Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə62/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   58   59   60   61   62   63   64   65   ...   148

 
 
137 
 
Aydındır ki, torpaqda radonun konsentrasiyası həm də onun diffuziyaetmə və 
atmosferə  çıxma  sürətindən  asılı  olacaq.  Həqiqətən  də  qışda,  torpağın  səthi  qarla 
örtülən zaman torpaqda radonun konsentrasiyası da yüksək olur. 
Ərazi torpaqlarında, dağ  süxurlarında, yeraltı su mənbələrində və neft ‐ qaz   
ehtiyatlarında  müəyyən  miqdarda  mövcud  olan  uran    və  toriumun    parçalanması 
prosesində  yaranan  radon  yüksək  nüfuzetmə  qabiliyyəti  hesabına  atmosferə  və 
yerüstü su mənbələrinə nüfuz edə bilir.  
Radonun  Yer  kürəsinin  hər  bir  nöqtəsindən  ayrılaraq,  atmosferə  daxil 
olmasına  baxmayaraq,  onun  yerüstü  atmosferdə  konsentrasiyası  müxtəlif  yerlərdə 
eyni olmur.  
Şəkil 5.10 ‐da yerüstü atmosferdə konsentrasiyası müxtəlif olan belə ərazilər 
öz əksini tapmışdır  (Радиация. Дозы, эффекты, риск, 1990).  
 
         
 
 
              Şəkil 5.10. 
 
Atmosfer havasında radon‐222 izotopunun konsentrasiyası  
                                  yüksək  olan  ərazilər.    
 
Şəkil 5.10‐də göstərilən rəqəmlərə uyğun ərazilərin adları və onlarda radonun 
konsentrasiyasına dair göstəricilər cədvəl 5.20 – də öz əksini tapmışdır. 
Radonun  atmosferə  fasiləsiz  daxil  olmasının  əsas  mənbəyi  torpaq 
olduğundan,  onun  yerüstü  atmosfer  təbəqələrində  miqdarı  bu  qazın  torpaqdakı 
konsentrasiyasından  və  onun  torpaqdan  çıxma  sürətindən  (eksqalyasiya  sürətindən) 
asılı olur. 
 
Torpağın  növündən  və  onun  tərkibində  olan  radonun  miqdarından  asılı 
olaraq, eksqalyasiya sürəti geniş intervalda dəyişir (cədvəl 5.21). 
Radonun  yerüstü  atmosfer  təbəqələrində  miqdarı  həm  də  radonun  ətraf 
mühitə    daxil  olma  sürəti  (emanasiya  sürəti)  ilə  müəyyən  olunur  ki,  bu  da  ərazinin  
yüksəkliyindən və meteoroloji şəraitindən (külək, yağış, temperatur), ilin fəslindən asılı 


 
 
138 
 
olmaqla yanaşı, həm də sutkanın müxtəlif vaxtlarında müxtəlif olur.  
 
Cədvəl 5.20. 
Yer kürəsinin ayrı‐ayrı ərazilərində yerüstü atmosferdə  radonun                                            
konsentrasiyası. 
 
 
 
Ərazilər 
Radonun 
konsentrasiyası, 
Bk/m

 
 
Ərazilər 
Radonun 
konsentrasiyası, 
Bk/m
3
 

Sinsinnati 
9.6 

Boliviya 
1.5 

Fransa 
9.3 

Filippin 
0.3 

Nyu‐York 
4.8 

Hind okeanı 
0.07 

Böyük 
Britaniya 
3.3 
10 
Marian adası 
0.05 

Vaşinqton 
2.9 
11 
Marşall adası 
0.02 

Yaponiya 
2.1 
12 
Kapolin adası 
0.02 
   
 
                                                                                                                      Cədvəl 5.21. 
         Radonun müxtəlif torpaqlardan çıxma (eksqalyasiya) sürətinə dair  göstəricilər  
 
Ölkə 
(ərazi) 
Torpağın 
tipi 
Eksqalyasiya 
sürəti, 
mBk/m
2
∙s 
Ölkə, 
ərazi 
Torpağın 
tipi 
Eksqalyasiya 
sürəti, 
mBk/m
2
∙s 
Avstrya 
(Qrats) 
 
dağlıq 
 
20.7
 
ABŞ 
(İllinoys) 
Qara‐
torpaq 
 
52.9
 
Rusiya 
(Voloqda) 
kül 
torpaq 
 
149.9
 
Rusiya 
(Qafqaz) 
 
dağlıq 
 
11.1
 
ABŞ 
(Massaçusets) 
kül 
torpaq 
 
3.7
 
Türkmənistan
(Qumlu 
səhralıqlar) 
 
səhra 
torpağı 
 
 
4.8
 
 
Müxtəlif  ərazilərdə      radonun  ətraf  mühitə    daxil  olma  (emanasiya)  sürətinə 
dair  məlumatlar cədvəl 5.22 –də öz əksini tapmışdır.                 
Radonun,  taronun  və  onların  parçalanma  məhsullarının  atmosferdə  miqdarı 
havanın  turbolentliyindən  də  güclü  surətdə  asılı  olur.  Sahilyani  ərazilərdə  isə  onların 
miqdarı küləyin istiqaməti və sürəti ilə müəyyən  olunur. 
Radonun  atmosferdə  miqdarı  gün  ərzində  də  dəyişməyə  məruz  qalır.  Bu 
dəyişmənin  günorta  minimuma,  gecə  yarısı  isə  maksimuma  malik  olması  müşahidə 
olunur.  Radonun  konsentrasiyasının  fəsildən  asılı  dəyişməsində  isə  minumum  qış 
aylarına, maksimum isə iyun, iyul aylarına təsadüf edir. 
Radonun    illik  emanasiyası  (5  –  10)  ∙10
19
  Bk  həddində  olur.  Bu  baxımdan, 
radonun atmosferin yerüstü təbəqəsində konsentrasiyası da geniş intervalda dəyişir. 


 
 
139 
 
  Cədvəl 5.22.  
Müxtəlif ərazilərdə radonun ətraf mühitə daxil olma (emanasiya) sürətinə 
dair göstəricilər 
 
Ölkə 
Radonun emanasiya   
sürəti 
(mBk · m 
‐2 
san
‐1

 
Ölkə 
    Radonun  emanasiya  
                  sürəti 
(mBk · m 
‐2 
san
‐1

Avstriya 
8.6‐20.9 
Yaponiya 
3.4‐8.8 
Fransa 
15 
Filippin 
11 
Almaniya 
17 
ABŞ 
18‐53 
İrlandiya 
27 
Rusiya 
3.8‐19 
 
 
Radonun  konsentrasiyası  sahilyani  ərazilərdə  kiçik,  kontinental  ərazilərdə  isə 
yüksək olur  (cədvəl 5.23). 
 
Cədvəl 5.23. 
Müxtəlif coğrafi rayonlarda atmosferin yerüstü təbəqəsində radonun 
                                                               konsentrasiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cədvəl 5.24 ‐də  bəzi  ölkələrin atmosfer  havasında  radon ‐ 222 və qurğuşun 
‐  212  elementlərinin  konsentrasiyasının  orta  qiymətləri  göstərilmişdir.  Göründüyü 
kimi,  müxtəlif  coğrafi  ərazilərdə  radon  ‐  222    və  qurğuşun  –  212  izotoplarının  orta 
konsentrasiyası, uyğun olaraq,  4  və  2 tərtib fərqlənə bilir.                                                                                                  
Havada  radonun  konsentrasiyası  hündürlük  artdıqca,  sürətlə  azalır.  Əgər 
torpağın  üzərində    radonun    konsentrasiyasını    100  %  qəbul    etsək,  onda    3  ‐  4  m  
hündürlükdə  bu  rəqəm  50%‐ə  qədər  azalacaq,  sonra  isə  azalma  əhəmiyyətli 
olmayacaq (cədvəl 5.25).      
Coğrafi rayon 
Radonun miqdarı 
        (Bk/m
3

Coğrafi rayon 
Radonun miqdarı 
        (Bk/m
3

Fransa  
9.3 
Böyük Britaniya 
3.3 
Avstriya  
7.0 
AFR 
2.6 
Rusiya 
2.2 – 6.3 
Yaponiya  
2.1 
ABŞ 
0.1 – 9.6 
Sakit okean adaları 
0.02 – 0.2 
Finlandiya  
2.3 – 3.8 
Hind okeanı 
0.07 
Hindistan  
3.7 
Sakit okeanın cənub 
hissəsi  
0.07 
Polşa  
3.3 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə