Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə68/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   64   65   66   67   68   69   70   71   ...   148

 
 
153 
 
radionuklidlərə müxtəlif həssaslıq göstərməklə, onları selektiv toplaya bilir və bununla 
da lokal şüalanma yarada bilir. 
Radon  yüksək  həllolma  qabiliyyətinə  malikdir.  Belə  ki,  0‐30
o
S    temperatur 
intervalinda onun suda konsentrasiyasının havada  konsentrasiyasına nisbəti 0.5 – 0.2 
‐  yə  bərabər  olur.  Bu  səbəbdən  də  Yer  suxurlarında  və  torpaqda  yaranan  radon 
asanlıqla atmosferin yerüstü təbəqəsinə və yeraltı su mənbələrinə daxil ola bilir. Son 
nəticədə isə torpaq mikroflorası, bitkilərin kök sistemləri, yerüstü flora və fauna 5.49 
MeV  ‐ ə bərabər yüksək enerjili  α ‐ şüalanmanın təsirinə məruz qalır. 
Radon  və  onun  parçalanma  məhsulları  insan  orqanizminə  nəfəs  yolları 
vasitəsilə daxil olur və orqanizmin α  ‐ zərrəciklərlə daxili şüalanmasını yaradır. 
Cədvəl 5.30 ‐ da normal radiasiya fonuna malik ərazilər üçün uran və torium 
sırası komponentlərin hər nəfərə düşən illik effektiv doza qiymətləri göstərilmişdir.  
 
Cədvəl 5.30. 
    Normal radiasiya fonuna malik ərazilər üçün uran və torium sırası  
       komponentlərin hər  nəfərə düşən illik effektiv doza qiymətləri 
 
 
Cədvəldə  göstərilən  qiymətlərdən  aydın  olur  ki,  təbii  mənbələrin  yaratdığı 
daxili  şüalanma  dozasına  ən  çox  “  töhvəni  ”  radonun  parçalanma  məhsulları  verir. 
Başqa  sözlə  desək,    Rn 
222
    izotopunun  parçalanması  800  mkZv,    Pb 
210    
izotopunun  
parçalanması  130  mkZv,    Rn
220
    izotopunun  parçalanması  isə    170  mkZv    şüalanma 
dozası  yaradır.  Bunlar  da,  artıq  qeyd  etdiyimiz  kimi,    kosmogen  və  primordial 
nuklidlərin yaratdığı  1341 mkZv ‐ ə bərabər ümumi daxili şüalanma dozasının      83 %  
‐ ni təşkil edir. 
Havadan 7.5 dəfə ağır olan radon qazı suda, qanda  və  limfada  yaxşı  həll olur 
(qaynama  temperaturu  65
o
S‐dir).    Bu  səbəbdən  də  onun  insan  bədəninin  vahid 
həcminə düşən miqdarı havadakı miqdarının  ~ 50 %  ‐ ni təşkil edir.                                             
    Şüalanma mənbəyi    
İllik effektiv doza, mkZv 
Xarici şüalanma 
Daxili şüalanma 
Cəmi 
Uran ‐ 238 sırası 
                  238
U→ 
234

                  230
Th 
                  226
Ra 
                  222
Rn→ 
214
Po 
                 210
Pb→ 
210
Po 
 
 
90 
 
10 


800 
130 
 
 
1044 
 Torium ‐ 232 sırası 
               
232
Th 
               
228
Ra →
224
Ra 
               
220
Rn→
208
Tl 
 
140 
 

13 
170 
 
326 
 
Cəmi 
230 
1140 
1370 


 
 
154 
 
Radon  problemi  neft  ‐  qaz  və  başqa  faydalı  qazıntı  yataqlarına  malik 
Respublikamız    üçün  də  çox  vacib  problemdir  və  ona  layiqincə  diqqət  yetirilməməsi 
təəssüf  doğurur.  Yalnız  2010‐2011‐ci  illərdə,  ilk  dəfə  olaraq,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Geologiya  İnstitutunun  əməkdaşları  Cənubi  İsveçrənin  Radon 
Mərkəzinin  və  Tətbiqi  Elmlər  Universitetinin  əməkdaşları  ilə  birlikdə  Respublikamızın 
ayrı‐ayrı  ərazilərində  yaşayış  binalarında  və  istehsalat  müəssisələrində  radonun 
konsentrasiyasının  təyininə  dair  təcrübələr  aparmışlar.  Bu  tədqiqatlar    İsveçrə  Milli 
Elm  Fondunun  maliyyə  dəstəyi  ilə  qrant  layihəsi  əsasında  aparılmışdır.  Müəyyən 
edilmişdir  ki,  radonun  konsentrasiyası  çox    geniş    intervalda    (0.32  Bk/  m
3
  ‐dən     
1109.02 Bk / m
3
 ‐ə qədər) dəyişir (Алиев Ч.С. и др., 2012). 
Alınmış  nəticələrin  əsasında  radonun  həcmi  aktivliyinin  və  anomal 
konsentrasiyaya  malik  yerlərin  xəritəsi  təptib  edilmişdir  (Алиев  Ч.С.  и  др.,  2012). Bu 
xəritələr, uyğun olaraq, şəkil 5.18 ‐ də  və  şəkil  5.19 ‐ da göstərilmişdir

 
                              
 
 
Рис. 5.18. Azərbaycanın ərazisində radonun həcmi aktivliyinin paylanma xəritəsi. 
 
Xəritələrin təhlilindən aydın olur ki, Talışın və Böyük Qafqazın dağ massivləri 
daha yüksək radon konsentrasiyası ilə xarakterizə olunduğu halda, ovalıq ərazilərdə bu 
qazın konsentrasiyası nisbətən aşağı olur.  
Cədvəl  5.31  –də  Respublikamızda  müxtəlif  tikinti  materiallarından  istifadə 
edilməklə  tikilmiş  binalarda  radonun  konsentrasiyasına  dair  göstəricilər  əks 
olunmuşdur  (Алиев Ч.С. и др., 2012). 


 
 
155 
 
          
 
 
Рис. 5.19. Azərbaycanın ərazisində radonun anomal konsentrasiyalı yerlərinin xəritəsi. 
 
 
                                                  Cədvəl 5.31. 
Müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş binalarda radonun 
konsentrasiyası. 
 
Tikinti materialı 
Binada radonun konsentrasiyası, Bk/m
3
 
maksimal 
minimal 
orta ədədi 
orta 
Ağac 
215.56 
13. 69 
70. 55 
46. 82 
Çay daşı 
833. 92 
0. 32 
99. 63 
73. 12 
Təbii daş 
328. 01 
51. 86 
114. 38 
103. 50 
Kubuk daşı 
(əhəngdaşı) 
1014. 29 
0. 32 
79. 00 
54. 46 
Beton 
253. 02 
13. 32 
52. 04 
36. 95 
Kərpic 
1109. 02 
5. 59 
94. 50 
61.74 
Yonulmuş daş 
664. 02 
19.76 
189. 95 
97. 04 
Samanlı kərpic 
(çiy kərpic) 
795.72 
0. 32 
88. 76 
64. 81 
 
 
Cədvəldən göründüyü kimi, əhəng daşı, bişmiş kərpic və çiy kərpicdən tikilmiş 
binalarda radonun konsentrasiyası kifayət qədər yüksək olur. Ağac və beton evlər isə 
radonun konsentrasiyası baxımından qənaətbəxş hesab oluna bilər. 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə