Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə45/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   41   42   43   44   45   46   47   48   ...   148

 
 
101 
 
 
 
 
     Şəkil 5.1. Müxtəlif radiasiya mənbələrinin yaratdığı şüalanmaya dair pay  
                               diaqramı. 
 
radionuklidlər  başa  düşülür.  Bu  mənbələrin  yaratdığı  şüalanmaları,  uyğun  olaraq, 
kosmik  və  yer  mənşəli  şüalanmalar  adlandırırlar.  Şüalanmanın    kosmik  və  ya  yer 
mənşəli  olmasından  asılı  olmayaraq,  onların  əksəriyyətinin    yaratdığı  şüalanmanın 
təsirindən  qətiyyən  qorunmaq  mümkün  deyil.  Belə  ki,  yarandığı  gündən  Yerin  səthi 
kosmosdan  gələn  müxtəlif  şüaların  təsirinə  məruz  qalır  və  Yer  qabığının  özündə  
mövcud olan müxtəlif radioaktiv maddələrin şüalanması bu təsiri daha da gücləndirir. 
 
İnsanların   məruz    qaldığı    şüalanmanı   iki  növə   ayırmaq   mümkündür.  
Radioaktiv maddə, bir halda, orqanizmdən kənarda ola bilər və bu halda onu xaricdən 
şüalandıra  bilər.  Bu  şüalanma  növü  xarici  şüalanma  adlanır.  Digər  halda  isə,  havada, 
suda və qidada olan radioaktiv maddə asan yolla orqanizmə daxil ola bilər ki, belə olan 
halda  artıq orqanizmin daxili şüalanmasından söhbət gedə bilər.  
 
Orqanizmin əsas şüalanma yolları və onların ümumi şüalanmaya verdikləri pay 
diaqram şəklində (faizlərlə), uyğun olaraq, şəkil 5.2 və şəkil 5.3 ‐də öz əksini tapmışdır.  
Artıq qeyd etdiyimiz kimi, təbii şüalanma mənbələrinin yaratdığı şüalanmaya 
Yer kürəsinin hər bir sakini məruz qalır. Fərq onlardan bir qisminin az, digər qisminin  
isə  çox  şüalanma  dozası  qəbul  etmələridir.  Buna  səbəb  isə  onların  fərqli  yerlərdə 
yaşamalarıdır.  Aydındır  ki,  radioaktiv  süxurlarla  zəngin  ərazilərdə  yaşayan  əhali  daha 
çox şüalanmaya məruz qalmalıdırlar.  
 
Qəbul  olunan  şüalanma  dozası  həmçinin  əhalinin  yaşayış  tərzindən  də  asılı 
olur. Belə ki, istifadə olunan bəzi tikinti materialları, qida hazırlamaq üçün təbii qazdan 


 
 
102 
 
istifadə, açıq kömür kürələri (manqallar), binaların germetiklik dərəcəsi, həmçinin də 
təyyarələrdə uçuşlar şüalanma səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilir.  
 
 
 
          
 
 
 
 
 
 
 
 
 
 
                           
 
                                Şəkil 5.2.  Orqanizmin əsas şüalanma yolları. 
 
 
 
Şəkil 5.3 ‐ dən  göründüyü  kimi,  Yerin  özünə  məxsus  radiasiya mənbələri 
insanların  məruz  qaldığı  təbii  radiasiyanın  yaratdığı  şüalanmanın  çox  hissəsini  təşkil 
edir

Müəyyən  edilmişdir  ki,  orqanizmin,  əsasən,  daxili  şüalanmasını  yaradan  Yer 
mənşəli radiasiya mənbələri əhalinin qəbul etdiyi illik effektiv ekvivalent dozanın orta 
hesabla  5/6  hissəsini  təşkil  edir.  Qalan  hissəni  isə  xarici  şüalanma  mənbəyi  rolunu 
oynayan kosmik şüalanma yaradır.  
Dediklərimizdən  aydın  olur  ki,  Yerdə  təbii  radiasiya  fonunu  əsasən  Yer 
süxurlarının  tərkibində  olan  radioaktiv  elementlərin  yaratdığı  şüalar  və  kosmosdan 
gələn  şüalar    formalaşdırır  ki,  bunlar  da  insan  orqanizminin  xarici  və  daxili 
şüalanmasına  səbəb  olur.  Bu  zaman  Yer  qabığının  özündə  və  bəzi  tikinti 
materiallarında  mövcud  olan  təbii  radioaktiv  elementlərin  yaratdığı  şüalar,  insan 
bədənini deşib keçməklə, orqanizmin xarıcı radiasiya şüalanmasını yaradır. Bəzi tikinti 
materiallarından,  yanacaq  kimi  təbii  qazdan,  həmçinin  də  duş  qəbulu  zamanı    təbii 
sudan  istifadə  onlardan  ayrılan  radioaktiv  radon  qazının  nəfəs  yolları  ilə  insan 
orqanizminə  yol  tapmasına  və  nəticədə  onun  daxili  şüalanmasına  gətirib  çıxarır. 
Bundan  başqa,  qida  rasionumuzu  təşkil  edən  məhsulların  bəzi  hallarda  mikroskopik 
miqdarda  radioaktiv  elementlərə  malik  olması  da  orqanizmin  daxili  şüalanmasına 
səbəb olur.  
 
Tikinti materialları 
Kosmik şüalar 
      Tikinti materialları
Yerin səthi 
Yerin səthi
Kosmik şüalar


 
 
103 
 
     
 
 
       
Şəkil 5.3.  Yer və kosmik mənşəli şüalanma mənbələrinin daxili və xarici  
                        şüalanmada payı. 
 
 
 
Kosmik və Yer mənşəli şüalanmaların yaratdığı xarici şüalanmaya dair məlum 
olan bəzi faktlarla  tanış olaq.  
 
 
5.1. Kosmik mənşəli təbii şüalanma mənbələri  
 
Kosmik  fəzanı  dolduran  yüksək  enerjili  zərrəciklər  seli  və  həmin  zərrəciklərin 
Yer  atmosferində  yaratdığı  ikinci  şüalanma  kosmik  şüalar  və  ya  kosmik  şüalanma 
adlanır.  Hal‐hazırkı  dövrdə  kosmik  şüaların  fiziki  xüsusiyyətləri,  onların  energetik 
spektrləri,  bucaq  paylanmaları,  yaratdığı  şüalanma  dozaları  haqqında  geniş 
məlumatlar  toplanmışdır.  Yer  ətrafı  fəzada  və  atmosferin  yuxarı  qatlarında  kosmik 
şüaların geniş tədqiqinə 60 ‐cı illərdən başlamışdır. Qeyd edək ki, bu tədqiqatlar Yerin 
süni  peyklərindən,  yüksəklik  aerostatlarından  və  təyyarələrdən  istifadə  nəticəsində 
mümkün olmuşdur. Müəyyən edilmişdir ki, ilkin kosmik şüalar 0.01 ‐ 1 QeV  və daha 
çox enerjiyə malik Qalaktik kosmik şüalardan və enerjisi bundan xeyli kiçik olan Günəş 
şüalarından ibarətdir. Günəş  şüalarının qeydə alınmış tipik enerjisi  40 ‐ 50 MeV  ‐ ə 
bərabər  olur.  Kosmik  zərrəciklərin  kinetik  enerjisi  də    0.1  ‐  1  Mev    ‐  ə  bərabər  Yer 
mənşəli şüalanmanın kinetik enerjisindən bir neçə tərtib yüksək olur.  
Qalaktik  şüalanmanı  Günəş  sistemindən  çox  ‐  çox  uzaqlıqda  yerləşən 
obyektlər  yaratdığı  halda,  Günəş  şüalanması  Günəşin  səthində  baş  verən  möhtəşəm 
Xromosfer  partlayışları  nəticəsində  yaranır.  Bu  partlayışlar  həm  rentgen, 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə