Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə52/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

 
 
117 
 
 
Rosenin  (Кузин  А.М.,  1991)  aldığı  nəticələrə  əsasən  ekvatorial  en 
dairələrindən  qalxan  hava  axını    təyyarə    trasları    yerləşən  10  km    yüksəklikdə  
mikroorqanizmlər    toplaya    bilir.
 
Qeyd  edək  ki,  10  km  yüksəklikdə  ionlaşdırıcı 
şüalanma, dəniz səviyyəsi ilə müqayisədə, təxminən bir tərtib, neytronların sıxlığı isə 
iki  tərtib  çox  olur.  Bu  yüksəkliklərdə  (10‐20  km)  mikroorqanizmlərin  və  digər  bioloji 
mənşəli aerozolların kosmik şüalanma intensivliyi ekvatorda ən yüksək, yerin qütbləri 
üzərində isə ən kiçik olur. 
 
Məlum olduğu kimi, Günəş şüalanması həm Günəşdə baş verən partlayışların  
intensiv    olduğu    müddətdə,    həm    də    onun  hər  11  il    ‐  dən  bir  təkrarlanan  aktivlik 
tsiklində  güclənir.  Bu  zaman  biotun  şüalanmasında  ən  yüksək  pay  şüalanmanın 
yaratdığı 
3
H, 
14
C,
 7
Be, 
10
Be, 
22
Na  və  
24
Na kimi kosmogen radionuklidlərə düşür. 
 
Kosmik  neytronların  azot  və  oksigen  nüvələri  ilə  reaksiyası  nəticəsində 
yaranan  tritium  atomları  isə,  atmosferdə  tritium  suyuna  çevrilərək,  yağıntılarla 
torpağın  səthinə  çökür  və  suyun  normal  dövriyyəsində  iştirak  edir.  Materiklərdəki 
sularda  tritiumun  miqdarının   200 ‐ 900 Bk / m
3
,  okean sularında isə  100 Bk / m
3
 
həddində olması müəyyən edilmişdir
 
(Kaufman S., Libby W.F., 1954).    
 
ARTEK  ‐in  hesablamalarına  əsasən  biosferdə  ümumi  tritiumun  ehtiyatı 
1.3∙10
18
  Bk,  ayrı‐ayrı  toxumalarda  isə  onun  orta  konsentrasiyası  0.4  Bk/kq  həddində 
olur (НКДАР ООН, 1982). 
 
Neytron  və  protonların 
14
N  nüvələri  ilə  reaksiyası  nəticəsində  yaranan    
karbon ‐ 14 (
14
C) izotopu atmosferdə 
14
CO
2
 ‐ yə qədər oksidləşir və adi karbon qazı ilə 
birlikdə  fotosintez  prosesində  biota  daxil  olur.  Bu  izotopun  bitki  və  heyvan 
toxumalarında orta miqdarı hər bir kiloqram karbon üçün  227 Bk  qədər olur.   
 
ARTEK  ‐in    hesablamaları    biosferdə 
14
C  izotopunun  ümumi  miqdarının  
8.5∙10
18
 Bk həddində olmasını və hər il  10
15
 Bk qədər yeni 
14
C izotopunun yaranmasını 
göstərir  (НКДАР  ООН,  1982).  Kiçik  yaşama  müddətinə  malik  berillium‐7  izotopunun 
(yarımparçalanma periodu  53.6 sutka)  torpaqüstü  atmosferdə  miqdarı ~ 3∙10
‐3
 Bk / 
m
3
  qədər  olur.  Yağış  suları  vasitəsilə  o,  bitkilərə,  onlardan  isə  il  ərzində  50  Bk  
miqdarında heyvan və insan orqanizmlərinə daxil ola bilir.  
Biosfer  bundan  da  az  miqdarda 
22
Na  izotopuna  (yarımparçalanma  periodu 
2.62  il)  malik  olur.  Bu  izotopun  Yer  kürəsində  ümumi  miqdarı  4∙10
14
  Bk    həddində 
qiymətləndirilir ki, bunun da 8∙10
13
 Bk  ‐ i biosferin  payına  düşür (Кузин А.М.,1991).   
 
 
5.2. Yer mənşəli radioaktiv şüalanma
 
mənbələri 
5.2.1.  Yer  qabığının  radiasiyası.  Yerin  dağ  süxurlarının  radiospektrometrik 
analizi Yer qabığında mövcud olan əsas radioaktiv elementlərin kalium ‐ 40, rubidium ‐ 
87  və  başlanğıcını  uran  ‐  238  və  torium  ‐  232  izotoplarından  götürmüş  olan  iki 
radioaktiv ailənin üzvlərinin olmasını göstərir. Qeyd edək ki, böyük yaşama müddətinə 
malik olan uran ‐ 238 və torium ‐ 232 radioaktiv elementləri Yerin yaranması anından 
onun  tərkibinə  daxil  olmuşlar.  Bu  elementlərin  yarımparçalanma  periodları  milyon 
illərlə hesablanır. Parçalanma nəticəsində təkcə bu elementlərin özləri deyil, həm də 
onların  parçalanma  məhsulları  radioaktiv  şüalar  yaradır.  Böyük    miqdarda    uran  


 
 
118 
 
filizləri  Avstralyada,  Rusiyada,  Çexiyada, Slovakiyada, Konqoda, Cənubi Afrikada və 
ABŞ ‐ da tapılmışdır. 
Yer  mənşəli  təbii  ionlaşdırıcı  şüalanma  mənbələrini  xarici  və  daxili  növlərə 
ayırırlar.  Xarici  şüalanma  mənbələrinə  misal  olaraq,  müxtəlif  dağ  süxurlarında,  suda, 
torpaqda, havada, tikinti materiallarında və s. olan radionuklidləri göstərmək olar. Bu 
növ  şüalanma  insan  orqanizmi  üçün  xarici  radiasiya  təsiri  yaradır.  İnsan  orqanizminə 
kənardan  qida  məhsulları  və    udulan  hava  vasitəsilə  daxil  olan  radionuklidlər 
orqanizmin daxili şüalanmasını yaradır ki, bunlar da ikinci növə  aid edilir.  
Bütün  eyni  şərtlər  daxilində,  o  cümlədən  də  eyni  miqdarda  radionuklidlər 
misalında,  aşağıda  qeyd  olunan  səbəblərə  görə  daxili  şüalanma  xarici  şüalanmaya 
nisbətən insan orqanizmi üçün daha qorxulu olur: 
1)  Daxili orqanların dəri örtüyü ilə mühafizə olunmaması; 
2)  Şüalanma  müddətinin  adətən  kifayət  qədər  çox  olması  (bu  müddət 
radionuklidlərin orqanizmdə qalma müddətlərinə bərabər olur); 
3)  şüalanma  mənbəyi  ilə  şüalanan  toxuma  arasında  məsafənin  çox  kiçik 
olması hesabına udulma dozasının kəskin böyük olması. 
Təbii    radionuklidlərin    parçalanması      α  ‐  ,    β    ‐zərrəciklər    və    γ    ‐  kvantlar  
əmələ gətirir. α ‐ ,  β ‐ zərrəciklərin qaçış yolunun həddən artıq kiçik olması ona səbəb 
olur  ki,  bu  zərrəciklər  bir  neçə  millimetr  qalınlığı  olan  bioloji  toxumalarda  tamamilə 
udulurlar.  Buna  görə  də  Yerin  üst  qatinda,  suda  və  havada  olan  radionuklid 
şüalanmasının  xarici  təsirini  qiymətləndirərkən,  adətən,  yüksək  nüfuzetmə 
qabiliyyətinə  malik  γ  ‐  şüalar  nəzərdən  keçirildiyi  halda,    daxili  şüalanma  üçün 
ionlaşdırma  qabiliyyəti,    β    və  γ  ‐  şüalanmalarla  müqayisədə,    kifayət  qədər  yüksək 
olan  α ‐zərrəciklər daha əhəmiyyətli rol oynayırlar.  
Qeyd  edək  ki,    torpağın    radioaktivliyinin    öyrənilməsinin    müasir    metodları  
yüksək nüfuzetmə qabiliyyətli   γ ‐ şüaların qeydə alınmasına əsaslanmışdır.  
Buna  görə  də  onların  köməyi  ilə  Yer  qabığında  olan  yalnız  uran  ‐  radium  və 
torium  sırasının  γ  ‐  radioaktiv  izotoplarını  və  kaliumu  aşkar  etmək  olar.  Müəyyən 
edilmişdir  ki,  dağ  süxurlarından  əmələ  gələn  torpaq  orta  hesabla  (1‐3)%  kalium,          
(1‐2) % uran və  (5‐10)∙10 
‐ 4 
 % torium izotoplarına malik olur.  
Aydındır    ki,  Yer    kürəsinin    ayrı  ‐  ayrı    ərazilərində  radiasiya    şüalanmasının  
səviyyəsi,  radionuklidlərin  həmin  yerdə  konsentrasiyasından  asılı  olaraq,  eyni  olmur. 
Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ‐da aparılmış tədqiqatlardan məlum olur ki, 
bu  ölkələrin  əhalisinin  təxminən    95  %  ‐  i  şüalanma  dozası  gücünün  il  ərzində  0.3  –    
0.6  mZv  olduğu  ərazilərdə  yaşayır.  Əhalinin  təqribən  3  %  ‐  i  kifayət  qədər  yüksək           
(~ 1 mZv/il), 1.5.% ‐ i isə bundan da yüksək (1.4 mZv/il) şüalanma dozası qəbul edir. 
Radiasiya səviyyəsi ifrat yüksək olan əarazilər də mövcuddur ki, bunlar da, şərti olaraq,  
şəkil 5.9  ‐ də göstərilmişdir (Радиация. Дозы, эффекты, риск, 1990).   
Təbii  radionuklidlər,  bir  qayda  olaraq,  daha  çox  miqdarda  mərmər  və  qranit 
tərkibli  dağ  süxurlarında  toplanır.  Əhəngdaşı  və  qumlu  süxurlar  isə,  adətən,  kiçik 
radioaktivliyə  malik  olur.  Bəzi  şistlər  (lay‐lay  quruluşlu  suxurlar),  əsasən  də  üzvü 
maddələrə malik olanlar, yüksək radioaktivliklə xarakterizə oluna bilirlər. 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə