Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə56/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   52   53   54   55   56   57   58   59   ...   148

 
 
125 
 
Cədvəl 5.8. 
Müxtəlif növ torpaqlarda uranın miqdarı 
 
 
 
 
 
 
 
  
        Cədvəl  5.9. 
Bəzi çay və göllərdə  uranın  miqdarı 
 
Çaylar
 
Uranın miqdarı, 
10
‐7
 q/l
 
Çaylar
 
Uranın miqdarı,       
10
‐7
 q/l
 
Lena
 
2
 
Volqa
 
14 – 15
 
Amur
 
2
 
Ural
 
31
 
Şimali Dvina
 
3.6
 
Çu
 
58 – 71
 
Moskva
 
5.1
 
                        Göllər
 
Oka 

Baykal 
5 – 8.6 
Neva 
11 
Ladoqa 
10 
Kama 
13 
Göyçə 
20 
 
Dəniz  və  okeanlarda  uranın  miqdarı  (cədvəl  5.10.),
 
numunələrin  götürülmə 
yerindən və göturulmə dərinliyindən asılı olaraq, 1.3 ‐ dən 600∙10
‐7
 q/l həddinə qədər 
dəyişə bilir (Батурин Г.Н., 1975).   
 
     Cədvəl  5.10. 
Bəzi   dəniz və okeanlarda   uranın  miqdarı 
 
Dənizlər 
Uranın miqdarı, 
10
‐7
 q/l 
Okeanlar 
Uranın miqdarı, 
10
‐7
 q/l 
Baltik 
4.4 – 15 
Atlantik 
3.3 – 36 
Ağ 
14 – 18 
Hind 
14 – 37 
Aralıq 
7 – 22 
Sakit 
15 – 47 
Qara 
13 – 51 
 
 
Xəzər 
30 – 100 
 
 
Aral 
300 ‐ 600 
 
 
Torpağın növü 
Uranın orta 
aktivliyi, Bk/kq 
Torpağın növü 
Uranın orta 
aktivliyi, Bk/kq 
Boz torpaq 
31 
Boz meşə 
17 
Boz‐qəhvəyi  
27 
Çim‐kültorpaq 
15 
Şabalıdı  
26 
Kültorpaq  

Qaratorpaq  
21 
Torflu torpaq 



 
 
126 
 
Uran 
torpaqlardan, 
çaylardan, 
göllərdən, 
dəniz 
və 
okeanlardan 
mikroorqanizmlərə, bitki və heyvanat aləminə daxil ola bilir. Bəzən, ətraf mühitdə az 
miqdarda olmasına baxmayaraq, biot və ya digər komponentlərdə uranın toplanması 
müşahidə  olunur.  Letunova  və  Kovalskinin
 
(Летунова  С.В.,  Ковальский  В.В.,  1978
aldığı nəticələrdən aydın olur ki, mikroorqanizmlərin əksəriyyəti ətraf mühitdən uranı 
toplamaq  qabiliyyətinə  malikdirlər.  Bu  zaman  ayrı  ‐  ayrı  mikroorqanizmlər  üçün 
toplanma  əmsalları  2  ‐  dən  35000  ‐  ə  qədər  olan  böyük  intervalda  dəyişə  bilir       
(35000 ‐ ə bərabər toplanma əmsalı Bacillus meqaterium  ‐  a  aiddir). 
 
Bir  çox  tədqiqatçıların  hesablamalarına  görə  planktonlar  da  uranı  yüksək 
hərisliklə  toplaya  bilirlər.  Uranın  planktonlar  üçün  toplanma  əmsalı  3  ‐  dən  1600  ‐  ə 
qədər böyük intervalda dəyişir. Bu toplanma əmsalları, planktonun növündən başqa, 
həm də mühitdə uranın miqdarından asılı olur (Кузин А.М., 1991).  
 
Yerüstü  bitkilərə  uran,  çox  da  böyük  olmayan  miqdarda,  əsasən  torpaqdan 
daxil  olur.  Yandırılmış  bitki  küllərindən  götürülmüş  nümunələrin  radiospektrometrik 
analizi  uranın  konsentrasiyasının  0.0071‐  190∙10 
‐4
  %  həddində    dəyişdiyini    göstərir  
(Ковальский  В.В.  и  др.,  1968).  Bəzi  bitkilər,  torpaqda  uranın  miqdarı  çox  olan 
hallarda,  onu  aktiv  toplaya  bilirlər.  Bu  bitkilərdən  uzun  illərdir  ki,  uranın  indikatoru 
kimi  istifadə  edilir.  Müəyyən  edilmişdir  ki,  ən  etibarlı  indikator  rolunu    Astragalus  
patterson    və    A.  prenssi  oynayır.  Bu    bitkilərin    köməyi    ilə  bir  çox  yerlərdə  uran 
yataqları aşkar edilmişdir. Buna misal olaraq, Yut ştatının Poyzon‐Kanon əyalətlərində 
yerləşən Kolorado yaylasını göstərmək olar (Massingill G.L., 1979).  
 
Yosunlar da uranın göl, dəniz və okeanlardan intensiv toplanmasında fəal rol 
oynayırlar.  Birhüceyrəli  yosunlar  üçün  uranın  toplanma  əmsallarının  800  ‐  3900    ‐ə 
qədər olması müəyyən edilmişdir (Sakaguchi T., et.al., 1978). Qatirquyruğu  bitkisinə  
bənzər Chara  tipli yaşıl yosunlar uran üçün 100 ‐ 1400 ‐ə bərabər toplanma əmsalları 
nümayiş etdirirlər, yəni onlar da  uranı intensiv toplaya bilirlər.  
 
İndi  də  uran‐238  izotopunun  əsas  parçalanma  məhsullarından  olan  və  təbii 
radiasiya fonunun yaranmasında verdiyi paya görə daha çox maraq doğuran  radium‐
226, qurğuşun‐210 və polonium‐210 radionuklidləri üzərində ətraflı dayanaq. 
Radium‐226. 1620  il ‐ə  bərabər  yarımparçalanma  perioduna  malik  
226
Ra 
izotopu  4.76 MeV enerjili α ‐  və  0.187 MeV  enerjili  γ ‐ şüalanma mənbəyidir. Uranın 
toplandığı  yerlərdə  onu  müşayiət  edən  bu  izotop  kiçik  dispers  halında  yer 
suxurlarında, torpaqlarda, müxtəlif mənşəli sularda paylanmışdır.  
226
Ra  izotopunun ətraf mühitin ayrı ‐ ayrı komponentlərində miqdarına dair 
məlumatlar
 
cədvəl 5.11. ‐da
 
öz əksini tapmışdır. Qeyd edək ki, bu göstəricilər
 
ARTEK  ‐ 
in
 
1962‐ci ilə dair  məlumatları əsasında müəyyənləşdirilmişdir.  
Dəniz  və  okeanların  hidrobiontları  radiumu  müxtəlif  intensivliklə  toplaya 
bilirlər. Belə ki, midiyalar üçün toplanma əmsalı 69 olduğu halda, malyuskalar üçün bu 
rəqəm  210  ‐ a bərabərdir.  
 
Şirin  su  hövzələrində  radiumun  su  gülü  –  Lemna    tərəfindən  toplanmasının 
tədqiqi göstərmişdir ki, şəraitdən asılı olaraq, bu izotop üçün toplanma əmsalı 14 ‐ 477  
intervalında dəyişə bilir (Поликарпов Г.Г., 1964). 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə