Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə69/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   65   66   67   68   69   70   71   72   ...   148

 
 
156 
 
Cədvəl  5.32  ‐də  isə  eyni  binanın  müxtəlif  mərtəbələrində  radonun 
konsentrasiyasına dair  müəlliflərin aldıqları nəticələr  göstərilmişdir  Алиев Ч.С. и др.,  
2012).  
Cədvəl 5.32. 
Eyni binanın müxtəlif mərtəbələrində radonun konsentrasiyası. 
 
 
Qeyd:  Respublikamız üçün radonun yol verilən konsentrasiya həddi 200 Bk/m
3
‐dir   (Алиев 
Ч.С. и др., 2012). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mərtəbə 
Radonun konsentrasiyası, Bk/m
3
 
maksimal 
minimal 
orta ədədi 
orta 
‐1 
175,86 
28,65 
61,51 
38,41 

1109,02 
0,32 
90,24 
62,20 

546,96 
0,71 
68,96 
51,97 

68,24 
0,32 
24,87 
23,99 

44,83 
0,32 
23,50 
23,20 
  
19,30 
19,30 
19,30 
19,30 


 
 
157 
 
FƏSİL VI 
__________________________________________________________________ 
 
TEXNOGEN  (ANTROPOGEN)  MƏNŞƏLİ  RADİASİYA MƏNBƏLƏRİ 
 
 
 
Bu gün təbii radiasiya fonu yaradan şüalar sırasına insanın əməli fəaliyyətinin 
məhsulu olan süni – antropogen şüalanma da daxil olmuşdur. 
Qeyd edək ki, radioaktiv ölçmə işlərinin nəticələri atom enerjisindən  hərbi və 
dinc  məqsədlər  üçün  istifadənin  yaratdığı  süni  şüalanmanın  insanların  məruz  qaldığı 
ümumi  şüalanmanın 2 ‐  3 %   ‐  ni  təşkil etməsini  göstərir.  Göründüyü  kimi,  bu  rəqəm 
kifayət qədər kiçik rəqəmdir. Nəzərə alsaq ki, bu rəqəm süni şüalanmanın Yerin ümumi 
həcminə  görə  hesablanmış  orta  qiymətidir,  onda  konkret  ərazi  üçün  süni  şüalanma 
həddinin  kifayət  qədər  yüksək  ola  bilməsi  fikrini  söyləmək  mümkündür.  Məsələn, 
fəaliyyətdə olan ayrı‐ayrı reaktorların və sürətləndiricilərin ərazilərində (o cümlədən də, 
Çernobıl zonasında) işləyən personal üçün radiasiya yükü kifayət qədər yüksək olur.  
Bu məsələdə narahatlıq doğuran  amillərdən biri də antropogen radioaktivliyin 
payının  günbəgün  artmasıdır.  Aydındır  ki,  bu  artma  tendensiyası  müəyyən  bir  anda 
real təhlükə mənbəyinin yaranması ilə nəticələnməlidir. Burada əhəmiyyətli bir faktı da 
yaddan  çıxarmaq  olmaz.  Belə  ki,  sonuncu  onilliklərdə  insanın  əməli  fəaliyyəti  təbii 
radionuklidlərin  ətraf  mühitdə    yenidən  paylanmasına  səbəb  olmuşdur.  Bu  fəaliyyətə 
faydalı  qazıntıların  çıxarılması  və  emalı,  üzvi  yanacaqlardan  və  müxtəlif  gübrələrdən 
istifadə,  tikinti  materiallarının  istehsalı  və  istifadəsi,  texnoloji  tullantılarla  rəftar  və  s. 
daxildir.  Bundan  başqa,  XX  əsrin  sonuncu  onillikləri  ərzində  insanın  həyata  keçirdiyi 
nüvə reaksiyaları hesabına təbiətdə mövcud olmayan yüzlərlə yeni süni radionuklidlər 
əldə  etmək  mümkün  olmuşdur  ki,  onlardan  da  müxtəlif  məqsədlər  üçün  təbabətdə, 
enerji  istehsalında,  atom    silahlarının    yaradılmasında,  elmi  ‐  tədqiqat    işlərində,  
sənayedə,    kənd  təsərrüfatında,  faydalı  qazıntı  yataqlarının  axtarışında,  yanğınların 
yerlərinin müəyyənləşdirilməsində, saatlara işıqsaçan sferblatların quraşdırılmasında və 
s. geniş istifadə edilməyə  başlanılmışdır. Bütün bunlar isə, həm ayrı ‐ ayrı  insanların, 
həm də  bütövlükdə Yer kürəsi əhalisinin məruz qaldığı şüalanma dozasının artmasına 
səbəb olmuşdur. Qətiyyətlə demək olar ki, bu gün süni radionuklidlər biosferin ayrılmaz 
komponentinə çevrilmişlər.  
Dediklərimizdən  aydın  olur  ki,  Yerdə  həyat  radiasiya  fonunun  texnoloji 
dəyişməsinin  təsiri  altında  inkişaf  edir.  Əksər  hallarda  bu  dozanın  kiçik  olmasına 
baxmayaraq,  bəzi  hallarda  onların  yaratdığı  şüalanma  təbii  şüalanma  mənbələrinin 
şüalanmasından  bir  neçə  min  dəfə  yüksək  ola  bilir.  Bu  səbəbdən  də,  ayrı  ‐  ayrı 
insanların süni radiasiya mənbələrindən aldığı fərdi dozalar da kəskin fərqlənə bilir.   
 
Bir  qayda  olaraq,  təbii  mənbələrlə  müqayisədə  süni  radiasiya  mənbələrinin 
variabelliyi  daha  aydın  formada  özünü  göstərir.  Bundan  başqa,  nüvə  partlayışları  ilə 
bağlı  şüalanmanı  çıxmaq  şərti  ilə,  süni  radiasiya  mənbələrinin  yaratdığı  şüalanmanı 


 
 
158 
 
daha asan formada nəzarətdə saxlamaq mümkündür. Qeyd edək ki, kosmik və ya yer 
mənşəli şüalanmalar  nəzarətdə saxlanıla bilməyən şüalanmalardır.  
 
6.1. Peşə fəaliyyəti ilə bağlı şüalanma mənbələri. 
 
İnsanın əməli fəaliyyəti çoxlu sayda süni radiasiya mənbələrinin yaradılmasına 
səbəb  olmuşdur.  Bunlara  misal  olaraq,  yüklü  zərrəciklər  sürətləndiricilərini, 
plazmatronları,  implantatorları,  nüvə  reaktorlarını,  rentgen  aparatlarını  göstərmək 
olar.  Elmdə,  texnikada,  təbabətdə  istifadə  olunan  həm  neytron,  həm  də  müxtəlif  
radionuklid    mənbələrini    də    bu  qəbildən  olan  mənbələrə  aid  etmək  olar.  Uranın  
zənginləşdirməsi    ilə    məşğul  olan  zavodların  tullantıları,  istifadəyə  yaramayan  uran 
mənbələri də ionlaşdırıcı şüalanma yaradan mənbələr sırasına daxildir.  
Bir çox iri şəhərlərin radioekoloji vəziyyətinin öyrənilməsi radioaktiv çirklənmə 
səviyyəsi  əhəmiyyətli  dərəcədə  yüksək  olan  minlərlə  lokal  ərazilərin  mövcudluğunu 
aşkar
 
etdi.  Bu  cür  “radioaktiv  zibilliklər”  germetik  izotop  mənbələrin,  maye  və  toz‐
ovuntu  formasında  olan  radioaktiv  maddələrin,  tərkibinə  ionlaşdırıcı  şüalanma    
mənbələri        daxil      edilmiş      müxtəlif      cihaz      hissələrinin  zibilliklərə  atılması  və  ya 
onların itməsi nəticəsində yaranır.  
Qeyd edək ki, kosmik aparatların qəzaya uğraması nəticəsində enerji mənbəyi 
kimi istifadə  olunan  bort  reaktorlarının ayrı ‐ ayrı  hissələri (o cümlədən də, radioaktiv  
mənbələrin  hissələri)  müxtəlif  ərazilərə  səpələnir  ki,  bunlar  da,  öz  növbəsində,  yeni 
ionlaşdırıcı  şüalanma  mənbəyi  rolunu  oynayır.  Qlobal  miqyasda  isə  ətraf  mühitin 
radioaktiv çirklənməyə məruz qalmasında rekord yeri atom ‐ nüvə silahlarının yerüstü 
və yeraltı sınaqlarının keçirilməsi tutur.  
İnsanlara,  onların  sağlamlığına  təsir  edə  bilən  süni  şüalanma  mənbələrini 
ümumiləşdirməklə, onları  aşağıdakı  kateqoriyalara bölmək olar: 
1)  İnsanların məskunlaşma mühitinin süni şüalanma mənbələri; 
2)  Atom sənayesi müəssisələrinin və atom elektrik stansiyalarının radioaktiv 
tullantılarının yaratdığı çirklənmə mənbələri; 
3)  Atom‐nüvə  partlayışları  zamanı  yaranan  radioaktiv  maddələrin  qlobal 
çöküntülərinin yaratdığı mənbələr. 
Burada  belə  bir  faktı  qeyd  etmək  yerinə  düşərdi.  Belə  ki,  süni    ionlaşdırıcı 
şüalanmanın  təsiri  öyrənilərkən  professional  şüalanmanı  (insanların  peşə  fəaliyyətləri 
ilə  bağlı  şüalanmalarını)  əhalinin  ümumi  şüalanmasından  ayırmaq  çox  vacibdir.  Bu 
səbəbdən  də  təsirlərin  müxtəlifliyini  nəzərə  alaraq,  biz  aşağıda    əsasən    nüvə    enerjisi  
istehsalının  istilik  ‐  nüvə    tsiklinin    müxtəlif  mərhələlərində  və  nüvə  partlayışlarında 
ətraf  mühitin  radioaktiv  çirklənməsinin  yaratdığı  professional  şüalanmalar
 
üzərində 
dayanacağıq.
 
Atom  sənayesi  obyektləri,  artıq  qeyd  etdiyimiz  kimi,  potensial  şüalanma 
mənbələri  sırasına  daxildir.  Bu  obyektlərdə  ən  çox  şüalanma  dozasını  həmin 
obyektlərdə işləyən insanlar alır. Şüalanma dozasının bu növü insanların məruz qaldığı 
bütün şüalanma dozalarının ən böyüyüdür.  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə