Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə44/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   40   41   42   43   44   45   46   47   ...   148

 
 
98 
 
          şəraitində ayrı‐ayrı sahələrdə  ekvivalent dozanı ölçməyə imkan verir. Ekvivalent  doza 
gücünün kiçik qiymətlərində (təbii radiasiya fonu səviyyəsində) şüalanmanın sayğacla 
qarşılıqlı təsiri təsadüfü xarakter də daşıya bilər və buna görə də cihazın göstərişində 
əhəmiyyətli  kənaraçıxmalar  müşahidə  oluna  bilər.  Belə  hallarda  doza  gücünün  daha 
dəqiq təyin edilməsi üçün bir neçə paralel ölçmələr aparılmalı və ölçülən kəmiyyətin 
orta hesabi qiyməti tapılmalıdır.  
 
               “Bella” məişət dozimetri səs siqnalı əsasında γ ‐ şüalanmanı aşkar etmək üçün 
nəzərdə  tutulmuşdur.  Cihazla  həmçinin  rəqəmli  tablonun  köməyi  ilə  γ  ‐şüalanmanın 
sahə  ekvivalent  doza  gücünü  ölçmək  də  mümkündür.  Cihazdan  ərazidə  radiasiya 
vəziyyətinə  operativ  nəzarət  üçün  də  istifadə  edilir.  Portativ  “Bella”  cihazı  paltarın 
cibində gəzdirilə bilən ölçüyə malikdir. 
 
               IRD ‐ 02B1 markalı məişət dozimetr‐radiometri, “Bella” məişət dozimetri kimi,   
γ  ‐şüalanmanın  ekvivalent  doza  gücünü  ölçmək  üçün  nəzərdə  tutulmuşdur.  Cihazın 
köməyi ilə həm çirklənmiş səthlərin  yaratdığı  β ‐ şüalanma selinin sıxlığını, həm də su, 
torpaq, qida məhsulu, kənd təssərrüfatı və bitkiçilik məhsulları nümunələrinin β ‐ və γ 
‐şüalanma  yaradan  radionuklidlərlə  çirklənmə  səviyyəsini  qiymətləndirmək 
mümkündür.  Cihaz  operativ  olaraq,  radionuklidlərlə  çirklənmə  yerini  (radioaktiv 
şüalanma mənbəyini) tapmağa imkan verir.  
                         Bu  məişət  dozimetr  ‐  radiometrinin    sezium‐137  nuklidinin    γ  ‐şüalanmasına 
görə ölçmə diapazonu:  a) ekvivalent doza gücü üçün ‐  0.1 ‐  19.99 mkZv/saat;   b) su,  
torpaq,  yeyinti  məhsulları  və s.  nümunələrin  çirklənmə  halı  üçün   ‐  1.0 ∙10
4
 – 2 
∙10

Bk/ℓ   qədərdir. 
                          Cihazın  β  ‐ şüalanmaya görə qiymətləndirmə diapazonu isə  stronsium ‐ 90,  
ittrium  ‐  90    və    sezium  ‐  130      izotoplarına        görə        çirklənmiş        səthlərin      β  ‐
zərrəciklər   selinin   sıxlığı  üçün (3 – 1999 ) zərr./sm
2 . 
dəq. ‐ dir 
                         Cihaz  0.156 MeV ‐ dən kiçik olmayan  β ‐ şüalanma enerjisini qeydə almağa 
imkan verir.  
                          ANRİ  –  0  1‐  02  (“Sosna”)  tipli  məişət  dozimetr‐radiometrindən  yaşayış  və  iş 
yerlərinin radiasiya vəziyyətinə fərdi nəzarət üçün istifadə edilir. Bu cihaz vasitəsilə: 
              a)  γ ‐şüalanmanın ekspozisiya və ekvivalent dozalarının gücünü; 
              b)  çirklənmiş səthlərin β ‐ şüalanma selinin sıxlığını; 
              c)  müxtəlif maddələrdə radionuklidlərin həcmi aktivliyini təyin etmək   
                   mümkündür. 
                         Güc  ölçmələri  diapazonu  γ  ‐  şüalanmanın  ekspozisiya  dozası  üçün  0.010  ‐ 
9.999  mR/saat, sahə ekvivalent doza üçün isə  0.10 ‐ 99.99  mkZv/saat  ‐ a bərabərdir. 
                         Radionuklidlərlə  çirklənmiş  səthlərin  β  ‐şüalanma  selinin  sıxlığının  ölçmə 
diapazonu    (10  –  5000  )  zərr./sm
2  . 
dəq,    sezium‐137  izotopu  üzrə  həcmi  aktivliyin 
qiymətləndirilməsi  diapazonu  isə  (10
‐7
  –  10
‐6
  )  Ku/saat  ‐dır.  Cihazda  radioaktiv 
şüalanmanın detektə olunması  SBM‐20  tipli   iki  qazboşalması  sayğacının köməyi ilə 
həyata keçirilir. 
                        RKSB  –  104    tipli  kombinəolunmuş  cihaz,  həm  radiometr,  həm  də  dozimetr 
funksiyalarını yerinə yetirir və aşağıdakı diapazonlarda ölçmə işləri həyata keçirir: 


 
 
99 
 
               a)  γ ‐ şüalanmanın sahə ekvivalent doza gücünü  ‐  0.1 ‐ 99.99 mkZv/saat  
                    diapazonunda; 
               b)  çirklənmiş səthlərin yaratdığı  β ‐ şüalanma selinin sıxlığını (stronsium‐90  +  
                    ittrium‐90 radionuklidləri üzrə) ‐ (0.1 ‐ 99.99)  zərr/sm
2
∙san   diapazonunda; 
               c)  müxtəlif   maddələrdə    sezium ‐ 137   radionuklidinin   xüsusi   aktivliyini   ‐    
                    (2∙10
3
 ‐ 2∙10 
6
) Bk/kq diapazonunda. 
                         
Cihaz  0.061 ‐ 1.25 MeV   enerjili  γ ‐şüaları və   0.5 ‐ 3 MeV  enerjili  β ‐şüaları  
qeydə    ala  bilir.  Şüaların  detektəetmə  qurğusu  SBM‐20  tipli  paralel  birləşmiş  iki 
qazboşalması sayğacından ibarətdir. 
 
                   Qeyd:  Əgər  ölçmə  nəticəsində  γ  ‐şüalanmanın  sahə  ekvivalent  doza  gücü  0.6 
mkZv/saat ‐ı (60 mkR/saat ‐ı) aşan ərazi aşkar edilərsə və xüsusi aktivliyi  3.7∙10
3
 Bk/kq  və 
ya 1∙10
‐7
 Ku/kq olan nümunə qeydə alınarsa, bu halda ehtiyatlı davranmaq və təcili olaraq 
aidiyyəti  olan  orqanlara,  şəhər  (rayon)  sanitar  epidemioloji  stansiyaya  məlumat  vermək 
lazımdır. 
 
                                                                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
100 
 
FƏSİL V  
__________________________________________________________ 
 
TƏBİİ  RADİASİYA  MƏNBƏLƏRİ
  
 
 
 
 
İnsan  həyatı  boyu  müxtəlif  şüalanmaların  təsirinə  məruz  qalır.  Bu 
şüalanmaların  bir  qismini  təbii  mənşəli  ionlaşdırıcı  şüalanma  mənbələri  yaradır  ki, 
bunlar  da  “təbii  radiasiya  fonu”  adlanan  fon  yaradır.  Təbii  radiasiya  fonu  yaradan 
mənbələr Yer və yerdən kənar, yəni kosmik mənşəli olurlar.  
İnsanın  əməli  fəaliyyəti  də  yaşadığı  mühitin  radiasiya  fonunun  əhəmiyyətli 
dərəcədə  dəyişməsinə  səbəb  olur.  Radioaktiv  maddələrin  istehsalı  və  onlardan 
müxtəlif  məqsədlər  üçün  istifadə  verilən  ərazidə  radiasiya  fonunun    dəyişməsində 
müstəsna rol oynayır. 
Təbii  qazdan  yanacaq  kimi  istifadə  və  həmçinin  təbii  qazın  özünün  istehsalı 
radiasiya  fonunu  dəyişdirə  bilən  amillərdən  hesab  olunur.  Bunun  səbəbi  təbii  qazın 
tərkibində  müəyyən  miqdarda  radon  qazının  olmasıdır.  Anoloji  effekti  yüksək 
radioniklid tərkibinə malik tikinti materialından istifadə də yarada bilir. Verilən yerdə 
radiasiya  şəraitini  həm  də  neft  istehsalı  və  emalı  dəyişdirə  bilir.  Belə  ki,  Yerin  dərin 
qatlarından  çıxarılan  neftin  və  onu  müşayiət  edən  buruq  sularının  tərkibində,  az 
miqdarda  da  olsa,  böyük  yarımparçalanma  perioduna  malik  təbii  radionuklidlər  olur. 
Radionuklidlər texnoloji proseslər nəticəsində ətraf mühitə yayılaraq, həmin ərazilərdə 
təbii  radiasiya  fonunun  artmasına  səbəb  olur.  Yüksək  radiasiya  fonunu  həmçinin 
kömür  istehsalı  və  istifadəsi  yarada  bilir.  Məsələn,  İstilik  Elektrik  Stansiyalarında 
yanacaq  qismində  istifadə  olunan  kömürün  yanması  atmosferə  xeyli  miqdarda 
müxtəlif radionuklidlərin atılmasına səbəb olur.  
Sadalanan  hallarda radiasiya fonu texnoloji yüksəlmiş radasiya fonu adlanır. 
Elmi texniki tərəqqi insanların əlavə radioaktiv şüalanmaya məruz qalmasına 
səbəb  olan  çoxlu  miqdarda  süni  şüalanma  mənbələrinin  yaradılmasına  gətirib 
çıxarmışdır.  Süni  mənbələrə  elementar  zərrəciklər  sürətləndiriciləri,  implantatorlar, 
plazmatronlar,  nüvə  reaktorları  kimi    nüvə  ‐  texniki  qurğular  və    təbabətdə  istifadə 
olunan radionuklidlər və rentgen qurğuları da daxil olmaqla, süni radioaktiv maddələr 
aiddir.  
Qeyd  edək  ki,  Yer  kürəsinin  əhalisi  məruz  qaldığı  şüalanmanın  əsas  hissəsini 
təbii radiasiya mənbələrindən alır (şəkil 5.1).  
Şəkil 5.1. ‐ də əyani formada təsvir olunmuş diaqramdan da göründüyü kimi, 
insanların təbii  radiasiya  mənbələrindən  aldıqları  şüalanma  onların  məruz  qaldığı 
ümumi şüalanmanın ~ 83 %  ‐ ni təşkil edir. 
Təbii  radiasiya  mənbələri  dedikdə  Kosmik  Qalaktikanın  müxtəlif  ulduzları 
(həmçinin  də  Günəş)  və  Yerin ayrı – ayrı suxurlarının tərkibinə daxil olan çoxlu sayda 
 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə