Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə38/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   34   35   36   37   38   39   40   41   ...   148

 
 
84 
 
Bundan  da    yüksək  effektivliklə  qeydəalma  üçün  məhlula  daha  böyük  dalğa 
uzunluqlu flüoressensiya yaradan ikinci flüorofor da əlavə edilir. Bu məqsədlə POPOP 
adlanan  1.4 ‐ di ‐ [ ‐2 (5 ‐ feniloksazoil) ] ‐ benzol  maddəsindən  istifadə  edilir.  Son  
nəticədə  aşağıda göstərilən formada enerji ötürülməsi baş verir:  
             radioak v  şüalanma  →  məhlul  →  həyəcanlanmış  məhlul  →  ilkin  flüorofor  →   
ilkin  həyəcanlanmış  flüorofor  →  ikinci  flüorofor  →  həyəcanlanmış  ikinci               
flüorofor  → işıq. 
Ssintilyasiya    sayğaclarından    çox    geniş    formada    bioloji    tədqiqatlarda 
istifadə  olunması  onun  Heyger‐  Müller  sayğaclarından  böyük  üstünlüyə  malik 
olmasından xəbər verir.   
             Ssintilyasiya sayğaclarının  Heyger ‐ Müller  sayğaclarından  əsas  üstünlükləri 
üzərində dayanaq: 
                1)  Flüoroforda    parıltı  yaranması  müddəti    Heyger  ‐  Müller  sayğacının    “ölü 
vaxtından  ”  dəfələrlə    kiçikdir  ki,  bu  da,  aydındır  ki,    qeydəalma  sürətinin  çox  böyük 
olması deməkdir; 
2)    Maye    ssintilyatorda    kiçik    enerjili  β  ‐  zərrəciklər    halında  qeydəalma 
effektivliyi    çox  yüksək    olur.    Məsələn,    Heyger    sayğacında    tritium  izotopunun  
parçalanması  5 % ‐ dən  çox olmayan effektivliklə qeydə alınırsa, maye sayğaclarında 
bu rəqəm  50 %  təşkil edir; 
 
               3)  Ssintilyasiya  sayğacında  maye,  bərk  cisim,  suspenziya,  emulsiya, gel  və  
xromatoqramma      kimi    istənilən    nümunənin    radioaktivliyini    ölçmək    olur.  Heyger  
sayğacında  isə hər  bir hal  üçün müəyyən növ borucuqdan istifadə etmək lazım gəlir; 
               4)  Ssintilyasiya   sayğacları   üçün   nümunələrin   hazırlanması  böyük  çətinlik 
yaratmır; 
               5)  Ssintilyasiya  sayğaclarında  nümunədə olan  bir  neçə   müxtəlif   izotopun  
ayrılıqda radioaktivliyini təyin etmək olur. Heyger sayğacı isə buna imkan vermir. 
               4.4.4.1.  Maye  ssintilyasiya  sayğaclarında  radioaktiv  preparatların  
hazırlanması  və  radioaktivliyin  qeydə  alınması  qaydaları.    Bioloji  preparatların 
solibilizə edilməsi. Dediklərimizdən aydın olur ki, maye ssintilyatorlarda preparatların 
radioaktivliyini  ölçmək  üçün  onları  şəffaf  maye  halına  salmaq  lazımdır.  Bu, 
ssintilyatorlarda yaranan işıq parıltılarının qeydə alına bilməsi üçün lazımdır. Adətən, 
bioloji  obyektləri  (hüceyrə  və  onun  ayrı‐ayrı  komponentlərini,  mikroorqanizmləri, 
reaksiya qarışığında çökmüş zülal və nuklein turşularını) su məhluluna köçürmək çətin 
olur. Bunun üçün ali quruluşu dağıtmaq və biopolimerlərin dərin hidrolizini aparamaq 
tələb  olunur.  Aydındır  ki,  bu  formada  soliblizə  prosesi  radioaktivliyi  ölçmədən  əvvəl 
aparılmalıdır.  
 
Çox  sadə  soliblizə  üsulu  bioloji  preparatların  1  ‐  4  saat  müddətində  70
o
C 
temperaturda  5M  KOH  məhlulunda  işlənməsi  üsuludur.  Bu  halda  preparat  tamamilə 
şəffaf  maye  halına  düşür.  Məhlul  soyudulub,  neytrallaşdırıldıqdan  sonra  maye 
ssintilyatora tökülür və ölçü işləri aparılır.   
              Təklif olunan formada isti qələvi hidroliz üsulu, sadə və ucuz başa gələn üsul 
olmasına  baxmayaraq,  bəzi  hallarda  bioloji  preparatın  tam  həll  olmasına  nail  olmaq 


 
 
85 
 
olmur.  Buna  görə  də,  zülalları,  nuklein  turşularını,  polisaxaridləri,  dimetilsulfoksiddə 
həll etmək daha yaxşı nəticələr verir.  
               Bioloji  preparatların  soliblizə  edilməsi  üçün  aktiv  oksidləşmə  üsulundan  da 
istifadə  edilir.   Məsələn, 100  mq   heyvan  toxumasını  60%  ‐li  HClO
4
  və  30%  ‐  li  H
2
O
2
  
qarışığında  70 ‐ 80
o
S  temperaturda 1‐2 saat müddətində tamamilə həll etmək olur.  
               4.4.4.2.  Maye  ssintilyatorlar.  Dioksan  əsaslı    ssintilyatorlar.  Yuxarıda  qeyd 
etdiyimiz  kimi,  β  ‐  şüalanmanın  qeydə  alınması  üçün  β  ‐  zərrəciklərin  öz  enerjilərini 
bilavasitə  verə  biləcəyi  məhlul  olmalıdır.  Adətən  bu  məqsədlə  naftalinin  dioksanda 
məhlulundan istifadə edilir. Məhlula müəyyən miqdarda  PPO və POPOP əlavə olunur. 
Ssintilyatorun əsas kütləsini təşkil edən dioksan istənilən nisbətdə su ilə qarışdırılır. Bu 
halda  nəzərə  almaq  lazımdır  ki,  su  qarışığı  naftalinin  dioksanda  həll  olunmasını 
çətinləşdirir.  Buna  görə  də,  naftalinin  yaxşı  həllolunmasına  nail  olmaq  üçün  məhlula 
metanol və etilen‐qlikol əlavə etmək lazım gəlir.  
 Dioksan    əsasında  hazırlanmış  ssintilyatorlardan  ikisinin  hazırlanma  resepti  ilə 
tanış olaq: 
                  1) 100 ml  metanol  və 20 ml etilen‐qlikol  qarışığına 60 q naftalin, 4 q PPO,  0.2 
q  POPOP  əlavə edib, məhlulun həcmini dioksanla 1 l ‐ ə çatdırmaq  lazımdır (bu üsulla 
hazırlanmış ssintilyator Brey məhlulu adlanır). 10 ml Brey ssintilyatoruna radioaktivliyi 
ölçüləcək  preparatın  2  ml  su  məhlulunu  əlavə  etməklə  ölçü  işi  aparılır.  Bu 
ssintilyatorda tritium üçün ölçmə effektivliyi 30 % ,  
14
C  üçün  isə  ‐ 85 % təşkil edir; 
                  2)  1  l  həcimli  dioksana  100  q  naftalin,  7  q    PPO    və    0.3  q    POPOP  əlavə 
etməklə, daha yüksək ölçmə effektivliyinə malik ssintilyator hazırlamaq mümkündür. 
10  ml  ssintilyatora  preparatın  2  ml  sulu  məhlulunu  əlavə  etməklə,  tritiumun  ölçmə 
effektivliyini    35  %  ‐  ə  , 
14
C    izotopunun  ölçmə  efektivliyini  isə    90  %  ‐  ə  çatdırmaq 
mümkündür.  
              Qeyd  edək  ki,  dioksan  və  naftalininin  yüksək  kimyəvi  təmizliyi    radioaktiv 
ölçmə  işlərinin  dəqiqliyini  təmin  edən  amillər  olduğundan,  ssintilyator  hazırlamaq 
üçün kimyəvi cəhətdən kifayət qədər təmiz  (sublimasiya edilmiş) naftalin götürülməli 
və yüksək təmizlik dərəcəsi olan “ssintilyasiya” markalı dioksandan istifadə edilməlidir. 
Adi  dioksandan  istifadə  zamanı  onun  təmizliyi,  yəni  tərkibində  perekisin  olub‐
olmaması mütləq yoxlanılmalıdır. Bunun üçün 0.5 l dioksana kalium yodun 1 ml sulu 
məhlulunu, 20 %  ‐ li  HCl ‐un 0.5 ml məhlulunu və bir neçə dancı nişasta məhlulunu 
əlavə etmək lazımdır. Perekis qarışığı olan halda bu məhlul göy rəng alır. 
 
 
Perekisdən  təmizləmək  üçün  2  l  dioksan  götürüb,  əks  soyuducuda  1  saat 
müddətində    10‐15  q      SnCl
4
      üzərində  qaynatmaq  lazımdır.  Sonra  perekisin  olması 
yuxarıdakı qayda üzrə yenidən yoxlanılır və lazım gələrsə, yenidən 5 q SnCl
4
 əlavə edib, 
30  dəq  yenə  qaynatmaq  lazımdır.  Qeyd  edək  ki,  son  illər  bir  çox  firmalar  hazır 
ssintilyatorlar buraxmağa başlamışlar.             
                         4.4.5.  Yarımkeçirici  sayğaclar.  Məlum  olduğu  kimi,  müxtəlif  şüalanmanın  (o 
cümlədən  də,  radioaktiv  şüalanmanın)  təsiri  ilə  yarımkeçiricilərin  həcmində 
yükdaşıyıcıların  konsentrasiyası  artır  və  onların  keçiriciliyi  dəyişir.  Bu  əsasda  işləyən 
cihazlar fotorezistorlar  adlanır. Fotorezistorlar, işığa həssas təbəqənin materialından, 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə