Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə42/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

 
 
92 
 
               
 
               
        Şəkil 4.14.  SRP‐88 tipli ssintilyasiya dozimetrinin xarici görünüşü. 
 
 
 
 
             Şəkil 4.15.  MKS ‐ AT 1125 A  tipli ssintilyasiya dozimetrinin xarici görünüşü. 
 
 
diapazonuna malikdir. 
                         
SRP – 88 H   və   SRP – 88 H1   tipli  ssintilyasiya sayğaclarından əsasən geoloji 
kəşfiyyat  məqsədi  ilə  γ  ‐  şüalanma  əsasında  müxtəlif  dağ  süxurlarının  və  dağ‐mədən 
sahələrinin  radioaktivliyini  ölçmək  məqsədi  ilə  istifadə  edilir.  Bu  cihazlar,  bilavasitə 


 
 
93 
 
təyinatından  başqa,  həm  də  ətraf  mühitin,  o  cümlədən  də  AES‐lərin  və  onlara  yaxın 
ərazilərin  radioekoloji  nəzarətini  həyata  keçirmək  üçün  geniş  istifadə  edilir.  Cihazlar 
detektə etmənin ssintilyasiya blokundan daxil olan impulsların orta tezliyini ölçür. Bu 
tip  ssintilyasiya  sayğaclarında    qeydəalmanın  minimal  enerji  həddi    20  keV  ‐  ə 
bərabərdir. 
                         Ölçü işi aparmağa başlamamışdan əvvəl cərəyan mənbəyinin çıxış gərginliyinin 
minimal  həddi  aşmaması  müəyyənləşdirilir  və  detektoru  kontrol  radioaktiv  maddəyə 
yaxınlaşdırmaqla,  impulsların  sayının  artması  əsasında  cihazın  işləmə  qabiliyyəti 
yoxlanılır. 
 
               MKS ‐ AT 1125 A  tipli dozimetr‐radiometr (şəkil 4.15)  isə enerjiyə görə   30 
keV ‐ 3 MeV,  ekspozisiya dozasının gücünə görə isə 30 nSv/ saat – 0,1 Sv/saat ölçmə 
diapazonuna  malikdir.  Bu  cihaz  geniş  diapazonda  qamma‐şüalanmanın  doza  gücünü 
ölçməklə  yanaşı,  həm  də  α  ‐      β  ‐  zərrəciklər  selinin  sıxlığını  ölçmək  imkanlarına 
malikdir.  Verilmiş yerdə ekspozisiya dozasının gücü, ölçmə işini 5 dəfə təkrarlamaqla 
və  detektoru  yerin  səthində  5  sm  məsafədə    saxlamaqla,  ölçülür.  Alınmış  nəticələrin 
xətaları, adətən,  ± (10‐20 həddini aşmır.                     
 
              Fərdi  dozimetrlər  olaraq  isə,    DK‐02,  DP‐22A,  DP‐24,  ID‐1,  ID‐11  tipli 
dozimetrlərdən istifadə edilir. 
 
              Doza   gücünü    ölçmək  üçün   istifadə  olunan   IMD – 21  tipli  cihazdan γ  ‐ 
şüalanmanın ekspozisiya dozasının gücünü ölçmək üçün istifadə edilir. Cihaz 80 keV ‐ 
dən 2.6 MeV  ‐ ə qədər enerji diapozonunda  1 R/saat  ‐ dan 10
5
  R/saat ‐ a qədər  γ ‐ 
şüalanmanın ekspozisiya dozasının gücünü təyin etməyə imkan verir. 
 
             DP ‐ 22A tipli dozimetrlər dəsti şüalanma dozasını ölçmək üçün istifadə edilr.   γ 
‐şüalanma dozasının 0.5 – 200 R/saat  intervalında gücünü ölçən zaman  dozimetrlərin 
ölçmə diapazonu 2 ‐ 50 R ‐ ə qədər intervalı əhatə edir. 
 
             DK‐02    tipli  dozimetrlər  dəstindən  laboratoriya  şəraitində  γ  ‐şüalanma 
dozasının gücünü ölçmək üçün istifadə edilir. Dozimetrlər dəstinə 10 fərdi dozimetr və 
cərəyan mənbəyi daxildir. Bu  dozimetrlərin  köməyi  ilə  10 ‐ 200 mR intervalında γ ‐ 
şüalanma  dozasını  ölçmək  olur  (şüalanma    dozasının    gücü    6  R/saat    ‐  dan  çox 
olmayan halda). 
 
             ID  ‐  11    tipli  fərdi  doza  ölçmə  dəstindən  (dəstə  500  fərdi  doza  ölçmə  cihazı 
daxildir)  radiasiya  zədələnmələrinin  ilkin  diaqnostikası  məqsədi  ilə  əhalinin 
şüalanmasına  nəzarət  üçün  istifadə  edilir.  Dəst  10  ‐1500  rad  diapazonunda  γ  ‐  və 
qarışıq  γ – neytron ‐ şüalanmalarının udulma dozalarını ölçməyə imkan verir. 
 
            DRQ 2 ‐ 01 tipli dozimetrlər 30 ‐ 1250 keV enerji doapazonunda rentgen və γ 
şüaların ekspozisiya dozasını olçmək üçün nəzərdə tutulmuşdur. Bunlardan nümunəvi  
cihaz kimi dövlət metroloji xidmət orqanlarında geniş istifadə edilir. 
 
            AKIDK  ‐  101    tipli  avtomatlaşdırılmış  fərdi  dozimetrik  nəzarət  dəsti,  litium‐
flordan olan 3 monokristallik detektorlu DTL‐01 kassetindən istifadə edilməklə, işlənib 
hazırlanmışdır.  Bu  cihazlarda  ekvivalent  doza  ölçmələri  diapazonu    0.05‐  50  Zv,  
udulma  dozası  ölçmələri  diapazonu  isə    5∙10
‐5
  –  50  Qr  intervalındadır.  Dəst,    atom 
energetikası  və  sənayesi  obyektlərinin,  ionlaşdırıcı  şüalanma  mənbələri  ilə  işləyən 


 
 
94 
 
müəssisə  və  təşkilatların  işçilərinin  avtomatlaşdırılmış  fərdi  dozimetrik  nəzarətinin 
təşkili üçün nəzərdə tutulmuşdur.  
 
              DEQ  ‐  08    tipli  dozimetrlər  sudan  və  mexaniki  təsirlərdən  (zərbələrdən) 
mühafizə oluna bilən formada işlənib hazırlanmışlar  və əsasən doza gücü           500 
R/saat  ‐  a  qədər  olan  qəza  vəziyyətləri  hallarında  istifadə  üçün  nəzərdə  tutulmuşlar. 
Ölçmə işlərinə başlamamışdan əvvəl cərəyan mənbəyindən istifadə etməklə  cihazda 
yerləşdırılmış  β  ‐  radioaktiv  mənbəyin  şüalanması  əsasında  dozimetrin  iş  qabiliyyəti 
yoxlanılır. Zəif işıqlanma hallarında cihazın göstərişinin rahat qeydə alına bilməsi üçün 
işıq diodlarının əsasında rəqəmli tablo  quraşdırılmışdır. Cərəyan mənbəyi dozimetrin 
fasiləsiz olaraq, 100 saat ‐ a qədər işləməsini təmin edir. 
 
               DRQ – 05 M  tipli ssintilyasiya dozimetrlərindən şüalanma sahələrinə operativ 
nəzarəti həyata keçirmək üçün istifadə edilir. Bu dozimetrlərin köməyi ilə rentgen və γ 
‐şüalanmaların  ekspozisiya  dozası  və  ekspozisiya  dozasının  gücü  ölçülür.  Bunlardan 
həmçinin β ‐ zərrəciklər selinin sıxlığını keyfiyyətcə qiymətləndirmək üçün də istifadə 
etmək  olur.  9  mR/saat  doza  gücündə  cihazın  göstəricisinin  qərarlaşma  vaxtı  25  san
360 mR/saat doza gücündə isə 3 san ‐ ə qədər olur.  
 
             
UIM2  ‐1eM    tipli  ssintilyasiya  sayğacından  α  ‐zərrəcikləri  qeydə  almaq  üçün 
istifadə  edilir.  Cihaz    0.3  ‐  10
4
  san
‐1
    diapazonunda  impulsları  qeydə  almağa    imkan 
verir. 
 
             DP ‐ 70  DP – 70 M   tipli kimyəvi dozimetrlər şüa xəstəliyi zamanı orqanizmin 
zədələnmə dərəcəsinin tibbi diaqnostikası məqsədi ilə şüalanma dozasını ölçmək üçün 
yaradılmışdır.  Hər  iki  dozimetrin  eyni  konstruksiyaya  malik  olmalarına  baxmayaraq, 
onlar müxtəlif mayelərlə dolduruluir və buna görə də müxtəlif məqsədlər üçün istifadə 
edilir.  Daha  dəqiq  desək,  DP  ‐  70  cihazı  γ  ‐şüalanma  dozasını,  DP  –  70  M    cihazı  isə 
nüfuzedici radiasiya dozasını  ölçməyə imkan verir. Dozimetrlərin ölçmə diapazonu 50 
‐ 800 R ‐dir və onların hər ikisindən  həm birdəfəlik, həm də 30 sutka ərzində toplanan 
şüalanma dozasını qeydə almaq üçün istifadə etmək olur. 
 
            Kimyəvi  dozumetrlər  içərisinə  rəngsiz  maye  doldurulmuş  6  şüşə  ampuladan 
ibarətdir.  İonlaşdırıcı  şüalanmanın  təsiri  ilə  ampulada  olan  maye  öz  rəngini  solğun 
çəhrayı  rəngdən  açıq  moruq    rənginə  qədər  dəyişir.  Rəngin  tundlüyü    şüalanma 
dozasına  mütənasib  olur.  Bu  tip  dozumetrlərdə  şüalanma  dozası  PK  ‐  56    tipli  sahə 
kalorimetri vasitəsilə ölçülür. 
                         4.6.4.  Radiometrlər.  Radiometrlər  ionlaşdırıcı  şüalanma  selinin  sıxlığını 
(müəyyən  növ  zərrəciklər  selinin  sıxlığını)  və  radionuklidlərin  aktivliyini  təyin  etməyə 
imkan  verən  cihazlardır.  Radiometrlərdə  datçik  rolunu  qazboşalması  və  ssintilyasiya 
sayğacları  oynayır.  Bu  növ  cihazlar  ən  geniş  yayılmış  və  ən  çox  istifadə  olunan 
cihazlardır. 
              Radiometrlərin bəzi növləri ilə tanış olaq. 
 
              DP  –  5    tipli  radiometr    γ    ‐  şüalanmanın  intensivliyini  müəyyənləşdirmək  və 
ərazinin çirklənmə səviyyəsini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. Bu cihaz, γ 
‐  şüalanmaya  görə  radiasiya  səviyyəsini    0.05  mR/saat    ‐dan    200  R/saat    ‐a  qədər 
ölçmə   imkanına malikdir. Cihazda  şüalanma  detektoru  rolunu  STS ‐ 5  tipli  halogen  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə