123
(99.282 % ‐ ni)
238
U izotopu təşkil edir.
235
U izotopu ümumi kütlənin 0.712 % ‐ ni,
234
U izotopu isə 0.006 % ‐ ni təşkil edir.
Vinoqradovun (Виноградов А.П.,1963)
aldığı nəticələrə əsasən ümumi kütləsi
~ 3∙10
22
kq olan yer qabığının 1∙10
17
kq ‐ı uranın payına düşür. AEBA ‐nın
hesablamalarına görə isə, praktiki istismarı mümkün olan yataqlarda uranın ümumi
mıqdarı ~ 5∙10
9
kq (5040 min ton) qədərdir ki, bunun da 1700 min ton ‐u ABŞ‐ın,
870 min ton ‐u Kanadanın, 480 min ton ‐u Cənubi Afrika Respublikasının, 350 min ton
‐u isə Avstraliyanın payına düşür.
Cədvəl 5.6. ‐də istismar olunan yataqlarda uranın miqdarına dair göstəricilər
öz əksini tapmışdır.
Qeyd edək ki, müxtəlif süxurlarda uranın miqdarı geniş intervalda dəyişir.
Qranitdə onun miqdarı 4.75∙10
‐ 4
%, ortitdə 0.05 %, monasitdə 0.1 %,
samarskitdə 10 %, uraninitdə isə 70 % təşkil edir.
ABŞ geniş uran əyalətlərinə malikdır. Bunlara misal olaraq, Yuta, Arizona, Nyu‐
Meksiko Ştatlarını əhatə edən 400 min km
2
‐lik Kolorado layını, Nevada Ştatında və
Vaşinqton Ştatının Şimal‐Şərqində yerləşən Vayominqa və Dakotı uran yataqlarını
göstərmək olar. Argentinanın qərbində və Brazilyanın dağ silsiləsində də uran yataqları
mövcuddur. Uran yataqları Afrikanın cənubunda yerləşən Konqo, Zambiya, Mozambik
və Cənubi Afrika Respublikasında da geniş əraziləri əhatə edir. Adı çəkilən ərazi
Vitvatersqrand filiz sahəsi adlanır.
Cədvəl 5.6.
İstismar olunan yataqlarda uranın miqdarına dair göstəricilər
Ölkə
Istismar olunan
ehtiyat, min ton
Ölkə
Istismar olunan
ehtiyat, min ton
ABŞ
530 (180)
*
Əlcəzair
15
Avstraliya
290 (10)
*
Ispaniya
10
Cənubi Afrika
Resp.
250 (140)
*
Yaponiya
10
Kanada
220 (20)
*
Portuqaliya
10
Nigeriya
160
Pakistan
10
Namibiya
120
Meksika
10
Braziliya
75
Somali
10 (10)
*
Fransa
40
Avstriya
2
Qabon
40
Türkiyə
2
Hindistan
30
Zair
1
Argentina
25
Isveç
1 (300)
*
Mərkəzi Afrika
Resp.
20
* Potensial rentabelli ehtiyat
124
Avropada geniş uran əraziləri Fransada, Sloveniyada yerləşir. Rusiyada bu cür
ərazilər Pamir və Ural dağlarında yerləşir (Действие ион. рад. на биогеоценоз,
1988).
Uran ərazilərində uran radioizotoplarının, müntəzəm olaraq, torpaqda, içməli
suda, su hövzələrində və yeyinti məhsullarında artması müşahidə olunur ki, bu da
onların heyvan və insan orqanizminə daxil olmasını sürətləndirir. Müəyyən edilmişdir
ki, uranın torpaqda və içməli suda miqdarı çox olduqda, onun yeyinti məhsullarında və
insan orqanizmində miqdarı da çox olur (Wrenn M.E. et. al. 1985). Bunu cədvəl 5.7. ‐
də təsvir olunmuş rəqəmlərdən də aydın görmək olur. Burada A və B məntəqələri eyni
iqtisadi, demoqrafik və sanitar göstəricilərə, lakin müxtəlif uran ehtiyatlarına malik
ərazilərdir. Cədvəldən göründüyü kimi, suda uranın bir tərtib çoxalması onun biotda
da bir tərtib artmasına səbəb olur.
Cədvəl 5.7.
Uranın içməli suda və tərəvəzdə miqdarı ilə insan orqanizmində toplanması
arasında koppelyasiya
Uran, yataqlardan başqa, az miqdarda, kiçik dispers şəklində Yer qabığının,
demək olar ki, bütün süxurlarında, ərazi torpaqlarında, yeraltı sularda, çay, dəniz və
okeanlarda da olur.
Əsas süxurlarda uranın mıqdarının müxtəlif olması və həm külək şəraitinin,
həm də suxurların yuyulma və parçalanma sürətlərinin eyni olmaması uranın müxtəlif
növ torpaqlarda miqdarının da müxtəlif olmasına səbəb olur
(Виноградов А.П., 1957;
Гродзинский Д.М., 1965).
Cədvəl 5.8. ‐də
təsvir olunmuş rəqəmlər dediklərimizi tamamilə təsdiq edir.
Rusiyanın bəzi torpaqlarında uranın miqdarı 50 Bk/kq həddinə çatır. ABŞ ‐
ın torpaqlarında bu göstərici 4.4 ‐ 140 Bk/kq intervalında dəyişir (Myrick T.E., et.al.,
1983).
Çay və göllərdə də uranın miqdarı, onları əhatə edən süxurların tərkibindən
asili olaraq, müxtəlif olur.
Cədvəl 5.9. ‐də MDB dövlətlərinin bəzi çay və göllərində uranın midarını
göstərən rəqəmlər öz əksini tapmışdır (КовальскийВ.В. и др.,1968; Батурин Г.Н.,
1975).
Göstəricilər
A məntəqəsi
B məntəqəsi
Uranın miqdarı:
içməli suda, q/l
tərəvəzdə, q/q
süddə, q/l
2∙10
‐4
(2‐4)∙10
‐9
3.4∙10
‐10
7∙10
‐6
(1.9‐4.5)∙10
‐10
5.6∙10
‐12
İnsan opqanizminə
daxil olması, q/sutka
3.045∙10
‐4
1.26∙10
‐5
İfrazatla çıxma, q/sutka
4.3∙10
‐5
1.25∙10
‐6
Dostları ilə paylaş: |