamlı korrelyasiya əlaqələrinin olmaması muşahidə edilir. 

Texnogen anomaliyaların əmələ gəlməsi ərazinin urbanizasiyası, onun sənaye 

cəhətdən istifadə edilməsi ilə əlaqədardır. Onlar ucun səthi inkişaf, texnogen 

cirklənmə mənbələri ətrafında ziddiyyətli oreollar səciyyəvidir. Texnogen 

anomaliyalar atmosferə atılan sənaye tullantıları, səthi bərk tullantılar və s. 

hesabına əmələ gəlir.  

Filiz yataqları və təzahurləri sahələrində və onların kənarlarında ətraf muhitin 

FTC -lərlə cirklənməsi filiz cisimləri və filiz yerləşən suxurların aşınması və 

eroziyası nəticəsində baş vermişdir. Filiz yataqları və təzahurlərindən uzaqlarda 

ə

mələ gəlmiş cirklənmələr isə filiz komponentlərinin mexaniki, fiziki-kimyəvi, 



biogen və texnogen miqrasiyası və munasib geokimyəvi maneə şəraitində cokməsi 

və akkumulyasiyası nəticəsində olmuşdur. Tədqiqat sahəsində ətraf təbii muhitin 

FTC -lərlə cirklənmə anomaliyaları muəyyən edilərək hududlanmışdır. Bunlar 



81 

 

kompleks anomaliyalardır və onları 3 qrupa ayırmaq olar: intensiv anomaliyalar, 



lokal anomaliyalar və genişsahəli (nisbətən zəif) anomaliyalar. 

    ntensiv çirklənmə anomaliyaları filiz sahələri və qovşaqlarını əhatə etməklə 

onların ətraflarında yaranmışdır. Bunlar Cixix-Kasmala, Kasdağ-Filizçay və Katex 

anomaliyaları, FTÇ -lərin nisbətən çoxsaylı olması, çirklənmənin intensivliyi ilə 

seçilir və nisbətən böyük sahələri əhatə edir (şək.).  

Cixix-Kasmala kompleks (Ag-Cu-Pb-Zn-Co-Mo) anomaliyası Çixix yatağı və 

Kasmala təzahürü sahələrini və ətraf əraziləri əhatə edir. Bu anomaliya planda 

yarımdairəyə bənzər formadadır. Onun ölçüləri 3-3,5 x 5-6 km təşkil edir. 

Anomaliya sahəsində Saqator və Kasmala təzahürlərini birləşdirən bu mərkəzi 

hissənin eni 0,5-0,8 km, uzunluğu isə 6 km-ə qədərdir. Cixix-Kasmala çirklənmə 

anomaliyasının mərkəzi hissəsindəki torpaqlarda Zn, Pb, Cu, Co, Ag, Mo 

klarklarla müqayisədə dəfələrlə çox miqdardadır (cədvəl).  

Qeyd etmək lazımdır ki, süxur, torpaq, bitki və sularda ayrı-ayrı elementlərin 

miqdarları müvafiq klarklarla (Beyc, 1972;Войткевич и др., 1970; və s.) 

müqayisədə verilmişdir. Mərkəzi hissədən kənarlara getdikcə bu göstəricilər 

azalaraq klark səviyyəsinə və nəhayət, anomaliya sahəsinin qurtaracağında fon 

səviyyəsinə düşür. Tədqiqat rayonunun torpaqlarında FTÇ -lərin fon tutumları 

klarka nisbətən xeyli az olduğuna görə anomaliya sahəsində onların miqdarı fona 

nisbətən daha yüksək olaraq, dəfələrlə və hətta on dəfələrlə artıqlıq təşkil edir. 

Cəmi çirklənmə göstəricisi - CÇG (çirkləndiricilərin tutumlarının klarklara 

nisbətləri cəmi) anomaliyanın mərkəzi hissələrində 6-9, kənar hissələrdə isə 2-5 

arasında dəyişir. Yalnız Kasmala təzahürü sahəsindəki torpaqlarda CÇG - 10 və 

daha yüksək göstəriciyə malikdir.  

Cixix-Kasmala kompleks anomaliyası sahəsində yayılmış boş süxurlarda - dib 

çöküntülərində Cu, Zn, Ag klarkdan dəfələrlə artıq, Pb və Co klarkdan yüksək, Mo 

və Sn isə fondan artıq və klarka yaxın səviyyədədir. Bu anomaliyanın yerüstü 

sularında Cu, Ag və Zn hidrogeokimyəvi fona nisbətən anomal tutumlu elementlər 

kimi ayrılır. Bitkilərdə qurğuşunun və nadir hallarda misin və gümüşün miqdarı 

klarkdan artıqdır. Cu, Ag və Monin tutumları fona nisbətən yüksəkdir. 

Anomaliyanın yalnız mərkəzi hissəsindəki və ayrı-ayrı nöqtələrindəki torpaqlarda 

Pb və Cu-in tutumları YVQH-nı aşır.  

     Kasdağ-Filizçay çirklənmə anomaliyası tədqiqat sahəsində ən böyük və ən 

intensiv anomaliyadır. Bu anomaliya Kasdağ və Filizçay yataqlarının ərazilərini, 

Qarabçay, Yuxan Filizçay, Bulanlıq, Qubaxaltı və Gumbulçay filizli sahələrini 

ə

hatə edir. Planda bu anomaliya T-şəkilli formaya malikdir. Onun ölçüləri 5-7 km, 



sahəsi 30 km2-ə qədərdir. Anomaliyanın daha intensiv hissəsi onun şimalında, 

pazlaşan linzavari formada ayrılır. Bu hissə Filizçay və Kasdağ yataqları 

sahələrini, onların ətraflarını, şimal-qərb və cənub-şərq davamlarını və eləcə də 

həmin yataqlar arasındakı Qarabçay filizli sahəsini əhatə edir. Bu ərazidəki 

torpaqlarda klarkla müqayisədə Zn, Pb, Cu, Ag və Co bir neçə dəfə artıqdır 

(cədvəl).  ntensiv çirklənmiş linzavari sahə daxilində daha şiddətli dərəcədə 

çirklənmiş Kasdağ və Filizçay yataqlarının əraziləri ayrılır. Kasdağ-Filizçay 

çirklənmə anomaliyası nisbətən zəif intensivliklə Qubax dağ massivinin cənub 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə