Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə64/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   60   61   62   63   64   65   66   67   ...   148

 
 
142 
 
əhəmiyyətli  dərəcədə  suyu  tərk  edir.  Buna  görə  də  radon  orqanizmə  əsasən 
qaynamamış  su  ilə  daxil  olur,  lakin  belə  olan  halda  da  o,  orqanizmdən  çox  asanlıqla 
çıxa bilir. 
Orqanizm  üçün  daha  böyük  təhlükəni  nəfəsalma  zamanı  su  buxarı  ilə  daxil 
olan  radon  yaradır.  Bu  hal  əsasən  vanna  otağında  duş  qəbulu  zamanı  baş  verir.  Ağ 
ciyərə  su  buxarı  ilə  daxil  olan  radon  orqanizmə  çiy  su  vasitəsilə  daxil  olan  radonla 
müqayisədə  daha  təhlükəli  olur.  Vanna  otağında  suyun  duşla  səpələnməsi  radonun 
sudan havaya, oradan isə asanlıqla insan orqanizminə keçməsinə səbəb olur. Ona görə 
də mənzildə radonla şüalanma təklükəsi ən çox duş qəbul edən zaman yaranır.  
Müəyyən  edilmişdir  ki,  4.4  kBk  /  m
3
  miqdarında  radona  malik  su  xəttindən 
istifadə etməklə duş qəbul edərkən 3 dəqiqədən sonra vanna otağında onun miqdarı 
duş qəbul edənədək olan 19 Bk/m
3
 ‐ə bərabər miqdarından 1890 Bk/m
3
 miqdarınadək 
artır. 8 dəqiqədən sonra isə radonun miqdarı 3500 Bk/m
3
, parçalanma məhsullarının 
miqdarı isə 2400 Bk/m
3
 həddinə çatır (Mc Gregor R.G., Gourgon I.A., 1980).  
Kanadada  aparılmış  tədqiqatların  nəticələrindən  isə aydın olmuşdur ki, isti  
duş    alınandan  7  dəqiqə  sonra  radonun  və  onun  parçalanma  məhsullarının  vanna 
otağında konsentrasiyası kəskin artır və duş qəbulunun dayandırılmasından   1.5 saat  
sonra  onun miqdarı əvvəlki qiymətinə qədər azalır  (şəkil 5.11). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
            
               Şəkil 5.11. Duş qəbulu zamanı radonun və onun parçalanma məhsullarının   
                                   konsentrasiyasının dəyişməsinin təxmini təsviri  
 
Finlandiyada  evlərin  radioekoloji  tədqiqi  göstərmişdir  ki,  vanna  otağında 
radonun  orta  konsentrasiyası  mətbəxlə  müqayisədə  3  dəfə,  yaşayış  otaqları  ilə 
müqayisədə isə 40 dəfəyə qədər çox olur (şəkil 5.12).  
R
adonu
n
 v
ə 
o
nun
 q
ız
 m
ə
hsullar
ın
ın
 
kons
entrasiyas
ı    
 
5000   (Bk/m
3

 
 
4000 
 
 
3000 
 
 
2000 
   
            
 
 
 
            
0              2              4               8                 22                   32     dəq 


 
 
143 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                  Şəkil 5.12.  Mənzilin ayrı‐ayrı otaqlarında  radonun orta konsentrasiyası  
                      (kBk / m
3
 – lərlə). 
 
 
İlk  baxışdan  paradoksal  görünsə  də,  radonla  bağlı    şüalanma  dozasının  əsas 
hissəsini  insan  qapalı,  havası  dəyişdirilməyəm  otaqda  olarkən  alır.  Mülayim  hava 
şəraitinə  malik  ərazilərdə  qapalı  otaqlarda  radonun  konsentrasiyası  açıq  havadakı 
konsentrasiyasından  8  dəfəyə  qədər  çox  olur.  Düzdür,  tropik  ölkələrə  dair  belə 
məlumatlar  olmasa  da,  hesab  etmək  olar  ki,  bu  ölkələrdə  hava  kifayət  qədər  isti 
olduğundan  otaqlar  az  qapalı  olur  və  ona  görə  də  radonun  otaqdaxili  havada 
konsentrasiyası bayırdakı konsentrasiyasından çox fərqlənməməlidir.  
Ətraf mühitdən təcrid olunmuş tikililərdə otaqdaxili havada radonun miqdarı 
kifayət qədər arta bilər
 
(Şəkil 5.13.) 
Otağa müxtəlif yollarla, məsələn, otağın fundamentindən, torpaq döşəmədən, 
evin konstruksiyasında istifadə olunan müxtəlif materiallardan daxil olan radon orada 
toplanaraq,  kifayət  qədər  yüksək  radiasiya  fonu  yarada  bilir.  Bu  hal  o  zaman  daha 
dramatik olur ki, ev yüksək radionuklid tərkibli torpaq üzərində tikilir.  
Radonun  və  onun  parçalanma  məhsullarının  konsentrasiyasının  torpağa 
toxunan  qapalı  binalarda  çox  olmasına  dair  məlumatlar  kifayət  qədərdir.  Məsələn, 
istixana  və  oranjeriyalarda  yetişdirilən  kənd  təsərrüfatı  bitkiləri  və  kökəldilmək  üçün 
burdaqda  saxlanılan  mal‐qaranın  yüksək  konsentrasiyalı  radon  mühitində  olması 
danılmaz    faktdır.  Bu    cür    tikililərin    havasında    radonun    miqdarı  81‐707  Bk  /  m
3
 
intervalında olur. 
Verilmlş  yerdə  radonun  konsentrasiyasının  artmasına,  torpaqdan  daxil 
olmaqla yanaşı (əsasən, zirzəmi və binaların birinci mərtəbəsinə), tərkibində radium və 
torium olan tikinti materiallarından istifadə də  səbəb ola bilir. 


 
 
144 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Şəkil 5.13.  Bir otaqlı mənzilin havasının dəyişdirilməsinin onda radonun  
                     miqdarına təsiri.   
 
 
Cədvəl  5.27.  ‐da  radon  mənbəyi  rolunu  oynayan  müxtəlif  tikinti 
materiallarında 
226
Ra və 
232
Th izotoplarının miqdarı təsvir edilmişdir (rəqəmlər ARTEK ‐
in 1982‐ci il məlumatlarından götürülmüşdür) (НКДАР ООН, 1982).  
Tikinti  materiallarının  növündən,  coğrafi  yerləşməsindən  və  ventilyasiya 
şəraitindən  asılı  olaraq,  yaşayış  binalarının  mənzillərində,  müəsisələrin  otaqlarında 
radonun miqdarı geniş intervalda dəyışə bilir. 
 
Bir  neçə  seçilmiş  ölkələrin  yaşayış  binalarında    radonun  miqdarına  dair 
məlumatlar cədvəl  5.28. ‐ də göstərilmişdir (Gezell T.F., 1983). 
Radonun    otaqdaxili  konsentrasiyasının  açıq  havadakı   konsentrasiyasından  
~  5000  dəfə  yüksək  olan  tikililər,  məsələn,  XX  əsrin  70‐ci  illərində  İsveçdə  və 
Finlandiyada qeydə alınmışdır. 1982‐ci ildə bu cür tikililər Böyük Britaniyada və ABŞ‐da 
da aşkar edilmişdir. 
 
Tikinti  materialı  kimi  istifadə  olunan  mərmər  və  pemza  (süngərdaşı)  kifayət 
qədər  yüksək  xüsusi  radioaktivliyə  malik  olurlar.  Bu  materiallardan,  məlum  olduğu 
kimi,  əsasən  Rusiyada  (həm  də    SNQ    dövlətlərində)    və    Qərbi  Almaniyada  insaat 
işlərində  geniş  istifadə  olunur.  Çınqıl
 
daşı,  gil,  qum  kimi  tikinti  materialları  da  əksər 
hallarda  uran və torium birləşmələrinə malik olur ki, onlar da  radon mənbəyi rolunu 
oynamaqla,  radiasiya şülanması yaradırlar (şəkil 5.14.). 
Ağac, kərpic və beton kimi geniş yayılmış tikinti materialları isə nisbətən kiçik 
radon şüalanması yaradır.
  
Ağacdan  tikilmiş  evlərdə  bu  şüalanma  ən  az  (0.5  mZv/il  qədər),  kərpic  və 
dəmir‐beton evlərdə isə bir qədər çox (1.5 mZv/il qədər) olur.  
 
 
500 
 
 
 
 
 
 
250 
 
                           
6                 12                18                24                  30 saat              
 
 
Qapı  bağlıdır                                                                         Qapı             Pəncərə 5 saatlığa 
                                                                                                  açılır                       açılır
 
Havada
  r
ado
nu
n
  konsentrasiya

,  
Bk/m
3
 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə