Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə59/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   55   56   57   58   59   60   61   62   ...   148

 
 
131 
 
                 Cədvəl 5.14.  
Dağ suxurlarında və torpaqda toriumun miqdarı (Bk/kq
 
Suxurun növü 
    Radioaktivlik   
         (Bk/kq
Torpağın növü 
Radioaktivlik  
(Bk/kq
Qranit 
81.4 
Boztorpaq 
48.1 
Diorit 
32.5 
Bozqonur 
40.7 
Bazalt 
11.1 
Şabalıdı 
37.0 
Dyürit 
24.4 
Qaratorpaq 
35.8 
Əhəngdaşı 
7.0 
Boz meşə 
26.6 
Karbonat 
7.7 
Çimli‐kültorpaq 
22.2 
Qumdaşı 
11.1 
Kültorpaq           
12.2 
Slans 
44.4 
Torflu 
6.3 
 
 
 
 
Aydındır ki, toriumun torpaqda və onun ayrı‐ayrı süxurlarında olması 
tikinti materiallarında da öz əksini tapmalıdır.  
 
Ayrı ‐ ayrı tikinti  materiallarında  torium – 232  izotopunun miqdarı
     
cədvəl 
5.15
 
‐ də
 
göstərilmişdir.
  
Torpaqüstü   havada   toriumun   miqdarı,  onun  tozluluq  dərəcəsindən  asılı 
olaraq,
 
geniş  intervalda  dəyişə  bilir. Məsələn, əgər Norveçdə onun miqdarı   28 –36 
nBk/m
3
    həddindədirsə,  Almaniyanın    şimal    rayonlarında    bu    rəqəm    460  ‐      670  
nBk/m
3 
  həddinə çatır
 
(Kolb W.A., 1982).
 
 
Cədvəl 5.15  
Bəzi tikinti materiallarında torium ‐ 232 izotopunun miqdarına dair göstəricilər 
 
Material   
232
Th ‐nin miqdarı,  
Bk/kq 
Material   
232
Th ‐nin miqdarı,  
Bk/kq 
Kərpic 
37 – 125 
Qranit  
81 – 166 
Beton 
29 – 85 
Çınqıl 
18 
Sement 
44 – 55 
Ağac  
– 
Gips  
1.5 ‐ 11 
 
 
 
 
Atmosferdə  olan  torium  nəfəs  yolları  ilə  ağ  ciyərə  daxil  olur.  Bu  orqan  üçün 
toriumun  yol  verilən  orta  qiyməti    20  mBk  /  kq    həddində    müəyyənləşdirilmişdir 
(HKDAР ООН, 1982). 
 
Torium  ‐  232,  əsasən  də  onun  asan  yuyula  bilən  parçalanma  məhsulu  olan 
radium  ‐  228,  torpaq  və  dağ  süxurlarından  asanlıqla  qrunt  sularına,  çay,  dəniz  və 
okean sularına daxil ola bilir.  


 
 
132 
 
Geotermal  sularda  toriumun  miqdarının  daha  çox  olması  qeydə  alınmışdır 
(Danali  S.  et.al.,  1986).  Məsələn,  radium  ‐  228  izotopunun  miqdarı  Braziliyanın 
monasit ərazilərinin səth sularında  120 mBk / l  həddinə çatır.  
Dəniz suyunda  toriumun kolloid halında çox az miqdarda (10
‐6
 q/l tərtibində) 
olmasına  baxmayaraq,  dəniz  orqanizmləri  onu  kifayət  qədər  çox  miqdarda  toplaya 
bilir. Belə ki, təbii şəraitdə  toplanma  əmsalı  yaşıl yosunlar üçün 1.3 ∙10 
3
 – 1.8 ∙10 
6

boz‐qonur yosunlar üçün 9.4 ∙10 
3
 – 1.45 ∙10 
6
,  qırmızı yosunlar üçün isə  1. 7∙10 
4
 – 
8.9 ∙10 
6
  həddində olur. 
 
Qeyd edək ki, uran ‐ 238 izotopunun parçalanma məhsulu olan torium ‐ 234 
üçün    toplanma  əmsalı  nisbətən  kiçik  olur.  Belə  ki,  bu  rəqəm  fitoplankton  üçün          
1.7 ∙10 
3
 ‐ 2∙10
6
, zooplankton üçün 6.2 ∙10 
3
, yaşıl yosunlar üçün isə 10 
5
 həddində olur 
(Радхемоэкология,  1977).  Torpaqdan  torium,    az  miqdarda  da  olsa,    bitkilərə  keçə 
bilir. Belarusiyada aparılan  tədqiqatlar  göstərdi  ki,  torpağın  üst  səthində  
232
Th  ‐ 
nin  miqdarının         3.04 ∙10 
‐6
 q/q qədər olan  halında  bu  izotop  ən  çox qaragilədə, 
süpürgə  kolunda  və  şibyədə  (5.29  –  7.14∙10
‐6
  q/q),  ən  az  miqdarda  isə  tozağacının 
yarpaqlarında,  şam  ağacının  iynəyarpaqlarında,  mərsində  və  ardıc  kolunda  olur 
(Хотько и др., 1983).Heyvanlar arasında toriumun 9.51∙10
‐6
 q/q ‐a bərabər maksimal 
miqdarı yerüstü molyuskalarda qeydə alınmışdır (onlar üçün toplanma əmsalları 1.3  ‐ 
4.9 intervalında dəyişir) (Хотько и др., 1983). 
 
Müəyyən  edilmişdir  ki,  yabanı  ot  bitkilərinin  kök  sistemlərinin  torium  və 
polonium  hesabına  α  ‐aktivliyi  onların  yerüstü  hissəsinin  radium  və  radon  hesabına      
α  ‐ aktivliyindən 12 dəfəyə qədər çox ola bilir (Таскаев А.И., 1978).  
 
Kənd təsərrüfatı bitkilərini toriumu toplamaq qabiliyyətinə görə aşağıdakı sıra 
üzrə düzmək olar (Маликов В.Г.  и др., 1984):  
               
xörək  çuğunduru <  kələm <  noxud  <  şəkər çuğunduru <  xiyar < pomidor. 
 
Az  miqdarda  toriuma  malik  olan  ərazilərdə  yaşayan  insanların  sümük 
toxumalarında bu radioizotopun miqdarı – 24 mBk / kq, yumşaq toxumalarında isə 
0.15 – 3 mBk / kq qədər müəyyənləşdirilmişdir
 
(НКДАР ООН, 1982). Yüksək miqdarda 
toriuma  malik  ərazilərdə  isə  bu  göstəricilər  daha  yüksək  olur  (Penna‐Franca  E.,  Julia 
C.M., 1984). 
İndi  də  Yer  mənşəli  daxili  şüalanmanın  bioloji    təsirinin  qiymətləndirilməsi 
üzərində dayanaq. Məlum olduğu kimi, radionuklidlər insan orqanizminə nəfəs yolları 
vasitəsilə və həzm traktında daxil ola bilirlər.  
Hesab  olunur  ki,  yaşlı  insanın  orqanizmində  radionuklidlərin  konsentrasiyası 
adətən  sabit  qalır.  Bu  onunla  əlaqədardır  ki,  radionuklidlərin  orqanizmə  daxil  olması 
və  onların  orqanizmdən  xaric  olunması  (həmçinin  də  radioaktiv  parçalanma 
nəticəsində azalması) arasında dinamik tarazlıq olur.  
Cədvəl  5.16  ‐  da  insanın  ayrı‐ayrı  orqanlarının  daxili  şüalanmasına  uyğun 
udulma dozasının illik qiymətləri göstərilmişdir (Барсуков О.А., Барсуков К.А., 2003). 
Cədvəldən    göründüyü    kimi,    K
40   
izotopunun
   
illik    udulma    dozasında  payı,  
C
14
      izotopu    ilə    müqayisədə,      çox    böyükdür.    Həmçinin    də,    aydın    olur    ki,    K
40
 
müqayisədə,  təxminən iki dəfə kiçikdir.  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə