1
RELYEFİN İNKİŞAF TARİXİ
Azərbaycan relyefinin müasir xüsusiyyətlərini dərk etmək, ayrı-ayrı böyük
formaların
ə
mələ
gəlməsini
müəyyənləşdirmək
və
onların
inkişafını
aydınlaşdırmaq relyefin inkişafı prosesini izləməyi tələb edir.
Bir sıra geoloji və xüsusi geomorfoloji tədqiqatların təhlili göstərir ki, çox qədim
geoloji dövrlərdə (məsələn, paleozoydan əvvəl, paleozoyda , mezozoy erasında)
mövcud olmuş relief formaları sonrakı dövrlərdə baş vermiş endogen və ekzogen
proseslərin fəaliyyəti nəticəsində yox olmuş və müasir relyefdə onların kiçik
reliktlərində belə rast gəlmək mümkün deyil. Bununla belə, ayrı-ayrı yerlərdə
qədim keçmişdə əmələ gəlmiş süxur kompleksləri relyefin quruluşunda iştirak edir
(məsələn, Naxçıvan Muxtar Respublikasının qərb hissəsində paleozoyun
mərmərləşmiş əhəngdaşlarından və başqa süxurlarından qurulmuş alçaq massiv və
təpələr və s.). Lakin bu fakta əsasın paleozoy erasının reliyef formalarının
dövrümüzə qədər saxlanmasını söyləmək səhv olardı.
Azərbaycan ərazisinin relyefinin inkişafında iki böyük mərhələ ayırmaq
mümkündür: 1. Neogendən əvvəlki mərhələ; 2. Neogen-dördüncü dövr mərhələsi.
Məşhur coğrafiyaçı akademik İ.P. Gerasimov yerin inkişafında mezozoy və
kaynozoy eralarını " Geomorfogen era" adlandırır. Bu geomorfologiya elmində
Yeni Qlobal Tektonika nəzəriyyəsi ehkamlarından irəli gələn fikirdir. Yerin
planetar morfostrukturlarının (materiklərin və okean çökəkliklərinin ) müasir
konfiqurasiyası mezozoy erasında Hondvana və Lavrasiya super-materiklərinin
qlobal qırılmaıar sistemləri üzrə parçalanması və dreyfi nəticəsində yaranmışdır.
Lakin bunu, əslində düzgün fikri, Qafqazın, həmçinin Azərbaycan ərazisinin
müasir, relyefinin böyük formalarına aid etmək olmaz. Azərbaycanda müasir
morfostruktur planın əsası yalnız paleogendə qoyulsa da, geomorfogen mərhələ,
ə
sasən kaynozoyun ikinci yarısında başlanır. Respublika ərazisində, bütövlükdə
Qafqaz dağlıq ölkəsində olduğu kimi, müasir relyef oliqosenin axırından, xüsusilə
neogen və pleystosendə əmələ gəlmişdir. Relyefin inkişafında bu iki mərhələ
kəskin ayrılır.
Geoloji tədqiqatlar göstərir ki, mezozoy erasında Azərbaycanın ərazisi
tamamilə (Arazyanı zonada çox kiçik sahələrdən başqa) Tetis okeanı suları altında
idi. Böyük və Kiçik Qafqaz sahələrində o zaman əmələ gəlmiş geosinklinal
ə
yilmələr zonasında tektonik çökmə prosesi "Kür massivinə" nisbətən daha sürətlə
getmişdir. Bu geosinklinallarda çox qalın və müxtəlif litofasial komplekslər
toplanmışdır.
Böyük və Kiçik Qafqaz geosinklinal zonalarında əyilmənin intensivliyi, dəniz
hövzəsinin dərinliyi, onları terrigen materiallarla təmin edən qonşu quru
sahələrinin geomorfoloji xüsusiyyətləri çox müxtəlif olmuşdur. Kiçik Qafqaz
geosinklinalında (bu evgeosinklinal tipə aid edilir) yura və tabşir dövrlərində
Böyük Qafqaz geosinklinalından (bu miogeosinklinal tipli olmuşdur) fərqli olaraq,
maqmatizm prosesi çox fəal olmuş və qalın vulkanogen, vulkanogen-çökmə süxur
qatları toplanmışdır. Hər iki dağlıq vilayətin müasir relyefi, əsasən yura və tabaşir
dövrlərində toplanmış gillər, şistlər, vulkanogen(tuflar,lavalar) və karbonat süxur
qatlarından qurumuşdur. Lakin mezozoy erasının nə sualtı, nə quru relyefinin izləri
www.behruzmelikov.com
2
belə Azərbaycanın müasir geomorfoloji quruluşunda iştirak etmir. Bununla belə
müasir relyefin bir sıra xassələri həmin süxur komplekslərinin xarakterindən çox
aslıdır. Şahdağ və Qızılqaya massivlərinin, Kəpəzin, Şuşa laylasının müasir
formada mövcudluğu və görkəmi hər şeydən əvvəl çox qalın karbonat süxur
qatının mürəkkəb endogen və ekzogen proseslərə qarşı durumu ilə bağlıdır.
Kaynozoyun əvvəlində (paleogendə) Böyük və Kiçik Qafqaz geosinklinallarında
tektonik hərəkətlərin inversiyası (əyilmənin qalxma və qırışıqlıq prosesi ilə əvəz
olması) başlayır. Hər iki geosinklinal zonada yer qabığının sıxılması ilə bağlı olan
bu inversiya və qırışıqlıq nəticəsində meqantiklinoriumlar(Tufan və Vəndam,
Şə
mkir, Ağdam) və bəzi sinklinoriumlar artıq dəniz suları səviyyəsindən yuxarı
qalxır və ekzogen proseslərin (abraziya, denudasiya) təsiri altına düşür. Paleogendə
Böyük və Kiçik Qafqaz geosinklinallarının sinklinoriumlarında (məsələn,
Zaqatala-Qovdağ sinklinoriumu, Kiçik Qafqaz da Şahdağ sinklinoriumu) dəniz
çöküntüləri toplanırdı. Bu çöküntülərin, əsasən gillərdən ibarət olması o zaman
cavan qırışıq dağların (Tufan və Vəndam zonasında) alçaqdağlıq tirələrdən
olmasına dəlalət edir. Paleogendə Arazyanı zona Talış sinklinoriumunda dəniz və
vulkanogen çöküntülər kompleksi toplanmaqda davam edirdi.
Bəzi tədqiqatçılar bu fikirdədilər ki, Şəmkir və Murovdağ antiklinoriumundakı
düzəlmə səthləri eosendə əmələ gəlmişdir. Bu dövrə aid çöküntülər çox nazik
olmaqla yanaşı, narın terrigen çöküntülərdir və onlar Şəmkir antiklinoriumunun
ayrı-ayrı qalxmalarını əhatə edən dayaz boğazlarda, körfəzlərdə toplanmışdır. Kür
deressiyası ilə onu şimaldan və cənubdan əhatə edən Böyük və Kiçik Qafqaz
geosinklinalları arasında tektonik inkişafın istiqamətipaleogendən etibarən ciddi
dəyişməyə başlamışdır. Mezozoyda Kür depressiyasının əsasını təşkil edən aralıq
massiv intensiv əyilən şimal və cənub geosinklinal zonalarla müqayisədə nisbi
qalxma zonası olaraq qalırdı. Şüphəsiz, qonşu geosinklinallardan bu sahəyə dəniz
sularının transqressiyası baş verirdi. Lakin bura mezozoyda Böyük və Kiçik
Qafqaz mütləq əyilmə zonalarından fərqli olaraq zəif çökürdü və morfostruktur
cəhətdən zəif diferensiasiyaya uğramışdır. Depressiyanın şərq hissəsinin cənubu
isə mezozoyda intensiv əyilməklə, fəal vulkanizim sahəsi olmuşdur. Paleogendə
isə ətraf geosinklinalların inversiyası fonunda Kür depressiyasının əyilməsi
sürətlənir (Orta Kür depressiyasında tək maykop çöküntülərinin qalınlığı 2 km-
dən, Naftalan sahəsində isə 3 km-dən artıqdır)
Paleogendə əyilməkdə davam edən Arazyanı zona və Talış dağları
sinklinoriumlarında bu dövrün axırına qədər tektonik inversiya, qırışıqlıq və
qalxma baş vermişdir. Bu dövrün axırlarına qədər, xüsusilə oliqosen və miosenin
ə
vvəllərində Baş Qafqazın, Kiçik Qafqaz silsilələrinin suayrıcı zonalarında hələ
alçaq təpəli-tirəli düzənliklərin mövcud olması haqda fikirlər söylənmişdir.
Dağların suayrıcı zonasının müasir relyefinin təhlili göstərir ki, həmin zonalar
keçmişdə eyni hipsometrik səviyyəli düzəlmə səthləri olmuşdur. Bunların əmələ
gəlməsi eosendə başlamış. Bəzi sahələrdə oliqosenin axirina kimi davam etmiş,
miosenin ortalarında başa çatmışdır. Bununla yanaşı müasir dağların yerində
oliqosendə dağlıq relyefin mövcud olması haqda da mülahizələr söylənmişdir.
Lakin bu zaman Böyük və Kiçik Qafqazın müasir yüksək dağlıq zonaları yerində
yalnız alçaqdağlığın mövcud olmasını söyləmək mümkündür. Oliqosenin axırında
www.behruzmelikov.com
3
Azərbaycanın dağsistemlərinin relyefinə, xüsusilə onların hündürlüyünə aid
fikirlərin bir-birini təkzib etməsinin əsas səbəbi həmin dövrə aid çöküntülərin
litofasial tərkibinin müxtəlifliyidir. Bir tərəfdən oliqosendə çox narın gillər, digər
tərəfdən qaba tərkibli çöküntülərin toplanması dinudasiya zonasında həm dağlıq,
həm də düzənlik relyefin inkişaf etməsini göstərir. Orta Kür çökəkliyinin ox
zonasında (Yaylacıq, Çobandağ tirələri sahəsi) maykop çöküntüləri təbəqəli
gillərdən, bir qədər qərbdə isə daha qaba tərkibli çöküntülərdən ibarətdir. Naftalan
sahəsində həmin əsrin çöküntüləri. əsasən gillərdən ibarət olsa da, tərkibində qaba
qırıntılı qatlar da (məsələn, Qaraçinar laydəstəsi və s.) aşkar edilmişdir. Böyük
Qafqazın cənub-şərq bölgəsində oliqosen çöküntülərinin, əsasən gil tərkibli olması,
o zaman burada alçaqdağlıq və düzənlik relyefin hakim olmasını sübut edir.
Orta Kür çökəkliyinin qərb hissəsindəki oliqosen çöküntüləri içərisində çox qaba
tərkibli qatların mənşəyi həmin dövrdə Mərkəzi Qafqazın şərq hissəsinin daha
yüksək relyefi haqda məlumat verir. O zaman olduğu kimi, Böyük Qafqazın çox
qısa və dik cənub yamacında relyefin enerjisi böyük idi. Digər tərəfdən, onu da
nəzərə almaq lazımdır ki, Kaxetiya-Vəndam antiklinoriomunun mərkəz hissəsi indi
olduğu kimi Alazan depressiyasına gömülməmişdi və fəal denudasiya sahəsi
olmaqla, özündən cənubda yerləşən hövzəni iri qırıntılı allüvi, prolüvi ilə təmin
edirdi.
Göstərilən paleogeomorfoloji şərait oliqosendən sonra gələn miosen dövründə o
qədər də ciddi dəyişikliyə məruz qalmamışdır. Başqa sözlə, dəniz suları ilə örtülü
dağarası əyilmə sahəsində çökmə, əsasən zəyif surətlə və zəyif sahəvi diferensial
şə
kildə baş verirdi. Dağlarda isə textonik qalxma hərəkətləri o qədər fəal deyildi.
Bəzi sahələr hətta zəyif əyilmə rejimində idi. Bu şəraitdə dəniz suları dağlıq
ə
razilərin xeyli hissəsinə transqressiya etmişdi. Bunu dağlıq ərazilərdə çox böyük
yüksəkliklərdə sarmat əsrinin dəniz çöküntülərinin aşkar edilməsi sübut
edir(Böyük Qafqazın şimal yamacında 3600-2300 metr, Cənub yamacında 1100-
1200m yüksəkliklərdə, Naxçıvan çökəkliyində 800-1400m və i.a.)
Yuxarıda göstərilən faktlar(eləcə də bir sıra regionlarda, o cümlədən Mərkəzi
Asiya fəallaşma zonalarında oliqosenin textonik cəhətdən o qədər də fəal
olmaması), xüsusilə Qafqaza aid paleocoğrafi məlumatların təhlili
neogenpleystoseni müasir relyefin əmələ gəlməsi dövrü kimi xarakterizə etməyə
imkan verir.
Azərbaycanın (eləcə də Qafqazın) müasir relyefində neogendən əvvəlki dövrlərdə
mövcud olmuş müxtəlif mənşəli relyef formalarından yalnız dağ silsilələrinin
suayrıcı zonalarında yaşına görə oliqosenə aid edilən düzəlmə səthlərinin
(denudasion mənşəli hamar səthlərin) fraqmentləri saxlanmışdır. Bir sıra
tədqiqatçılar, o cümlədən Qafqazın neotextenikası və geomorfologiyası ilə məsqul
olmuş məşhur rus alimlərindən Y.Y.Milanovski, N.V.Dumitraşqo bu faktlara
ə
saslanaraq Qafqazda neotextonik mərhələnin başlanğıcını sarmat əsrinə aid
edirlər. Bu məsələdə Alp-Qafqaz və dağlıq Mərkəzi Asiya regionlarının
tədqiqatçılarının əksəriyyətinin fikirləri arasında ciddi uyğunsuzluq yoxdur.
Yuxarıda göstərilənlərdən çıxan əsas nəticə neogen-pleystosen dövrünün
Azərbaycanın relyefinin inkişafında xüsusi bir mərhələ kimi ayrılmasıdır.
Azərbaycan geoloqlarının və geomorfoloqlarının böyük əksəriyyəti belə hesab edir
www.behruzmelikov.com
4
ki, neogen-pleystosendə diferensial textonik hərəkətlər planetin bütün orogen
qurşaqlarında olduğu kimi, Azərbaycanda da çox fəallaşmış və nisbətən qısa
geoloji vaxt ərzində uca silsilə dağlar sistemi, böyük və kiçik dağətəyi və dağarası
depressiyalar əmələ gətirmişdir. Bu fəallaşma, əsasən sarmat əsrindən etibarən
başlayır. Depressiya zonalarında aşağı sarmat çöküntüləri hələ əsasən gillərdən
ibarətdi. Orta sarmat dənizlərində gillərlə yanaşı qumlarda toplanır. Yuxarı
sarmatda isə textonik hərəkətlərin surətinin ritmik olaraq artması və zəifləməsi baş
verir, bununla əlaqədar depressiyalarda gil və qumdaşı laylarının
növbələşməsindən ibarət olan qalın qatlar əmələ gəlir.
Azərbaycan müasir ortadağlıq zonasında tipik düzəlmə səthlərinin (dağüstü
platoların) miosendə, xüsusilə sarmat əsrinin əvvəlində əmələ gəlməsinə aid
mülahizələri geomorfoloqların əksəriyyəti dəstəkləyir. Bəzi müəlliflərin fikrinə
görə hətta yüksəkdağlıq qurşaqdakı, düzəlmə səthləri də sarmat əsrində əmələ
gəlmişdir.
Sarmat əsrinin ortalarında, xüsusilə yuxarı sarmatdan başlamış dağlıq
vilayətlərdə qalxmanın surətlənməsi dağların yüksəkliyinin artmasına səbəb olur.
Textonik qalxma nəinki dağları, müəyyən dərəcədə depressiyaları da əhatə edir.
Bunun nəticəsində sarmat əsrində dəniz suları Orta Araz çökəkliyini, Kür
depressiyasını, Qusar-Dəvəçi dağətəyi əyilməsini tərk edir. Buna tək qalxma
prosesi nəticəsi kimi baxmaq olmaz. Sarmat əsrindən etibarən Xəzər dənizinin
Qara dənizlə Cənubi Qafqaz (Zaqafqaziya) depressiyası zonasında əlaqəsi kəsilir
(bu Suram dağlarının qalxması nəticəsində baş vermişdir). Bu hadisə şübhəsiz
okeanla əlaqəsini itirmiş Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə öz təsirini
göstərmişdir. Dənizin səviyyəsinin düşməsinə təsir göstərən bir də onun (Xəzərin)
dibinin çökməsinin intensivləşməsidir.
Beləliklə, sarmat əsrindən sonra gələn meotis əsrində Azərbaycanın müasir
qurusunu, şərqdə bəzi kiçik sahələrindən başqa, dəniz suları tərk etmiş,
depressiyalarda alçaq qırışıq tirə, uval və vadilər əmələ gəlmişdir (məsələn, Orta
Kür və Naxçıvan çökəklərində). Textonik fəallaşma nəticəsində dağlıq vilayətlərin
yüksəkliyi tədricən artmış, ayrı-ayrı morfostrukturlar morfoloji cəhətdən bir-
birindən artıq fərqlənməyə başlamışdır (antiklinorium silsilələr, sinklinorium
vadilər və s.)
Pont əsrində dənizin depressiyalara transqressiyası baş verir. Bu textonik
hərəkətlərin bir qədər zəyifləməsi və Xəzər dənizi səviyyəsinin qalxması
nəticəsində mümkün olmuşdur. Lakin pont əsrindən sonra-aşağı plisonde( klassik
Xəzər-Qara dəniz geoxronologiya görə orta pliosendə) yenidən dağlar intensiv
qalxır və onların yüksəkliyi artır. Qusar-Dəvəçi dağətəyi əyilməsi zonasında, Orta
Kür depressiyasında qalın və qaba tərkibli ( çaqıldaşı, qum və s.) çöküntü
kompleksi toplanır. Bu vaxt (aşağı pliosenin axırına yaxın) Böyük Qafqaz
dağlarının yüksəkliyi 2000 metrdən bir qədər artıq idi. Kiçik Qafqaz silsilələrinin
hündürlüyü 1500-2000m-ə çatırdı. Qalxmanın intensivliyinin artması dağlarda
eroziya-denudasiya proseslərinin güclənməsinə səbəb oldu. Bu proseslərə Xəzər
Dənizinin səviyyəsinin 500-600 m aşağı düşməsi də xeyli təsir göstərmişdir. Bu
təsir özünü hər şeydən əvvəl eroziya bazisinin kəskin aşağı düşməsi nəticəsində
dərinlik eroziyasının güclənməsində və relyefin nisbi amplitudunun 500-600 m
www.behruzmelikov.com
5
artmasında göstərmişdir. Nəticədə dağ çayları öz dərələrini xeyli dərinləşdirmiş və
depressiyalarda, əsasən qaba tərkibli terrigen məhsullar gətirib çökdürmüşlər. Bu
çöküntülər Qusar-Quba dağətəyi əyilməsi sahəsində, Orta Kür çökəkliyində
(Kaxetiya-Acınohur zonası) qalın çaqıldaşı qatlarından ibarətdir. Qobustan və
Abşeronda, Bakı və Abşeron arxipelaqlarında, Abşeron astanasında və Cənubi
Xəzər çökəkliyinin qərb yamaclarında bu vaxt ”məhsuldar qat adı ilə” tanınan və
özünün zəngin neft, qaz yataqları ilə məşhur olan (2-4,5 km) çöküntüləri
kompleksi toplanmışdır. Aşağı pliosendə Azərbaycanın düzənlik, dağətəyi və
alçaqdağlıq sahələrində çox isti və quru iqlim şəraitində arid-denudasion relyef
formaları inkişaf etmiş, dağların intensiv qalxması ilə yanaşı depressiya
zonalarında hələ miosenin axırlarında özünü göstərmiş və alçaq antiklinal uvallar
ə
mələ gətirmiş qırışıqlıq hərəkətləri baş vermişdir. Bunun nəticəsində Orta Kür
depressiyasında bir sıra tirələr əmələ gəlmişdir. Aşağı pliosenin axırlarına yaxın
yan eroziya və denudasiya proseslərinin təsiri altında bəzi dağətəyi zonalarda geniş
hamar səthlər yaranmışdır. (Girdmançaydan şərqdə yerləşən Gürcüvan, Şamaxı
Mərəzə platoları və s.) Bu dövrdə Qarabağ və Gəncə-Qazax düzündə də relyefdə
denudasion planasiya prosesləri üstün olmuşdur. Kiçik Qafqazın daxili zonalarında
hələ paleogendə başlamış vulkanizm prosesi miosen və pliosendə öz fəallığından
düşməmiş və Qarabağ vulkan yaylasının relyefinin evolyusiyasına, diferensial
textonik hərəkətlərlə yanaşı, böyük təsir göstərmişdir.
Aşağı pliosendən yuxarı pliosenə keçid zamanı geoloji və geomorfoloji
proseslərin gedişində sanki bir dönüş, dəyişiklik baş vermişdir. Belə ciddi bir
dəyişikliyin bütün fiziki coğrafi proses və hadisələrdə də baş verməsi aşkar
edilmişdir. Bu keçid zamanı Xəzər dənizinin səviyyəsi Dünya okeanı səviyyəsinə
qədər qalxmışdır. Bununla əlaqədar olaraq artıq akçaqıl əsrində Cənubi Qafqazın
depressiya zonası və Ön Qafqazın ovalıq sahələri Qara dənizə qədər, həmçini
bütün şimali xəzəryanı ovalıq dəniz suları altında qalmışdır. Kür depressiyası
sahəsində dəniz suları qərbdə Tbilisi şəhərinin şərq ətraflarına qədər sahələri
basmış, Kiçik Qafqazın kap ətəklərinədək əraziləri örtmüşdür. Məşhur gürcü
coğrafiyaçısı L.İ.Maruaşvili bu körfəzi ”Alban körfəzi” adlandırmışdır. Şimal
yamacda akçaqıl əsrində dəniz suları Şahdağ və Qızılqaya massivlərinin dik şimal
ə
təklərinə çatmışdır. Böyük Qafqazın cənub-şərq batımı vilayətində də dəniz suları
müasir hündürlüyü 300-500 m, Şamaxı-Mərəzə platoları sahəsində isə 600-1000
m-ə qədər olan əraziləri örtmüşdür. Bu dövrdə, xüsusilə akçaqıl əsrinin
ə
vvəllərində textonik hərəkətlərin, surəti xeyli azalmışdır. Ümumiyyətlə, akçaqıl
ə
sri çöküntülərinin aşağı pliosen çöküntüləri ilə müqayisəsi göstərir ki, aşağı
pliosen çöküntüləri çox qaba tərkibli olduğu halda, akçaqıl çöküntüləri əksər
regionlarda xırda tərkibli olmaqla yanaşı, əsasən gillərdən ibarətdir. Yalnız hündür
və dik yamaclı dağların ətəyində bu çöküntülərin tərkibində qaba məhsullar
görmək mümkündür (Böyük Qafqazın cənub və şimal ətəklərində). Akçaqıl
ə
srində Xəzər dənizinin səviyyəsinin qalxması və textonik hərəkətlərin qismən
zəyifləməsi ilə yanaşı, iqlimdə rütubətlik xeyli artmış, flüvial morfogenez geniş
yayılmış, dağ yamaclarında meşə landşaftının genişlənməsi eroziya və denudasiya
proseslərini bir qədər zəyiflətmişdir.
Hələ yuxarı pliosendən əvvəl əmələ gəlməyə başlamış düzəlmə səthlərinin
www.behruzmelikov.com
6
inkişafı akçaqıl transqressiyası zamanı daha geniş sahələri əhatə etmişdir. Bu
zaman Şamaxı, Gürcüvan yaylalarında Şimali və Qərbi Qobustanda geniş düzəlmə
səthləri əmələ gəlməsi üçün çox əlverişli şərait olmuşdur. Yuxarı pliosendə
Qarabağ vulkan yaylasında maqmatik proseslər xeyli fəallaşmış və relyefin
inkişafında-geniş qalxanvari vulkan massivlərinin, tuf-lava yaylalarının əmələ
gəlməsində vulkanizmin fövqəladə rolu olmuşdur. Burada güclü püskürmələr
zamanı atmosferə atılmış vulkan külü hava cərəyanları ilə Kür körfəzinə,
Qobustana aparılmış və orada dəniz çöküntülərinin tərkibində toplanaraq, nazik
təbəqələr əmələ gətirmişdir. Akçaqıl əsrinin axırında Azərbaycanın dağ
silsilələrinin hündürlüyü xeyli artmış və yüksək dağlıq qurşaq əmələ gəlməyə
başlamışdır. Bu zaman Böyük Qafqazın mütləq yüksəkliyi 2500 metri, Kiçik
Qafqazınki isə 2000 metri ötmüşdür. Böyük Qafqazın cənub və şimal yamacı,
xüsusilə Vəlvələçaydan qərbdə indiki kimi dik idi. Murovdağ, Şahdağ, Zəngəzur
silsilələri dik yamaclı olmaqla, ətraf alçaqdağlıq üzərində nisbi yüksəklik fərqi
1000 metri ötən silsilələr idi. Çayların dərələrinin dərinliyi o zaman müasir
dərinliyin yarısından artıq deyildi.
Eopleystosendə (Abşeron əsrində) tektonik hərəkətlərin istiqamətində (əyilmə,
qalxma), xarakter sürətində ciddi dəyişiklik olmamışdır. Lakin dağlıq vilayətlərdə
qalxma və eroziya-denudasiya prosesləri bir qədər fəallaşmışdır. Kür
depressiyasında dənizin sahil xətti 50-60 km şərqə çəkilmiş və onun yerində
dalğalı-tirəli düzənlik əmələ gəlmişdir. Lakin bir-birindən Çobandağ-Eldarovuğu
tirələri ilə (bunlar Akçaqıl dənizində ensiz və uzun adalar və yarımadalar əmələ
gətirirdilər) ayrılan Ceyrançöl və Qabırrı körfəzlərində dayaz dəniz suları abşeron
ə
srinin axırlarına qədər qalmaqda idi. Bu körfəzlər şərqdə bütün Kür-Araz
ovalığını tutan daha geniş Alban körfəzinə qovuşurdular.
Erkən abşeronda Qanıx-Həftəran vadisinin qərb və mərkəz hissəsində əyilmə
prosesi başlayır. Burada əmələ gəlməkdə olan cavan depressiya Tsiv-Qonbor
dağlarını və Şirək yaylasını Cənub yamacdan təcrid edir. Bu zaman Daşüz-
Ə
mirvan tirəsi və bütövlükdə Acınohur cənub yamaca söykənən geniş allüvial-
prolüvial düzənlik idi. Acınohurun mərkəz və cənub hissəsi arabir dəniz suları ilə
örtülürdü. Bu zonada, eləcədə Qanıx vadisində və Həftəran maili düzənliyində
çayların Böyük Qafqazın cənub yamacından yuyub gətirdikləri qaba tərkibli allüvi
və prolüvi toplanırdı.
Böyük Qafqazın şimal ətəklərində relyefin böyük kontrastı (3 km-ə yaxın)
burada da çox qalın qırıntılı allüvi-prolüvi qatının toplanmasına şərait yaratmışdır.
Bütün Kiçik Qafqazətəyi maili düzənliklərin bu zaman yanlız dağətəyindən
aralı zonası arabir dəniz suları altında qalırdı. Qalan sahələrdə zəif əyilmə
şə
raitində alçaq allüvial-prolüvial düzənliklər əmələ gəlməkdə davam edirdi.
Böyük və Kiçik Qafqazın dik yamacları ətəyinə söykənən maili düzənliklərin
hamısında çayların gətirmə konusları formalaşırdı. Lakin dağətəyi depressiyaların
çökməsi gətirmə konuslarının relyefdə özlərini açıq-aydın göstərməsinə imkan
vermirdi.
Orta və yuxarı Abşeronda dəniz suları tədricən Kür depressiyasının mərkəz
zonasına və şərq hissəsinə çəkilir, dağlarla Alban körfəzi sahilləri arasında allüvial-
prolüvial düzənliklərinin sahəsi genişlənir, dağ çaylarının dərələri xeyli dərinləşir,
www.behruzmelikov.com
7
silsilələrin maksimal hündürlüyü Böyük Qafqazda 3-3,5 km-ə, Kiçik Qafqazda
2,5-3 km-ə çatır. Bu zaman depressiyaların bəzi zonalarında inversion qırışıqlıq
nəticəsində antiklinal uvallar əmələ gəlir (Ceyrançöl, Acınohur, Qobustan).
P l e y s t o s e n Azərbaycanın relyefinin inkişafında xüsusi yer tutur.
Pleystosendə baş vermiş geomorfoloji proseslərdən ən mühümlari aşağıdakılardır:
Dağlıq sahələrdə tektonik hərəkətlərin fəallaşması və əsil yüksəkdağlıq qurşağın
ə
mələ gəlməsi. Bu geoloji baxımdan qısa dövrdə Böyük və Kiçik Qafqaz, ələcədə
Talış dağlarında qalxma sürətlənir, yüksəkdağlıq relyef əmələ gəlir. Əgər
pleystosenin başlanğıcında Böyük Qafqazın suayrıcı zonasında və Şahdağ
massivində maksimum yüksəklik 3000-3500 m-dən artıq deyildisə, pleystosenin
axırına yaxın bu rəqəm 4000 metri ötür (Bazardüzü – 4466 m, Şahdağ –4243 m,
Tufan–4191 m və s.).
Kiçik Qafqazda Murovdağ, Şahdağ və Zəngəzur silsiləri də pleystosendə əsl
yüksəkdağlığa çevrilmişdir. Bu dövrdə həmin dağ silsilərinin hündürlüyü ən azı
600-800 m artmışdır. Qarabağ və Talış dağlarında qalxma bu göstəriləndən bir
qədər az olmuşdur. Dağların hündürlüyü artdıqca dağdaxili tektonik və tektonik-
erozion çökəklərlə dağ silsilələri arasında yüksəklik fərqi (amplitudu) və relyefin
enerjisi də artmışdır. Bu əlamətlər özünü Arazboyu çökəklərlə silsilələr arasında,
Umidlu çökəkliyi ilə Murovdağı arasında, Baş suayrıcı silsilə və Şahdağ massivilə
Ş
ahdüzü, nəhayət Gilgilçay, Xaltan, Lahıc çökəklikləri ilə onları əhatə edən orta və
yüksəkdağlıq silsilələr arasında daha aydın göstərir. Pleystosendə geoloji və
geomorfoloji baxımından qeyd edilməsi zəruri hesab edilən mühüm proseslərdən
biridə, depressiya və dağətəyi əyilmə sahələrində baş verən qırışıqlıq
hərəkətləridir. Dağlıq vilayətlərdə tektonik hərəkətlər özünü qırılmalar üzrə ayrı-
ayrı morfostrukturların qalxmasında və nisbi enməsində göstərdiyi halda,
depressiya zonalarında və Xəzərin dibində qırışıqlı hərəkətlər kimi göstərmişdir.
Bu hərəkətlər nəticəsində Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt zonasının,
Abşeron-Qobustanın, Qusar-Dəvəçi əyilməsinin qırışıq strukturları və onlara
müvafiq gələn antiklinal tirələr, sinklinal çökəklər, vadilər əmələ gəlmişdir. Kür-
Araz ovalığı sahəsində qırışıqlıq ümumi əyilmə və akumliyasiya şəraitində özünü
zəif göstərməklə, morfoloji baxımdan az-çox effektli relyef formaları əmələ gətirə
bilməmişdir. Depressiya zonasında qırışıqlı hərəkətlərlə yanaşı üfiqi hərəkətlərdə
baş vermişdir. Buna ən tipik misal, tektonika bölməsində göstərildiyi kimi,
Ceyrançöldə (birinci dəfə geoloq M.H.Ağabəyovun aşkar etdiyi) Ağtaxtatəpə
antiklinalının şimal qanadının qırılma üzrə cənuba sürüşərək həmin antiklinalın
cənub qanadını və ondan cənubdakı Herik dərə sinklinalını örtməsi nəhayət
Gürzədağ antiklinalının şimal qanadına dirənənə qədər cənuba hərəkət etməsidir.
Burada üfiqi hərəkətin amplitudu 2 km-ə çatır və bu yalnız yuxarı pleystosendə
(eopleystosendən sonra) baş verən tektonik prosesdir. Başqa yerlərdə də üfiqi
tektonik hərəkətlərin baş verməsi müəyyən edilmişdir. Bunun nəticəsidir ki, cavan
qırışıqlıq zonalarının əksəriyyətində antiklinal strukturları cənub qanadları tektonik
pozulmalar üzrə qırılıb düşmüş, şimal qanadlar isə cənuba meyl etmiş və relyefdə
asimmetrik dağlar və tirələr əmələ gətirmişdir. Təngi-Beşbarmaq antiklinoriumu
zonasında strukturların Siyəzən qırılması üzrə şimala aşması və ön əyilmə üzərinə
hərəkəti təmayülü aşkar edilmişdir. Bu Təngi-Beşbarmaq silsiləsinin
www.behruzmelikov.com
8
morfologiyasında öz əksini tapır.
Pleystosendə göstərilənlərlə yanaşı depressiya zonalarında mütləq əyilmə
prosesləridə baş vermişdir. Bunun nəticəsində depressiyaların bəzi zonalarında
ə
yilmə həddi 100-200 m-dən artıq olmuşdur (tək əvvəlki vaxt çərçivəsində
Qarğalıq sinklinalında 1400-1600 m, cənubi Xəzər çökəkliyinin qərb yamacında
2000 m-dən artıq çökmə baş vermişdir). Geomorfoloji baxımdan pleystosen
dövrünün ən əlamətdar hadisələrindən biri iqlimin təkrarlanan tərəddüdləridir. Bu
tərəddüdlərin soyuqlaşma fazasında Azərbaycanın yüksəkdağlıq sahələri
buzlaşmaya məruz qalmış və bir neçə dəfə təkrarlanan dağ buzlaşmaları, xüsusilə
axrıncı buzlaşma yüksək dağlığın müasir alp morfologiyasını (böyük kontraslı
nival-buzlaq relyefini) əmələ gətirmişdir. Pleystosendə Qarabağ vulkan laylasında
maqmatizm prosesləri çox fəal olmaqla, yaylanan müasir morfologiyasının
yaranmasında böyük rol oynamışdır. Qobustanda və Abşeronda isə palçıq
vulkanlarının fəaliyyəti dünyada misli olmayan və morfologiyasına, görkəminə
görə təkrarlanmayan relyef formaları yaratmışdır. Bütün dağlıq ölkələrdə olduğu
kimi, pleystosendə Azərbaycanın dağ və dağətəyi sahələrinin çayları çoxsaylı
terraslar yaratmaqla, dərələrinə xüsusi görkəm vermişlər. Bu sözlər bütün dünya
dəniz və göllərindən fərqlənən Xəzər dənizinə də aid edilə bilər. Heç bir dənizin
sahillərində Xəzərin Azərbaycan sahillərində olduğu qədər çox saylı dəniz
terraslarına rast gəlmək mümkün deyil. Burada (Dəvəçi rayonu ərazisində)
çoxsaylı (17-18) dəniz terraslarınadan ən qədimləri 350-400 m-dək dəniz
səviyyəsindən yüksəyə qalxaraq, sanki bir “nəhənglər pilləkanı” yaratmışdır.
Azərbaycanın dağətəyi və alçaqdağlıq zonasında, bəzi dağdaxili çökəklərdə,
Arazboyu silsilə və çökəklərdə geniş yayılmış arid-denudasiyon relyef formaları
ə
sasən pleystosendə iqlimin aridləşməsi təmayülünün artması ilə əlaqədar əmələ
gəlmiş və hazırda inkişaf etməkdədir.
Relyefin inkişafı prosesinə ən son zamanlar qoşunlar antropogen amildir. Keçən
yüzilliklərdə, hətta minilliklərdə insanın təsərüfat fəaliyətinin relyefə təsiri yalnız
lokal sahələrdə mümkün idi. Bunu düzənlikdə suvarma əkinçiliyi rayonlarında
yaradılan qədim kurqanlar, şəhər yerləri, magestral kanallar (məsələn, V əsrdən
dövrümüzə qədər qalan Gourarx), dağlıq sahələrdə isə torpaq eroziyasının qarşısını
almaq üçün yamaclarda düzəlmiş qədim terraslar sübut edir. Lakin XX əsrə qədər
insanın relyefə təsiri onda ciddi dəyişiklik yarada bilməmişdir. XX əsrdə, xüsusilə
ə
llinci illərdən başlanmış müasir texniki vasitələrdən istifadə edən insan cəmiyyəti
relyefə öz həcminə görə müasir eroziya denudasiya proseslərinin təsirindən güclü
təsir göstərir. Antropogen relyef formaları ən çox Kür-Araz ovalığında iriqasiya və
meliorasiya işləri ilə əlaqədar çəkilmiş ümumi uzunluğu 90 min km-i ötən yüzlərlə
böyük və orta, minlərlə qısa kanal, arıx və kollektorlardan ibarətdir. Antropogen
relyef formalarının çox sıx yerləşdiyi ikinci region Abşeron və Cənub-Şərqi
Qobustandır.
İnsanın təsərrüfat fəaliyyəti nəticəsində relyefdə az-çox böyük dəyişiklik
yaranması böyük hidrotexniki tikintilər və irimiqyaslı dağ mədən işləri yerinə
yetirməsi ilə bağlıdır. Orta Kür vadisində Mingəçevir, Şəmkir, Yenikənd
bəndlərinin, Araz qovşağının və başqa iri hidrotexniki komplekslərin tikintisi
www.behruzmelikov.com
9
zamanı milyon kub metrlərlə torpaq və qruntun yeri dəyişdirilmiş, çay dərələrini
köndələn kəsən böyük bəndlər yaradılmışdır.
Daşkəsəndə, Gədəbəydə, çox qiymətli divar və üzlük daşlarla zəngin olan
Abşeronda, Cənub-Şərqi Qobustanda, Kiçik Qafqazətəyi monoklinal dağ-mədən
rayonlarında və bir sıra başqa sahələrdə çınqıl, gil, qum karxanalrında böyük
həcmli mənfi və müsbət antropogen relyef formaları yaradılmışdır.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |