6
həmçinin məscid və hüseyniyyələr kimi mədəniyyət abidələrinin təmir və
inşasını qeyd etmək olar. Ustadın 1996-2001-ci illər ərzində Hüccətül-İslam
Şeyx Məhəmməd Əli Mosulinin rəhbərliyi ilə Azərbaycanda da dəftərxanası
fəaliyyət göstərmişdir. 2001-ci ildən etibarən fəaliyyət sahəsinin genişlənmə-
si ilə əlaqdədar olaraq dəftərxana Bakıdan Rusiyanın paytaxtı Moskva şəhə-
rinə köçmüşdür. Hüccətül-İslam Şeyx Məhəmməd Əli Mosuli Ustadın tam
səlahiyyətli vəkili olaraq həm Azərbaycanda, həm də Rusiya Federasiyasın-
da dini mərasimlərin təşkil olunması və mötəbər İslami mətnlərin azərbaycan
və rus dillərinə tərcümə olunaraq müsəlmanların istifadəsinə verilməsində
yardımçı olmuşdur. O, hal-hazırda da Ustadın Rusiya Federasiyası, Azərbay-
can, Çin, Ukrayna, Belarusiya və Gürcüstan üzrə tam səlahiyyətli vəkili
olaraq fəaliyyət göstərməkdədir.
Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani elmi tədqiqatları ilə digər
görkəmli fəqihlər kimi İslam aləminə dəyərli elmi əsərlər bəxş etmişdir. Hə-
min əsərlər bunlardır; “Şərhi Urvətul-vusqa”, “Əl-buhusul-usuliyyə”, “Kita-
bul-qəza”, “Kitabul-bey-i vəl-xiyarat”, “Risalətun fi libasil-məşkuki fihi”,
“Risalətun fi qaidətil-yəd”, “Risalətun fi salatil-musafir”, “Risalətun fi qaidə-
tit-tucarə vəl-fəraq”, “Risalətun fil-qiblə”, “Risalətun fit-təqiyyə”, “Risalətun
fi qaidətil-ilzam”, “Risalətun fil-ictihadi vət-təqlid”, “Risalətun fi qaidəti la
darara və və la dirar”, “Risalətun fir-riya”, “Risalətun fi hucciyyəti mərasili
İbni Əbu Umeyr”, “Risalətun fi təhsilil-əsanid lil-Ərdəbili”, “Şərhu məşixə-
tit-təhzib”, “Risalətun fi məsalikil-qudəma fi hucciyyətil-əxbar”, “Risalətun
fi qaidətil-qura”, “Risalətun fi siyanətil-kitabil-əzizi ənit-təhrif”, “Risalətun
fi tarixi tədvinil-hədisi fil-İslam”, “Risalətun fi təhqiqi nisbəti kitabul-iləli
Fəzl ibni Şazan”, “Əl-fəvaiudul-ğərəviyyə”, “Əl-fəvaidul-fiqhiyyə”, “Şərhu
məşixətil-fəqih”, “Risalətun fi hukmi ma iza iztələfəl-muctə-hidanil-mutəsa-
viyani fil-fətva”, “Tə-liqətun ələl-urvətil-vusqa”, “Risalətun fi ixtilafil-afaqi
fi ruyətil-hilal”, “Məsailul-muntəxəbə”, “Minhacus-salihin” və “Tovzihul-
məsail”.
Qarşınızdakı “Tovzihul-məsail” (İzahlı şəriət məsələləri) kitabı Ayətul-
lah-Uzma Seyid Əli Sistani cənablarının bütün fətvalarını əhatə etməsə də,
ən mühüm məsələləri izah edən mükəmməl bir kitabdır.
7
Təqlidin hökmləri
Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə olan əqidəsi bəsirət və dəlil
əsasında olmalıdır. İnsan üsuli-dində təqlid edə bilməz. Belə ki, o, üsuli-
dində hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul
edə bilməz. Amma İslamın əqidə əsaslarına yəqini olan şəxs onları dilə gəti-
rərsə və bu əqidəsi bəsirət əsasında olmasa belə, həmin şəxs müsəlman və
mömin sayılır, bütün İslam və iman hökmləri ona da aid edilir. Müsəlman di-
nin zəruri və qəti olmayan hökmlərində ya müctehid olub dəlillərdən nəticə
çıxara bilməli, ya bir müctehidə təqlid etməli, ya da öz vəzifəsini yerinə yeti-
rərkən yəqin edəcək bir şəkildə ehtiyata əməl etməlidir. Məsələn, müctehid-
lərdən bəzisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söy-
ləyərlərsə, həmin şəxs, o əməli etməməlidir. Əgər müctehidlərdən bəzisi bir
əməlin vacib, digərləri isə müstəhəb olduğunu söyləyərlərsə, o, həmin əməli
etməlidir. Bu halda müctehid olmayanlara və ehtiyata əməl edə bilməyənlə-
rə, bir müctehidə təqlid etmələri vacibdir.
Məsələ 2: Hökmlərdə təqlid, müctehidin sözlərinə əməl etməkdir. Təqlid
edilən müctehid kişi, yetkinlik yaşına (həddi-buluğa) çatmış, ağıllı, halal-
zadə, on iki imam(ə) şiəsi, diri və adil olmalıdır. Adil – ona vacib olan işləri
yerinə yetirib, haram əməllərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı
olması onun ədalətli olmasının göstəricisidir; belə ki, onunla bir məntəqədə
yaşayanlardan, qonşularından yaxud da onunla yaxın təmasda olanlardan
onun barəsində soruşsalar, həmin şəxsin yaxşı insan olduğunu təsdiq etməli-
dirlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctehidlər arasında
fətva müxtəlifliyi olarsa, bu halda insanın təqlid etdiyi müctehid ələm (daha
elmli) olmalıdır. Ələm müctehid, Allahın hökmlərini dərk etməkdə zəmanə-
sinin müctehidlərinin hamısından daha bilikli olmalıdır.
Məsələ 3: Müctehidi və daha elmli müctehidi üç yolla tanımaq olar:
1. İnsanın özü yəqin etsin; məsələn: insanın özü elm əhli olub müctehidi
və daha elmli müctehidi tanıya bilsin.
2. Müctehidi və daha elmli müctehidi taniyan iki ədalətli alim bir şəxsin
müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin; amma bir şərtlə
ki, onların təsdiqi başqa iki ədalətli alimin sözu ilə ziddiyyət təşkil etməsin.
Bir şəxsin müctehid və ya daha elmli müctehid olması elm əhli olan və insa-
nın sözünə etimad etdiyi bir şəxsin sözü ilə də sübuta yetir.
3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctehid və ya daha elmli
müctehid olduğuna əmin olsun. Məsələn, müctehidi yaxud daha elmli mücte-
hidi tanıya bilən və sözlərindən əminlik əldə edilən bir dəstə elm əhli bir şəx-
sin müctehid və ya daha elmli müctehid olduğunu təsdiq etsin.
Məsələ 4: Əgər aralarında ələm və qeyri-ələm olduğu bilinən iki və ya
daha çox müctehidin ehtiyac duyulan və ümumi məslələrdə ixtilaflı fətvaları
olduğu bilinərsə və ələmi tanımaq mümkün olmasa, mükəlləf ehtiyata əsa-