Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə49/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   45   46   47   48   49   50   51   52   ...   148

 
 
111 
 
diapazonunda UB ‐ şüalanmanın  dozası arasında düz asılılığın mövcud olması faktları 
məlumdur (Усманов С.М., 2001).   
 
BMT  ‐nin  ekspert  komissiyasının  gəldiyi  rəyə  əsasən  ozon  təbəqəsinin  10  % 
azalması dəri xərçəngi hallarının 26 % artmasına səbəb ola bilər (НКДАР, 1982).  UB ‐ 
şüaların  təsiri  ilə  xərçəng  xəstəliyinin  yaranma  səbəbini  aydınlaşdırmağa  çalışarkən 
aydın olmuşdur ki, UB ‐ B şüalarının təsiri ilə DNT ‐ də zədələnmələr baş verir. Buna 
səbəb  kimi,  həm  atomlararası  rabitələrin  qırılması,  həm  də  ikiqat  spiralın  ayrı  ‐  ayrı 
elementləri arasında əlavə körpü ‐ rabitələrin yaranması göstərilir.  
Məlum  olduğu  kimi,  hər  bir  hüceyrə  genetik  proqramlaşdırılmış  DNT 
zədələnmələrini  “təmir  etmək”  mexanizminə  malikdir  və  hüceyrə  əksər  hallarda  bu 
funksiyanın öhdəsindən gələ bilir. Əgər şüalanma kvantı birbaşa DNT ‐ni “təmir” edən 
genin üzərinə düşürsə, onda bu mexanizm sıradan çıxa bilir. 
 
Son  illər  UB  ‐  şüaların  Lanqerqans  hüceyrələrinin  işini  tormozlamaqla,  insan 
orqanizminin    immun    sisteminə    güclü    təsit      göstərə    bilməsinə    dair    faktlar  da 
müəyyən edilmişdir. Elmi ədəbiyyatda UB ‐ şüaların, qazanılmış immun çatışmamazlığı 
sindiromu  (QİÇS,    AİDS  ‐  ingiliscə,    SPİD  ‐  rusca)  da  daxil  olmaqla,  bir  çox  virusları 
fəallaşdıra  bilməsinə  dair  məlumatlara  da  rast  gəlmək  olur  (Усманов  С.М.,  2001).  
Hesab olunur ki, bu səbəbdən də Günəş şüalarında qaralmağa meyilli insanlarda virus 
xəstəlikləri daha ağır formada keçir. 
 
İndi də UB ‐ şüaların təsirində əhəhmiyyətli rola malik olan
 
Yerin ozon örtüyü 
haqqında məlumatlarla tanış olaq. Məlum olduğu kimi, Yer atmosferinin ozon tərkibi, 
ümumi  tərkiblə  müqayisədə,  çox  kiçikdir.  Belə  ki,  ozon,  ümumi  atmosferin  yalnız   
4∙10
‐7
 % ‐ ni təşkil edir. Buna baxmayaraq, planetimizdə  həyatın yaranması və bu günə 
qədər də inkişaf edərək mövcud olması məhz ozon təbəqəsinin hesabınadır. 
Ozon (O
3
) – oksigenin ikinci, nisbətən dayanıqlı birləşməsidir və  o da, adi O
2
 
forma  kimi,  oksigen  yarada  bilir.  Atmosferdə  oksigen  mövcud  olan  gündən  ozon  da 
mövcud  olmuşdur.  Ozon  təbəqəsi  qısadalğalı  UB  ‐  şüaları  uda  bildiyindən  o,  mövcud 
olan  andan  Yerdə  canlıların  müdafiəsi  rolunu  həyata  keçirməyə  başlamışdır.  Bu 
səbəbdən  də,  suda  yaşayan  canlıların  Yerin  səthinə  qalxması,  suda  ‐  quruda 
yaşayanların və sonradan heyvanların əmələ gəlməsinə zəmin yaranmışdır. 
 
Ozon təbəqəsinin 230 nm ‐ dən 300 nm ‐ ə qədər bütöv udulma spektri bioloji 
aktiv oblastı əmələ gətirir. Məlum olduğu kimi, nuklein turşuları γ ‐ şüaları  məhz  bu 
diapazonda  (240  ‐  300  nm)  udurlar.  Həmçinin  də  nuklein  turşuları  zülal  örtüyünə 
malikdir ki,  o da,  250 ‐ 400 nm intervalında udulma zolağına malikdir. Bu səbəbdən 
də  nuklein  turşuları  Günəş  radiasiyasının  hüceyrənin  ölümünə  və  yaxud  da 
mutasiyasına səbəb ola bilən təsirindən tamamilə mühafizə olunurlar. 
 
Strotosferin  ozon  təbəqəsinin  azalması  bəşəriyyət  üçün  fəlakətlə  nəticələnə 
bilər. Ozon təbəqəsi insanları və bütövlükdə canlı təbiəti Günəşin sərt UB və yumşaq 
rentgen  şüalarından  qoruyan  yeganə  nazik  ekran  təbəqəsidir.  Bu  gün  minlərlə  güclü 
raketlərin  buraxılması,  atmosferin  yuxarı  qatlarında  reaktiv  təyyarələrin  gündəlik 
uçuşları,  atom  və  istilik‐nüvə  silahlarının  sınaqdan  keçirilməsi,  təbii  ozonator  rolunu 
oynayan  milyonlarla  hektar  meşələrin  yanğınlar  hesabına  və  vəhşicəsinə  qırılmaqla 


 
 
112 
 
məhv  edilməsi,  texnikada,  ətriyyat  sənayesində  və  məişət  kimyasında  freonlardan 
kütləvi  şəkildə  istifadə  edilməsi  Yer  atmosferinin  ozon  təbəqəsini  dağıdan  əsas 
faaktorlardır. Bu səbəbdən də, son illər Yer kürəsinin Şimal və Cənub qütblərində hər 
birinin  sahəsi  10  mln.  km
2
  ‐dən  çox  olan  nəhəng  “ozon  deşikləri”  (az  konsentrasiyalı 
ozon  sahələri)  əmələ  gəlmişdir.  Belə  sahələrə  daha  çox  Rusiyanın  və  əksər  Avropa 
ölkələrinin üzərində rast gəlmək olar.  
Yerin  ozon  ekranının  dağılması  insan  sağlamlığına  və  canlı  təbiətə  neqativ 
təsir edən bir sıra aşkar və gizli hallarla müşayiət olunur. Günəşin, görünən işıqdan 50‐
100  dəfə  böyük  enerjiyə  malik  rentgen  və  UB  ‐  şüaları  həmin  yerlərdən  sərbəst 
keçərək,  güclü  meşə  yanğınları  üçün  real  şərait  yaradır.  Məsələn,  1996  ‐  cı  ildə 
Rusiyada  rekord  sayda  meşə  yanğınları  baş  vermişdir  ki,  nəticədə  2  mln.  hektar  ‐a 
qədər meşə sahəsi yanıb məhv olmuşdur. Yanğınlar nəticəsində (təkcə meşə yanğınları 
yox)    istiliklə  bərabər  külli  miqdarda  karbon  qazı  yaranır  ki,  bu  da,  Yeri  kosmosun 
soyuğundan  qoruyan  termoizoləedici  təbəqənin  yaranmasına  səbəb  olur. 
Termoizoləedici  təbəqə  isə,  öz  növbəsində,  Yerin  ətrafında  istiliyin  toplanmasına 
zəmin  yaradır.  Son  nəticədə  karbon  qazının  və  istiliyin  artıq  miqdarda  toplanması 
“istixana effekti” adlanan effektin  yaranması ilə nəticələnir. Belə qənaətə gəlmək olar 
ki,    bu  formada  artma  tendensiyası  gələcəkdə  planetimizin  Venera  planetinə,  yəni 
yüksək  temperaturlu  və  yüksək  karbon  qazı  tərkibli  planetə  çevrilməsinə  səbəb  ola 
bilər.  
Yer  atmosferinin  karbon  qazı  ilə  zənginləşməsində  müxtəlif  istilik  maşın  və 
mexanizmlərinin, istilik elektrik stansiyalarının və s. rolu da böyükdür.  
 
Qeyd  edək  ki,  ozon  “deşiklərinin”  yaranmasına  dair    “kimyəvi  versiyanı”  heç 
də  bütün  alimlər  müdafiə  etmirlər.  Məsələn,  nüfuzlu  ingilis  alimləri  qrupu  ozon 
qıtlığının yaranmasının yalnız 30% ‐ nin freonun hesabına olması qənaətinə qəlmişlər.  
Azalmanın  70  %  ‐  nin  səbəbi  isə  məlum  deyildir.  Digər  bir  qrup  alimlər  isə  freonun 
ozonun  azalmasında  ümumiyyətlə  rolunun  olmadığını  söyləyirlər.  Onların  fikrincə, 
ozon  difisitinin  yaranmasının
 
başlıca  səbəbi  atmosfer  sirkulyasiyası  ilə  bağlı  klimatik 
dəyişmələr,  kosmik  şüalanma  və  Günəş  aktivliyinin  dəyişməsidir.    “Tayfun”  Elmi 
İstehsalat  Birliyinin  alimləri  A.  Qavrilov  və  O.  Kaydanov  da  atmosfer  dəyişmələri  ilə 
“ozon  deşiklərinin”  yaranma  tezliyi  arasında  müəyyən  korrelyasiyanın  olmasını 
müəyyənləşdirə  bilmişlər.  Tanınmış  fizik  Andrey  Petroviç  Kapitsa  isə  “ozon 
deşiklərinin”  yaranmasında  təbii  faktorların  başlıca  rola  malik  olması  fikrinin 
tərəfdarıdır.  Alim həmçinin də hesab edir ki, “ozon deşiklərinin” insan sağlamlığı üçün 
təhlükəli olması əhəmiyyətli dərəcədə şişirdilir (Усманов С.М., 2001).   
 
Maraqlıdır ki, əmələ gələn “deşiklər” bərpa olunmağa meylli olurlar. Müəyyən 
edilmişdir  ki, Rusiya  üzərində  “ozon  deşikləri”  hər  iki  ildən  bir  yarana  bilir  və  onların 
yaranma səbəbləri aydın olmur.   
Qeyd  edək  ki,  bir ‐ birinə  zidd  fikirlərin olmasına  baxmayaraq, Ümumdünya 
Səhiyyə Təşkilatının   mütəxəssislərini    stratosfer   ozonunun   azalması  çox  narahat 
edir.  Narahatçılığa  başlıca  səbəb kimi UB  ‐ şüalanmasının artması göstərilir.    
 
BMT  ‐  nin  ətraf  mühitə   dair  hesablamalarının  nəticələrinə  əsasən   hər   il  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə