Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə53/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

 
 
119 
 
            
 
  Şəkil 5.9.
  
Yer səthinin yüksək radiasiya ilə xarakterizə olunan əraziləri  
                   (A – Posus‐di‐Kaldas və Quarapari, B – Kerala və Tamilnad,  
                   V – Ramser).  
 
 
Qeyd  edək  ki,  əhəngdaşı  suxurları  ilə  zəngin  ərazilərdə    Yerin  səthindən  1m 
yüksəklikdə  şüalanma  dozası  gücünün  orta  qiyməti  ~  0.2  mZv/il  həddində  olur.  Bu 
ərazilər  təbii  radiasiya  fonu  yüksək  olan  ərazilər  hesab  olunur.  Həmin  ərazilərdə 
əhalinin aldığı real şüalanma dozasını müəyyən etmək üçün  dəqiq, çoxlu sayda ölçmə 
işlərini həyata keçirmək lazımdır.  
Yer  kürəsində  təbii  radiasiya  fonu  yüksək  olan  ərazilərin    kifayət  qədər 
olmasına baxmayaraq, yüksək radiasiya səviyyəsinə malik məskunlaşma yerlərinin sayı 
cəmisi 5 dənədir. Torpaq və dağ süxurlarının hesabına yüksək şüalanma ilə xarakterizə 
olunan bu yerlər Braziliyada, Fransada, Hindistanda, Misirdə və Niue adasında yerləşir. 
 
Braziliyanin    San  –  Paulu    şəhərindən  şimala  tərəf  200  km  ‐lik  məsafədə 
(Posus‐di Kaldas şəhərinin yaxınlığında) çox da böyük olmayan yüksəklik vardır. Burada 
radiasiya  fonunun  orta  səviyyədən  800  dəfə  yüksək  olması  (250  mZv/il)  müəyyən 
edilmişdir.  Haməlum    səbəbdən  bu  ərazidə  məskunlaşma  olmamışdır,  lakin  bu 
yüksəklikdən 600 km şərqə tərəf yerləşən dəniz istirahət zonasında həmin rəqəmdən 
az  fərqlənən  radiasiya  fonu  qeydə  alınmışdır.  Adı  çəkilən  istirahət  zonası  12000 
nəfərlik əhalisi olan kiçik Quarapari şəhərində yerləşir. Bu şəhərdə hər yay təxminən 
30000  nəfər  qonaq  istirahət  edir.  Torpaq  və  qaya  süxurlarının  yaratdığı  yüksək 
şüalanma  şəhərin  çimərliklərinin  ayrı  ‐  ayrı  yerlərində  radiasiya  səviyyəsinin  ildə  175 
mZv ‐ə bərabər olmasına səbəb olmuşdur. Şəhərin küçələrində radiasiya səviyyəsinin, 
yuxarıda  qeyd  edilən  rəqəmlərlə  müqayisədə,  xeyli  kiçik  (8  –  15  mZv/il)  olmasına 
baxmayaraq,  bunun  da  orta  səviyyədən  əhəmiyyətli  dərəcədə  yüksək  olması  aydın 
görünür. 
Quarapari  şəhərindən  50  km  cənubda  yerləşən  balıqçıların  yaşadığı  Meaipe 
kəndində  də  oxşar  vəziyyət  müşahidə  olunur.  Aydın  olmuşdur  ki,  hər  iki  yaşayış 
məntəqəsi toriumla zəngin qumlu ərazidə yerləşir. Fransa əhalisinin də təxminən 1/6 


 
 
120 
 
hissəsi  (~  7  mln  nəfər)  əsasən  qranit  tərkibli  qaya  süxurlarının  yaratdığı  yüksək 
radiasiya fonu (şüalanma dozasının gücü 1.8 ‐ 3.5 mZv/il) şəraitində yaşayır. 
 
 
Yer  kürəsinin  digər  hissəsində  yerləşən  Hindistanın  cənub  ‐  qərbində,  Kerala 
və Mədrəs ştatlarında uzunluğu 200 km, eni isə bir neçə yüz metr olan nazik sahilyani 
ərazidə  100000  ‐ə  qədər  əhali  yaşayır.  Yüksək  torium  tərkibli  qumlu  torpaqların 
hesabına  ərazidə yaşayan əhali orta hesabla 13 mZv/il qədər şüalanma dozası qəbul 
edirlər. Ərazinin  8513 nəfər sakini üzərində aparılan tədqiqatlar göstərdi ki, il ərzində 
hər  bir  nəfər  orta  hesabla  3.8  mZv  şüalanma  dozası  qəbul  edir.  Bunlardan  500  
nəfərdən  çoxuna ildə 8.7 mZv ‐dən  çox  doza  düşür.  60  nəfər isə 17 mZv illik doza 
qəbul edir ki, bu da yer mənşəli radioaktiv mənbələrin yaratdığı xarici şüalanmanın illik 
orta qiymətindən 50 dəfə çoxdur (Радиация. Дозы, эффекты, риск, 1990).    
Qyeyd edək ki, Braziliya və Hindistanda olan bu ərazilər planetimizin hərtərəfli 
tədqiq edilmiş “qaynar nöqtələridir”.  
Sakit  okeanın  Niue  adasının  bir  neçə  min  əhalisinin  payına  düşən  şüalanma 
dozası isə 10 mZv/il  qədərdir. Misirin Nil çayının şimal deltası rayonlarında əhalinin sıx 
məskunlaşmış  bir  neçə  kəndində  3  ‐  4  mZv/il  həddində  şüalanma  dozası  qeydə 
alınmışdır.  Fransada,  Nigeruyada,  Madaqasqarda  da  yüksək  radiasiya  səviyyəsinə 
malik ərazilər mövcuddur. 
Az  öyrənilmiş,  lakin  göstərilən  rəqəmlərdən  də    yüksək  şüalanma  dozası 
yaradan  ərazilər    mövcuddur.  Məsələn,  İranda  kiçik  Ramser  şəhərinin  ərazisində 
radiumla  zəngin  yerlər  vardır  ki,  həmin  yerlərdə  radiasiya  səviyyəsinin  ildə  400  mZv   
təşkil edir. 
 
Müəyyən edilmişdir ki, torpaq və suyun əsas təbii radiasiya mənbəyi qranit və 
bazalt kimi dağ süxurlarıdır. Bu zaman daha çox gilli və  qaratorpaq tərkibli nümunələr 
yüksək radioaktivlik göstərir. Meşə və çimli
 
kültorpaqların isə radioaktivliyi kiçik olur.  
Tədqiqatların  nəticələri  göstərir  ki,  həmin  ərazilərdə  radioaktiv  elemenrlər 
“torpaq – bitki – heyvan – insan” qida zənciri üzrə (əsasən də, süd, ət, su, bitki qidaları  
ilə)  insan  orqanizminə  daxil  olaraq,  müxtəlif  orqan  və  toxumalarda  toplanır  ki, 
nəticədə  də  onların  miqdarı  ilkin  miqdarla  müqayisədə  10‐100  dəfə  arta  bilir       
(Дубров А.П., 1995).  
a)  Biosferdə 
40
K  izotopunun  miqdarı.  Təbii  radiasiya  fonunun 
formalaşmasında  kaliumun  radioaktiv  izotopu  olan 
40
K  əsas  yerlərdən  birini  tutur. 
Məlum olduğu kimi, təbiətdə  geniş  yayılmış  kalium  elementi
 
çoxlu sayda izotoplara 
malikdir  ki,  onlardan  yalnız  ikisi  (K
39
,  K
41
)  stabil,  qalanları  isə  radioaktivdirlər

Əsasən  
stabil   
39
K  izotopundan    ibarət  olan  bu  elementin  radioaktiv   
40
K  izotopu    onun  
təqribən  0.0119  %  ‐ni  təşkil  edir.    Bu  izotop  1.3  ∙  10
9
  il  yarımparçalanma  perioduna 
malikdir və onun radioaktiv parçalanması aşağıda göstərilmiş iki yolla baş verir (Кузин 
А.М., 1991].   
   
                                                                            
40
Ca + e 
 
                                                         
                                                               40
K  +  e
k  
→  
40
Ar  +  γ 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə