Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

76 

 

qalaraq sürüşən kütlə sürüşmə kütləsi adlanır. Sürüşmənin qırılma qaşı. Sürüşmə 



kütləsi yamacdan ayrılan zaman əmələ gəlmiş kəsilmə xəttinə qırılma qaşı deyilir. 

    Hərəkət istiqamətlərinə görə sürüşmələr 2 tipə bölünür (A.P.Pavlov təsnifatı). 

Delyapsiv sürüşmələr. Bu tip sürüşmələr əsasən yamacın aşağı hissəsində baş 

verir. Alt kütlə sürüşərək üst kütləni dayanıqsız  vəziyyətə gətirir və proses daha 

yuxarı hissəyə doğru hərəkət edir. 

   Detruziv sürüşmələr. Bu tip sürüşmələr isə əksinə olaraq yamacın yuxarı 

hissəsində (qırılma qaşı yaxınlığında) əmələ gəlirlər. Sürüşən dağ süxurlarının 

müəyyən bir kütləsi hərəkət edərək alt qatlara təzyiq edir və onları hərəkətə 

gətirirlər, bu zaman əzilmə və sıxılıb çıxarma əmələ gəlir. 

Sürüşməyə məruz qalmış yamacın quruluşu və sürüşmə səthinin vəziyyətinə görə 

sürüşmələr asekvent, konsenkvent və insekvent tiplərə bölünür. 

Asekvent sürüşmələr. Bu tip sürüşmələr bircins, laylaşmamış süxurlarda sürüşmə 

səthi əyri xətli olan, xəttin vəziyyəti çatların ölçüsündən və süxurların ilişmə 

qüvvəsindən asılıdır. Belə sürüşmələrin sürüşmə səthi dairəvi silindirik və yaxud 

sikloid şəklində olur. Sürüşmə səthinin quruluşu və istiqaməti yamacın 

quruluşundan və süxurun sürüşmə qüvvələrinə göstərdiyi müqavimətdən asılıdır.    

    Yəni yamacı təşkil edən gilli süxurların su ilə yuyulması nəticəsində əmələ gəlir. 

Konsekvent sürüşmələr. Yerləşməsi yamacın quruluşundan asılı olaraq, sürüşmə 

maili səthlə baş verir. Bu tip sürüşmələr Azərbaycan ərazisində geniş yayılmışdır.  

Sürüşmələrin, o cümlədən konsekvent sürüşmələrin baş verməsinə əsas səbəb 

müasir relyefin cavanlığı (Oliqosen-Holosen), yeni tektonik hərkətlərin yüksək 

fəallığı, relyefin seysmikliyinin yüksək olması, müxtəlif mənşəli və yaşlı tektonik 

pozulmalar, əlverişsiz iqlim və digər amillərdir. Konsekvent sürüşmələr hərəkət 

şə

raitinə görə 2 qrupa bölünür. Birinci qrupda hərəkət nisbətən hamar və qismən 



dalğalı yamac səthlərində, ikinci qrupda isə bünövrənin tektonik qırılmalarla 

zəiflədiyi yerlərdə baş verir.  nsekvent sürüşmələr. Bu tip sürüşmələrdə sürüşmə 

səthi müxtəlif tərkibli layları kəsərək keçir. 

Sürüşmələr yaş və inkişaf fazasına (mərhələsinə) görə 2 əsas tipə (müasir və 

qədim) bölünür. 

  Müasir sürüşmələr. Bu tip sürüşmələr eroziyanin və abraziyanın müasir 

bazisindən asılı olaraq baş verir və öz növbəsində aşağıdakı növlərə bölünür. 

a) daim hərəkətdə olan fəal sürüşmələr, b) sürüşmə kütləsi alt və üst hissədə 

qismən hərəkətdə olan yarım fəal sürüşmələr, c) hərəkəti dayanmış (tam 

müvazinətdə olan) sürüşmələr. 

    Qədim sürüşmələr. Bu tip sürüşmələr keçmiş geoloji dövrdə baş vermiş 

sürüşmələrdir. Açiq və gömülmüş sürüşmələrə bölünür. Gömülmüş sürüşmələr isə 

daha cavan çöküntülərlə örtülmüş olur. Yüksək mailliyə malik yamaclarda 

sürüşmə prosesləri daha intensiv surətdə baş verir və bu sahədə onların qarşısının 

alınması daha mürəkkəb və müxtəlif mühəndisi qurğuların tikilməsini tələb edir. 

Belə obyektlərdə sürüşmə əleyhinə layihələndirilən mühəndisi qurğuların tikilməsi 

şə

raiti də fərqlidir. Onlar xüsusi tikinti norma, qayda və prinsipləri ilə nizama 



salınır ki, bu da qurğuların dayanıqlığını və onların normal istismar şəraitini təmin 


77 

 

etməyə imkan verir. Müdafiə tədbirləri həyata keçirilməklə ərazidə məskunlaşmış 



ə

halini fəlakətli və təhlükəli sürüşmə proseslərindən mühafizə etmək mümkündür. 

    Sürüşmə proseslərinin inkişafı və fəallaşmasına təsir edən amillər iki qrupa 

bölünür: 

1. Təbii amillər; 

2. Texnogen amillər. 

Təbii amillər - Sürüşmə proseslərinin yaranması və inkişafına təsir edən təbii 

amillərə geoloji quruluş (süxurların litoloji tərkibi, plastik gil laylarının dik yatma 

bucağı), iqlim, relyef (yamacların mailliyi), hidrogeoloji (süxurların qrunt suları ilə 

islanması, yeraltı suların səviyyəsi, mineroloji tərkibi), meteoroloji (atmosfer 

yağıntıları, qar əriməsi ilə torpaq kütlələrinin islanması, temperatur), geomorfoloji 

və tektonik (seysmik təkanlar) xüsusiyyətlər aiddir. 

    Azərbaycan Respublikasının ərazisi geoloji quruluşunun mürəkkəbliyinə görə, 

dağəmələgəlmə prosesinin davam etdiyi bir ərazi kimi fəal seysmik zonaya 

daxildir (MSK şkalasına görə 7-9 bal). Bu, respublikanın müxtəlif bölgələrində 

orta güclü zəlzələlərin baş verməsi ilə təsdiq edilir:  smayıllı rayonunda 6-7 bal 

(29.II.1981), Zərdab rayonunda 6 bal (20.01.1982), Ceyrançöldə 6-7 bal 

(03.05.1982), Xəzər dənizində, Bakıdan 130 km şərqdə 7 bal (16.10.1984). 

Respublika ərazisinin Şamaxı,  smayıllı, Gəncə, Zərdab, Mingəçevir, Şəmkir, 

Tovuz, Talış dağları və Kiçik Qafqazın  Kəlbəcər hissəsi fəal seysmik zonalarıdır. 

Məhz bu bölgələrdə zəlzələlərdən sonra sürüşmə prosesləri aktivləşirlər. 

    Texnogen amillər - Dağlıq rayonlarda torpaqların plansız şəkildə istifadəsi, 

meşələrin qırılması, çəmənliklərin məhv edilməsi, hidrotexniki qurğuların tikintisi, 

fərdi yaşayış evlərinin tikintisi və yol-tikinti işləri zamanı dayanıqsız yamacın 

ə

sasının kəsilməsi və müdafiə tədbirlərinin lazımi səviyyədə yerinə yetirilməməsi 



və mövcud su şəbəkələrində, kanalizasiyalarda su sızmalarının yaranması da bu 

prosesə təkan verir. 

    Respublika ərazisində 1980-2010-cu illər ərzində 128 sahədə torpaq sürüşməsi 

hadisəsi baş vermişdir. Cari ilin yaz aylarında respublika ərazisinə yağıntıların çox 

düşməsi ilə əlaqədar olaraq əvvəlki illərlə müqayisədə daha artıq sayda torpaq 

sürüşmələri baş vermişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ilin 9 ayı ərzində 43 

sahədə torpaq sürüşməsi baş vermişdir. Bunlara misal olaraq Ağsu çayının sağ 

sahilində, Muğanlı- smayıllı avtomobil yolunun 1-ci, 6-8-ci və 9-11-cı və 27-ci 

km-liklərində, Masallı rayonu ərazisində Hişkədərə-Miyankü avtomobil yolunda, 

Lənkəran rayonunun Duryan kəndini digər yaşayış məntəqələri ilə birləşdirən 

avtomobil yolunda, Lənkəran rayonu ərazisində Lənkəran-Bəliton avtomobil 

yolunun 32-ci km-liyində, Lənkəran rayonunun Girdəni kəndi ərazisində yerləşən 

Havzava kəndi və  stisu qəsəbəsindəki nəqliyyat yolunda, Quba rayonu ərazisində 

Quba-Xınalıq avtomobil yolunun 45 və 48-ci km-liyində, Bakı-Şamaxı-Ağsu 

avtomobil yolunun 147-154-cü km-liyində, Yardımlı-Masallı avtomobil yolunun 

16-cı və 25-ci km-liyində baş vermiş torpaq sürüşmələrini göstərmək olar. 

    Payız mövsümünün gəlməsi ilə əlaqədar leysan yağışlarının daha da çox 

düşəcəyini nəzərə alaraq, sürücülərin və avtomobil yollarına yaxın məskunlaşmış 

ə

halinin nəzərinə çatdırılır ki, yaşayış yerlərinə yaxın ərazilərdə və ya yollarda 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə