Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə34/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   30   31   32   33   34   35   36   37   ...   148

 
 
75 
 
üçün bu parametrin  qiyməti maksimal  olur. 
 
 
Əgər  fərz  etsək  ki,  düşən  E  enerjili  şüanın  ssintilyator  tərəfindən  udulması 
zamanı  sayda  E
f  
 enerjili foton yaranır,  onda  fotonların sayı üçün     
                                                                     
k
E
E
m
f


    
şəklində ifadə almış olarıq.                                  
               Burada  faizlərlə  ifadə olunan və konversion effektivlik adlanan  k  əmsalı  ‐ 
qeydə alınan zərrəciyin enerjisinin işıq enerjisinə çevrilən hissəsini göstərir.  
               İndi  də  fotoelektron  çoxaldıcının  iş  prinsipi  ilə  tanış  olaq. Fotoelektron  
çoxaldıcı      fotokatod,    anod    (kollektor)  və  aralıq  elektrodları  olan  havası  çıxarılmış 
balondur (şəkil 4.6 ). 
 
 
                          Kristal                                                                                                 
                                                                   
Dinodlar                              Anod 
                                             
Fotokatod 
 
 
                                                                                                                            Qeydə 
                                                                                                                            alınmaya 
 
                              
                                                                   
                                                                   
~1000 V 
 
                                Şəkil 4.6.
  
Ssintilyasiya detektorunun blok‐sxemi

 
              Parıltı  fotonları  şəffaf  pəncərədən  keçməklə,  fotokatod  üzərinə  düşür  və 
oradan fotoelektronlar qoparır. Yaranan fotoelektronlar elektrik sahəsinin köməyi ilə 
sürətləndirilir  və  fokuslanmaqla,  yaxınlıqdakı  fotokatodun  (dinodun)  üzərinə  salınır. 
Dinodun  materialının  çıxış  işi  kifayət  qədər  kiçik  olduğundan  onun  üzərinə    düşən   
elektronlar   ondan  elektronlar  qopara   bilirlər  (bu   elektronlar  ikinci elektronlar 
adlanır). 
              Hər ilkin elektron dinoddan 3‐10 ədəd ikinci elektron qopara bilir. Daha sonra 
elektronlar elektrik sahəsində birinci dinoddan ikinci dinoda, oradan da üçüncü dinoda 
və s. istiqamətləndirilir.  
 
             Fotoelektron  çoxaldıcılarında  adətən  10  dənə  dinod  quraşdırılır.  Bu  isə 
fotocərəyanın güclənmə əmsalının 10
6
  həddinə çatmasına səbəb olur.       
 
             Fotoelektron  çoxaldıcılarında  yaranan  elektronlar  seli  son  nəticədə  anoda 
çatmaqla, radioelektron qurğusunun köməyi ilə qeydə alınan elektrik impulsu yaradır. 
 
             Ssintilyasiya  sayğaclarının  əsas  üstünlüyü  onların  zamana  görə  yüksək 
ayırdetmə qabiliyyətinə  malik  olması, yüklü  zərrəciklər üçün   ~ 100%  ‐ ə yaxın, γ ‐ 
kvantlar    üçün    isə    (40  –  50)  %    ‐  a    yaxın    yüksək  effektivlik  göstərməsi  və  impuls 
amplitudunun enerjidən xətti asılı olmasıdır. 


 
 
76 
 
 
 
Qeyd  edək  ki,  üzvi  kristalda  parıltının  intensivliyinin  ilkin  zərrəciyin 
enerjisindən asılılığı bir çox hallarda xətti asılılıqdan kənara çıxır. Buna görə də, enerji 
ölçülməsi  üçün  qeyri‐üzvi  kristaldan  istifadə  daha  yaxşı  nəticələr  verir.  Qeyri  ‐  üzvi 
kristala  malik  detektorlarda  enerji  ölçülməsi  dəqiqliyi  bəzi  səbəblərə  görə  100  keV  ‐
dən böyük enerjilər üçün ~10%10 keV  ‐ ə qədər enerjilər üçün isə 50% təşkil edir. 
Elektronlar  və  böyük  enerjili  γ  ‐  kvantlar  bu  halda  böyük  sıxlığa  (3.67  q/sm
3
)    və 
nisbətən böyük olçüyə malik NaJ(Tl) kristalının köməyi ilə qeydə alınır.  
                          4.4.3.    Ssintilyasiya  γ  ‐  spektrometrləri.  Əvvəlcə  γ  ‐  şüalanmanın  energetik 
spektrini  formalaşdıran  proseslər  üzərində  dayanaq.  Radiasiya  ekologiyasının  bir  çox 
məsələlərini həll etmək üçün γ ‐ şüalanmanın energetik spektrini qeydə almağa imkan 
verən  γ  ‐  spektrometrlərdən  istifadə  olunur  (Вартанов  Н.А.,  Самойлов  П.С.,  197.; 
Егоров Ю.А., 1967).  
              Qamma  ‐  spektrometrlərin  ən  geniş  istifadə  olunan  nümunələrində  detektor 
rolunu  qeyri  ‐  üzvi  kristallar  oynayır.  Əksər  hallarda  bu  məqsədlə  yüksək  konversiya 
effektivliyinə  və  3.67  q/sm

–ə  bərabər  yüksək  sıxlığa  malik  NaJ(Tl) monokristalından 
istifadə  edilir  ki  (bax  ‐  cədvəl  4.1.),    bunlar  da,    γ  ‐  şüalanmanın  maddədə  yüksək 
nüfuzetmə qabiliyyəti baxımından az əhəmiyyət kəsb etmir. 
 
 
Yada  salaq  ki,  γ    ‐  şüalanmanın  maddə  ilə  (bu  halda  kristalla)  qarşılıqlı  təsiri 
fotoeffektə, kompton effektinə və ion cütünün yaranmasına səbəb olur. Bu effektlər 
isə,  məlum  olduğu  kimi,  γ  ‐  kvantın  enerjisinin  bir  hissəsinin  elektronlara  verilməsi 
hesabına baş verir. Daha dəqiq desək, fotoeffekt və kompton effektlərində bu enerji 
təkcə elektronların kinetik enerjisinə çevrilirsə, ion cütü yarananda o, həm elektronun, 
həm də pozitronun kinetik enerjisinə çevrilir. Əgər qarşılıqlı təsir kristalın səthinə yaxın 
yerdə  baş  verirsə,  belə  hallarda  elektron  özü  ilə  müəyyən  qədər  kinetik  enerji 
aparmaqla,  kristaldan  kənara  çıxara  bilir.  Bu  halları  çıxmaq  şərti  ilə  dıgər  halların 
hamısında  elektronların  kinetik  enerjisi  ikinci  fotonların  yaranmasına  sərf  olunur. 
Bunlar da, öz növbəsində, enerjilərini elektronlara verməklə, kristalı tərk edə bilirlər. 
 
 
Qeyd  edək  ki,  fotoelektrik  proseslər  zamanı    yaranan  fotonlar  rentgen 
spektrinin  aşağı    hissəsinə  uyğun  enerjiyə  malik  olurlar  və  praktiki  olaraq,  bu  halda 
kristal  tərəfindən  tamamilə  udulurlar.  Bu  prosesdə  baş  verən  ssintilyasiyalar, 
ssintilyatorun  parıltıvermə  müddəti  ilə  müqayisədə  çox  kiçik  müddətdə  baş 
verdiyindən bir‐birinin ardınca yaranan mikrossintilyasiyaları zamana görə ayırd etmək 
mümkün olmur və ona görə də onlar vahid işıq impulsu şəklində qeydə alınır. Beləliklə, 
fotoelektrik proseslərdə yaranan işıq parıltılarının amplitudu ilkin qamma kvantın tam 
enerjisinə  mütənasib  olur  (hesab  olunur  ki,  bu  hallarda  yuxarıda  qeyd  olunan  səth 
effektləri kifayət qədər kiçikdir). 
 
 
Kompton effekti  halında isə enerjinin əksər hissəsi səpilən fotona verilə bilir.  
 
 
Məlum olduğu kimi, elektron – pozitron  cütünün   əmələ  gəlməsinin  enerji   
həddi    1.02  MeV    ‐  ə    bərabərdir.  Belə  ki,  cütün  əmələ  gəlməsinin  astana  enerjisi  
elektronun  sükunət  enerjisinin  ikiqat  mislinə  bərabər  olmalıdır  (yəni  E  =  2m
e
c
2
  =           


0.51  Mev  =1.02  Mev).    Buna  görə  də  yaranan  elektron  –  pozitron  cütünün  tam 
kinetik  enerjisi  E
γ   
=  1.02  MeV  ‐  ə  bərabər  olacaq.  Bu  zaman    adı  çəkilən  cütün 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə