125
Cədvəl 5.8.
Müxtəlif növ torpaqlarda uranın miqdarı
Cədvəl 5.9.
Bəzi çay və göllərdə uranın miqdarı
Çaylar
Uranın miqdarı,
10
‐7
q/l
Çaylar
Uranın miqdarı,
10
‐7
q/l
Lena
2
Volqa
14 – 15
Amur
2
Ural
31
Şimali Dvina
3.6
Çu
58 – 71
Moskva
5.1
Göllər
Oka
9
Baykal
5 – 8.6
Neva
11
Ladoqa
10
Kama
13
Göyçə
20
Dəniz və okeanlarda uranın miqdarı (cədvəl 5.10.),
numunələrin götürülmə
yerindən və göturulmə dərinliyindən asılı olaraq, 1.3 ‐ dən 600∙10
‐7
q/l həddinə qədər
dəyişə bilir (Батурин Г.Н., 1975).
Cədvəl 5.10.
Bəzi dəniz və okeanlarda uranın miqdarı
Dənizlər
Uranın miqdarı,
10
‐7
q/l
Okeanlar
Uranın miqdarı,
10
‐7
q/l
Baltik
4.4 – 15
Atlantik
3.3 – 36
Ağ
14 – 18
Hind
14 – 37
Aralıq
7 – 22
Sakit
15 – 47
Qara
13 – 51
Xəzər
30 – 100
Aral
300 ‐ 600
Torpağın növü
Uranın orta
aktivliyi, Bk/kq
Torpağın növü
Uranın orta
aktivliyi, Bk/kq
Boz torpaq
31
Boz meşə
17
Boz‐qəhvəyi
27
Çim‐kültorpaq
15
Şabalıdı
26
Kültorpaq
9
Qaratorpaq
21
Torflu torpaq
6
126
Uran
torpaqlardan,
çaylardan,
göllərdən,
dəniz
və
okeanlardan
mikroorqanizmlərə, bitki və heyvanat aləminə daxil ola bilir. Bəzən, ətraf mühitdə az
miqdarda olmasına baxmayaraq, biot və ya digər komponentlərdə uranın toplanması
müşahidə olunur. Letunova və Kovalskinin
(Летунова С.В., Ковальский В.В., 1978)
aldığı nəticələrdən aydın olur ki, mikroorqanizmlərin əksəriyyəti ətraf mühitdən uranı
toplamaq qabiliyyətinə malikdirlər. Bu zaman ayrı ‐ ayrı mikroorqanizmlər üçün
toplanma əmsalları 2 ‐ dən 35000 ‐ ə qədər olan böyük intervalda dəyişə bilir
(35000 ‐ ə bərabər toplanma əmsalı Bacillus meqaterium ‐ a aiddir).
Bir çox tədqiqatçıların hesablamalarına görə planktonlar da uranı yüksək
hərisliklə toplaya bilirlər. Uranın planktonlar üçün toplanma əmsalı 3 ‐ dən 1600 ‐ ə
qədər böyük intervalda dəyişir. Bu toplanma əmsalları, planktonun növündən başqa,
həm də mühitdə uranın miqdarından asılı olur (Кузин А.М., 1991).
Yerüstü bitkilərə uran, çox da böyük olmayan miqdarda, əsasən torpaqdan
daxil olur. Yandırılmış bitki küllərindən götürülmüş nümunələrin radiospektrometrik
analizi uranın konsentrasiyasının 0.0071‐ 190∙10
‐4
% həddində dəyişdiyini göstərir
(Ковальский В.В. и др., 1968). Bəzi bitkilər, torpaqda uranın miqdarı çox olan
hallarda, onu aktiv toplaya bilirlər. Bu bitkilərdən uzun illərdir ki, uranın indikatoru
kimi istifadə edilir. Müəyyən edilmişdir ki, ən etibarlı indikator rolunu Astragalus
patterson və A. prenssi oynayır. Bu bitkilərin köməyi ilə bir çox yerlərdə uran
yataqları aşkar edilmişdir. Buna misal olaraq, Yut ştatının Poyzon‐Kanon əyalətlərində
yerləşən Kolorado yaylasını göstərmək olar (Massingill G.L., 1979).
Yosunlar da uranın göl, dəniz və okeanlardan intensiv toplanmasında fəal rol
oynayırlar. Birhüceyrəli yosunlar üçün uranın toplanma əmsallarının 800 ‐ 3900 ‐ə
qədər olması müəyyən edilmişdir (Sakaguchi T., et.al., 1978). Qatirquyruğu bitkisinə
bənzər Chara tipli yaşıl yosunlar uran üçün 100 ‐ 1400 ‐ə bərabər toplanma əmsalları
nümayiş etdirirlər, yəni onlar da uranı intensiv toplaya bilirlər.
İndi də uran‐238 izotopunun əsas parçalanma məhsullarından olan və təbii
radiasiya fonunun yaranmasında verdiyi paya görə daha çox maraq doğuran radium‐
226, qurğuşun‐210 və polonium‐210 radionuklidləri üzərində ətraflı dayanaq.
Radium‐226. 1620 il ‐ə bərabər yarımparçalanma perioduna malik
226
Ra
izotopu 4.76 MeV enerjili α ‐ və 0.187 MeV enerjili γ ‐ şüalanma mənbəyidir. Uranın
toplandığı yerlərdə onu müşayiət edən bu izotop kiçik dispers halında yer
suxurlarında, torpaqlarda, müxtəlif mənşəli sularda paylanmışdır.
226
Ra izotopunun ətraf mühitin ayrı ‐ ayrı komponentlərində miqdarına dair
məlumatlar
cədvəl 5.11. ‐da
öz əksini tapmışdır. Qeyd edək ki, bu göstəricilər
ARTEK ‐
in
1962‐ci ilə dair məlumatları əsasında müəyyənləşdirilmişdir.
Dəniz və okeanların hidrobiontları radiumu müxtəlif intensivliklə toplaya
bilirlər. Belə ki, midiyalar üçün toplanma əmsalı 69 olduğu halda, malyuskalar üçün bu
rəqəm 210 ‐ a bərabərdir.
Şirin su hövzələrində radiumun su gülü – Lemna tərəfindən toplanmasının
tədqiqi göstərmişdir ki, şəraitdən asılı olaraq, bu izotop üçün toplanma əmsalı 14 ‐ 477
intervalında dəyişə bilir (Поликарпов Г.Г., 1964).
Dostları ilə paylaş: |