Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə65/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   61   62   63   64   65   66   67   68   ...   148

 
 
145 
 
 
       Cədvəl 5.27.   
Müxtəlif tikinti materiallarında 
226
Ra  və  
232
Th izatoplarının xüsusi aktivliyi 
 
Tikinti materialının növü 
226
Ra  (Bk ∙ kq
‐1

232
Th   (Bk ∙ kq
‐1

 
320 – 2620 
24‐115 
Fosfoqips 
24 – 555 
3‐22 
Uçucu kül 
110 – 610 
74‐320 
Sement 
9 – 168 
4‐81 
Yüngül doldurucu 
36 – 195 
37‐182 
Beton doldurucusu (çınqıl, ) 
4 – 167 
4‐463 
Kərpic 
33 – 152 
21‐178 
Doldurucu şlak  
84 – 151 
32‐182 
Qum əsaslı qazbetonu 
7 – 130 
4‐155 
Kirəmid 
63 – 91 
32‐64 
Beton 
11 – 80 
9‐105 
Əhəngli kərpic 
6 – 25 
4‐29 
İzoləedici  material  (daş  və  ya 
şüşə keçə) 
13 – 15 
4.6‐15 
Təbii qipsdən suvaq 
1 – 13 
1‐12 
Ağac 
0.3 – 0.5 
0.2‐1.2 
 
     
   Cədvəl 5.28.  
Müxtəlif  ölkələrin yaşayış binalarında  radonun miqdarına dair göstəricilər 
 
   Ölkələr 
Radonun miqdarı 
         (Bk/m
‐3

Ölkələr 
Radonun miqdarı 
        (Bk/m
‐3

Isveç 
37 – 780 
Kanada 
22 – 240 
Finlandiya 
7.4 – 770 
Böyük 
Britaniya  
 
0.7 – 91 
ABŞ 
3.7 – 520 
Polşa  
1.2 – 52 
Avstriya 
1.9 – 276 
Almaniya 
2.6 – 25 
Norveç  
7.4 ‐ 250 
 
 
 
Radon  evlərə  tikinti  materiallarından  başqa,  həm  də  torpaq  havası  vasitəsilə 
daxil  olur.  Bu  səbəbdən  də  radonun  konsentrasiyası  çox  mərtəbəli  binaların  yuxarı 
mərtəbələrində, birinci mərtəbə ilə müqayisədə, az olur.
 
Əgər  evlərdə  hava  sorma  gurğuları  yoxdursa,  onda  otaq  havasında  radonun 
konsentrasiyası  əhəmiyyətli  dərəcədə  arta  bilir.  Ev  radioaktiv  elementlərlə  zəngin 
torpaq üzərində  tikildikdə  isə vəziyyət daha  dramatik olur.  
 


 
 
146 
 
                        
                                                    
 
 
 
 
 
 
 
                
 
 
             1. Ağac (Finlandiya),  2. Təbii qips (Böyük Britaniya), 3. Qum və çınqıl daşı (Almaniya), 4. 
Portland  sementi  (Almaniya),  5.  Kərpic  (Almaniya),  6.  Qranit  (Böyük  Britaniya),  7.  Kül  tozu 
(Almaniya),  8.  Giltorpaq  (İsveç  1974  ‐  1979),  9.  Giltorpaq  (İsveç  1929  ‐  1974),  10.  Fosfoqips 
(Almaniya), 11. Kalsium silikat şlakı (ABŞ), 12. Uran zənginləşdirmə müəssisələrinin tullantıları 
(ABŞ). 
 
 
  Şəkil 5.14. 
 
Müxtəlif ölkələrdə istifadə olunan tikinti materiallarının radium  
                      və toriuma  görə xüsusi radioaktivliyi (Bk/kq  ‐larla). 
 
Dediklərimizdən aydın olur ki, binaların daxilində radonun konsentrasiyasının 
artmasına  səbəb    təkcə    tikinti    materialları  deyil,  həm  də    binanın      altındakı  
torpaqdır.  Buna  görə  də  ağacın,  digər  tikinti  materialları  ilə müqayisədə, daha  az 
miqdarda  radon  şüalandırmasına  baxmayaraq,  bəzi  hallarda  ağacdan  tikilmiş  evlərdə  
radonun  miqdarı  kərpic  evlərlə  müqayisədə  çox  olur.  Məsələn,  Norveçdə  aparılan 
tədqiqatlar  ağacdan  tikilmiş  evlərdə  radonun  konsentrasiyasınin  kərpic    evlərə  
nisbətən    çox    olmasını    göstərmişdir    və  müəyyən  edilmişdir  ki,    buna    səbəb  ağac 
evlərin adətən az mərtəbəli olması və onların radon mənbəyi olan torpağa daha yaxın 
olmasıdır. 
 
 
Uzun  illər  ərzində  İsveçdə  beton  istehsalında  gilli  torpaqdan  istifadə 
edilmişdir.  Bu  üsulla  istehsal  olunan  betonla  təxminən  350  ‐  700  min  ‐ə  qədər  ev 
tikilmişdir. Sonradan aydın olmuşdur ki, gilli torpaq çox yüksək radioaktivliyə malikdir. 
Ona  görə  də  1970‐ci  illərin  ortalarından  başlayaraq  həmin  gilli  torpaqlardan  istifadə 
kəskin azaldılmış, hal‐hazırki dövrdə isə tamamilə dayandırılmışdır. 
 
Fosfor  mənbələrinin  işlənilməsi  zamanı,  məlum  olduğu  kimi,  əlavə  məhsul 
kimi  kalsium‐silikat  şlakı  əmələ  gəlir.  Uzun  müddət  Şimali  Amerikada  (Aydaxo  və 
Florida  ştatları)  və  Kanadada  tikinti  materialları  və  beton  komponenti  kimi  istifadə 
olunan bu şlakın sonradan kifayət qədər yüksək radioaktivliyə malik olması müəyyən 
edilmişdir.  Fosfor  mədənlərinin  başqa  texnologiya  ilə  işlənməsi  zamanı  isə  fosfogips 
adlanan  əlavə məhsul alınır. Bu məhsuldan da uzun müddət tikinti blokları və sement 









1
0
0
       1 
     29 
  < 34 
  < 45 
   126 
   170 
   341 
   496 
  1367 
 < 547 
  2140 
  
4625
 


 
 
147 
 
hazırlanması,  suvaq  və  arakəsmə  işlərində  istifadə  edilmişdir.  Fosfogips,  həm 
istehsalat  tullantısı  olaraq,  həm  də  təbii  qipsdən  ucuz  olduğu  üçün  ondan  uzun 
müddət  geniş  istifadə  edilmiş  və  ətraf  mühit  qoruyucuları  tərəfindən  də  istifadəsi 
bəyənilmişdir.  Bu  tullantıdan  istifadə  ətraf  mühitin  qorunub  saxlanılması  və  təbii 
sərvətlərdən  səmərəli  istifadə  baxımından  da  az  əhəmiyyət  kəsb  etməmişdir.  Təkcə 
Yaponiyada  1974‐cü  ildə  tikinti  sənayesində  bu  materiallardan  3  mln.  ton  ‐  a  qədər 
istifadə  edilmişdir.  Sonradan  fosfogipsin  də  təbii  gipslə  müqayisədə  dəfələrlə  böyük 
xüsusi radioaktivliyə malik olması aydın olmuşdur. 
Tikinti materiallarının hazırlanmasında istifadə  olunan  yüksək  radioaktivlikli 
digər  sənaye  tullantılarına  misal  olaraq,  aliminium  istehsalının  tullantısı  olan  qırmızı 
palçığı, qara metallurgiya sənayesi tullantısı – domen şlakını və kömürün yanmasından 
əmələ gələn kül tozunu göstərmək olar.  
 
Tikintidə  hətta  uran  mədənləri  tullantılarından  istifadə  halları  da  mövcud 
olmuşdur.  Məsələn,    1952  –  1966  ‐cı    illərdə    uran  konsentratı    istehsal    edən 
zənginləşdirici  fabrikin  filiz olmayan  laylarının  boş  süxurlarından  tikinti  materialı  kimi 
istifadə edilmiş və həmin torpaq Kolqrada  ştatının Qrand ‐ Djankşen  şəhərində tikinti  
aparılan  sahədə    tikilən  evlərin    altına tökülmüşdür.  Kanadanın  Port  ‐  Xop  şəhərində 
(Ontario  əyaləti)  də  tikinti  məqsədi  ilə  radium  çıxarılan  mədənin  tullantılarından 
istifadə edilmisdir. Hər iki halda dövlət işə qarışmış və insanların sağlamlığına vurduğu 
zərərə görə günahkarlar cinayət məsuliyyətinə cəlb edilmişlər. 
 
Dediklərimizdən aydın olur ki, tikinti materiallarına radioekoloji nəzarət xüsusi 
əhəmiyyət kəsb etməli  və hər bir ölkədə tikinti materiallarından istifadə xüsusi dövlət 
orqanlarının nəzarətində olmalıdır.  
Qeyd  etmək  lazımdır  ki,  radioekoloji  cəhətdən  təmiz  olan  tikinti 
materiallarından  istifadə  halında  belə,  qapalı  tikililərdə  əsas  radon  mənbəyi  rolunu 
üzərində evlər tikilmiş torpaq oynaya bilir və  qapalı tikililərdə döşəməni deşib keçən 
radon əhalinin əsas radioaktiv şüalanma mənbəyi olur.
  
Bu  zaman  evlərin köhnə filizçıxarma süxurlarının üzərində tikilməsi halları da 
az  olmamışdır.  Bu  hallara  ABŞ‐ın  Kolorado  ştatında  (evlər  uran  mədənlərinin 
tullantıları üzərində tikilib), İsveçdə (evlər giltorpağın işlənmə tullantıları üzərində inşa 
edilmişdir),  Avstraliyada  (evlər  radonun  çıxarılmasından  qalan  tullantıların  üzərində 
tikilmişdir),  Floridada  (tikililər  fosfat  çıxarılmasından  sonra  regenerasiya  olunmuş 
ərazilərdə inşa olunub) rast gəlmək olur. 
 
Helsinkidə  də  bəzi  evlərdə  radonun  konsentrasiyasının  onun  ətraf  havadakı 
konsentrasiyasından  5000  dəfə  yüksək  olması  müəyyən  olunmuşdur  ki,  bunun  da 
yeganə səbəbinin evlərin yerləşdiyi torpaq sahələri olması aydın olmuşdur. İsveçdə isə 
evlərin tikintisində giltorpaq sementindən istifadə edilməsinə baxmayaraq (adətən, bu 
növ  torpaqlar  radionuklid  tərkibə  malik  olurlar),  sonradan  müəyyən  edilmişdir  ki, 
yüksək  radiasiyanın  yaranmasına  səbəb  heç  giltorpaq  sementi  olmayıb,    yenə  də 
torpaqdan emissiya olunan  radon qazıdır. 
Deyilənlərə  əsaslanaraq  hesab  etmək  olar  ki,  zirzəmi  otaqlarda  və  yaşayış 
binalarının  birinci  mərtəbələrində  yaşayanlar  radonun  daha  güclü  təsirinə  məruz 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə