Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə54/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   50   51   52   53   54   55   56   57   ...   148

 
 
121 
 
Sxemdən  göründüyü  kimi,  parçalanmanın  birinci  yolu   β ‐ şüalanma   ilə 
müşayiət  olunur.  β  ‐  parçalanma 
40
K  izotopunun  ümumi    parçalanmasının  88  %  ‐  ni  
təşkil edir və bu parçalanma nəticəsində stabil kalsium elementi və 1.32 MeV enerjili 
elektronlar  seli  (β  ‐şüalanma)  yaranır.  Parçalanmanın  12%  ‐  i    isə  elektron  zəbti  (K  ‐ 
zəbti) hesabına yaranır və bu parçalanma arqon elementinin və 1.46 MeV enerjili  γ  ‐ 
kvantlar selinin yaranması ilə nəticələnir. 
 
Cədvəl 5.3. ‐də
 
40
K izotopunun müxtəlif nümunələrdə miqdarına dair nəticələr 
göstərilmişdır.  
      
Cədvəl 5.3. 
40
 izotopunun müxtəlif nümunələrdə miqdarına dair  göstəricilər 
 
Mənbə 
40
K‐ın konsentrasiyası 
         (Bk∙kq
‐1

       Mənbə 
40
K‐ın konsentrasiyası 
          (Bk∙kq
‐1

Dəniz suyu 
12 – 15 
Qumdaşı 
300 – 400 
Torpaq 
37 – 1100 
Apatitlər 
44 – 170 
Əhəngdaşı  
30 – 40 
Fosfatit 
230 
Qranit 
925 – 1200 
Kaliumlu‐fosfat 
kübrəsi 
 
5900 
Bazalt 
290 – 400 
Kaliumlu‐azot‐
fosfor kübrəsi 
 
1200 ‐ 5900 
Vulkanik süxur 
814 – 925 
Gilli şist 
85 ‐ 850 
 
 
Çoxlu  sayda  mineral  və  torpaq  süxurlarının  tərkibinə  daxil  olan 
40
K  izotopu 
biotun  β ‐ və γ ‐ şüalanmaya məruz qalmasına səbəb olur. Qeyd edək ki, biotun əsas 
xarici şüalanma mənbəyi rolunu oynayan 
40
izotopu onunla bilavasitə təmasda  olan  
torpağın    mikroflorası,  bitkilərin  kök  sistemləri,  torpaq  faunası  üçün  daha  böyük 
əhəmiyyət kəsb edir.  
 
Orqanizmin,  onun    ayrı  ‐  ayrı    orqan    və    toxumalarının    daxili    şüalanması 
baxımından da 
40
K  izotopunun əhəmiyyəti böyükdür. 
 
Bildiyimiz  kimi,  kalium,  əvəzolunmaz  element  olaraq,  bir  sıra  metabolik 
proseslərdə iştirak edir və ətraf mühitin ayrı ‐ ayrı komponentlərindən çox fəal şəkildə 
müxtəlif  orqanizmlərə  daxil  ola  bilir.  Müəyyən  edilmişdir  ki,  orqanizmin  müxtəlif 
strukturlarında  kaliumun  miqdarı,  xüsusi  sistemlərlə  tənzimlənməklə,  daimi 
homeostatik  nəzarət  altında  olur.  Dediklərimiz  kaliumun  bütün  izotoplarına,  o 
cümlədən də   
40
K   izotopuna aiddir.   
 
40
K  izotopu  torpaqdan  kök  sistemi  vasitəsi  ilə  bitkilərə,  onlardan  isə  heyvan, 
son nəticədə isə qida məhsulları vasitəsi ilə insan orqanizminə daxil ola bilir.  
Cədvəl 5.4. ‐də bitkilərdə 
40
izotopunun miqdarına dair  göstəricilər öz əksini 
tapmışdır.  
Qeyd edək ki, 
40
K  izotopu ilə daha çox zəngin olan bitki lobya, kartof, qoz  və 
quşüzümüdür.   Bu   bitkilərdə   
40
K    izotopunun   miqdarı   uyğun   olaraq,  229 Bk/kq, 


 
 
122 
 
Cədvəl 5.4. 
Bəzi bitkilərdə 
40
K –ın miqdarına dair  göstəricilər 
 
Bitkinin 
növü 
Təzə toxumada 
40
K‐ın 
miqdarı  (Bk/kq
Bitkinin növü 
Təzə toxumada 
40
K‐ın 
miqdarı  (Bk/kq
Dənli 
bitkilər 
18.5 – 159 
Təzə meyvə 
 (biol. döl) 
7.4 – 355 
Paxlalı 
bitkilər 
177 – 299 
Göbələklər 
277 
Təzə tərəvəz 
40 ‐ 174 
 
 
 
 
174 Bk/kq,  210 Bk/kq  və 355 Bk/kq ‐ dır. 
40
K  izotopu  ya  birbaşa  bitki  mənşəli  qidalarla,  ya  da  dolayı  yolla  heyvan 
orqanizmindən insan orqanizminə daxil ola bilir. 
 
 
 
Cədvəl 5.5. ‐ də isə  
40
K  izotopunun insan orqanizminin ayrı‐ayrı  toxuma və 
orqanları üzrə paylanması təsvir edilmişdir.  
Cədvəlin  təhlilindən  aydın  olur  ki,  dalaqda,  eritrositlərdə  və  qırmızı  sümük 
iliyində bu izotopun miqdarı daha yüksək olur. 
Cədvəl 5.5.  
       40
K izotopunun insan orqanizminin müxtəlif toxumaları üzrə paylanması 
 
Tədqiqat 
obyekti 
Toxumalarda  
K elementinin 
orta  
konsentrasiyası 
(q/kq)  
Toxumalarda
 
40
K   izotopunun 
aktivlik  
konsentrasiyası 
(Bk/kq)  
Tədqiqat 
obyekti 
Toxumalarda  
 elementinin 
orta 
konsentrasiyası 
(q/kq)  
Toxumalarda
   
40
K  izotopunun 
aktivlik 
konsentrasiyası 
(Bk/kq)  
Timus 
0.6 
18
Ürək
2.1
63 
Dəri 
0.8 
24
Qaraciyər
2.5
75 
Qalxanvarı 
vəzi 
1.2 
36
Mərkəzi  
sinir sistemi 
2.9
87 
Bağırsaqlar 
1.2 
36
Baş beyini
3.0
90 
Nazik 
bağırsaq 
1.3 
39
Skelet 
əzələsi   
3.0
90 
Qan 
1.6 
48
Dalaq 
3.1
93 
Ağ ciyər 
1.9 
57
Eritrositlər
3.4
102 
Yumurtalıq  
2.0 
60
Qırmızı ilik
4.0
121 
          
 
b) Biosferdə uranın və onun parçalanma məhsullarının miqdarı. 
 
Uran torpaq 
örtüyünün  süxurlarında  geniş  yayılmış  elementdir.  Təbii  uranın   
238
U,   
235
U    və   
234
U  
kimi  üç  müxtəlif  izotopu  vardır.  Bu  izotopların  yarımparçalanma  periodları  uyğun 
olaraq,    4.5  ∙10
9
  il,    7.13  ∙10
8
  il          2.48  ∙10
5
  il  ‐  dir.  Təbii  uranın  əsas  kütləsini                 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə