10
Məsələ 17: Əgər sidik və qan kimi nəcisin özü və yaxud paltar kimi nə-
cis olmuş bir əşya kür suya düşərsə, həmin suyun qoxusu, ya rəngi, ya da da-
dı dəyişərsə, həmin su nəcis olar. Əgər suyun qoxusu, rəngi ya da dadı dəyiş-
məsə, həmin su nəcis olmaz.
Məsələ 18: Əgər kür suyun qoxusu ya rəngi və ya dadı nəcasətdən başqa
bir şeylə dəyişərsə, nəcis olmaz.
Məsələ 19: Əgər kür sudan artıq olan bir suyun bir hissəsinin qoxusu, ya
rəngi və ya dadı qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən his-
səsi kür miqdarından az olarsa, suyun hamısı nəcis olar. Əgər dəyişməyən
hissə kür miqdarında və ya daha artıq olarsa, yalnız qoxusu, rəngi və ya dadı
dəyişən hissə nəcis, qalan hissə isə pakdır.
Məsələ 20: Fəvvarə suyu kür suya birləşərsə, nəcis suyu pak edər.
Amma nəcis suyun üzərinə damlalarla tökülərsə, onu pak etməz. Lakin fəv-
varənin üzərinə nəcis suya qovuşarsa, onu pak edər. Amma yaxşı olar ki,
fəvvarənin suyu nəcis su ilə qarışsın.
Məsələ 21: Əgər kür suya birləşən krantın altında yuyulan nəcis bir
əşyadan süzülən su, əgər kür suya birləşib nəcasətin qoxusu, rəngi və ya
dadını almamışdırsa və nəcasətin özü də onda olmasa, pakdır.
Məsələ 22: Əgər kür suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də
kür miqdarında olmasa ona nəcis dəydiyi təqdirdə nəcis olar və buzdan
əriyib su olan hissə də nəcisdir.
Məsələ 23: Əgər insan kür su miqdarında olan suyun bu miqdardan aza-
lıb-azalmadığına şəkk edərsə, kür su hökmündədir. Belə ki, bu su nəcasəti
pak edər və ona nəcasət toxunsa da (qoxusu, rəngi və ya dadı dəyişmədiyi
təqdirdə) nəcis olmaz. Əgər insan kürdən az olan suyun kür həddinə çatıb-
çatmadığına şəkk edərsə, kür su hökmünü daşımaz, yəni az su hökmündədir.
Məsələ 24: Kür su iki yolla sübut olunur:
1. İnsanın bir suyun kür olduğuna yəqini və ya əminliyi olsun.
2. İki ədalətli şəxs suyun kür olduğunu xəbər versinlər. Amma bir nəfər
ədalətli yaxud etimadlı ya da kür suya sahib olan bir şəxsin xəbər verməsi
əminlik yaratmazsa, ona əsaslanmaq mübahisəlidir.
2. Az su
Məsələ 25: Kür su miqdarından az olan və yerdən qaynayıb çıxmayan
suya, az su deyilir.
Məsələ 26: Az suya nəcis bir şey toxunarsa və ya onun üzərinə nəcis bir
şey tökülərsə, həmin su nəcis olar. Amma az su yuxarıdan axıb nəcis şeyə
toxunduqda, həmin suyun nəcisə toxunmuş miqdarı nəcis, toxunmamış miq-
darı isə pakdır.
Məsələ 27: Eyni nəcisi (nəcisin özünü) aradan qaldırıb əşyanı pak etmək
üçün həmin nəcis əşyanın üzərinə tökülərək ondan ayrılan az su nəcis hök-
mündədir. Vacib ehtiyata əsasən, eyni nəcisi aradan qaldırıb əşyanı pak et-
11
mək məqsədilə həmin nəcis əşyanı suya çəkmək üçün onun üzərinə tökülə-
rək ayrılan su da nəcis hökmündədir.
Məsəslə 28: Sidik və qaitin çıxacağından ayrılan az su beş şərtlə toxun-
duğu ayrı bir şeyi nəcis etməz:
1. Nəcisin qoxusu, rəngi və ya dadını almasın.
2. Kənardan başqa bir nəcis ona toxunmasın.
3. Sidik və qaitlə birlikdə başqa bir nəcasət gəlməsin.
4. Suyun içərisində qait zərrələri görünməsin.
5. Qaitin çıxacağının ətrafı adi həddən artıq bulaşmasın.
3. Axar su
Çeşmə və kanal kimi yerdən qaynayaraq axan sulara, axar su deyilir.
Məsələ 29: Axar su kür miqdarından az olsa belə, nəcisə toxunduğu za-
man qoxusu, rəngi və dadı dəyişməyincə pakdır.
Məsələ 30: Əgər axar suya nəcis toxunaraq onun bir hissəsinin qoxusu-
nu, rəngini və ya dadını dəyişərsə, amma qalan hissəsi dəyişmədən qalarsa,
dəyişən hissə nəcis olar. Dəyişməyən hissənin çeşməyə birləşən qismi kür
sudan az olsa belə pakdır. Onun digər hissəsinin dəyişməyən suları isə, kür
miqdarında olduqda və ya dəyişməyən su vasitəsilə çeşməyə birləşərsə, pak-
dır. Əks təqdirdə isə nəcisdir.
Məsələ 31: Durğun olan və suyundan bir miqdar götürdükdə təkrar qay-
nayan bulaq, axar su hökmündə deyildir. Belə ki, kürdən az olduğu təqdirdə
ona nəcasət toxunarsa, həmin su nəcis olar.
Məsələ 32: Arxın kənarında toplanmış və axar suya birləşən durğun su,
axar su hökmündə deyildir.
Məsələ 33: Qışda qaynayıb yayda qaynamayan bulaq, yalnız qaynadığı
zaman axar su hökmünü daşıyır.
Məsələ 34: Kürdən az olan hamamın su mənbəyi kür miqdarına yetişən
bir çənə birləşərsə həmin suya nəcasət toxunduğu zaman onun qoxusu, rəngi
və ya dadı dəyişməzsə, nəcis olmaz.
Məsələ 35: Hamamların və binaların krant və duşlarından boru ilə axan
sular, qidalandığı mənbənin suyu ilə birgə kür miqdarında olarsa, həmin su
kür hökmündədir.
Məsələ 36: Yerin üzərində axan, lakin yerdən qaynamayan su kürdən az
olarsa, ona nəcis toxunduğu təqdirdə nəcis olar. Amma yuxarıdan axarsa və
nəcasət də ona aşağı hissədən toxunarsa, yuxarı hissəsi nəcis olmaz.
4. Yağış suyu
Məsələ 37: Eyni nəcisə toxunmaqla nəcis olmuş bir əşyanın üzərinə bir
dəfə yağış yağarsa, həmin əşya pak olar. Lakin sidik ilə nəcis olan bədən və
12
paltara isə – vacib ehtiyata əsasən – iki dəfə yağış yağması lazımdır. Xalça,
paltar və bu kimi əşyaları sıxmaq lazım deyildir. Əlbəttə, iki- üç damcı yağı-
şın faydası yoxdur. Əksinə, yağış elə yağmalıdır ki, “yağış yağır” – deyilsin.
Məsələ 38: Əgər eyni nəcisin üzərinə yağan yağış başqa bir yerə sıçra-
yarsa, eyni nəcisin özü onunla birlikdə sıçramazsa və onun qoxusunu, rəngi-
ni və ya dadını almamışsa, pakdır. Əgər yağış qanın üzərinə yağaraq sıçra-
yarsa və onda qan zərrəcikləri olarsa, nəcis sayılar.
Məsələ 39: Binanın tavanı və ya damında olan eyni nəcisin üzərinə yağış
yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tö-
külən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nə-
cisə dəydiyi bilinərsə, nəcisdir.
Məsələ 40: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış yerdə
axmağa başlayıb yağmağa davam etdiyi ərəfədə tavanın altındakı nəcis yerə
yetişərsə, oranı da pak edər.
Məsələ 41: Yağış suyu nəcisə bulaşmış torpağın hər yerini əhatə edərsə,
nəcis torpaq paklanar; bir şərtlə ki, suyun torpağa toxunması ilə qarışıq su
olması məlum olmasın.
Məsələ 42: Bir yerdə toplanmış yağış suyu, kür miqdarından az olsa
belə, yağış yağdığı müddətdə kür su hökmündədir və əgər nəcis bir əşya
onun içərisində yuyularsa, o su nəcasətin qoxu, rəng və dadını almasa, həmin
nəcis əşya pak olar.
Məsələ 43: Nəcis yerə sərilmiş pak bir xalçanın üzərinə yağan yağış xal-
çadan yerə keçərsə, xalça nəcis olmaz və yer də paklanar.
5. Quyu suyu
Məsələ 44: Yerdən qaynayan quyu suyu kürdən az olsa belə, nəcasət ona
toxunduqda qoxusu, rəngi və ya dadı dəyişməsə, pakdır.
Məsələ 45: Quyu suyuna nəcis bir əşya düşərək onun qoxusunu, rəngini
və ya dadını dəyişərsə, oranın suyunun bu dəyişikliyi aradan qalxdıqdan
sonra həmin su pak olar. Amma vacib ehtiyata əsasən, oranın suyunun pak-
lanması üçün həmin suya yerdən qaynayan quyu suyu qarışmalıdır.
Suların hökmləri
Məsələ 46: 15-ci məsələdə mənası açıqlanan qarışıq sular nəcis bir
əşyanı pak etmir və həmin sularla dəstəmaz almaq və ya qüsl etmək batildir.
Məsələ 47: Qarışıq su kür həddində olsa belə, ona bir zərrə nəcis toxu-
narsa, həmin su nəcis olar. Amma qarışıq su yuxarıdan nəcis bir əşyanın üzə-
rinə tökülərsə, nəcisə toxunan hissə nəcis, qalan hissə isə pakdır. Məsələn,
gül suyu öz qabından nəcis əlin üzərinə tökülərsə, ələ toxunan hissə nəcis,
toxunmayan hissə isə pakdır.
Dostları ilə paylaş: |