Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə46/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   42   43   44   45   46   47   48   49   ...   148

 
 
104 
 
ultrabənövşəyi, görünən işıq şəklində elektromaqnit dalğalarının şüalanması ilə, həm 
də maqnit fırtınaları və Günəş maddəsi zərrəciklərinin fəzaya səpələnməsi ilə müşayiət 
olunur.  Qalaktik kosmik şüalar selinin sıxlığı bir saniyədə hər kvadrat santimetr səthdə 
təxminən  bir  zərrəciyə  bərabər  olur.  Bu  şüalar,  əsasən,  protonlardan  (  93  %  ),  α  ‐ 
zərrəciklərdən (6.3 %) və az miqdarda digər  zərrəciklərdən ibarət olur.  
Qalaktik  kosmik  şüaların  intensivliyi  və  onların  yaratdığı  şüalanma  dozası 
Günəş  aktivliyinin  11  il  ‐  lik  variasiyası  ilə  korrelyasiya  edir.  Günəşin  aktivliyini 
xarakterizə  edən    K  modulyasiya  əmsalı    0.3  ‐  dən  (Günəşin  aktivliyi    minumal  olan 
halda) 2.5 ‐ ə qədər (bu aktivlik maksimal olan halda) dəyişə bilir. Bu fiziki parametrin 
periodik dəyişməsi aşağıdakı effektlətlə bağlıdır.  
Yerin maqnit sahəsinə Günəşin maqnit sahəsi əlavə olunur ki, bu da, aktivliyin 
artması  zamanı  onun  güclənməsinə,  azalması  zamanı  isə  onun  zəifləməsinə  səbəb 
olur.  Birinci  halda  Qalaktik  kosmik  şüalara  Günəşin  maqnit  sahəsinin  ekranlaşdırıcı 
təsiri  artır  və  nəticədə  onların  intensivliyi  azalaraq,  kosmik  zərrəciklərin  yaratdığı 
dozanı  kiçildir.  Bu  hal  Qalaktik  mənşəli  zərrəciklər  selinin  zəifləməsi  adlanır.    İkinci 
halda  isə,  əksinə,  Günəşin  maqnit  sahəsinin  zəifləməsi  Qalaktik  kosmik  şüaların 
intensivliyinin şüalanma dozasının artmasına səbəb olur.  
Yüksək  en  dairəsində  (polyar  oblastlarda)  yüklü  zərrəciklər  az  meyl  edərək, 
Yerin  maqnit  sahəsinin  qüvvə  xətlərinə,  demək  olar  ki,  paralel  hərəkət  edirlər  və  bu 
zaman  şüalanma  selinin  sıxlığı  maksimal  olur.  Aşağı  en  dairələrində  (ekvator 
oblastında)  isə  yüklü  zərrəciklər  daha  çox  meyl  etdiklərinə  görə  Yerin  geomaqnit 
sahəsinin  qüvvə  xətlərinə  perpendikulyar  hərəkət  edirlər  ki,  bu  halda  da  sel  sıxlığı 
minimal olur. Analoji qanunauyğunluq Qalaktik kosmik şüaların ekvivalent doza gücü 
üçün  də  xarakterikdir  Deməli,  təbii  maqnit  spekrtometri  rolunu  oynamaqla,  Yerin 
geomaqnit  sahəsi  yüksək  enerjili  zərrəciklərin  ekvator  oblastına,  kiçik  enerjili 
zərrəciklərin isə polyar oblastlara daxil olmasına səbəb olur(şəkil 5.4). 
Yüksək enerjili zərrəciklərin daimi fonunu yaradan Qalaktik kosmik şüalardan 
fərqli olaraq, Günəş kosmik şüaları aperiodik yaranır. Bu şüalar, nisbətən kiçik enerjiyə 
malik olduqlarından (Günəş mənşəli güclü zərrəciklər selinin nadir hallarda  atmosferə 
daxil  olmasını  çıxmaq  şərti  ilə),  demək  olar  ki,  troposferin  sərhədlərinə  və  Yerin 
səthinə  çata  bilmirlər.  Buna  baxmayaraq,  həmin  şüalar  10  ‐12  km  ‐  dən  yuxarı 
yüksəkliklərdə Qalaktik kosmik şüaların yaratdığı fon intensivliyini bir neçə tərtib artıra 
bilirlər.   
5.1.1.  İlkin  kosmik  şüalanma.  Aydındır  ki,  Yerin  səthində  kosmik  şüaların 
təsirinə  məruz  qalmayan  nöqtə  yoxdur.  Sadəcə  olaraq,  qeyd  etdiyimiz  kimi,  bu  təsir 
müxtəlif  yerlərdə  müxtəlif  olur.  Yerin  yüklü  zərrəcikləri  meyl  etdirə  bilən  maqnit 
sahəsinə  malik  olması  isə  onun  şimal  və  cənub  qütblərinin,  ekvatorla  müqayisədə, 
daha çox radioaktiv şüalar  qəbul etməsinə səbəb olur.  
Sadə  məntiqə  əsaslanmaqla  deyə  bilərik  ki,  hündürlüyün    artması  mühafizə 
ekranı  rolunu  oynayan    hava  təbəqəsınin  azalmasına    və  nəticədə  şüalanma 
səviyyəsinin    yüksəlməsinə  səbəb  olmalıdır.  Həqiqətən  də,  əgər  dəniz  səviyyəsində 
yaşayan insanlar kosmik şüalanmadan orta hesabla 300 mkZv/saar ‐ a bərabər effektiv 


 
 
105 
 
ekvivalent  doza  qəbul  edirlərsə,    dəniz  səviyyəsindən  2000  m  ‐  dən  çox  yüksəklikdə 
yaşayan insanlar üçün bu rəqəm bir neçə dəfə yüksək olur 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
         Şəkil 5.4.   Qalaktik    kosmik     şüalanmanın   11  il   ‐ lik   tsiklik variasiyası  
            (I ‐Qalaktik kosmik şüalanmanın   modylyasiyası,  II ‐ IV – Qalaktik  
             kosmik    şüalanmanın,   uyğun    olaraq,   Murmansk,   Moskva    və   
             Alma ‐ Ata  şəhərləri   üçün   ekvivalent  doza  gücü). 
 
 
 
Təqribi  hesablamalara  əsasən  hər  saniyədə  Yerin  hər  kvadrat  metr  səthinə 
kosmosdan  gələn  on  mindən  çox  reliyativistik  (işıq  sürətinə  yaxın  sürətlə  hərəkət 
edən) yüklü zərrəcik düşür. Kosmik şüalar adlanan bu şüaların böyük əksəriyyəti, artıq 
qeyd  etdiyimiz  kimi,  Günəşdə  və  bizim  Qalaktikada  vaxtaşırı  baş  verən  möhtəşəm 
ulduz  partlayışları  nəticəsində  yaranır.  Çox  yəqin  ki,  Yerə  digər  Qalaktikalardan  da 
böyük enerjili zərrəciklərin çata bilməsi ehtimalı kiçik deyildir.  
 
Kosmik   şüalanmanın    tərkibinin   böyük   üstünlüklə   protonlardan  (~  90%),  
helium nüvələrindən (protonlardan  ~ 10 dəfə az)  ibarət  olmasına  baxmayaraq, bu 
şüaların tərkibində Mendeleyev cədvəlindəki elementlərin əksəriyyətini qeydə almaq 
mümkün olmuşdur.  
 
Qeyd    etdiyimiz    kimi,  Yerin    səthinə  çatan  kosmik  şüalanmanın  intensivliyi, 
coğrafi en dairəsindən və dəniz səviyyəsindən olan hündürlükdən asılı olaraq, müxtəlif 
olur.  Coğrafi  en  dairəsindən  asılılıq  Yerin  nəhəng  maqnit  olması  (güclü  maqnit 
sahəsinə  malik  olması)  ilə  əlaqədardır.  Bu  səbəbdən  də,  kosmik  şüalar,  yüklü 
zərrəciklər  seli  olaraq,  Yerin  maqnit  sahəsinin  təsiri  altında  onun  ekvatorundan 
qütblərinə  tərəf  meyl  edirlər.  Həqiqətən  də,  ekvatorun  dəniz  səviyyəsində  olan 
hissələrində kosmik şüalanma dozası minimal (~ 0.35 mZv/il tərtibində) olduğu halda, 
yenə  də  dəniz  səviyyəsində,  lakin  ekvatordan  kənarda  (məsələn,  50
o
  en  dairəsində) 
yerləşən  coğrafi  ərazilərdə  ~  0.5  mZv/il  qədər  olur.  Məsələn,  belə  yüksək  dozanın 
təsirinə London, Meksika, Nyu‐York kimi şəhərlərin sakinləri məruz qalırlar.  
Qalaktik
  kosmik
  ş
üalanman
ın
 
maksimal
 ekvivalent
 doza
  güc
ü
,
 
mkZv/
saar
 
Qalaktik
 kosmik
 ş
üalanman
ın
 
modulyasiya
 ə
ms
al
ı 
                                                      II                                                                  
                        I                                                       
                                                      III                                                  30 
 2                                                                                                                       
                                  
                        
                                                     IV                                                   20    
                                                                            
                                        
 1                                                                                                           
                                                                                                            10 
 
 1981          1983         1985           1987        1989         1991 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə