Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə50/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   46   47   48   49   50   51   52   53   ...   148

 
 
113 
 
dünyada  2  mln.  ‐  dan  çox  dəri  xərçəngi  şişi  və  200  min  ‐  ə  qədər  dəri  melanom 
xərçəngi qeydə alınır. Hesablamalar göstərir ki, stratosferdə ozonun miqdarının ~10 % 
azalması əlavə olaraq ildə 300 min ‐ ə qədər melanomsuz, 4.5 min isə melonomlu dəri 
xərçənginin  yaranmasına  səbəb  ola  bilər.  İldə  16  mln.  ‐  a  qədər  insan  kataraktın 
inkişafı nəticəsində görmə qabiliyyətini itirirlər ki, bunun da   ~ 20 % ‐ nin UB ‐şüaların 
payına düşdüyü hesab olunur. Ekspertlərin fikrincə, Günəşin UB ‐ şüalarının yaratdığı 
kataraktların  sayı  stratosferdə  ozonun  miqdarının  1%    azalması  zamanı    0.5%      arta 
bilər (НКДАР ООН, 1982).  
 
Ozon  örtüyünün  vəziyyəti  son  onilliklərdə  daha  çox  diqqət  mərkəzində 
olmuşdur. Bu, 1987 ‐ ci ildə Antarktida üzərində ən böyük “ozon deşiyinin” müəyyən 
edilməsi  ilə  əlaqədar  olmuşdur.  Bu  ərazidə  əvvəlki  illərlə  müqayisədə  atmosferdə 
ozonun  miqdarı  Yerin  səthi  yaxinlığında  15  %,  18  km  yüksəklikdə  isə  50  %  ‐ə  qədər 
azalmışdır.  Qeyd  edək  ki,  ozonla  zəngin  hava  təbəqəsi  10  km  ‐  dən  50  km  ‐  ə  qədər 
uzanır və ~ 20 km hündürlükdə ozonun konsentrasiyası maksimum  olur.  
Antarktida  üzərində  yaranmış  bu  vəziyyət  UB  ‐  şüalanma  səviyyəsinin,  digər 
materiklərlə müqayisədə, xeyli böyüməsinə səbəb olmuşdur. Məsələn, 1998 ‐ ci ildən 
UB  ‐  şüalanma  dinamikasına  dair  müşahidələr  aparan  amerikanın  Mak‐Merdo 
stansiyası  (Rossa  dənizinin  eyni  adlı  körfəzinin  sahilində  yerləşən)  1993  ‐cü  ildə 
şüalanmanın rekord həddə çatması (~ 44 % artması) faktını qeydə almışdır. Materikin 
sonunda  Mak‐Merdo  stansiyasının  əks  tərəfində  yerləşən  Antarktida  yarımadasının 
Palmer  stansiyasında  isə  UB  ‐  şüalanması  əvvəlki  illərlə  müqayisədə  55%  artmışdır. 
Antarktida  proqramı  üzrə  işləyən  amerika  alimləri  ozon  təbəqəsinin  nazikləşməsinin 
fitoplanktonlara  hansı  formada  təsirinə  dair  tədqiqatlar  aparırlar.  İlkin  tədqiqatlar 
göstərmişdir ki, UB ‐şüalanma  səviyyəsinin artması fitoplanktonların məhsuldarlığının 
6‐12 % ‐ə qədər azalmasına səbəb olmuşdur (Усманов С.М., 2001).  
 
2000  ‐ ci  ilin  oktyabr   ayının   əvvəlində  Yer  kürəsinin  Cənub  qütbünün 
üzərində yaranmış “ozon deşiyinin”  tutduğu ərazi 28.3 mln. km
2
 ‐ ə bərabər olmuşdur. 
Müqayisə  üçün  qeyd  edək  ki,  bu  sahə    ABŞ  ‐  ın  tutduğu  ərazidən  3  dəfəyə  qədər 
çoxdur. Bu ərazidə Yeri Günəş radiasiyasından qoruyan ozonun miqdarı 50 % ‐ ə qədər 
azalmışdır.  Əvvəllər  yalnız  Cənub  polyar  dairəsinin  boş  səhralıqlarını  əhatə  edən  bu 
ərazilər  indi  Argentinanın,  Çilinin  və  Folklend  adalarının  əhalisi  üçün  də  real  təhlükə 
mənbəyinə  çevrilmişdir.  Argentinanın  Uşuay  şəhərinin  30  min  ‐  lik    və  Çilinin  Punta‐
Arenas  şəhərinin  120  min  ‐  lik  əhalisi  UB  ‐  şüalanmanın  daha  yüksək  təsirinə  məruz 
qalırlar. Yerli Səhiyyə Təşkilatlarının xəbərdarlığı əsasında bu şəhərlərin əhalisi saat 11 
‐  dən  15  ‐  dək  açıq  səma  altında  olmur,  başı  örtüksüz,  tünd  eynəksiz,  uzun  qollu 
köynəksiz  küçəyə  çıxmırlar.  Bunlara  riayət  etməyənlər  isə  Günəş  altında  cəmisi              
7  dəqiqə  qaldıqdan  sonra  əksər  hallarda  dəri  xərçənginə  gətirib  çıxaran  ağır  yanıqlar 
alırlar.  Ən  əsası  isə  odur  ki,  bu  formada  “Günəş  təhlükəsinin”  nə  qədər  vaxta  qədər 
davam edəcəyi heç kəsə bəlli deyil. 
 
Görəsən  atmosferdə  ozonun  miqdarının  normadan  artıq  olması  necə, 
yaxşıdırmı ? Təkcə  böyük  yüksəkliklərdə  deyil, həmçinin  də  10 km ‐ ə yaxın yerüstü 
atmosferdə  mövcud  olan  ozon  böyük    konsentrasiyalarda    bizim  ağ  ciyərlərimizi 


 
 
114 
 
“yandıra”  bilər.  Belə  ki,  güclü  oksidləşdirici  olan  ozon  toksikiliyinə  görə  sianid
 
turşusunu da üstələyir.  
Beynəlxalq  Səhiyyə  Təşkilatının  standartlarına  görə  ozonun  atmosferdə 
yolverilən konsentrasiya həddi 100 mkq/m
2
 qədər (hava molekullarının ümumi sayının 
iyirmi  milyonda  bir  hissısi  qədər)  olmalıdır.  Bu  hədd  2  dəfə  artanda  nəfəs  yollarında 
problemlər  (öskürək,  xırıltı  və  s.)  yaranır.  Əgər  ozonun  miqdarının  artması  havaya 
təravətlilik  ətri  verirsə,  bu  onun  konsentrasiyasının  dəfələrlə  (~  10  dəfə)  artmasını 
göstərir. Yalnız belə olan halda  insan onu hiss edə bilir. Belə konsentrasiyalarda ozon 
çoxlu  sayda  bakteriya  və  mikriorqanizmləri  məhv  edir ki,  bu  da,  məlum  olduğu  kimi, 
fizioterapiyanın  əsasını  təşkil  edir.  Qapı  və  pəncərələri  bağlı  olan  otaqda  ozonun 
miqdarı kritik kiçik həddə olur. Buna səbəb onun çox asanlıqla dıvar və ev əşyaları ilə 
(əsasən metal və rezin əşyalarla) reaksiyaya  girərək  neytrallaşmasıdır.  
5.1.2. İkinci kosmik şüalanma.
 
Kosmik  şüalar, artıq qeyd etdiyimiz kimi, Yerin  
səthinə  əsasən  Kainatın  dərinliklərindən  gəlib  çatır.  Daha  dəqiq  desək,  yaşadığımız 
planet  fasiləsiz  olaraq,  həm  ulduzlararası  fəzadan,  həmçinin  də  Günəşdə  baş  verən 
partlayışlar zamanı Günəşin özündən gələn kosmik şüalanmanın təsirinə məruz qalır.
 
            Kosmik    şüaların,    ya  bilavasitə  özləri  Yerin  səthinə  çatır,  ya  da  onlar,  Yerin 
atmosferi ilə qarşılıqlı təsir nəticəsində müxtəlif radionuklidlər əmələ gətirməklə, ikinci 
şüalanma yaradırlar.  
Bu proses təxminən aşağıda göstərilən sxem üzrə baş verir (şəkil 5.8.) 
 
                                                                              2γ                        γ                     
 
                                                  π
o
                                                                           µ
+
, µ

                                                                                  
                                                                                                                               e
+
, e
 ‐
 
                                   p, n                         π
+
, π
 ‐ 
                µ
+
, µ
 ‐
              µ
+
, µ
 ‐
                    γ 
 
                                                                                                     e
+
, e
 ‐
                                                                                                             
                                             p, n                      p, n                        p, n 
 
 
     Şəkil 5.8. Atmosferdə kosmik zərrəciklər selinin yaranma sxemi. 
 
 
İlkin  kosmik  şüalanmanın  yüksək  enerjili  protonlardan,  helium  ionlarından, 
elektronlardan  və  neytronlardan  ibarət  olmasını  qeyd  etmişdik.  Yerin  maqnit  sahəsi 
kiçik  enerjili  yüklü  zərrəcikləri  meyl  etdirməklə,  onların  atmosferə  daxil  olmasına 
imkan  vermir.  Yüksək  enerjili  zərrəciklər  isə  atmosferin  üst  qatlarına  daxil  ola  bilirlər 
və  orada  onlar  atmosfer  zərrəciklərinin  nüvələri  ilə  qarşılıqlı  təsirdə  olaraq, 
14
C
3
H, 
7
Be, 
10
Be, 
22
Na   
24
Na  kimi  radionuklidlər  yarada  bilən  nüvə  reaksiyaları  törədirlər.
 
Belə reaksiyalar nəticəsində həm də yeni nüvə reaksiyaları yarada bilən yüksəkenerjili 
protonlar, neytronlar, pionlar və kaonlar yaranır. Son nəticədə atmosferin alt qatlarına  
daxil  ola  bilən və  bununla da biotun şüalanmasına səbəb ola bilən kosmik sel ‐  ikinci 
kosmik şüalanma yaranır.  
Bu   prosesdə    neytron  öz   enerjisini   itirərək, qismən  də olsa azot  atomları  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə