Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə43/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

 
 
95 
 
          sayğac oynayır.  
 
               RKS  ‐  20.03      tipli  radiometr  γ  ‐  şüalanmanın  ekvivalent  doza  gücünü,  β  ‐ 
zərrəciklər  selinin  sıxlığını,  həmçinin  də  maye  və  səpələnə  bilən  maddələrdə  xüsusi 
aktivliyi  ölçmək  üçün  fərdi  və  kollektiv  istifadə  məqsədi  ilə  yaradılmışdır.  Həmin 
cihazdan  yaşayış  və  istehsalat  binalarının,  məişət  və  geyim  əşyalarının,  bağ 
ərazilərinin, torpaq örtüyünün, nəqliyyat vasitələrinin “radiasiya təmizliyini” nəzarətdə 
saxlamaq məqsədi ilə də istifadə edilə bilər.                
β  ‐zərrəciklər  selinin  sıxlığının  ölçmə  diapazonu  (10  ‐  2 

10
4
)  zərrəcik  /  sm
2 . 
dəq    intervalında  dəyişir.  Maye  və  səpələnən  maddələrdə  β  ‐  radioaktiv  nuklidlərin 
sezium ‐ 137 izotopuna görə xüsusi aktivliyinin ölçmə diapazonu  3.7 ‐ dən   3.7 ∙ 10 
2
  
kBk / kq ‐ a qədər,  ölçmə vaxtı isə 20 saniyədir.  
 
               RUB ‐ 01P6   tipli radiometr  sezium‐134 və ya sezium‐137 radionuklidlərinə 
və  yaxud  da  məlum  faiz  nisbətində  hər  iki  radionuklidə  malik  ətraf  mühit 
nümunələrinin  xüsusi  və  həcmi  aktivliyini  ölçmək  üçün  nəzərdə  tutulmuşdur. 
Radiometrdən  həmçinin  maye,  səpələnə  bilən,  pastaformalı  nümunələrin,  0.2  ‐  1.5 
q/sm

‐  ə  bərabər  xüsusi  sıxlığa  malik  kənd  təsərrüfatı  məhsulları  nümunələrinin 
sanitar‐gigenik nəzarəti üçün də istifadə etmək olar. 
                         4.6.5. Əhalinin istifadəsi üçün nəzərdə tutulmuş məişət dozimetrləri. Məişət 
dozimetrləri  yaşayış  və  iş  yerlərində  radiasiya  vəziyyətini  qiymətləndirmək  üçün 
istifadə  edilir. Bu  tip  dozimetrlərdən,  həmçinin  xarici γ ‐ şüalanmanın  ekvivalent 
doza  gücünü    ölçməklə,  yaşayış    yerinin    operativ  radiomonitorinqini  aparmaq  üçün 
istifadə edilə bilər. 
 
              Şəkil  4.16  ‐  da  əhalinin  istifadəsi  üçün  nəzərdə  tutulmuş  bəzi  dozimetrlərin 
xarici  görünüşləri  təsvir  edilmişdir.
 
Praktikada  ən  geniş  istifadə  olunan  məişət 
dozimetrləri xarici foton (rentgen) və γ ‐ şüalanmanı qeydə almaq üçün istifadə olunan 
dozimetrlərdir.  Qeyd  edək  ki,    β  ‐  zərrəciklərə  və  neytron  şüalanmasına  nəzarətə 
ehtiyac  adətən  az  olur.  Belə  ki,  adı  çəkilən  şüalanma  növlərinə  nəzarətə  təlabat  (T
təxminən   T
γ  
: T
β  
: T
n  
=100 : 10 : 1   nisbətində olur.                  
 
               Məişət  dozimetrlərinin  iş  prinsipinin  əsasında    γ  ‐  kvantlar  və  β  ‐  zərrəciklər 
selinin  yaratdığı  ionlaşdırıcı  şüalanmanın  detektor  tərəfindən  elektrik  siqnallarına 
çevrilməsi  dayanır.  Bu  zaman    vahid    zamanda  yaranan  elektrik  siqnalların  sayı    γ  ‐ 
şüalanmanın ekvivalent doza gücünə və  yaxud   da   çirklənmiş    səthlərin,    müxtəlif    
yeyinti    məhsullarının    yaratdığı  β ‐ zərrəciklər selinin intensivliyinə mütənasib olur. 
Son  nəticədə amplituda  və zamana  görə formalaşan  elektrik  siqnalları  qeydəalma və 
səs siqnalı sxeminə, oradan isə cihazın rəqəmsal tablosuna ötürülür. Rəqəmsal tabloda 
ölçülən kəmiyyətin qiymət göstəricisinin dəyişmə periodikliyi 0.5 ‐ 1.0  san   təşkil edir. 
                          Əhalinin  istifadəsi  üçün  nəzərdə  tutulmuş  dozimetrlərin  xarakterik 
xüsusiyyətləri onların sadə istismar qaydalarına malik olması, istifadəçidən bu sahədə 
yüksək  texniki  hazırlığın  və  savadın  tələb  olunmamasıdır.  Cihaz  həmçinin  yüksək 
etibarlılığa və nisbətən kiçik qiymətə malikdir.  
       
                  Əhalinin  istifadəsinə  verilən  fərdi  dozimetrlərə  misal  olaraq,    KDT  –  02  M,    
IKS ‐ A,   DTU  ‐ 01    tipli    stasionar     termolüminessent    dozimetrlər   dəstini   və  γ ‐ 


 
 
96 
 
                       
       
 
 
   
         
     
 
 
 
                 
           
 
 
 
 
            Şəkil 4.16.  Əhalinin istifadəsi üçün nəzərdə tutulmuş bəzi dozimetrlərin   
                                           xarici  görünüşləri. 


 
 
97 
 
 
şüalanmanı qeydə almaq üçün bir və iki detektorlu  AKIDK ‐ 100   tipli avtomat dəsti 
göstərmək olar.  
                          
KDT  –  02  M    dozimetrlərinin  köməyi  ilə  həmçinin  şüalanmanın  ekspozisiya 
dozasını və β ‐ şüalanmanı ölçmək üçün də istifadə etmək olur. 
 
 
Yeyinti məhsullarının β ‐ zərrəciklərlə çirklənmə dərəcəsini müəyyənləşdirmək 
üçün  mürəkkəb  ölçü  əməliyyatı  tələb  olunduğundan,  bu  nəzarət  növündən  əhalinin 
istifadəsi etməsi məsləhət görülmür. 
 
               Fərdi  dozimetrlərin  içərisində  qələm  tipli    ionlaşdırıcı  dozimetrlər  xüsusi  yer 
tutur. Bu cür cihazların ölçü diapazonu  0.1 ‐ 30  ber   intervalında olur. 
 
               Adətən,  fərdi  dozimetrlərin  ölçü  xətası  kifayət  qədər  böyük  olur.  Məsələn, 
qələm  tipli  D ‐ 2R  fərdi dozimetrinin ölçü xətası  20 %  ‐ ə  qədər olur. 
 
               Əhalinin  istifadə  etdiyi  portativ  dozimetrik  cihazlar  indikator  tipli  ölçü 
cihazlarıdır  ki,  bunları  da,  şərti  olaraq,  siqnalizator  indikatoru,  ölçü  indikatoru, 
kombinə olunmuş dozimetrik cihazlar (dozimetr‐radiometrlər, saat və radioqəbuledici  
kimi məişət texnikasına quraşdırılmış dozimetrik cihazlar)  qruplarına bölürlər. 
 
              Ölçü  indikatorları  işıq  və  səs  siqnalları  vasitəsilə  radioaktiv  çirklənməni  aşkar 
etməyə və γ ‐şüalanma dozasının gücünün səviyyəsini qiymətləndirməyə imkan verir. 
Bu tip indikatorlarda, məsələn,   0.6 mkZv/saat (60 mkR/saat)  ‐ a qədər doza gücünə 
uyğun şkala sektoru adətən yaşıl rəngdə, 0.6 mkZv/saat  ‐ dan  1.2 mkZv/saat ‐ a (60 
mkR/saat ‐ dan  120 mkR/saat ‐ a)  qədər şkala sektoru sarı rəngdə,  1.2 mkZv/saat  ‐ 
dan yüksək şkala sektoru isə qırmızı rəngdə olur.  
                          Hal‐hazırda  əhalinin  ıstifadəsinə  verilmiş    Rusiya  istehsalı  olan  ən  yaxşı 
dozimetrlər «Рось», «Фотон», «Полынь ‐ 101», «Дон ‐ 1», «Берег»  tipli dozimetrlər 
hesab olunur. 
 
 
Məişət  dozimetrləri,  bir  qayda  olaraq,  sezium‐137  mənbəyinə  görə 
dərəcələnir.  Cihazın  ölçü  xətaları  hüdudlarında  ekvivalent  doza  gücündən  (D
ekv

ekspozisiya  doza  gücünə  (D
eksp
)      keçmək  üçün  100  ‐  ə  bərabər  olan  əmsala  vurmaq 
lazımdır      (1mkZv/saat  =  100  mkR/saat).    Bəzi  dozimetrlərdə  isə    şkalanın  birindən 
digərinə keçmək üçün xüsusi çevirici açar olur. 
                          Radioaktiv  parçalanma  prosesi  statistik  (təsadüfi)  xarakterli  olduğundan, 
dozimetrik cihazların göstəriciləri, ölçüdən‐ölçüyə küçdikcə, fərqlənə bilər. Buna görə 
də,  ölçülən  kəmiyyət  nə  qədər  kiçik  olarsa,  bu  fərq  (flüktasiya)  o  qədər  böyük  olur. 
Ölçü  xətasını,  ölçmə  vaxtını  uzatmaqla,  azaltmaq  olur.  Sabit  ölçü  vaxtına  malik 
cihazlarda isə eyni ölçünü 3‐10 dəfə təkrarlamaq məsləhət görülür.  
 
              “ELTEC  ‐  902”  tipli  məişət  γ  ‐  şüalanma  indikatorundan  səs  və  işıq  siqnalları 
vasitəsilə  γ  ‐  şüalanmanın    ekspozisiya  dozasının  gücünü    qiymətləndirmək    üçün  
istifadə    edilir.  Cihazla    üç    diapazonda    (10‐100  mkR/saat,    0.1‐1.0  mR/saat,    1‐10 
mR/saat) ölçü işləri aparmaq  mümkündür. 
       
 
               “IRA  ‐  1”      tipli      γ    ‐  şüalanma      indikatoru    avtomobillər    üçün      nəzərdə 
tutulmuşdur və qeydəalma 10 ədəd işıq diodu vasitəsilə həyata keçirilir. Dedektəetmə 
blokunda detektor rolunu   SBM ‐ 20  tipli  2 sayğac oynayır.  
 
              “Master ‐ 1”  tipli  məişət  dozimetri   0.10 ‐ 9.99  mkZv/saat diapazonunda çöl  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə