Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə41/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

 
 
90 
 
 
                Li J  əsasında  işləyən  bu  tip  sayğacların  çatışmayan  cəhəti   onların   γ ‐ 
şüalanmaya da həssas olması və LiJ  kristallarının hiqroskopik
 
olmasıdır. 
 
               Qeyd  edək  ki,  kiçik  sürətli  və  istilik  neytronlarını  qeydə  almaq  üçün  istifadə 
olunan  bölücü  kamera  adi  ionlaşdırıcı  kameradır.  Sadəcə  olaraq,  bu  kameranın 
elektrodları  üzərinə 
235
92
U
 izotopu  ilə  zənginləşdirilmiş  uran  tərkibli  maddədən  nazik 
təbəqə  çəkilmişdir.  Kamerada  sürəti  azalmış  neytronlar 
235
92
U
 izotopunun 
parçalanmasını həyata keçirir. Daha dəqiq desək, kiçik sürətli neytronları tutan 
235
92
U
 
 
izotopu  müxtəlif  kütləli  iki  qəlpəyə  parçalanır.  Bu  zaman    ən  ehtimallı  bölünmə 
nəticəsində kütlə ədədləri   A=95 və   A=139 olan qəlpələr yaranır (Z
1
=38, W
1
=99 MeV;
  
Z
2
=54, W
2
=67 MeV
).  Yaranmış  qəlpələrin  ionlaşdırma  qabiliyyəti  isə,   α ‐ zərrəciklər 
və  elektronlarla  müqayisədə,  əhəmiyyətli  dərəcədə  yüksək  olur.  Buna  görə  də, 
detektorun  çıxışında  impulsların  amplitudu  o  qədər  böyük  olur  ki,  bu  da,    onları  çox 
etibarlı şəkildə qeydə almağa imkan verir.  
 
             Bölücü  kameranın  üstün  cəhəti,  hətta  intensiv  β  ‐,  γ  ‐  şüalanma  fonu 
şəraitində, neytronları qeydə almaq qabiliyyətinin  olmasıdır.  
                       4.5.3. Sürətli neytronlar sayğacı. Sürətli neytronları qeydə almaq üçün proton 
təpməsi  hadisəsindən  istifadə  edilir.  Bu  hadisənin  əsasında  toqquşma  nəticəsində 
neytronun enerjisinin protona verilməsi durur. Bu səbəbdən də, protonun enerjisini və 
impulsunu bilməklə, neytronun olması və onun enerjisi haqqında qərar vermək olur. 
Təpmə  protonları  qeydə  almaq  üçün  isə  ionlaşdırıcı  kameradan  və  ya  proporsional 
sayğaclardan istifadə edilir.  
              Aydındır  ki,  bu  üsuldan  o  zaman  istifadə  etmək  olar  ki,  detektor  hidrogen 
tərkibli  maddəyə  malik  olsun.  Məsələn, proporsional  sayğaclardan  neytronları  qeydə 
almaq üçün istifadə edəndə sayğac hidrogenlə doldurulur.  
 
              Yavaş neytronları qeydə almaq nisbətən asan olduğundan, bəzi hallarda sürətli 
neytronları  qeydə  almaq  üçün  də  yavaş  neytronlar  detektorundan  istifadə  olunur, 
lakin bu halda detektor sürətli neytronları yavaşıdan maddə ilə örtülür.  
 
 
                        4.6. Radiasiya nəzarəti cihazları 
 
              Radiasiya təhlükəsizliyi sahəsində istifadə olunan cihazları bir çox  əlamətlərinə  
əsasən  siniflərə  ayırmaq  olur.  Məlum  olduğu  kimi,  radionuklidlərdən  xalq 
təsərrüfatının,  demək  olar  ki,  bütün  sahələrində  müxtəlif  məqsədlər  üçün  istifadə 
edilir.  Bu  səbəbdən  də,    müxtəlif  təyinatlı  radiasiya  nəzarəti  cihazları  (indikatorlar, 
rentgenmetrlər,  radiometrlər,  dozimetrlər,  spektrometrlər  və  ionlaşdırıcı  şüalanmanı 
ölçən kombinasion cihazlar) yaradılmışdır. 
 
               4.6.1.  İndikatorlar.  İndikatorlardan,  sadə  radiasiya  kəşfiyyatı  xarakterli 
cihazlar  olaraq,  əsasən  γ  ‐    və  β  ‐  şüalanmaları  qeydə  almaq  üçün  istifadə  edilir.  Bu 
cihazlar  səs  siqnalı  ilə  təchiz  olunmuşlar  və  onlarda  datçik    rolunu  Heyger  ‐  Müller 
qazboşalması  sayğacı   oynayır. Bu qəbildən olan cihazlara  DP ‐ 63, DP ‐ 63A,   DP ‐ 64  
tipli indikatorlar aiddirlər. 
 
               Daha   geniş   istifadə  olunan DP – 64  tipli  indikator ‐ siqnalizatordan ərazinin  


 
 
91 
 
          radioaktiv  çirklənməsinin  daimi  manitorinqini  aparmaq  üçün  istifadə  edilir.  Cihaz 
izləmə rejimində işləıyir və ərazidə şüalanma dozasının gücü 0.2 R/saat  ‐ a çatan anda 
səs və işıq siqnalları yaradır. Datçiklərdə ionlaşdırıcı şüalanma detektoru rolunu STS‐5 
tipli qazboşalması sayğacı oynayır. 
                         4.6.2. Rentgenmetrlər. Rentgenmetrlərdən rentgen və γ ‐ şüalanma dozasının 
gücünü ölçmək üçün istifadə edilir. Bu cihazlarda datçik rolunu ionlaşdırıcı kamera və 
ya qazboşalması sayğacı oynayır.  
 
                Rentgenmetrlərə misal olaraq, “Kaktus”, DP ‐ 2, DP ‐ 3, DP ‐ 3B, DP ‐ 5A, DP ‐ 
5B  kimi cihazları göstərmək olar. Bunların  bir  neçəsi  ilə  qısa  tanış  olaq.  
                          DP  ‐  3  tipli  rentgenmetrdən  radiasiya  kəşfiyyatı  aparan  zaman  ərazinin 
şüalanma  dozasını  ölçmək  üçün  istifadə  edilir.  Cihazın  ölçmə  diapazonu    0.1  –            
500 R/saat  intervalında dəyişir.  
                          PMRR  ‐  1  tipli  əldəgəzdirilən  (portativ)  mikro  rentgenmetrlərdən  səhiyyə 
təşkilatlarında  istifadə  edilir.  Bu  cihazın  ölçmə  diapazonu  0  ‐  dan  18  R/saat  ‐  a 
qədərdir. 
 
                RP  ‐  1  tipli  əldəgəzdirilən  rentgenmetrdən  klinik  şəraitlərdə  rentgen  və  γ    ‐
şüalanmanın  doza  gücünü  ölçmək,  həmçinin  də  dozimetrik  cihazları  yoxlamaq  üçün 
istifadə edilir. Cihazın ölçmə diapazonu  0.1 ‐ 36 R/saat  intervalında dəyişir. 
 
             “Kaktus” tipli stasionar rentgenmetrdən səhiyyə təşkilatlarında γ ‐şüalanmanın 
doza gücünü ölçmək üçün istifadə edilir. Cihazın ölçmə diapazonu  0 ‐ 72  R/saat  ‐ a 
bərabərdir.        
                4.6.3.  Dozimetrlər.    Məlum  olduğu    kimi,  dozmetriyada        istifadə      olunan    
cihazları    dozimetrlərə   və  radiometrlərə bölürlər.  
 
 Dozimetrlərdən  ionlaşdırıcı  şüalanmanın  ekspozisiya,  udulma,  ekvivalent 
dozalarını  və  udulma  dozasının  gücünü  ölçmək  üçün  istifadə  edilir.  Dozimetrik  cihaz 
olaraq, ən çox ssintilyasiya tipli sayğaclardan istifadə olunur ki, bunlarda da şüalanma 
dozası fotogücləndiricidə yaranan cərəyanın əsasında müəyyənləşdirilir.  
                         Fərdi  dozimetrlər  –  kiçik  ölçülü  ionlaşma  kameraları  və  ya  foto  lövhəsi  olan 
fotokassetlərdir.  Demək  olar  ki,  bütün  müasir  dozimetrik  cihazlar  ionlaşma  prinsipi 
əsasında  işləyir  və  onlarda  datçik    rolunu    ionlaşma  kamerası,  qazboşalması  və  ya 
ssintilyasiya sayğacları oynayır. Şüalanmanın növündən asılı olaraq, bu tip cihazları γ ‐ 
şüalanmanı,  β  ‐  və  α  ‐  zərrəcikləri,  neytronlar  selini  ölçməsinə  görə  müxtəlif  növlərə 
ayırırlar. 
               Daha geniş istifadə edilən SRP ‐ 88 (Rusiya) və  MKS ‐ AT 1125 A (Belarusiya, 
Atomtex) tipli   dozimetr ‐ radiometrlərinin   iş   prinsipi  ilə  tanış   olaq.  Bu  cihazların  
xarici görünüşləri  şəkil  4.14  və şəkil 4.15 ‐ də təsvir edilmişdir.  
 
            
SRP ‐ 88 tipli  ssintilyasiya dozimetrində detektor rolunu 30 x 25 (d x h) ölçülü  
NaJ   kristalı oynayır və dozimetr ±10 %  xəta ilə 8 saat fasiləsiz iş rejimində qamma ‐ 
şüalanma seli  üçün 10‐30000 san
‐1 
 diapazonunda ölçmə  işləri  aparmağa  imkan verir  
(ölçmə  diapazonuna  uyğun  rəqəm  detektora  1  san  ‐də  düşən  impulsların  sayını 
göstərir ).  
              Cihaz    ekspozisiya      dozasının     gücünə    görə    0  ‐  9000   mkR/saat  ölçmə 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə