Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə61/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   57   58   59   60   61   62   63   64   ...   148

 
 
135 
 
   Cədvəl 5.18.    
Radium ‐ 226 izotopunun əsas parçalanma məhsulları 
 
Dediklərimizi  ümumiləşdirərək  qeyd  edə  bilərik  ki,  təbiətdə  radonun  iki  əsas 
formasına təsadüf edilir. Bunlardan birincisi radon ‐ 222 ( 
86 
Rn
222 
) izotopudur ki, bu, 
uran ‐ 238 ( 
92
U
238 
) izotopunun parçalanma məhsullarının yaratdığı radioaktiv sıranın 
üzvüdür. İkincisi isə torium ‐ 232 ( 
90 
Th
232 
) izotopunun parçalanma sırasının üzvü olan 
radon  ‐  220  ( 
86 
Rn
220 
)    izotopudur.  Radon  ‐  222  izotopunun,  radon  ‐  220  izotopu  ilə 
müqayisədə,  ümumi  şüalanma  dozasına  verdiyi  paya  görə  daha  çox  əhəmiyyət  kəsb 
etməsinə  baxmayaraq,  hər  iki  izotop,  sadəcə  olaraq,  radon  adlanır  və  eyni  formada 
öyrənilir. Ümumiyyətlə götürdükdə, nəzərə almaq lazımdır    ki,   şüalanmanın    böyük    
hissəsini  bu  qazların   özləri  yox,   onların parçalanma məhsulları yaradır.  
Dediklərimizdən  aydın  olur  ki,  təbii  radionuklidlərin  içərisində  rəngə  və 
spesifik  iyə  malik  olmayan  təsirsiz  radon  qazı  böyük  əhəmiyyət  kəsb  edir.  Yaxın 
keçmişə  qədər  genetik  əhəmiyyəti  və  bioloji  təsiri  heç  də  layiqincə 
qiymətləndirilməyən  radon  qazı  hal‐hazırda  insan  orqanizmi  üçün  ən  təhlükəli 
şüalanma mənbəyi hesab olunur. Radonun yüksək radiasiya təhlükəsi yarada bilməsi 
onun geniş yayılması, yüksək nüfuzetmə və miqrasiyaetmə qabiliyyətinə malik olması 
və həmçinin də α ‐ parçalanmaya uğramaqla,   kiçik yaşama müddətli α ‐ aktiv  “qız”  
elementləri yarada bilməsidir.  
Radionuklid 
Yarımparçalan
ma              
periodu 
Süalanmanın  
       təbiəti 
Zərrəciyin enerjisi 
          (Mev
226
Ra  (Radium‐226) 
1602 il 
α 
4.78 
222
Rn  (Radon‐222) 
3.82 sutka 
γ 
α 
γ 
0.18 
5.49 
0.51 
218
Po  (Polonium‐218) 
3.05 dəq 
α 
6.00 
214
Pb  (Qurğuşun‐214) 
26.8 dəq 
β 
γ 
0.72 
0.35 
214
Bi   (Bismut‐214) 
19.7 dəq 
α 
β 
γ 
5.45 
1.51 
0.6‐1.7 
210
Ti    (Tallium‐210) 
1.3 dəq 
β 
γ 
1.9‐2.3 
0.79 
210
Pb  (Qurğuşun‐210)
 
22.3 il 
β 
γ 
0.01 
0.04 
210
Bi   (Bismut‐210)
 
5.01 sutka 
β 
1.1 
210
Po  (Polonium‐210) 
138.4 sutka 
α 
5.3 
206
Ti    (Tallium‐206) 
4.2 dəq 
β 
1.53 
206
Pb  (Qurğuşun‐206) 
Stabil 
‐ 
‐ 


 
 
136 
 
  Cədvəl 5.19.    
Totium ‐ 228 izotopunun əsas parçalanma məhsulları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qeyd  edək  ki,  radioaktiv  uran,  torium  və  radium    səpələnmiş  halda,  demək 
olar  ki,  Yer  qabığının  bütün  elementlərində  mövcud  olur.  Yüzə  qədər  protondan  və 
yüzdən  çox  neytrondan  təşkil  olunmuş  radium  atomunun  nüvəsi  dağ  süxurlarının 
kristallik qəfəsində milyon illərlə  qala bilir. Bu radioaktiv elementin parçalanması, yəni 
onun  nüvəsindən  2  proton  və  2  neytronun  α  ‐  zərrəcik  şəklində  çıxması  nəticəsində 
qaz  şəkilli  elementin  nüvəsi  ‐  radon  yaranır.  İstənilən  qaz    kimi,  radon  qazı  da,  cüzi 
imkan yaranan kimi əmələ gəldiyi boşluği tərk etməyə cəhd edir. Qaya daxilində radon 
atomlarının  belə  imkanları  məhduddur.  Ona  görə  də  radonun  bir  hissəsinin  daşın 
səthindən  atmosferə  daxil  olmasına  baxmayaraq,  onun  çox  hissəsi  dağ  süxurlarının 
məsamələrində  toplanıb  qalır.  Həmin  məsamələrin  səthlə  əlaqəsi  yaranan  anda  isə 
radonla  zəngin  hava  xaricə  çıxa  bilir.  Daş  sıxılmaya  məruz  qalan  halda  radonun 
məsamələrdən  çıxma  intensivliyi  arta  bilir.  Həqiqətqn  də,  1981‐  ci  ildə  amerikalı 
alimlər  R.Xoylab  və  V.Breydi  (Усманов  С.М.,  2001)    qranitin  bir  ox  üzrə  sıxılmasını 
həyata keçirməklə, ondan intensiv radon ayrılmasını qeydə ala bilmişlər.  
Radonun  bundan  da  yüksək  konsentrasiyası  torpaqda  və  yeraltı  su 
mənbələrində  müşahidə  olunur.  Torpaqda  10  sm  dərinlikdə  radonun  miqdarı  orta 
hesabla 136‐158 kBk/m
3
 intervalında dəyişir.  
 
“Normal”  uran  və  torium  tərkibinə  malik  əksər  torpaqlarda  bu 
radionuklidlərin  konsentrasiyası  7‐50  Bk/kq  intervalında  dəyişdiyindən,    radonun 
konsentrasiyasının da geniş intervalda dəyişəcəyini söyləmək mümkündür. 
Radionuklid 
Yarımparçalanma      
periodu 
Süalanmasınn  
       təbiəti 
Zərrəciyin enerjisi 
          (Mev
228
Th  (Torium‐228) 
1.913 il 
α 
γ 
5.4 
0.08‐0.2 
224
Ra  (Radium‐224) 
3.66 sutka 
α 
γ 
5.6 
0.24 
220
Rn  (Taron və ya  
            radon‐220) 
55 san 
α 
γ 
0.2 
0.55 
216
Po  (Polonium‐216) 
0.15 san 
α 
6.7 
212
Pb (Qurğuşun‐212) 
10.64 saat 
β 
γ 
0.33 
0.24 
212
Bi   (Bismut‐212) 
60.6 dəq 
α 
β 
γ 
6.05 
2.2 
0.04‐1.0 
212
Po  (Polonium‐212) 
304 nsan 
α 
8.7 
208
Ti    (Tallium‐208) 
3.05 dəq 
β 
γ 
1.8 
0.5‐2.6 
208
Pb (Qurğuşun‐208) 
Stabil 
‐ 
‐ 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə