Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə9/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   5   6   7   8   9   10   11   12   ...   181

 

23

1. Su 



Məsələ 144: Su nəcis olmuş əşyanı dörd şərtlə pak edər. 

1. Su saf olmalıdır. Gülab suyu kimi muzaf su (qarışıq su), nəcis olmuş 

əşyanı pak etməz. 

2. Su pak olmalıdır.  

3. Su nəcis əşyanı yuyarkən qarışıq olmasın və təkrar yumağa ehtiyac ol-

madığı halda son yuyulmada su nəcisin qoxusu, rəngi və ya dadını almasın, 

amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin heç bir zərəri yoxdur. Mə-

sələn, iki dəfə yuyulması lazım olan bir əşyanı kür və ya az su ilə yuyarkən 

birinci yuyulmada su dəyişməsə, həmin əşya pak olar.  

4. Nəcis olmuş əşyanı yuduqdan sonra onda eyni nəcisin kiçik zərrələri 

qalmamalıdır. Nəcis əşyanın az su ilə (yəni, kür sudan az olan “az su” ilə) 

paklanmasının başqa şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq. 



Məsələ 145: Nəcis olmuş qabın içi, az su ilə üç dəfə yuyulmalıdır. Hə-

min qab vacib ehtiyata əsasən, kür və axar su ilə  də üç dəfə yuyulmalıdır. 

Amma it bir qabda su və bu kimi maye içərsə, öncə həmin qabı su ilə qatış-

mış pak torpaqla sürtmək və torpağı aradan apardıqdan sonra ya az su, ya kür 

su, ya da axar su ilə iki dəfə yumaq lazımdır. Həmçinin, itin yaladığı qabda 

bir  şey qalmışdırsa, onu yumazdan əvvəl torpaqla sürtmək lazımdır.  İçinə 

itin ağzının suyu töküldüyü qabı da vacib ehtiyata əsasən, öncə torpaqla 

sürtmək və sonra isə üç dəfə su ilə yumaq lazımdır. 



Məsələ 146: Donuzun yaladığı və ya içindən axıcı bir şey içdiyi və ya-

xud içində çöl siçanı öldüyü bir qab azı yeddi dəfə yuyulmalıdır, kür və ya 

axar su ilə torpaqla sürtülməsi lazım deyil. 

Məsələ 147: Şərabla nəcis olan bir qab, nəcis olmuş digər qabların hök-

mündədir; belə ki, müstəhəb ehtiyata əsasən, yeddi dəfə yuyulmalıdır. 



Məsələ 148: Nəcis palçıqdan düzəlmiş və ya nəcis su ilə yoğrulmuş dol-

ça axar və ya kür suya qoyularsa, suyun dəydiyi hər yer pak olar. Əgər onun 

içini də paklamaq istəsələr, axar və ya kür suda o qədər qalmalıdır ki, su 

onun hər tərəfinə nüfuz etsin. Əgər qabda, onun içinə suyun toxunmasına 

mane olan bir rütubət varsa, öncə onu qurudub sonra axar və ya kür suyun 

altına qoymaları lazımdır. 



Məsələ 149: Nəcis olmuş qabı az su ilə iki cür yuyub pak etmək olar: 

1. Üç dəfə doldurub boşaltmaqla. 

2. Üç dəfə içinə az su töküb, hər dəfə su qabın nəcis olmuş yerlərinə 

çatacaq şəkildə çalxalayıb boşaltmaqla. 



Məsələ 150: Qazan və küp kimi nəcis olmuş böyük qab su ilə doldurub 

boşaltmaqla pak olur. Həmçinin onun üzərinə üç dəfə yuxarıdan aşağıya hər 

tərəfinə yetişəcək şəkildə su tökülərsə və hər dəfə də dibində yığılmış su çölə 

atılarsa, pak olar. Suları çölə atmaq üçün işlədilən qabı ikinci və üçüncü dəfə 

yumaq müstəhəb ehtiyatdır. 



 

24

Məsələ 151: Əgər nəcis olmuş mis və bu kimi əşyalar əridilib suya çəki-

lərsə, onun zahiri pak olar. 

Məsələ 152: Sidik ilə nəcis olan bir təndirə, hər tərəfinə yetişəcək şəkil-

də bir dəfə yuxarıdan aşağıya su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə 

görülməsi müstəhəb ehtiyatdır. Sidikdən başqa  şeylə  nəcis olubsa, nəcisin 

özünü aradan qaldırdıqdan sonra, söyləndiyi şəkildə üzərinə bir dəfə su tö-

külməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb, 

orada cəm olan suları çıxardıqdan sonra, o çuxuru pak bir torpaqla doldur-

maq daha yaxşıdır. 

Məsələ 153:  Əgər nəcis olmuş əşya kür və ya axar suya bir dəfə batırı-

larsa və su nəcis olmuş yerlərin hər tərəfini  əhatə edərsə, pak olar. Xalça, 

paltar və bu kimi əşyaları  sıxmaq, sürtmək və ya tapdalamaq lazım deyil. 

Amma bədən və ya libas sidiklə nəcis olubsa, kür və bu kimi suda iki dəfə 

yumaq lazımdır. Amma axar suda bir dəfə yumaqla paklanar. 

Məsələ 154: Sidiklə  nəcislənmiş bir əşyanı az su ilə yumaq istəsələr, 

əgər bir dəfə üzərinə su tökülsə və su ayrıldıqdan sonra onda sidik qalmasa

pak olar. Amma paltar və  bədənin üzərinə iki dəfə su axıdılarsa, pak olar. 

Paltar, xalça və bu kimi əşyalar isə az su ilə yuyulduqda, “qüsalə”nin çıxma-

sı üçün sıxılmalıdır. (“Qüsalə” – adətən, bir əşyanı yuyan zaman, yaxud yu-

duqdan sonra öz-özünə və ya onu sıxmaqla ayrılan suya deyilir). 



Məsələ 155: Yemək yeməyə başlamamış südəmər oğlan və qız uşağının 

sidiyi ilə nəcislənmiş əşyanın üzərinə, nəcis olmuş yerlərin hər tərəfini əhatə 

edəcək miqdarda bir dəfə su axıdılarsa, su az da olsa belə, pak olar. Amma 

ikinci dəfə üzərinə su axıtmaq müstəhəb ehtiyatdır. Paltar və xalça kimi əş-

yaları sıxmaq lazım deyildir. 

Məsələ 156: Sidikdən başqa bir nəcisə bulaşmış əşyanın üzərinə, nəcis 

aradan aparıldıqdan sonra, bir dəfə az su axıdılarsa, su ondan axıb ayrıldıq-

dan sonra pak olar. Amma paltar və bu kimi əşyaları sıxaraq qüsaləsini çı-

xarmaq lazımdır. 



Məsələ 157: Əgər iplə toxunmuş nəcis həsiri kür və ya axar suya salsa-

lar, nəcisin özü aradan getdikdən sonra pak olar. Amma onu az su ilə yumaq 

istəsələr, mümkün olan yollarla, tapdalamaqla olsa belə, sıxılaraq qüsaləsi 

çıxarılmalıdır. 



Məsələ 158: Əgər buğda, düyü və bu kimi bitkilərin zahiri nəcis olarsa, 

kür və ya axar suya salsalar, pak olar. Onları  az  su  ilə  də pak etmək olar. 

Amma içlərinə nəcis nüfuz edərsə, kür və ya axar su onların içinə toxunması 

ilə paklanar.  



Məsələ 159: Əgər sabunun zahiri nəcis olarsa, onu paklamaq olar. Am-

ma onun içi nəcis olarsa, onu paklamaq mümkün deyildir. Əgər insan, nəcis 

suyun sabunun içərisinə nüfuz edib-etməməsinə  şəkk edərsə, onun içərisi 

pak hökmündədir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə