Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

  - Başqa? 
  - Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa 
biləcək bir ins-cins olmayacaq. 
  - Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna 
gəlməyəcək. 
  Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb 
dedi: 
  - Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç 
fikirləşmisənmi ki, biz meşə və çöllərdən başqa nə kimi əngəllər qarşımıza 
çıxacaq? 
  - Hansı əngəllər? 
  - Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam 
kədərlərindən öləcəklər. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək 
ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu dəfə çar 
babamız, xristian dininə satqınlıq etdiyimə görə məni Sibirə sürgün 
edəcək: Səni də təhrik etdiyin üçün mənə qoşacaq. 
  Mən gülə-gülə cavab verdim: 
  - Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində 
oturacağıq. İri ağ ayılar da gəlib bizi tikə-tikə edib yeyəcəklər. Yox, Nino, 
zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul etməlisən, 
valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də 
yaxşı keçirmək üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui 
de Bulonun meşəsinə və Berlinin məşhur heyvanxanasına tamaşa edərsən. 
  - İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi: 
  Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ 
vaxt var. Qorxma qaçası deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə 
danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni qaçırmağa səy göstərmə. 
Bilirəm bunu siz də necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə 
atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan 
davası başlanır. 
  Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə 
bil hər şey gülürdü: üzü, əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib
məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun qabağında durmuşdum. 
Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən 
qorxmuş bir ceyrana bənzəyirdi. 
  - Gedək, - deyə Nino dilləndi.  
  Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-
birə Ninonun ağlına nə isə gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya 
baxmağa başladı.  
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə 
təşvişlə soruşdu. 
  - Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə 
mənsub olacaqlar”. 
  Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra 
qəmli halda: 
  - Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi 
yaşım tamam olacaq. Sənin gələcək həyat yoldaşının indi on iki yaşı 
olmalı idi. 
  Mən onu sakitləşdirdim. Yox, o  mənim üçün qətiyyən çox yaşlı deyildi. 
O həddən artıq ağıllı və hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər 
olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz şərqlilər 
vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla 
belə bəzən hamımızın səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. 
Əslində nə düşünmək lazım idi, bilmirdim. 
  Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma 
hamıdan çox mən özüm özümü çaşdırmışdım. Bəlkə də mən Kaxetiya 
şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit bağçasında 
bir sərsəri kimi dolaşırdım. 
  Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə 
düşünməməyinə əmin idim. O özünü çox sakit aparırdı. 
  Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, 
gülüşlərindən və incə coşğunluğundan əsər əlamət qalmamışdı. Bizim 
qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın 
qırağında oturdum və birdən  hiss etdim ki, susuzluqdan dodaqlarım 
quruyur. Mən İsa bulağının suyundan bir istəkan doldurub içdim. İstəkanı 
süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız rastlaşdı. O, mənə 
dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı. 
   
  VII 
   
  Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim 
məhəbbətim başqalarının məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya 
bulaq başında, şəlalələr yanında yox, Nikolay küçəsində məktəbə 
gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim məhəbbətim 
babalarımın, atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi. 
Şərqlilərin məhəbbət hekayətləri bulaq başında və yaxud səsli-küylü 
şəlalələrin yanında başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü 
bulaq başına gedərdilər. Cavan oğlanlar da bulaq başına yaxın bir yerdə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


dövrə vurub oturardılar. Onlar yanlarından keçən qızlara heç gözucu da 
baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən söhbətlər 
edərdilər.  Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-
yavaş evlərinə qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər 
çox ağır olur. Bu dolu səhəngləri apararkən büdrəməmək üçün qızlar 
örpəklərini dala atıb, ədəblə gözlərini yerə zilləyərdilər. 
  Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü 
meydanın bir guşəsində oturardılar. Şərqdə məhəbbət məcarəsı belə 
başlayardı. 
  Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. 
Oğlanlar yenə buna əhəmiyyət verməzdi. Əgər həmin qız təkrarən bulaq 
başına qayıdırsa, oğlanlardan biri başını qaldırıb göyə baxardı. Bəzən 
onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında iki gəncin baxışları 
bir neçə dəfə rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı 
başlayıb. 
  Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan 
mahnılar oxuyaraq ətrafı dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə 
qız evi ilə başlıq məsələsini götür-qoy edərdilər. Müdriklər də təzə 
evlənmək istəyənləri neçə cəngavər dünyaya gətirəcəklərini 
hesablayardılar. Hər şey qabaqcadan hazırlanıb qərarlaşdırılardı. 
  Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örpək? 
Qəribədir. Qadını örpək altından görmək mümkün deyil, amma tanımaq 
olur: onların vərdişini, düşüncəsini, arzularını bilmək olurdu. Örpək 
qızların gözlərini, burnunu və ağzını bağlayır, qəlbini, ruhunu isə yox. 
Şərq qadınlarının qəlbi çadrasız qadınların qəlbindən fərqli idi. Çünki, 
çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını görmək olur. Amma 
bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu 
çox yaxşı tanıdığınızı zənn etsəniz belə.  
  Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə 
salırdı. Küçədə özgə kişilər ona baxdıqları zaman o bundan xoşlanırdı. 
Halbuki, yetişmiş bir şərqli qızı belə şeylərdən diksinərdi. O məni öpürdü. 
Mən də onun qıçlarını sığallayırdım. Halbuki biz hələ heç nişanlı da 
deyildik. Nino eşq və məhəbbət haqqında olan kitabları oxuduğu zaman 
adəti üzrə xülyalara dalırdı və həsrətlə için-için yanırdı. Ondan soruşanda 
ki, axı sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də 
bilmirəm” deyə cavab verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun 
əvvəllər Rusiyada olmasından irəli gəlir. Atası Ninonu həmişə özü ilə 
Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını hamı bilir. 
Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə