Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə55/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

 
 
123 
 
(99.282 %  ‐ ni)  
238
 izotopu  təşkil edir. 
235
U izotopu ümumi kütlənin 0.712 %  ‐ ni,  
234
U  izotopu  isə  0.006 %  ‐ ni  təşkil edir. 
 
Vinoqradovun (Виноградов А.П.,1963)
 
aldığı nəticələrə əsasən ümumi kütləsi 
~  3∙10
22
  kq  olan  yer  qabığının  1∙10
17
  kq  ‐ı  uranın  payına  düşür.  AEBA  ‐nın
  
hesablamalarına  görə  isə,  praktiki  istismarı  mümkün  olan  yataqlarda  uranın  ümumi 
mıqdarı  ~  5∙10
9
  kq  (5040  min  ton)  qədərdir  ki,  bunun  da  1700  min  ton  ‐u  ABŞ‐ın,         
870 min  ton ‐u Kanadanın, 480 min ton ‐u Cənubi Afrika Respublikasının,  350 min ton 
‐u isə Avstraliyanın payına düşür.  
 
Cədvəl 5.6. ‐də istismar olunan yataqlarda uranın miqdarına dair göstəricilər 
öz əksini tapmışdır.                     
Qeyd  edək  ki,  müxtəlif  süxurlarda  uranın  miqdarı  geniş  intervalda  dəyişir.  
Qranitdə    onun    miqdarı    4.75∙10 
‐ 4
  %,    ortitdə    0.05 %,    monasitdə   0.1 %,  
samarskitdə  10 %,   uraninitdə   isə  70 %  təşkil edir. 
 
ABŞ geniş uran əyalətlərinə malikdır. Bunlara misal olaraq, Yuta, Arizona, Nyu‐
Meksiko  Ştatlarını  əhatə  edən  400  min  km
2
  ‐lik  Kolorado  layını,  Nevada  Ştatında  və 
Vaşinqton  Ştatının  Şimal‐Şərqində  yerləşən  Vayominqa  və  Dakotı  uran  yataqlarını 
göstərmək olar. Argentinanın qərbində və Brazilyanın dağ silsiləsində də uran yataqları 
mövcuddur. Uran yataqları Afrikanın cənubunda yerləşən Konqo, Zambiya, Mozambik 
və  Cənubi  Afrika  Respublikasında  da  geniş  əraziləri  əhatə  edir.  Adı  çəkilən  ərazi 
Vitvatersqrand filiz sahəsi adlanır. 
 
Cədvəl 5.6. 
İstismar olunan yataqlarda uranın miqdarına dair göstəricilər 
 
Ölkə 
Istismar olunan 
ehtiyat, min ton 
Ölkə 
Istismar olunan 
ehtiyat, min ton 
ABŞ 
530 (180)
*
Əlcəzair 
15 
Avstraliya  
290 (10)
*
Ispaniya 
10 
Cənubi  Afrika   
Resp.  
250 (140)
*
Yaponiya 
10 
Kanada 
220 (20)
*
Portuqaliya 
10 
Nigeriya 
160 
Pakistan 
10 
Namibiya 
120 
Meksika 
10 
Braziliya 
75 
Somali 
10 (10)

Fransa 
40 
Avstriya 

Qabon 
40 
Türkiyə 

Hindistan 
30 
Zair 

Argentina 
25 
Isveç 
1 (300)

Mərkəzi Afrika 
Resp.  
20 
 
 
 
* Potensial rentabelli ehtiyat 


 
 
124 
 
 
 
Avropada geniş uran əraziləri Fransada, Sloveniyada yerləşir. Rusiyada bu cür 
ərazilər  Pamir  və  Ural  dağlarında  yerləşir  (Действие  ион.  рад.  на  биогеоценоз, 
1988).  
 
Uran ərazilərində uran radioizotoplarının, müntəzəm olaraq, torpaqda, içməli 
suda,  su    hövzələrində  və  yeyinti  məhsullarında  artması  müşahidə  olunur  ki,  bu  da 
onların heyvan və insan orqanizminə daxil olmasını sürətləndirir. Müəyyən edilmişdir 
ki, uranın torpaqda və içməli suda miqdarı çox olduqda, onun yeyinti məhsullarında və 
insan orqanizmində miqdarı da çox olur (Wrenn M.E. et. al. 1985). Bunu cədvəl 5.7. ‐
də təsvir olunmuş rəqəmlərdən də aydın görmək olur. Burada A və B məntəqələri eyni 
iqtisadi,  demoqrafik    və  sanitar  göstəricilərə,  lakin  müxtəlif  uran  ehtiyatlarına  malik 
ərazilərdir.  Cədvəldən  göründüyü  kimi,  suda  uranın  bir  tərtib  çoxalması  onun  biotda 
da bir tərtib artmasına səbəb olur.           
      Cədvəl 5.7.  
Uranın içməli suda və tərəvəzdə miqdarı ilə insan orqanizmində  toplanması  
                                                           arasında koppelyasiya 
 
 
 
 
 
 
 
 
 
Uran,  yataqlardan  başqa,  az  miqdarda,  kiçik  dispers  şəklində  Yer  qabığının, 
demək  olar  ki,  bütün  süxurlarında,  ərazi  torpaqlarında,  yeraltı  sularda,  çay,  dəniz  və 
okeanlarda da olur.    
 
Əsas  süxurlarda  uranın  mıqdarının  müxtəlif  olması  və  həm  külək  şəraitinin, 
həm də suxurların yuyulma və parçalanma sürətlərinin eyni olmaması uranın müxtəlif 
növ torpaqlarda miqdarının da müxtəlif olmasına səbəb olur
 
(Виноградов А.П., 1957; 
Гродзинский Д.М., 1965).
     
  
Cədvəl 5.8. ‐də
 
təsvir olunmuş rəqəmlər dediklərimizi  tamamilə təsdiq edir.  
Rusiyanın  bəzi  torpaqlarında  uranın  miqdarı 50 Bk/kq  həddinə  çatır.  ABŞ ‐ 
ın  torpaqlarında  bu  göstərici  4.4  ‐  140  Bk/kq  intervalında  dəyişir  (Myrick  T.E.,  et.al., 
1983).  
 
Çay və göllərdə  də uranın miqdarı, onları əhatə edən süxurların tərkibindən 
asili olaraq, müxtəlif olur. 
Cədvəl  5.9.  ‐də  MDB  dövlətlərinin    bəzi  çay  və  göllərində  uranın  midarını 
göstərən  rəqəmlər  öz  əksini  tapmışdır  (КовальскийВ.В.  и  др.,1968;    Батурин  Г.Н., 
1975).                          
            Göstəricilər
 
A məntəqəsi
 
B məntəqəsi
 
Uranın miqdarı: 
          içməli suda, q/l 
          tərəvəzdə,  q/q 
          süddə,  q/l
 
 
2∙10
‐4 
(2‐4)∙10
‐9 
3.4∙10
‐10
 
 
7∙10
‐6 
(1.9‐4.5)∙10
‐10 
5.6∙10
‐12 
İnsan opqanizminə  
daxil olması, q/sutka
 
 
3.045∙10
‐4
 
 
1.26∙10
‐5 
İfrazatla çıxma, q/sutka
 
4.3∙10
‐5
 
1.25∙10
‐6


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə