Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə58/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

 
 
129 
 
 
Yosunların  da  dəniz  suyundan 
210
Po  izotopunu  toplama  əmsalının  çox  böyük 
olması  müəyyən  edilmişdir.  Məsələn,  qırmızı  yosunların    Porphyra  umbilicalis  növu 
üçün bu göstərici 1000  ‐ ə bərabərdir.  
 
210
Po  izotopunun  yüksək  konsentrasiyası  bir  çox  digər  hidrobiontlarda  da 
müşahidə  olunmuşdur.  Məsələn,  balıq  və  molyuskalarda  onun  miqdarının  0.7  –          
20  Bk/kq  həddində olması müəyyən edilmişdir. 
 
İnsan  orqanizminə  bu  radionuklidlər  əsasən  qidadan,  bilavasitə  havadan 
(nəfəsalma zamanı) və  siqaret çəkənlər üçün isə həm də tüstüdən daxil olur. 
 
210
Pb    
210
Po  radioaktiv elementlərinin insan orqanizminə daxilolma yolları 
və  onların  ayrı  ‐  ayrı  orqanlarda  miqdarına  dair  nəticələr
 
cədvəl  5.13  –də  öz  əksini 
tapmışdır.  
                 Cədvəl 5.13. 
                
210
Pb  və  
210
Po  izotoplarının  insan orqanizmində miqdarına dair göstəricilər 
 
Göstərici 
210
Pb 
210
Po 
                           Qidada normal miqdatı 
Qida ilə daxil olma, 10
‐2
 Bk/sut 
5.18 ‐22.9 
4.8‐17.0 
Siqaret çəkməyənlərdə miqdarı, Bk/kq: 
        sümük toxumalarında 
        yumşaq toxumalarda 
 

0.14‐0.2 
 
2.4 
0.1‐0.2 
Siqaret çəkənlərdə miqdarı, Bk/kq: 
        sümük toxumalarında 
        yumşaq toxumalarda 
 
4.81 
0.22‐0.33 
 
3.7 
0.18‐0.33 
                            Qidada yüksək miqdatı 
Dəniz  məhsulları  vasitəsilə  daxil  olma,  
10
‐2
 Bk/sut 
 
62.9 
‐ 
Karib və şimal marallarının əti  
 vasitəsilə daxil olma, 10
‐2
 Bk/sut 
 
13.3‐162 
 
222‐1272 
Sümük toxumalarında miqdarı, Bk/kq 
9.25 
7.4 
Yumşaq toxumalarda miqdarı, Bk/kq 
0.44‐0.55 
1.33‐2.66 
 
210
Pb    izotopu,    osteotrop  element  olaraq,    əsasən  sümük  toxumalarında 
toplana bilir. 
210
Po izotopu da, onu yaradan 
210
Pb izotopu kimi, sümük toxumalarında 
müşahidə  olunur.  Yumşaq  toxumalara   
210
Po    hava    və  qidadan  daxil  olur  və  onun 
miqdarı bu zaman daha çox qara ciyər və böyrəklərdə qeydə alınır. 
 
c) Torium və onun parçalanma məhsulları. Urandan sonra təbiətdə ən geniş 
yayılmış  təbii  radionuklid  torium  ‐  232  izotopudur  ( 
232
Th  ).  Bu  radionuklid,  adətən, 
özünün  az  yaşama  müddətli    çoxsaylı    parçalanma    məhsulları  ilə  tarazlıqda  olur. 
1.4∙10
10
  il  ‐ə  bərabər  yarımparçalanma  perioduna  malik  təmiz   
232
Th    izotopunun   
yalnız      3.95    –    4.05    MeV      enerjili    α  –  şüalanma    yaratmasına  baxmayaraq,  onun 
yayıldığı  ərazilərdə  təbii  radiasiya  fonu  həm  də  parçalanma  məhsullarının  yaratdığı  


 
 
130 
 
0.05  –  2.26  MeV    enerjili  β  ‐şüalanmanın  və  0.2  –  2.6  MeV  enerjili  γ  ‐  şüalanmanın 
hesabına yüksək olur.  
 
Toriumun  parçalanma  məhsulları  sırasına  5.8  il  ‐ə  bərabər  yarımparçalanma 
perioduna  malik,      β  ‐şüalanma    yaradan    mezotorium  (radium  ‐  238),      1.1    il  ‐ə   
bərabər    yarımparçalanma  periodlu,  həm  α  ‐,    həm  də  β  ‐  şüalanma  mənbəyi  olan 
radiotorium  (torium  ‐  228),  α  ‐  və  γ  –  şüalanma    mənbəyi    kimi    3.64    sutka  
yarımparçalanma  periodlu  torium X (radium ‐ 224) izotoplarını aid etmək olar. 
 
Torium  da,  uran  kimi,  böyük  yataqlara  malik  olmaqla  yanaşı,  həm  də  kiçik 
dispers halında bütün torpaq süxurlarında və müxtəlif sularda mövcud ola bilir.   
 
Braziliyada  böyük torium ehtiyatlarına malik yataqlar vardır. Məsələn, Morro 
de  Ferro  əyalətində  yüksək  Poqos‐de‐Kaldas  düzənliyində    onun  miqdarı  20000  ‐ 
30000  t  həddində  qiymətləndirilir.  Hesab  edilir  ki,  bunun  yalnız  100  ton  ‐u  uranın 
payına düşür (Campos M.J., 1986).  
 
Dağ  süxurlarında  toriumun  böyük  miqdarda  olması  erroziya  və  yuyulma 
hesabına onun ətraf ərazilərin səth sularına daxil olmasına səbəb olur. Səth sularında 
toriumun miqdarı, adətən, 120 mBk/l  həddində ola  bilir. Adı çəkilən regionun   əsas   
drenaj   sistemində   toriumun   konsentrasiyasının   59 ± 37 mBk / l   qədər  olması  
müəyyən  edilmişdir  (bu  ölkə  üçün norma 14 ± 9 mBk / l  ‐ dir) (Penna – Franca E., 
Julia C.M..,1984).  
 
Qeyd  edək  ki,  Braziliyanın  Atlantik  okeanın  sahili  boyunca  uzanan  iki  böyük  
Espiritu Santu və Rio‐de‐Janeyro ştatları monasit qumsallıqlarda yerləşir ki, bunun da  
~  6‐8  %    ‐  ni  torium  təşkil  edir.  Hindistanın  əksər  sahilyani  ərazilərində  də  toriumla 
zəngin mineral yataqlara rast gəlmək olur. Məsələn, Kerala və Tamil ‐ Hadu ştatlarının 
geniş  yaşayış  ərazilərində  monasit  çöküntülər  mövcuddur  ki,  bunlarda  da  toriumun 
miqdarı  8.0 ‐ 10.5 % həddinə çatır. Tailandda da 6 % ‐ə qədər torium tərkibli monasit 
qumlu  ərazilər  mövcuddur.  Toriumun  yüksək  miqdarı  Fransanın,  Nigeriyanın,  İranın, 
İtaliyanın,  Madaqaskarın  bir  çox  dağlıq  ərazilərində  də  müşahidə  olunur.  Çinin 
Quanqdonq əyalətində toriumun səth suxurlarında və torpaqda konsentrasiyası onun 
üçün orta qiymətdən 6‐7 dəfə yüksəkdir (Luxin Wei., 1981). Yüksək torium‐222 tərkibli 
ərazi Norveçin dağlıq Fan əyalətində də aşkar edilmişdir. Bu ərazidə toriumun aktivliyi 
4000 Bk/kq həddinə çatır (Erling S. , 1984).  
Torium və onun parçalanma məhsullarına kiçik dispers halında, həmçinin dağ 
süxurlarında və müxtəlif torpaqlarda rast gəlmək olur (cədvəl 5.14).  
Turş  vulkanik  lavalarda  toriumun  miqdarı 550 Bk / kq qədər olur. ABŞ ‐ın 33  
ştatının torpaqlarında toriumun miqdarı 3.7 –125.8 Bk/ kq  intervalında  dəyişir.  
Kiçik  Qafqazın və Azərbaycanın torpaqları 4.8 Bk/kq  qədər toriuma malikdir 
ki,  bunun  da  ~ 1 %  ‐ i mübadiləolunabilən formanın payına düşür (Алиев Д. А. и др., 
1984).  
 
Qeyd  edək  ki,  kifayyət  qədər  az  miqdarda  toriuma  malik  ərazilər  də 
mövcuddur. Məsələn, Dnestrovsko ‐ Prutski çayarası ərazi torpaqlarında torium ‐ 232  
izotopunun   miqdarının   (5.79 – 9.91) ∙10 
‐ 4
 %   həddində  olması  müəyyən edilmişdir  
(Карабаджак И.Г. , 1976).  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə