151
olmayan izotopu ilə birlikdə daxil olur.
Nəzərə alsaq ki, K ‐ 40 izotopu insanın
cinsiyyət vəzilərində toplanmaq və orqanizmində müxtəlif mutasiyalar yaratmaq
qabiliyyətinə malikdir, onda bu izotopun xüsusi əhəmiyyət kəsb etməsi danılmazdır.
Cədvəl 5.29.
Radioaktiv kalium – 40 izotopunun qida məhsullarında miqdarı
Qida məhsulu
Kalium‐40
izotopunun
miqdarı, mkq/kq
Qida məhsulu
Kalium‐40
izotopunun
miqdarı, mkq/kq
Çovdar çörəyi
2420
Donuz yağı
1690
Makaron
1300
Balıq
2620
Qarabaşaq
yarması
1300
Qurudulmuş
meyvə
3000
Düyü
700
Kartof
4490
Noxud
9070
Kələm
3300
Buğda unu (əla
növ)
860
Şəkər
çuğunduru
3530
Təzə sağılmış
süd
1430
Yer kökü
2870
Kərə yağı
140
Soğan
1510
Kəsmik
3720
Şokolad
5630
Pendir
890
Kakao
11110
Mal əti
3380
Daxili şüalanma dozasının çox hissəsini uran ‐ 238 sırası radionuklidləri, az
hissəsini isə torium ‐ 232 sırası radionuklidləri yaradır. Bunlardan bəziləri, məsələn,
qurğuşun ‐ 210 və polonium ‐ 210 izotopları orqanizmə qida vasitəsilə daxil olur. Bu
radionuklidlər balıq və molyuskalarda daha çox toplana bildiyindən bu məhsullardan
çox istifadə edən insanlar daha yüksək daxili şüalanmaya məruz qalırlar.
Uzaq şimalda on minlərlə insanın qida rasionunun tərkib hissəsini yuxarıda adı
çəkilən hər iki izotopun konsentrasiyasının kifayyət qədər yüksək olduğu maral əti
təşkil edir. Bu izotoplar maralların orqanizminə qışda, onlar şibyə ilə qidalanan zaman
daxil olurlar. Bu hallarda maral əti ilə qidalanan insanların orqanizmində polonium ‐
210 izotopunun yaratdığı daxili şüalanma orta şüalanma səviyyəsindən 35 dəfəyə
qədər çox olur.
Yerin digər yarımkürəsində, Qərbi Avstraliyanın uranla zəngin ərazilərində
yaşayan insanlar əsasən qoyun və kenquri əti ilə və bu heyvanların içalatı ilə
qidalandığından, onlar, orta səviyyə ilə müqayisədə, ~ 75 dəfə çox şüalanma dozası
qəbul edirlər.
Orqanizmə daxil olan Pb
210
və Po
210
izotoplarının təxminən 70% ‐ nin
skeletdə toplanmasına və siqaret çəkən insanların ağ ciyərində Po
210
izotopunun
konsentrasiyasının, siqaret çəkməyənlərlə müqayisədə, 3 dəfə çox olmasına dair
məlumatlar vardır.
152
70 kq kütləli yaşa dolmuş insan orqanizmində orta hesabla 7∙10
‐4
q U
238
,
5∙10
‐6
q U
235
, 7∙10
‐9
q Th
232
, 2.5∙10
‐10
q isə Ra
226
izotopu və cüzi miqdarda C
14
,
Po
210
və s. izotopları olur. Bu izotoplar fasiləsiz olaraq orqanizmə daxil olmaqla
yanaşı, həm də qismən onu tərk edir. Buna görə də yeyinti məhsullarında, suda və
havada uzun yaşama müddətli təbii radionuklidlərin miqdarının çox olması
orqanizmdə formalaşmış tarazlığı poza bilir (Радиация. Дозы, эффекты, риск, 1988).
Qeyd edək ki, bütün mümkün daxili şüalanma yollarından ən təhlükəlisi
“çirkli” hava ilə nəfəs almaqdır. Birincisi, ona görə ki, orta ağırlıqlı işlə məşğul olan yaşlı
insan gün ərzində ~ 20 m
3
hava udur (içdiyi su isə cəmisi 2ℓ ‐ dir). İkincisi, ona görə ki,
insan orqanizminə nəfəs yolu ilə daxil olan radioaktiv maddələr orqanizm tərəfindən
sürətlə mənimsənilir.
Nəfəsalma zamanı radioaktiv toz zərrəcikləri, qismən də olsa, ağız boşluğuna
və burun çəpərlərinə çökərək, asanlıqla mədəyə daxil ola bilir. Aerozolların ağ ciyərdə
yığılması isə toz zərrəciklərinin ölçülərindən asılı olur. Ölçüləri 1mm ‐ dən böyük olan
daha iri zərrəciklər yuxarı nəfəs yollarında ilişib qalır və əsasən hayxırılıb
tüpürülülməklə oqanizmdən kənarlaşdırılır.
Kiçik ölçülü zərrəciklərin 70 % ‐ ə qədəri isə ağ ciyərdə toplanır.
Radioaktiv maddələr orqanizmə düşməmişdən əvvəl ətraf mühitdə mürəkkəb
marşrut üzrə hərəkət edirlər (şəkil 5.17) ki, bu da şüalanma dozasının
qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalıdır.
Şəkil 5.17. Radioaktiv maddələrin orqanizmə düşənə qədər ətraf
mühitdə hərəkət marşrutu.
Radionuklidlərin eyni bir konsentrasiyasında daxili şüalanma, xarıcı şüalanma
ilə müqayisədə, dəfələrlə təhlükəli olur. Bu, daxili şüalanma halında toxumaların
şüalanma vaxtının daha böyük olması ilə əlaqədardır. Aydındır ki, bu vaxt radiasiya
mənbələrinin orqanizmdə qalma müddəti ilə müəyyən edilir. Məsələn, radium ‐ 226
və plutonium ‐ 239 kimi daha qorxulu radionuklidlər orqanizmi, demək olar ki, tərk
etmirlər və insanın bütün ömrü boyu onun üçün şüalanma mənbəyi rolunu oynayırlar.
Daxili şüalanmanın daha dramatik hal olmasına digər səbəb radionuklidlərin
müxtəlif toxumalarda bərabər paylanmamasıdır. Belə ki, ayrı‐ayrı orqanlar
Radionuklid
Mədəni
bitkilərin
torpaqüstü
hissəsi
Otlaqlar
Heyvan
südü
Heyvan
əti
İnsan
orqanizmi
Dostları ilə paylaş: |